Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Ülviyyə Məmmədova Məmmədəli qızı ul***@mail.ru ID: 2250
Salam, 21 iyun 2020ci il saat 09.43-də VÖEN 1500061361 hesabına 18 manat yanlış ödəniş etmişəm. Həmin məbləğin mənə geri qaytarılması üçün nə etməliyəm. Qəbzin elektron şəkli mövcuddur.
21/06/2020 Oxunub: 62 Orta qiymət: 5

Səhvən ödənilmiş vəsaitin geri qaytarılması üçün vergi orqanına "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Ərizə"  ilə müraciət etməlisiniz.

Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məbləğlər vergi ödəyicisinin borcu olmadığı halda Vergi Məcəlləsinin 87.4-cü maddəsinə müvafiq olaraq 20 gün ərzində (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə 45 gün ərzində) qaytarılır.

Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elgün Əzizli Elxan el***@gmail.com ID: 2249
Salam. Bİlmək istəyirəm ki, 111254 təsnifat kodunda yəni icare haqqından tutulan verginin faizi nə qədərdir və bu əməliyyatı icarəyə verən yoxsa icarəyə götürən şəxs ödəməlidir? Diqqətiniz üçün minnətdaram.
20/06/2020 Oxunub: 63 Orta qiymət: 0

Fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü, 222-ci, 224-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ehmedov Elcin Vaqif Ra***@mail.ru ID: 2248
Salam, zəhmət olmasa köməklik göstərərdiniz. İşsizlikdən sığorta haqqını almaq üçün əmək müqaviləsinə tərəflərin birinin təşəbbüsü ilə xitam verilibsə, sığorta haqqının alınmasına imtina oluna bilər?
20/06/2020 Oxunub: 62 Orta qiymət: 0

 “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının  Qanununa əsasən dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq alt sistemində işsiz kimi qeydiyyata alınmış 3 ildən az olmayan müddətdə sığorta stajı olan sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.

Ətraflı məlumat üçün aidiyyəti üzrə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Samire Agayeva Sehriyar sa***@gmail.com ID: 2246
Salam, mən sosial yardım düzəltdirmək istəyirəm, bilmək istəyirəm mən kirayə qaldığım evin sahibi gəlib iştirak etməlidir? Yəni nəyisə yazmağa ehtiyac olacaq?
20/06/2020 Oxunub: 28 Orta qiymət: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nəcəfov Göygöz Mürşüd oğlu ne***@gmail.com ID: 2245
Salam, pin kodu itirmişəm zəhmət olmasa kömək edərdiniz bərpası üçün.
20/06/2020 Oxunub: 27 Orta qiymət: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Suşin Anton Fyodorovic an***@gmail.com ID: 2244
Mən VÖEN-i dayandırmaq istəyirəm.
19/06/2020 Oxunub: 33 Orta qiymət: 0

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi Youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əli Qələndərli Arif mr***@gmail.com ID: 2243
Mən VÖEN açmışam işə daxil olmaq üçün. Ancaq CV-yə cavab verilməyib və məndən VÖEN üzrə hesabat vermək üçün məktub gəlib. Lakin mən online olaraq müraciət qaydasını bilmirəm. Hal- hazırda işləmirəm. Xahiş edirəm köməklik göstərəsiniz.
19/06/2020 Oxunub: 39 Orta qiymət: 0

Bildiririk ki, işə qəbul üçün fiziki şəxsin vergi uçotuna alınması qanunvericilikdə tələb olunmur. Belə ki, işəgötürənlə işçi arasında əmək qanunvericiliyinin tələblərinə əsasən müvafiq qaydada əmək müqaviləsi rəsmiləşdirilməlidir.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir. 

Əsas: VergiMəcəlləsinin 16.2-ci maddəsi. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nəcibə Nürəddinova qo***@hotmail.com ID: 2242
Deməli, muzdlu işdə işləyən hər hansı işçi işlədiyi müəssisəsiyə əmək qabiliyyətinin olmaması vərəqəsi (xəstəlik vərəqəsi) təqdim edir. Qanuna uyğun olaraq gətirdiyi xəstəlik vərəqəsi hamısı işəgötürən tərəfindən ödənilməyə düşür. Müəssisənin mühasibi qanunvericiliyə uyğun olaraq hesablayıb və tutulmalar aparıb. Burada əsas məsələ müəssisənin mühasibi hesablanmış müavinətin məbləğindən g/vergisi (dövlət müəssisə olduğu üçün), işsizlik sığortası tutmuşdur. Məni narahat edən əsas məsələ budur ki,həmən məbləğdən dsmf tutulmadığı halda işsizlik sığortası tutulmalıdırmı?
19/06/2020 Oxunub: 113 Orta qiymət: 5

Bildiririk ki, əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Əsas: “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Cümşüdov ceyhun Şükür oğlu ce***@mail.ru ID: 2241
Şabran şəhəri Soliton eliktron maqazasından 22. 05.2020 tarixində Mənə məxsus olan Birkartla alış veriş elədim. Qeydiyatda qohumum Siracov Paşa Xəlil oğlunu keçirdik. Buna səbəb mənim şəxsiyyət vəsiqəm yanımda yox idi. Mənim özümə məxsus olan Cümşüdov Ceyhun Şükür oğluna məxsus olan "Kapital"bankın birkatından 649.00 (Altı yüz qırx doqquz AZN) nağd alver elədik. Amma ƏDV qaydalarna uyğun olaraq heç əlavə vergi geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmuş qaydaları tətbiq olunmadı və hələ bizim sistemdə bu qaydalar tətbiq olmadığı deyildi. Xahiş edirəm araşdırıb mənə məxsus olan 15 % pulumu geri qaytarılmasını təmin edəsiz. Vergilər idarəsindən xahiş edirəm Şabran Soliton maqazasında ciddi yoxlama aparasınız. İnsanları aldadılmamasına şərait yaradaq. 050 3969643 Ceyhun Cümşüdov Mədaxil qəbzi №F00241557
19/06/2020 Oxunub: 38 Orta qiymət: 0

Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Belə ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ələsgərov Anton Arif al***@gmail.com ID: 2240
Salam! Mən muzdlu işciyəm, bizim sahibkarımıza nə vaxt pul keçəcək banka? Biz nə may, nə də aprel ayları hələ də almamışıq. Pandemiyadan zərər çəkmiş vətəndaşıq.
19/06/2020 Oxunub: 45 Orta qiymət: 0

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı səhifəmizdəyerləşdirilir və hər gün yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada  şikayət edə bilərlər.

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunu

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abdullayev Elşad Nəbi Oğlu el***@gmail.com ID: 2236
Salam. Mən Ayna Sultanovada olan Vergiler Departamentində gedib boş hesabat verməliyəm. Amma bilmirəm necə onlayn növbə götürüm. Zəhmət olmasa, məlumat verərdiz.
19/06/2020 Oxunub: 30 Orta qiymət: 0

Bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Canbazov Elnur Huseyn el***@gmail.com ID: 2233
Edvgerial hesabında olan mobil nömrəni ləğv etmək istəyirəm, xahiş edirəm dəstək olasınız.
19/06/2020 Oxunub: 29 Orta qiymət: 0

Edvgerial.az portalında sizə məxsus olan elekron kabinetə daxil olaraq, "Sazlamalar" bölməsində mobil nömrəni yeniləyə bilərsiniz. Əlavə məlumat üçün müvəkkil bank olan “Kapital Bank ASC” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Süleymanova Elzadə e.***@azelish.com ID: 2232
Salam! Sualım belədir. Müəssisənin 2018-ci ildə 140 000 xalis mənfəəti var. 2019-cu ildə 130 000 xalis mənfəəti var. 2018-ci ilin xalis mənfəətini saxlayıb, 2019-cu ilin mənfəətini dividend şəklində təsisçiyə ödəmək mümkündürmü və hansı qanunla tənzimlənir?
19/06/2020 Oxunub: 137 Orta qiymət: 0

Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər.

Hüquqi şəxsin təşkilati formasından asılı olaraq xalis mənfəətinin bölüşdürülməsi Mülki Məcəllənin 90-1-ci (“Məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi”) və 106-3 (“Səhmdar cəmiyyətinin mənfəəti və dividendlər”) maddələrində öz əksini tapmışdır.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir.

Həmçinin mövcud vergi qanunvericiliyinə əsasən vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat vergidən yayınma sxemi hesab olunur. Vergi nəzarəti tədbirləri zamanı vergidən yayınma sxemi aşkar edildiyi halda isə vergilər faktiki iqtisadi göstəricilər nəzərə alınmaqla hesablanır.

Əsas:Vergi Məcəlləsinin 13.2.15-ci, 13.2.70-ci, 23.1.6-1-ci, 102.1.22-ci, 106.10-cu, 122-ci maddələri, Мülki Məcəllənin 90-1-ci və 106-3.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Natiq Cəfərov Məhərrəm aq***@mail.ru ID: 2231
Salam. Dünən marketdən bazarlıq etdim. ədv-in geri almaq üçün telefona vurdum götürmədi. Fiskal ID-ni daxil edirəm oxumur. Nə edim mən?
19/06/2020 Oxunub: 29 Orta qiymət: 0

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Əlavə məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin (195-1) Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlkin Hüseynzadə Eldar hu***@gmail.com ID: 2230
Sizinlə müfaviq sənəd üçün mürayciyət etmişəm.
19/06/2020 Oxunub: 27 Orta qiymət: 0

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ali Sireliyev sh***@gmail.com ID: 2228
Salam. Mağazadan bəzi məhsullar alındı, verilən kassa çekini nə birbank proqramı, nə də ki, edvgerial.az saytında fiskal id daxil edəndə tanımır. Xahiş edirəm köməklik edəsiniz.
18/06/2020 Oxunub: 33 Orta qiymət: 5

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Əlavə məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Rzayev Turab Mübariz Tu***@mail.ru ID: 2227
Vergidə onlayn növbəyə yazılıram, amma pəncərə açılır və orada bildirilir ki, daxil etdiyiniz məlumatlar yalnışdı. Halbuki, bütün məlumatları düzgün qeyd edirəm. Xahiş edirəm onlayn növbəyə necə yazılmağı mənə başa salın.
18/06/2020 Oxunub: 33 Orta qiymət: 0

Bildiririk ki, onlayn növbəyə yazılmaq üçün elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində “Adı” xanasına öz adını, “Soyadı” xanasına öz soyadını və “Atasının adı” xanasına öz atasının adı şəxsiyyəti təsdiq edən sənəddə olduğu kimi latın əlifbası ilə və baş hərflər ilə qeyd olunur. Qeyd olunan məlumatların daxil edilməsi zamanı rəqəm, nida işarələrindən istifadə olunmamalıdır, “ATASININ ADI” xanasında ata adından sonra “QIZI” və ya “OĞLU” qeyd olunmalıdır (proqram təminatında məhdudiyyətlər mövcuddur).  Daxil edilmiş FİN ad, soyad və ata adı məlumatlarına uyğun olmalıdır, əks halda onlayn növbəyə yazılmaq mümkün olmayacaq.

Bununla belə texniki problemlə üzləşdiyiniz halda, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Samedova Susan Əli qizi su***@gmail.com ID: 2226
Kommersiya hüquqi şəxs Faiq Vəkilov Black Cube MMC qeydiyyatdan keçirib. Kabinetinə qeydiyyat sənədləri göndərilib ancaq sənədlər açilmir, yəni sənədlərin formati naməlum formatdadır və açılmır. Zəhmət olmasa bunu necə həll etmək olar məlumat verərdiniz. Və bir də, VÖEN və reyestri necə fiziki və rəqəmsəl formatda əldə etmək olar, yoxsa sənədlər sadəcə kabinete göndərilir?
18/06/2020 Oxunub: 93 Orta qiymət: 0

Bildiririk ki, 28 dekabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-1.8-ci maddəsinə edilmiş dəyişikliyə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın kağız daşıyıcıda qeydiyyat orqanı tərəfindən verilməsi zərurəti aradan qaldırılmışdır.

Həmin qanunun 18.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın qeydiyyat orqanı tərəfindən  kağız daşıyıcıda verilməsi zərurətinin aradan qaldırılması, vergi ödəyicisini həmin sənədləri əldə etmək hüququndan məhrum etmir.

Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla, o cümlədən hüquqi şəxsin nizamnaməsi və qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) barədə məlumatlarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Dövlət reyestrin çıxarışlar hüquqi şəxsə rüsumsuz verilir. Eyni zamanda dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sənədlərin surəti şəklində də verilə bilər. Sənədlərin surəti, dövlət orqanları və təsisçilər istisna olmaqla, digər şəxslərə rüsum ödənilməklə verilir.

Eyni zamanda bildiririk ki, elektron qeydiyyat zamanı Göndərdiklərim qovluğunda göndərilmiş sənədlərə baxmaq mümkündür. Bunun üçün ilk öncə istifadəçinin kompüterinə AsanDoc proqramı qurulmalıdır. Həmin proqramı www.asanimza.az saytından endirmək olar.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Talıbov Tağı Ələkbər oğlu ta***@yahoo.fr ID: 2225
Bildirirəm ki, hal hazırda Yanacaq Doldurma Məntəqəsində yalnız dizel yanacağının satışını həyata keçiririk. Nəzərdə tuturuq ki, YDM -nin ərazisində ölçü cihazları ilə təmin olunmuş mobil benzin satışını da təşkil edək. Xahiş edirəm bunun üçün hansı sənədləşmələrin aparılacağını bizə bildirəsiniz.
18/06/2020 Oxunub: 61 Orta qiymət: 0

Bildiririk ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin(xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Həmçinin bildiririk ki, müraciətinizdə qeyd olunan məsələ ilə, neft məhsullarinin pərakəndə satışı ilə bağlı vergi qanunvericiliyində xüsusi müddəa nəzərdə tutulmamışdır. Həmin fəaliyyətin həyata keçirən vergi ödəyicisi təsərrüfat subyektini olduğu yer üzrə vergi orqanında uçota alınmasını və nəzarət kassa-aparatının quraşdırılmasını təmin etməlidir.

Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair məlumatın verilməsi ilə əlaqədar ətraflı məlumat üçün Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü və 34-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsalə Hümbətzadə Rizvan ba***@mail.ru ID: 2224
2019-cu ilin avqust ayında EQF əsasında təqdim olunan mallar 2020-ci ilin aprel ayında geri qaytarılırsa, EQF ləğv olunaraq, 2019-cu il avqust ayı üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim olunmalıdırmı? Nəzərinizə çatdırım ki, malların təqdim olunması və geri qaytarılması ilə bağlı təhvil-təslim aktları var.
18/06/2020 Oxunub: 127 Orta qiymət: 0

Bildiririk ki, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, Vergi Məcəlləsinin 174.2-ci və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.

Bu halda vergi ödəyicisi tərəfindən  vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində “malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən” elektron qaimə-faktura tərtib edilir. 

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 163-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver: