Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Nihad Məmmədli Zəfər ni***@gmail.com ID: 2261
Mən 12 iyun tarixində music galeri mağazasından (smart mobil şirkəti) 399.10 Azn məbləğində birkart vasitəsi ilə telefon almışam. Fiksal ID. *********** Onu edvgerial saytı vasitəsi ilə qeydiyyatdan keçirirəm, bu qəbz tapılmadı yazır. Qeyd edim ki, e-kassa.az dan da, yoxlanış etmişəm orada da, qəbz tapılmır qeyd olunur. Xahiş edirəm bunu araşdırıb mənə məlumat verəsiniz.
22/06/2020 Oxunub: 55 Orta qiymət: 3

Bildiririk ki, çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Müraciətinizin araşd ırılması üçün elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Kamran Qadirov Mahir am***@mail.ru ID: 2260
Salam, ƏDV ilə əlaqədar sizə sualım var. Baku electronicsdən məişət avadanlığı almışam, çeki qeydiyyatdan keçirmişəm, sadəcə olaraq portalda çekin ləğv olunduğunu göstərir. Bununla əlaqədar dükana müraciət elədim, onlar tərəfden ləğv olunmadığını bildirdilər. 196 ilə əlaqə saxladım sizə müraciət etməmi məsləhət gördülər. Zəhmət olmasa, məlumat verərdiz. Çekin nomresi N171, Fiskal ID:***********
22/06/2020 Oxunub: 35 Orta qiymət: 0

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) araşdırılması üçün səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gündüz Həsənov Qurban gu***@gmail.com ID: 2259
Salam, necəsiniz? Bilmək istərdim ki, sahibkarlara mikro dəstək proqramı üzrə köçürülən pullar 2-ci dəfə də köçürüləcəkmi? Yoxsa yalnız 1 dəfə üçün nəzərdə tutulub?
22/06/2020 Oxunub: 44 Orta qiymət: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Natiq Aliyev Şahgeldi ni***@gmail.com ID: 2258
Salam mən mağazadan aldığım mallara görə verilən çəkin fiskalini oxutmusam, 1 ay sonra ləğv edilib. Eyni mağazaya aid bir neçə cek fiskali daxil etmişəm edvgeriala, lakin böyük məbləğlər ləğv edilib. Fiskal:********** Fiskal:********** Zəhmət olmasa araşdırıb niyə ləğv edildiyini və yaxud düzəliş etməyinizi xahiş edirəm.
22/06/2020 Oxunub: 38 Orta qiymət: 0

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) araşdırılması üçün səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elçin Məmmədov Qüdrət el***@gmail.com ID: 2257
Salam Mən Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqədə iştirak etmək istəyirəm. Azərbaycan Texniki Universiteti Mühəndis Biznesi və Menecment Fakültəsinin Menecment ixtisası üzrə bakalavr dərəcəsini bitirmişəm. İmtahanda iştirak etməyimə ixtisasım uyğundurmu? Vergilər Nazirliyinin rəsmi saytında verilmiş ixtisasların arasında ixtisasım göstərilməyib ancaq komissiya tərəfindən qərar əsasında digər ixtisasların uyğunluğunun yoxlanılması barədə məlumat var. İxtisasım iqtisadiyyat yönümlüdür və iqtisadi fənlər tədris edilib. Zəhmət olmasa mənə bu barədə məlumat verərdiz.
22/06/2020 Oxunub: 35 Orta qiymət: 3

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Vüqar Məmmədli Əhməd oğlu ma***@mail.ru ID: 2052
1. Mühasibat və vergi məsləhəti xidməti göstərən hüquqi şəxs vergi ödəyicilərinə xidmət göstərdiyi üçün Vergi Məcəlləsinin 218.5.10 cu maddəsinə görə sadələşdirilmiş vergi ödəyicisi ola bilməz, ancaq dövriyyəsi (göstərdiyi xidmətin dəyəri) ayda təqribən 600 manat olarsa və 1 işçisi olduğu üçün mikro sahibkarlıq subyekti kimi Vergi Məcəlləsinin 106.1.20 ci maddəsinə görə mənfəət vergisi üzrə 75% güzəşt əldə edə bilər. Bunların doğru olmasını aydınlaşdırmağı Sizdən xahiş edirəm. 2. Mühasibat və vergi məsləhəti göstərən həmin hüquqi şəxs 3 vergi ödəyicisinə xidmət göstərir və xidməti elektron qaimə-faktura ilə rəsmiləşdirir. Xidmət göstərilən vergi ödəyiciləri hərəsi aylıq 200 manat xidmət haqqını nağd qaydada ödəyirsə hər hansı qanun pozuntusu baş verirmi. Çünki "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununda xidmət haqqlarının mütləq nağdsız qaydada (limiti aşmamaqla) ödənilməsi nəzərdə tutulmamışdır. 3. Mühasibat və vergi məsləhəti göstərən həmin hüquqi şəxsin 1 işçisi varsa və ayda 300 manat əmək haqqı alırsa, onun əmək haqqısını nağd qaydada ödəmək olarmı. Çünki "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.4.4 cü maddəsində göstərilir ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatadək olan pəragəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla digər vergi ödəyiciləri məcburi qaydada işçilərin əmək haqqını nağgdsız qaydada ödəməlidirlər. Yəni bu hüquqi şəxs mühasibat xidməti göstərdiyi və aylıq gəliri 600 manat olduğu üçün 1 işçinin əmək haqqısını nağd ödəyə bilərmi.
22/06/2020 Oxunub: 138 Orta qiymət: 5

Cavab 1. Bildiririk ki, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır. 
Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarına əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur. Qeyd etdiyiniz müəssisə mikro sahibkarlıq subyekti hesab olunduğu üçün, müvafiq güzəştdən yararlana bilər.

Əsas: Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarı.

Cavab 2. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Qeyd olunan hədd daxilndə hesablaşmaların nağad qaydada aparılmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Cavab 3. Qeyd etdiyiniz kimi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada həyata keçirilir. Göründüyü kimi, xidmət sahəsində fəaliyyət göstərən və məliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan şəxslər tərəfindən ödənilən əməkhaqqı nağd qaydada həyata keçirilə bilər.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Nihat Quliyev Faiq ni***@gmail.com ID: 2254
Salam, yazıb sizdən xahiş etmək istəyirəm ki, mənim adımda vöen varımdır. Yalnız sənədləri itirmişəm, loginimi parolumu. Mənə onu bərpa etməyə köməklik edərdiniz. VÖEN 3401436042.
21/06/2020 Oxunub: 36 Orta qiymət: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
VÜqar Xıdırov Mansur oğlu vg***@gmail.com ID: 2253
02.07.2012- ci ildə VÖEN əldə etmişdim. Sonradan, poçt vasitəsilə VÖEN tərəfimdən ləğv edilmişdir. VÖEN-i yenidən bərpa etmək ücün nə etmək lazımdır? Öncədən təsəkkür edirəm.
21/06/2020 Oxunub: 42 Orta qiymət: 0

Bildiririk ki, fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda, fəaliyyətinizi aktivləşdirmək üçün ilkin olaraq müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatları elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün isə “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” ilə qeydiyyatda olduğunuz vergi orqanına və ya həmin vergi orqanının əhatə dairəsində olan vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edilməldiir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.09.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İslam Əsədov Nadir ki***@mail.ru ID: 2252
Salam. Mən fiziki şəxs olaraq VÖEN-ə sahibəm. Kinofilmlər və televiziya sahəsi üzrə həmin VÖEN-lə çalışıram. ASAN İMZA-ya da sahibəm. Əlavə olaraq, bu VÖEN-üzərindən mebel sahəsində iş görmək istəyirəm. Yəni Mebel sahəsindəki fəaliyyətimi bu VÖEN-ə yönləndirmək istəyirəm. Buna görə qeydiyyat nömrəsini necə ala bilərəm?
21/06/2020 Oxunub: 54 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisinin eyni zamanda bir neçə fəaliyyət növü ilə məşğul ola bilər. Bunun üçün qeydiyyatda olduğunuz vergi orqanına əsas və əlavə fəaliyyət növləri haqda məlumat verilməlidir.

Uçota alınarkən vergi orqanına təqdim etdiyiniz ərizədə məşğul olmaq istədiyiniz fəaliyyət növü qeyd olunmadıqda, yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə yaşadığınız ərazi üzrə vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə “Fiziki şəxsin vergi uçotu haqqında Ərizə”si təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda  İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatları elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “E-Xidmətlər” bölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bağırov Zahid Gülhəsən oğlu za***@gmail.com ID: 2251
Müəssisə 2020-ci ilin fevral ayından 2% sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyətə başlayıb. Satış dövriyyəsi fevral-2020 ci ildə 72 000 manat, mart-2020-ci ildə-85000 manat, aprel-2020 ci ildə 97000 manat olmuşdur. Müəssisə 01 may 2020 ci il ildə ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçib. 3 aylıq (72000+85000+97000) 254000 manat dövriyyə 2% sadələşdirilmiş vergiyə cəlb olunub (baxmayaraq 200000 manatan artıqdır) və 254000 x 2%=5080 manat sadələşdirilmiş vergi hesablanıb. Bu əməliyyat qanuna uyğundur ya yox.
21/06/2020 Oxunub: 95 Orta qiymət: 5

Bildiririk ki, ƏDV məqsədləri üçün qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir:

Məcburi qeydiyyat zamanı - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə;
bir əqd və ya müqavilə üzrə ƏDVyə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda əməliyyatın aparıldığı günədək.
Könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə.

Müraciətinizdə qeyd olunan halda, ƏDV qeydiyyatı 1 may 2020-ci il tarixindən qüvvəyə mindiyi üçün, həmin tarixə qədər aparılan əməliyyatlar ƏDV-yə cəlb olunmur.

Əsas: Vergi Məcəlləsinin 155.1-ci, 157.3-cü və 159-cu maddələri.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Ülviyyə Məmmədova Məmmədəli qızı ul***@mail.ru ID: 2250
Salam, 21 iyun 2020ci il saat 09.43-də VÖEN 1500061361 hesabına 18 manat yanlış ödəniş etmişəm. Həmin məbləğin mənə geri qaytarılması üçün nə etməliyəm. Qəbzin elektron şəkli mövcuddur.
21/06/2020 Oxunub: 57 Orta qiymət: 5

Səhvən ödənilmiş vəsaitin geri qaytarılması üçün vergi orqanına "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Ərizə"  ilə müraciət etməlisiniz.

Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məbləğlər vergi ödəyicisinin borcu olmadığı halda Vergi Məcəlləsinin 87.4-cü maddəsinə müvafiq olaraq 20 gün ərzində (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə 45 gün ərzində) qaytarılır.

Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elgün Əzizli Elxan el***@gmail.com ID: 2249
Salam. Bİlmək istəyirəm ki, 111254 təsnifat kodunda yəni icare haqqından tutulan verginin faizi nə qədərdir və bu əməliyyatı icarəyə verən yoxsa icarəyə götürən şəxs ödəməlidir? Diqqətiniz üçün minnətdaram.
20/06/2020 Oxunub: 59 Orta qiymət: 0

Fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü, 222-ci, 224-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ehmedov Elcin Vaqif Ra***@mail.ru ID: 2248
Salam, zəhmət olmasa köməklik göstərərdiniz. İşsizlikdən sığorta haqqını almaq üçün əmək müqaviləsinə tərəflərin birinin təşəbbüsü ilə xitam verilibsə, sığorta haqqının alınmasına imtina oluna bilər?
20/06/2020 Oxunub: 61 Orta qiymət: 0

 “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının  Qanununa əsasən dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq alt sistemində işsiz kimi qeydiyyata alınmış 3 ildən az olmayan müddətdə sığorta stajı olan sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.

Ətraflı məlumat üçün aidiyyəti üzrə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Samire Agayeva Sehriyar sa***@gmail.com ID: 2246
Salam, mən sosial yardım düzəltdirmək istəyirəm, bilmək istəyirəm mən kirayə qaldığım evin sahibi gəlib iştirak etməlidir? Yəni nəyisə yazmağa ehtiyac olacaq?
20/06/2020 Oxunub: 28 Orta qiymət: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nəcəfov Göygöz Mürşüd oğlu ne***@gmail.com ID: 2245
Salam, pin kodu itirmişəm zəhmət olmasa kömək edərdiniz bərpası üçün.
20/06/2020 Oxunub: 25 Orta qiymət: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Suşin Anton Fyodorovic an***@gmail.com ID: 2244
Mən VÖEN-i dayandırmaq istəyirəm.
19/06/2020 Oxunub: 31 Orta qiymət: 0

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi Youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əli Qələndərli Arif mr***@gmail.com ID: 2243
Mən VÖEN açmışam işə daxil olmaq üçün. Ancaq CV-yə cavab verilməyib və məndən VÖEN üzrə hesabat vermək üçün məktub gəlib. Lakin mən online olaraq müraciət qaydasını bilmirəm. Hal- hazırda işləmirəm. Xahiş edirəm köməklik göstərəsiniz.
19/06/2020 Oxunub: 39 Orta qiymət: 0

Bildiririk ki, işə qəbul üçün fiziki şəxsin vergi uçotuna alınması qanunvericilikdə tələb olunmur. Belə ki, işəgötürənlə işçi arasında əmək qanunvericiliyinin tələblərinə əsasən müvafiq qaydada əmək müqaviləsi rəsmiləşdirilməlidir.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir. 

Əsas: VergiMəcəlləsinin 16.2-ci maddəsi. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nəcibə Nürəddinova qo***@hotmail.com ID: 2242
Deməli, muzdlu işdə işləyən hər hansı işçi işlədiyi müəssisəsiyə əmək qabiliyyətinin olmaması vərəqəsi (xəstəlik vərəqəsi) təqdim edir. Qanuna uyğun olaraq gətirdiyi xəstəlik vərəqəsi hamısı işəgötürən tərəfindən ödənilməyə düşür. Müəssisənin mühasibi qanunvericiliyə uyğun olaraq hesablayıb və tutulmalar aparıb. Burada əsas məsələ müəssisənin mühasibi hesablanmış müavinətin məbləğindən g/vergisi (dövlət müəssisə olduğu üçün), işsizlik sığortası tutmuşdur. Məni narahat edən əsas məsələ budur ki,həmən məbləğdən dsmf tutulmadığı halda işsizlik sığortası tutulmalıdırmı?
19/06/2020 Oxunub: 103 Orta qiymət: 5

Bildiririk ki, əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Əsas: “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Cümşüdov ceyhun Şükür oğlu ce***@mail.ru ID: 2241
Şabran şəhəri Soliton eliktron maqazasından 22. 05.2020 tarixində Mənə məxsus olan Birkartla alış veriş elədim. Qeydiyatda qohumum Siracov Paşa Xəlil oğlunu keçirdik. Buna səbəb mənim şəxsiyyət vəsiqəm yanımda yox idi. Mənim özümə məxsus olan Cümşüdov Ceyhun Şükür oğluna məxsus olan "Kapital"bankın birkatından 649.00 (Altı yüz qırx doqquz AZN) nağd alver elədik. Amma ƏDV qaydalarna uyğun olaraq heç əlavə vergi geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmuş qaydaları tətbiq olunmadı və hələ bizim sistemdə bu qaydalar tətbiq olmadığı deyildi. Xahiş edirəm araşdırıb mənə məxsus olan 15 % pulumu geri qaytarılmasını təmin edəsiz. Vergilər idarəsindən xahiş edirəm Şabran Soliton maqazasında ciddi yoxlama aparasınız. İnsanları aldadılmamasına şərait yaradaq. 050 3969643 Ceyhun Cümşüdov Mədaxil qəbzi №F00241557
19/06/2020 Oxunub: 35 Orta qiymət: 0

Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Belə ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ələsgərov Anton Arif al***@gmail.com ID: 2240
Salam! Mən muzdlu işciyəm, bizim sahibkarımıza nə vaxt pul keçəcək banka? Biz nə may, nə də aprel ayları hələ də almamışıq. Pandemiyadan zərər çəkmiş vətəndaşıq.
19/06/2020 Oxunub: 43 Orta qiymət: 0

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı səhifəmizdəyerləşdirilir və hər gün yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada  şikayət edə bilərlər.

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunu

0/5 (0 Orta qiymət)
Qiymət ver: