Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Əlizadə Nigar Fuad qizi ni***@ibar.az ID: 2941
ƏDV -ni geri almaq üçün FİSKAL İD oxunmur.
02/09/2020 Oxunub: 39 Orta qiymət: 0

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur.

Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri bu məqam olar bilər.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Eşqin es***@gmail.com ID: 2827
İki müəssisə ortaq layihədən qazanc əldə etməkdədir. Müqavilənin şərtlərinə əsasən istehsalı və satışı təşkil edən müəssisə bütün xərclər çıxıldıqdan sonra (həmçinin mənfəət vergisi) layihənin sahibi olan digər müəssisəyə xalis mənfəətindən müəyən faiz nisbətində pay verəcək. O zaman pay sahibi olan digər müəssisə əldə etdiyiyi paydan yenidən mənfəət vergisi verməlidirmi?
02/09/2020 Oxunub: 157 Orta qiymət: 4

Bildiririk ki, şəxslər birgə fəaliyyəti göstərmək istədikdə həmin şəxslər arasında mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq müqavilə bağlanmalı, birgə sahibkarlıq fəaliyyətindən təqvim ili ərzində əldə edilən ümumi gəlirdən xərclər çıxılmaqla razılığa uyğun olaraq bölüşdürüməklə təqvim ilinin vergi tutulan gəlirinə daxil edilməli və ayrılıqda hər iştirakçı mənfəət (gəlir) vergisi hesablanaraq ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 137-ci maddəsi.

4/5 (7 Orta qiymət)
Qiymət ver:
Sadiqov Məhəmməd Yaqub ba***@mail.ru ID: 2971
Salam, məndə 3 ƏDV qəbzi var, amma yüklənmir. Artıq 15 gün keçib.
01/09/2020 Oxunub: 36 Orta qiymət: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tariel Cəfərov Tərlan oğlu tt***@gmail.com ID: 1128
Salam, verdiyim suala dəqiq və müvafiq maddələrlə əsaslandırılmış cavab almaq istəyirəm - sualım belədir: A şirkət (hüquqi şəxs) digər B şirkətətinə (hüquqi şəxsə) borc müqaviləsinə əsasən 3 (üç) million manat məbləğində və 5 (beş) il müddətinə borc verir. Müqavilədə qeyd olunur ki, borc üzrə faiz tədbiq olunmur və bu şirkətlərdən A və B şirkətlərinin heç biri kredit şirkəti deyil və borc (kredit şərtlərilə verilən) kredit borcu deyil. Müqavilədə göstərilmiş borc məbləği və göstərilmiş müddətdə alınmış borc hissələrə bölünərək hissə-hissə borc verənə qaytarılacaqdır. Yekunda 3 million manat alınmışdırsa 3 million manatda qaytarılır və heç bir cərimə qecimkə olmur və buradan heç bir tərəfdə gəlir və ya pul vəsaitinin artımı əmələ gəlmir. İndi maraqlıdır yuxarıda qeyd olunanları nəzərə alaraq vergi tutma tədbiq olunacaqmı və nə olunarsa hansı əsaslardan və məqsədlə? - Xahiş edirəm müvafiq qanunlara və maddələrə istinad edin.
01/09/2020 Oxunub: 231 Orta qiymət: 4

Bildiririk ki, tərəflər arasında yaranan borc münasibətləri Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.

Mülki Məcəllənin 739-cu maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Mülki Məcəllənin 740-cı maddəsinə əsasən görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Bunlarla yanaşı, Mülki Məcəllənin 739.2-ci maddəsində qeyd edilmişdir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Hüquqi şəxs tərəfindən digər hüquqi şəxsə kreditlərin faizsiz verilməsi zamanı faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və həmin faizlərin məbləği borc verən müəssisənin vergi tutulan gəlirlərinə aid edilməlidir.

Bu zaman hüquqi şəxsdən borc alan müəssisə vergitutma məqsədləri üçün bazar qiyməti nəzərə alınmaqla alınmış borc məbləğinə hesablanmış faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergini tutub dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 104-cü, 108-ci, 123-cü və Mülki Məcəllənin 739-cu maddələri.

4/5 (15 Orta qiymət)
Qiymət ver:
Məmmədov Azat Yaqub oğlu az***@mail.ru ID: 2096
Hüquqı şəxs olan İstehsalat müəssisəsı müəssisədə malların və hazır məhsulun daşınması üçün fiziki şəxslərdən yük avtomaşınlarını icarəyə götürüb (balansa götürməmək şərti ilə). İcarə müqaviləsində carı təmir işləri icarəyə götürənin hesabına aparılması nəzərdə tutulub. Həmin avtomaşınların istismarı üçün hansı formada yol vərəqələri istifadə edilir? Həmin avtomaşınların təkərlərin, yağın və sair təmir işlərinin məbləğlərinin xərclərə aid edilməsində hansı məhdudiyyətlər var?
01/09/2020 Oxunub: 174 Orta qiymət: 3

Bildiririk ki, nəqliyyat vasitələri icarəçinin balansına götürülmədikdə və icarəyə götürülmüş nəqliyyat vasitələrinin təmirinə çəkilmiş xərclər icarə haqqı ilə əvəzləşdirilmədikdə icarəçi tərəfindən çəkilmiş təmir xərcləri gəlirdən çıxılmır. İcarəyə götürülmüş nəqliyyat vasitələrinin təmirinə çəkilmiş xərclər icarə haqqı ilə əvəzləşdirildikdə təmir xidmətinə görə xərclər icarə haqqı şəklində gəlirdən çıxılır.

Bununla yanaşı icarəyə götürülmüş nəqliyyat vasitələrinin istismarı üçün yol vərəqələrinin tərtib edilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi.

3/5 (5 Orta qiymət)
Qiymət ver:
Kənan Qurbanlı Çingiz kg***@gmail.com ID: 2970
ƏDV ödəyicisi olan müəssisə ölkədən kənarda yerləşən şirkətə elektron xidmət göstərir, və Vergi məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, gəlir 0 faiz ƏDV-yə cəlb edilir. Sözügedən gəlir üzrə 0 faiz ƏDV cəlb edilmə üçün müəssisə vergi orqanından sertifikat almalıdırmı?
01/09/2020 Oxunub: 142 Orta qiymət: 5

Bildiririk ki, malların ixracı ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb olunur və qeyd edilən göstəricilər vergi orqanına təqdim edilən ƏDV bəyannaməsinin müvafiq sətirlərində əks etdirilir. 

Bununla yanaşı, Hasilatın pay bölgüsü haqqında Sazişlərə əsasən podratçı tərəfin və onun xarici subpodratçısının Saziş çərçivəsində gördükləri işlərin və göstərdikləri xidmətlərin ƏDV-dən azad olunmasını və yaxud sıfır (0) faiz dərəcə ilə cəlb edilməsini onlara verilən “Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikat (Şəhadətnamə)” təsdiq edir. Bu haqda ətraflı məlumatla saytımızın Hasilatın pay bölgüsü haqqında Sazişə dair protokollar (PSA)  bölməsində tanış ola bilərsinz.

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Zahidə Əkbərova Rəvvaq qızı te***@gmail.com ID: 2969
Salam. Fiskal İD: G45RXSRctVqz 30 gündən çox keçməsinə baxmayaraq, ƏDV geri qaytarılması həyata keçirilməyib.
01/09/2020 Oxunub: 31 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan çek üzrə ƏDV-nin müəyyən olunmuş hissəsinin geri qaytarılması təmin edilmişdir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Samir Abasov Sahib oğlu ss***@gmail.com ID: 2968
Salam. Hər vaxtınız xeyir. Mən 1305268022 nömrəli VÖEN-lə fəaliyyət göstərən fərdi sahibkaram. Aktiv vergi ödəyicisiyəm. 2019-cu ildə 4000 azn-ə yaxın vergi ödəmişəm. Aprel ayında koronovirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı çərçivəsində 2000 azn yardım vəsaiti bank hesabıma köçürüldü. Fəaliyyətim toy sektoru ilə bağlı olduğu üçün hal-hazırda işsizəm. Növbəti yardım üçün sizdən rica edirəm. Öncədən təşəkkür edirəm
01/09/2020 Oxunub: 42 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə yalnız 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Birinci mərhələdə 250 manatdan artıq maliyyə dəstəyi almış fərdi (mikro) sahibkar şəxslərə təkrar maliyyə dəstəyi nəzərdə tutulmamışdır.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elmira Quliyeva il***@gmail.com ID: 2967
Dövlət tərərfindən Tərəqqi medalına layiq görülmüşəm. Hər ay 50 manat müavinət alıram. Bilmək istərdim ki, işdən ayrıldıqdan sonra da bu müavinəti ala biləcəyəmmi yoxsa kəsiləcəkmi?
01/09/2020 Oxunub: 36 Orta qiymət: 1

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Əlisoy Nərminə Mehman ne***@mail.ru ID: 2822
Mən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Texnologiya müəllimliyi qiyabi şöbəsini 2010-2015-ci ildə bitirmişəm. 2011-ci il tarixindən özəl vergi xidmətində çalışıram. 9 illik təcrübəm var. Sizə sualım budur ki, vergi orqanlarına işə qəbulla bağlı müsabiqədə iştirak edə bilərəm, ixtisasım texnologiya müəllimliyi olsa belə?
01/09/2020 Oxunub: 122 Orta qiymət: 2

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

2/5 (3 Orta qiymət)
Qiymət ver:
Vəli Əliyev Əkbər o ve***@mail.ru ID: 2328
18-ci fəslin müddəaları eyni zamanda Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə də şamil edilir. Sualın odur ki, müvafiq icra hakimiyyəti orqanı hansı nörmativ hüquqi aktla fəaliyyət sahələrini tam və ya qismən məhdudlaşdırıb ki, həmin fəaliyyət sahələrinə də Vergi Məcəlləsinin 18-ci fəslinin müddəaları şamil olunur?
01/09/2020 Oxunub: 101 Orta qiymət: 3

Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VIQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə 222-225-ci maddələrdən ibarət “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni XVIII fəsil əlavə edilmişdir.

Belə ki, Vergi Məcəlləsinin yeni XVIII fəslinin 222.5.9-cu maddəsinə əsasən bu fəslin müddəaları koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrini (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) də həyata keçirən şəxslərə şamil edilir.

Qeyd olunan maddədə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri dedikdə Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldıması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən fəaliyyəti tamamilə qadağan edilmiş və ya məhdudlaşdırılmış bir sıra iş və xidmət sahələri nəzərdə tutulmuşdur.         

Qanunda nəzərdə tutulan güzəşt və azadolmaların qanunda göstərilən siyahı üzrə pandemiyadan zərər çəkən ayrı-ayrı iqtisadi fəaliyyət sahələri ilə yanaşı, koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyəti tam və ya qismən məhdudlaşdırılan sahələrə də (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) tətbiq edilməsi nəzərdə tutulmuşdur.

Bunlarla yanaşı Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyəti tamamilə qadağan edilmiş və ya məhdudlaşdırılmış sahələr barədə məlumat almaq üçün aidiyyəti üzrə  Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahına müraciət oluna və ya həmin məlumatlar internet resurslarından istifadə edilməklə əldə oluna bilər.

Əsas: Vergi Məcəlləsinin XVIII fəsli.

3/5 (7 Orta qiymət)
Qiymət ver:
Əliyev Rövşən rr***@mail.ru ID: 2829
Sahibkarlığın inkişafına dövlətin zəmanətli kreditlər verildikdə 12 aylıq güzəşt tətbiq olunur. Bilmək istərdim 12 aylıq güzəştə nələr daxildir?
01/09/2020 Oxunub: 126 Orta qiymət: 4

Bildiririk ki, dövlət zəmanətli kreditlər aşağıdakı şərtlərlə verilir: 

  • kreditin maksimal məbləği 3.000.000 manatadək;
  • illik faiz dərəcəsi 15%-dək ola bilər. Bu faiz dərəcəsinin 50%-i dövlət tərəfindən ödənilir (subsidiyalaşdırılır).
  • kreditin müddəti 3 ilədək ola bilər.
  • kredit üzrə güzəşt müddəti 12 ayadək ola bilər. Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəməlidir.
  • Sahibkarlıq subyekti tərəfindən alınan kreditin 60%-dək hissəsinə dövlət zəmanəti verilir.

 

4/5 (6 Orta qiymət)
Qiymət ver:
Anar Babayev Vahid oğlu an***@gmail.com ID: 2279
Vergi ödəyicilərinin bağlanmış banklarda olan vəsaitləri geri alına bilmədikləri üçün onlar ümidsiz borc kimi tanına bilərmi? Burada əsas məqam odur ki, bu vəsait vergi ödəyicisinin debitor borcu deyil, aktividir. O səbəbdən də, vergi orqanlarının həmin vəsaitləri ümidsiz borc kimi qəbul edib etməməsini qanunvericilik çərçivəsində izah etməyiniz xahiş olunur.
01/09/2020 Oxunub: 174 Orta qiymət: 2

Bildiririk ki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Buna əsasən sorğuda göstərilən halda vergi ödəyicisinin debitor borcu ilə əlaqədar olmayan bağlanmış banklarda olan və geri alına bilməyən aktivlərinin ümidsiz borc hesab edilərək gəlirdən çıxılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

2/5 (7 Orta qiymət)
Qiymət ver:
Anar Babayev Vahid oğlu an***@gmail.com ID: 1941
Müəssisə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən rezident hüquqi şəxsdir. Lisenziyası alınmış banklardan birindən müəyyən məbləğdə kredit götürmüş və kreditin təminatı olaraq şirkətlə hüquqi bağlılığı olmayan fiziki şəxsə məxsus həmin bankda olan əmanət girov qismində qoyulmuşdur. Hazırda həmin bankın lisenziyası ləğv olunduğundan Əmanətlərin sığortalanması haqqında Azərbaycan respublikasının qanununun 26.2-ci maddəsinə əsasən (Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir) kredit öhdəliyi əmanətçinin əmanəti hesabına ödənilmişdir. Belə olan halda şirkətin həmin şəxs qarşısında öhdəliyi yaranmışdır. Həmin şəxslə müəssisə arasında heç bir hüquqi bağlılıq olmadığını nəzərə alaraq, müəssisənin vergi orqanları ilə uyğunsuzluqların yaranmaması üçün qanunvericilik çərçivəsində cavablandırmanızı xahiş edirəm.
01/09/2020 Oxunub: 111 Orta qiymət: 3

Bildiririk ki, hüquqi şəxsə məxsus kredit borcunun həmin şəxslə heç bir hüquqi bağlılığı olmayan fiziki şəxsin banka qoyduğu girov əmanəti hesabına ödənilməsi məsələsi aydınlaşdırılmalıdır. Həmin əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

3/5 (4 Orta qiymət)
Qiymət ver:
Elmar Əhmədov Arif oğlu el***@gmail.com ID: 2186
Salam. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş bağlanmış və həmin Sazişin 7-ci maddəsinin 1-ci bəndinə əsasən, bir Tərəfin qanunvericiliyinə tabe olan və həmin Tərəfin işəgötürəni tərəfindən digər Tərəf ölkəsinə 24 aydan az bir müddətə işləməyə göndərilən bir şəxs, bu xidmətləri birinci Tərəf ölkəsində yerinə yetirilmiş kimi yalnız birinci Tərəf ölkəsinin qanunvericiliyinə tabe olur. Hər iki Tərəfin Səlahiyyətli Orqanlarının əvvəlcədən təsdiqi ilə bu müddət, ümumilikdə 60 ayı keçməmək şərtilə uzadıla bilər. Sosial Sığorta haqqında Qanun 31-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir. Qeyd olunan Sazişə əsasən, Türkiyədə Şirkətdə işləyən Türkiyə vətəndaşı həmin şirkətin Azərbaycan Respublikasındakı Filialında işləyərsə həm sığortaedən, həm də sığortaolunan məcburi dövlət sosial sığorta haqqının ödənilməsində azaddırmı?
01/09/2020 Oxunub: 144 Orta qiymət: 2

Bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunur.

Adıçəkilən Qanunun 31-ci maddəsinə əsasən Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Eyni zamanda Azərbaycan Respublikasının 1 dekabr 1998-ci il tarixli 557-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in 6-cı maddəsinə əsasən bu Sazişin 7-ci və 8-ci maddələrinə zidd olmadıqda, bir Tərəf ölkəsində əmək fəaliyyəti ilə məşğul olan şəxs, bu fəaliyyətlə əlaqədar olaraq yalnız həmin ölkə qanunvericiliyinə tabe olur.

Həmin Sazişin 7-ci maddəsinin 1-ci bəndinə əsasən bir Tərəfin qanunvericiliyinə tabe olan və həmin Tərəfin işəgötürəni tərəfindən digər Tərəf ölkəsinə 24 aydan az bir müddətə işləməyə göndərilən bir şəxs, bu xidmətləri birinci Tərəf ölkəsində yerinə yetirilmiş kimi yalnız birinci Tərəf ölkəsinin qanunvericiliyinə tabe olur. Hər iki Tərəfin Səlahiyyətli Orqanlarının əvvəlcədən təsdiqi ilə bu müddət, ümumilikdə 60 ayı keçməmək şərtilə uzadıla bilər.

Sazişin 7-ci maddəsinin 3-cü  bəndinə əsasən Tərəf ölkələrin birində mərkəzi olan hava, avtomobil və dəmir yolu nəqliyyatı və ya telekommunikasiya firma və şirkətlərində işləyən şəxsə, digər Tərəf ölkəyə göndərildiyi halda, göndərən tərəfin qanunvericiliyi tətbiq edilir.

Sazişin 7-ci maddəsinin 5-ci  bəndinə əsasən tərəflərdən birinin digər Tərəf ölkəsindəki şöbə və ya daimi nümayəndəlik bürolarında işləyən şəxslər, şöbə və ya nümayəndəliyin yerləşdiyi Tərəf ölkənin qanunvericiliyinə tabedirlər.

Bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2004-cü il tarixli 342 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair prosedur Müqavilə”nin 4-cü maddəsinə əsasən Sazişin 7-ci maddəsinin 1, 2, 3, 4-cü bəndləri tətbiq edildikdə, sığortalı şəxs gəldiyi Tərəf ölkənin Səlahiyyətli İdarəsinə, onu göndərən Tərəf ölkəsinin qanunvericiliyinin tətbiq ediləcəyini təsdiq edən sənəd təqdim edir. Bu sənəd Azərbaycan Respublikasında və ya Türkiyə Respublikasında sığortalı şəxsin axırıncı tabe olduğu qanunvericiliyin tətbiq edilməsində məsul olan Səlahiyyətli İdarə Tərəfindən hazırlanır.

Qeyd olunanlardan əlavə, sorğuda göstərilmiş hal üzrə ətraflı məlumat (qeyri-rezidentin və onun Azərbaycan Respublikasında təsis etdiyi filialının əsas fəaliyyət növü, Azərbaycan Respublikasına göndərilən əcnəbi işçilərin filiala ezam və ya təyin olunması, habelə əmək haqlarının ödənilmə mənbəyi və digər zəruri məlumatlar) təqdim edildiyi təqdirdə əcnəbi işçinin məcburi dövlət sosial sığorta haqqına cəlb olunması məsələsinə münasibət bildiriləcəkdir.

Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” və Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2004-cü il tarixli 342 nömrəli Sərəncamı.

2/5 (3 Orta qiymət)
Qiymət ver:
Fariz Əliyev fa***@dmx.gov.az ID: 2294
Dövlət qurumunun qeyri-kommersiya fəaliyyəti məqsədilə Vergi Məcəlləsinin 164.1.19. maddəsinə əsasən idxal etdiyi malların (avadanlıqların) Azərbaycan Respublikasının ərazisində təqdim edilməsi, eləcə də həmin malların (avadanlıqların) quraşdırılması xidmətləri Vergi Məcəlləsinin 159.10.-cu maddəsində göstərilməmişdirsə vergi tutulan əməliyyat sayılırmı, ƏDV-nə cəlb edilməlidirmi?
01/09/2020 Oxunub: 134 Orta qiymət: 3

Bildiririk ki, sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

3/5 (4 Orta qiymət)
Qiymət ver:
Ömərova Nəcabət İmiran Na***@mail.ru ID: 2828
Mən uzun illər vergi odəyicisi olmuşam. 2019 cu ilin yayından işdən ayrıldığıma görə VÖEN-imi dondurmuşam. Bilmək istəyirəm dovlətin sahibkarlara dəstək ücün ayırdığı 250 AZN mənə də şamil olunurmu? Sağ olun
01/09/2020 Oxunub: 75 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi həyata keçirilməkdədir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmur.

Müraciətinizdə qeyd oluanlara əsasən, fəaliyyətiniz 2019-du ildə dayandırıldığı üçün fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyi Sizə şamil olunmur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Dərişov Zaxar Zakir oğlu mu***@mail.ru ID: 2965
1. Vergi orqanı şəxsi səhifədə təsdiq olunmamış azalmanı borc heasab edərək sərəncam vasitəsilə büdcəyə tələb edir. Əgər bu təsdiq olunmamışdırsa, vergi orqanı VM-nin hansı maddəsinə əsaslanaraq bu məbləği sərəncamla hesabımızdan silir?
01/09/2020 Oxunub: 54 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər Vergi Məcəlləsinin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə, yəni borc bildirişinin gəldiyi tarixdən 5 gün ərzində ödənilmədikdə kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə alınma barədə sərəncam göndərilir.

Vergi borcu vergi orqanının hesabladığı vergilər üzrə olduqda və 5 gün ərzində ödənilmədiyi halda isə, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

Müraciətinizdə qeyd olunan halın araşdırlıması üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 65-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zaur Ismayılov za***@gmail.com ID: 1783
Mənfəət vergisi ödəyicisi olan MMC mikrosahibkarlıq subyektidir. 2019-cu ilin bölüşdürülməmiş mənfəətin bir hissəsini dividend formasında 2020-ci ilin yanvar, fevral və mart aylarında ödəyir və müvafiq bəyannamədə göstərilir. Ödəmə anında mikrosahibkarlıq subyektləri 106.1.20 maddəsinə əsasən dividendə görə 10 faiz mənbədə vergidən azaddır. MMC 2020-ci ilin aprel ayında könüllü olaraq 177.5 maddəsinə əsasən ərizə ilə müraciət edərək arxa tarixdən, yəni 2020-ci ilin fevral ayının 1-dən ƏDV qeydiyyatına alınır. Bilmək istəyirəm ki, 2019-cu il üçün (mikrosahibkarlıq dövrü üçün) fevral və mart ayında ödənilən dividend ÖMV-yə cəlb olunur ya yox?
01/09/2020 Oxunub: 145 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 106.10-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Buna əsasən sorğuda göstərilən halda rezident müəssisənin ƏDV qeydiyyatı olmayan dövr üzrə  formalaşan bölüşdürülməmiş mənfəətindən dividendin elan edilməsi və ödənilməsi zamanı ƏDV qeydiyyatında olması onun Vergi Məcəlləsinin 106.10-cu maddəsi ilə müəyyən edilən güzəşt hüququnu məhdudlaşdırmır. Müəssisənin ƏDV qeydiyyatında olduğu dövrdə formalaşan bölüşdürülməmiş mənfəətindən dividendlərin elan edilməsi və ödənilməsi isə onun vergi mükəlləfiyyətindən asılı olmayaraq ümumi qaydada vergiyə cəlb edilir

Əsas: Vergi Məcəlləsinin 106-cı və 122-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Bayramova Leyla Hacırəhim qızı le***@list.ru ID: 1459
Salam.Təmsil etdiyim hüquqi şəxs sifarişçilərlə faktorinq əməliyyatını istifadə edir. Faktorinq məbləğinin cəmi bir neçə elektron qaimə məbləğlərindən ibarət ola bilər və alıcı ödənişi hər qaimə üzrə müxtəlif tarixlərdə ayrı-ayrı ödəniş həyata keçirə bilər. Satıcı elektron qaimələr əsasında alıcıya mal təqdim edir. Təqdim edilmiş mallara görə alıcının əvəzinə bank tərəfindən elektron qaimələrdə qeyd edilən əsas məbləğinin 90% satıcının bank hesabına köçürülür. Müəyyən müddətdən sonra alıcı elektron qaimələrdə qeyd edilən məbləğin ödənişini həyata keçirir - əsas məbləğlər satıcının bank hesabına, ƏDV sub hesabına. Bu anda bank alıcı tərəfindən ödənilmiş əsas məbləğlərin 90% öz hesabına geri qaytararaq, bu xidmətə görə 1% xidmət haqqı tutur. Vergi Məcəlləsinin 166.1.1 maddəsinə əsasən" nağdsız ödəmədə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt" ödəmə aparılmış sayılır. Sual- vergitutma əməliyyatı hansı tarix hesab edilir: bank tərəfindən elektron qaimə üzrə ödənilən əsas məbləğlərin 90%, yaxud alıcı tərəfindən elektron qaimələr üzrə ödənilən ƏDV daxil tam məbləğ? Məsələn, yanvar, fevral, aylarında alıcı cəmi 118000 manat (ƏDV daxil) məbləğində satıcıya mal təqdim edib. Satıcı banka müraciət edib və bank fevral ayında 90000 manat məbləğində faktorinq əməliyyatına görə satıcının bank hesabına o məbləği köçürüb. Alıcı mart ayında 47200 manat (ƏDV daxil), aprel ayında 70800 manat (ƏDV daxil) satıcının bank və sub hesablarına köçürüb. 118000 manat məbləğin ödənişi ƏDV bəyannaməsinin 3 N-li əlavəsinin "Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)" bölməsində neçə əks olunmalıdır? Aşağıda göstərilən variantlardan hansı düzgün aparılan əməliyyatı əks edir? 1. 90000 manat fevral ayı üzrə ƏDV bəyannaməsində,+ 4000 manat mart ayı üzrə ƏDV bəyannaməsində+6000 aprel ayı üzrə ƏDV bəyannaməsində ? 2. 40000 manat mart ayı üzrə ƏDV bəyannaməsində + 60000 aprel ayı üzrə ƏDV bəyannaməsində?
01/09/2020 Oxunub: 224 Orta qiymət: 0

Bildiririk ki, Mülki Məcəllənin 655-ci maddəsinin müddəalarına əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.

Mülki Məcəllənin 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun.

Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır.

Vergi Məcəlləsinin 166.1.6-cı maddəsinə əsasən tələb hüququ güzəşt edildikdə güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır.

Eyni zamanda sorğuda qeyd olunan əməliyyatların xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 166-cı və Mülki Məcəllənin 655-ci və 657-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver: