Kommersiya hüquqi şəxsin (məhdud məsuliyyətli cəmiyyətin) elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün dövlət rüsumunun ödənilməsi tələb olunmur. Kommersiya hüquqi şəxsin (məhdud məsuliyyətli cəmiyyətin) kağız daşıyıcıda dövlət qeydiyyatının həyata keçirilməsi üçün tələb olunan dövlət rüsumunun elektron ödənilməsi imkanı mövcuddur.
https://gpp.az/WebPortal/Unregistered/Sc/980100/Category/1
Kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatı üçün müraciət kağız daşıyıcıda edildikdə dövlət rüsumu (bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün 300 manat, kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün 5 manat, digər hüquqi şəxslərin qeydiyyatı üçün 15 manat – “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsi) və ərizənin notarial qaydada təsdiq olunma xərcləri (hər imza üçün 3 manat) müəyyən edilmişdir.
Kommersiya hüquqi şəxslərin, o cümlədən xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması üçün ödənilməsi tələb olunan dövlət rüsumu və digər tələb və sənədlər haqqında məlumatlar “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunlarında əks olunmuşdur və həmin Qanunlara hər kəsin onlayn çıxış imkanı mövcuddur. Bundan başqa Dövlət Vergi Xidmətinin internet informasiya ehtiyatında bu sahədə müxtəlif təlimatlar, vahid standartlar, qaydalar, tələb olunan ərizə və sənəd formaları mövcuddur.
https://www.taxes.gov.az/az/page/nizamname-esasname-ve-qerar-numuneleri
https://www.taxes.gov.az/az/page/vergi-odeyicilerine-gosterilen-xidmetlerin-vahid-standartlari
Onlayn informasiya resurslarında təqdim olunan məlumatlar və sənədlər mütəmadi olaraq yenilənir və hazırda qanunvericiliyin tələbləri üzrə ən son məlumatlar təqdim olunur.
Kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatı üçün müraciət kağız daşıyıcıda edildikdə dövlət rüsumu (Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün 300 manat, kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün 5 manat, digər hüquqi şəxslərin qeydiyyatı üçün 15 manat – “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsi) və ərizənin notarial qaydada təsdiq olunma xərcləri (hər imza üçün 3 manat) müəyyən edilmişdir.
Məhdud məsuliyyətli cəmiyyətlərin (yerli və xarici investisiyalı) elektron dövlət qeydiyyatı üçün dövlət rüsumu tələb olunmur.
Yalnız “Asan İmza” və “Elektron İmza” alınması üçün xərclər müəyyən edilmişdir (18 manat).
Xərclər sırasına kommersiya hüquqi şəxslərin təsis edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş minimun nizamnamə kapitalı məbləğinin ödənilməsi xərclərini aid etmək olar.
Məhdud məsuliyyətli cəmiyyətlər, kooperativlər üçün nizamnamə kapitalının minimum miqdarı barədə tələb mövcud deyildir. Lakin qanunvericilikdə müəyyən spesifik sahələrdə hüquqi şəxslərin təsis edilməsi üçün nizamnamə kapitalının minimum miqdarının ödənilməsi tələbi mövcuddur. Məsələn, səhmdar cəmiyyətin nizamnamə kapitalının minimum həddi - qapalı səhmdar cəmiyyəti üçün 2000 manat, açıq səhmdar cəmiyyəti üçün isə 4000 manat, kommersiya hüquqi şəxs kimi yaradılan BOKT üçün nizamnamə (şərikli) kapitalına dair minimum tələb - 300 (üç yüz) min manat, kredit ittifaqının kapitalı 4000 (dörd min) manat məbləğindən az olmayaraq, səhmdar investisiya fondunun nizamnamə kapitalının və paylı investisiya fondunun formalaşdırılmasının baş tutmuş hesab edilməsi üçün yetərli olan kapitalın minimum məbləği 500.000 (beş yüz min) AZN, investisiya fondlarının idarə edilməsini həyata keçirən hüquqi şəxsin (idarəçinin) nizamnamə kapitalının minimum məbləği 125.000 (yüz iyirmi beş min) AZN, yeni yaradılan banklar üçün nizamnamə kapitalının (xarici bankların yerli filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsaitin) minimum miqdarı 50 (əlli) milyon manat, sığortaçıların tələb olunan kapitalının minimum məbləği qeyri-həyat sığortası fəaliyyəti üzrə yeni təsis edilən sığortaçılar üçün - 5 000 000 (beş milyon) manat; həyat sığortası fəaliyyəti üzrə yeni təsis edilən sığortaçılar üçün - 10 000 000 (on milyon) manat, təkrarsığorta fəaliyyəti üzrə yeni təsis edilən təkrarsığortaçılar üçün - 20 000 000 (iyirmi milyon) manat, kredit bürosunun nizamnamə kapitalı 2 (iki) milyon manat məbləğindən az olmayaraq.
Həmçinin, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2011-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 90.2-ci maddəsinə dəyişiklik edilmişdir.
Mülki Məcəllənin 90.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz.