Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»nın təsdiq edilməsi barədə Qərar N 219

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 472-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları təsdiq edilsin (əlavə olunur). [1]

2. Bu qərar 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri 30 dekabr 2007-ci il
219

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmişdir

Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi QAYDALARI [2]

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi və ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə əməliyyatların aparılması, habelə həmin əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülməsi qaydalarını müəyyən edir.[3]

1.2. Əlavə dəyər vergisinin depozit hesabı ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır.

ƏDV-nin depozit hesabı Dövlət Xəzinədarlığı Agentliyində (bundan sonra - DXA ) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir.[4]

ƏDV sub-uçot hesabı ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir.

Fərdi identifikasiya nömrəsi - Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə barəsində məlumat daxil edilən Azərbaycan Respublikasının vətəndaşına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə verilən vahid təkrarolunmaz koddur.[5]

1.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş vergi hesab-fakturalarında nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

1.4. Malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra - alıcı) tərəfindən vergi hesab-fakturalarında göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra - satıcı) hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir.[6]

1.5. Mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan vergi hesab-fakturalarında ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir.

1.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən vergi hesab-fakturasında, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir.

1.7. Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan vergi hesab-fakturasında, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir.[7]

1.8. Azərbaycan Respublikasının ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, qaimə-fakturada (elektron qaimə-fakturada) ƏDV-nin məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir. Həmin məhsulların alıcıları elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, qaimə-fakturada (elektron qaimə-fakturada) göstərilən kənd təsərrüfatı məhsullarının ƏDV-siz dəyərini onları təqdim edən şəxsin hesabına, ticarət əlavəsindən hesablanan ƏDV-nin məbləğini isə ƏDV-nin depozit hesabına köçürməlidirlər.[8]

2. ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili

2.1. ƏDV- nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər:

- ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından;

- digər vergi ödəyicilərinin bank hesablarından;

- bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən;[9]

- Azərbaycan Respublikasının ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarəti zamanı alıcıların ödəmələrindən.[10]

2.2. Alınmış mallara (işlərə, xidmətlərə) görə təqdim edilmiş vergi hesab-fakturaları üzrə ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisi, o cümlədən ƏDV məqsədləri üçün qeydiyyatda olmayan büdcə təşkilatları, dövlət müəssisələri, səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən ƏDV-nin depozit hesabına ödəniş sənədləri əsasında köçürülür.

2.3. Nağdsız ödənişlərin aparılması zamanı tətbiq olunan A formatlı ödəniş tapşırığı ƏDV-nin ödənilməsi üçün istifadə edildikdə, B1. Benefisiar (alan) bank bölməsində DXA-nın bank rekvizitləri əks etdirilməlidir. Həmin ödəniş tapşırığının B2.Vəsaiti alan bölməsinin Adı sətirində satıcının adı, Hesab -si sətirində ƏDV-nin depozit hesabının nömrəsi, VÖEN sətirində isə satıcının VÖEN-i dəqiq qeyd olunmalıdır.

Satıcı alıcıdan ƏDV-nin depozit hesabına ƏDV məbləğinin köçürülməsini təsdiq edən ödəniş sənədini tələb edə bilər.

2.4. ƏDV-nin ödənilməsi üçün təqdim edilmiş ödəniş tapşırığının bank tərəfindən bu Qaydalara və qüvvədə olan digər normativ hüquqi aktların tələblərinə uyğunluğu yoxlanılır.

2.5. Ödəniş tapşırığının B2.Vəsaiti alan bölməsində satıcının VÖEN-i düzgün qeyd olunmadıqda, daxil olmuş vəsait onu ödəyən alıcının VÖEN-inə uyğun olaraq, açılmış ƏDV-nin naməlum sub-uçot hesabı na mədaxil edilir.

2.6. Milli Bankın ödəniş sistemləri vasitəsi ilə alınmış məlumatlar DXA tərəfindən Bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun formada, elektron formatda Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə ötürülür.

İş gününün sonunda isə DXA tərəfindən hesabdan çıxarış bank sənədləri ilə birlikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edilir.

3. ƏDV-nin depozit hesabından vəsaitlərin məxarici

3.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanmış ödəniş tapşırığına əsasən ƏDV-nin depozit hesabından pul vəsaitləri aşağıdakı hallarda dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülür:[11]

- əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi üçün;

- vergi ödəyicisinin rəsmi müraciətinə əsasən.

3.2. Vergi ödəyicilərinin ƏDV üzrə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına əsasən ƏDV-nin depozit hesabından vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün vergi öhdəliklərinin yaranması ardıcıllığına uyğun olaraq təsdiq edilmiş kassa xərclərinin sifarişi (2 nömrəli əlavə) iki nüsxədə, ödəniş tapşırığı elektron imzalarla təsdiq edilmiş elektron formatda və ya kağız daşıyıcılarında 4 nüsxədə ƏDV-nin depozit hesabı üzrə məxaric vəsaitləri haqqında Reyestr (3 nömrəli əlavə) kağız formatda saat 13:00-dək DXA-ya təqdim edilir.

Kassa xərclərinin sifarişinin bir nüsxəsi DXA tərəfindən təsdiq edilərək növbəti iş günündə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qaytarılır. DXA tərəfindən ödəniş tapşırığı üzrə vəsaitlərin aidiyyəti yerli xəzinədarlıq orqanlarına köçürülməsi məqsədi ilə elektron formatda ödəniş tapşırıqlarının təsdiq edilməsi təmin olunur və bank hesab müqaviləsində nəzərdə tutulmuş reqlamentə uyğun olaraq xidmət olunduğu banka göndərilir.

ƏDV-nin depozit hesabı üzrə bank əməliyyatları Milli Bankın ödəniş sistemləri vasitəsi ilə aparılır.

Bank DXA tərəfindən təqdim olunmuş ödəniş tapşırığı üzrə vəsaitlərin gün ərzində aidiyyəti yerli xəzinədarlıq orqanlarına köçürülməsini təmin edir.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi təqdim edilmiş ödəniş tapşırığında qeyd olunan ödəmə məbləğlərinin həmin vəsaitlərin dövlət büdcəsinə mədaxil edilmə tarixlərinə müvafiq olaraq vergi ödəyicilərinin vergi orqanında aparılan şəxsi hesab vərəqələrinə daxil edilməsini təmin edir.

4. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti

4.1. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər.

4.2. ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır:

- dövlət büdcəsinə;

dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına;[12]

- ƏDV sub-uçot hesablarına.

4.3. Alınmış elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış Köçürmə əməliyyatlarının aparılması menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir.[13]

4.3-1. Bu Qaydaların 4.3-cü bəndində qeyd edilmiş ödənişi alıcı qismində aşağıdakı şəxslər gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirə bilərlər:

4.3-1.1. vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri;

4.3-1.2. bu Qaydaların 4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxsin özü və ödənişi etməyə səlahiyyəti olan digər şəxs (şəxslər).

4.3-2. Ödənişin bu Qaydaların 4.3-1.2-ci yarımbəndinə uyğun ödənişi etməyə səlahiyyəti olan digər şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi bu Qaydaların 4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxslər tərəfindən İnternet Vergi İdarəsində yaradılmış Səlahiyyətlərin idarə edilməsi menyusundan istifadə edilməklə gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilir.[14]

4.4. Vergi ödəyiciləri gücləndirilmiş elektron imza vasitəsilə öz ƏDV sub-uçot hesabı üzrə real vaxt rejimində əməliyyatların aparılması ilə yanaşı, bu sub-uçot hesabı üzrə aparılmış əməliyyatlar və saldo barədə məlumatlar əldə edə bilərlər.[15]

4.5. Ödəniş tapşırığında satıcının VÖEN-i düzgün göstərilmədiyi halda alıcı İnternet vergi idarəsinə daxil olaraq, ƏDV-nin naməlum sub-uçot hesabı ndan satıcıya ünvanlanan vəsaitləri onun VÖEN-i göstərməklə köçürmə əməliyyatları aparmalıdır.

Ödəniş tapşırığının B2. Vəsaiti alan bölməsində satıcının VÖEN-i düzgün qeyd olunmadıqda və vəsaiti ödəyən ƏDV qeydiyyatında olmadıqda, həmin vəsait ƏDV-nin naməlum sub-uçot hesabı na mədaxil edilməklə dövlət büdcəsinə köçürülür və həmin məbləğ vəsaiti ödəyən vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinə daxil edilir.

4.6. Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından , naməlum sub-uçot hesabından dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına vergilər üzrə ödəniş həyata keçirilə bilər. Bu halda Azərbaycan Respublikasının Vergilər Nazirliyi həmin vəsaitlərin bu Qaydalara uyğun ödəniş tapşırığında əks etdirilməsini təmin etməlidir.

Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş iş günü saat 11:30-dək proqram təminatında təsdiq edildikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müvafiq sənədlər həmin gün bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur.

Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş iş günü saat 11:30-dan sonra və ya qeyri-iş günündə proqram təminatında təsdiq edildikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müvafiq sənədlər də növbəti iş günündə bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur.

Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına yük gömrük bəyannamələrinə uyğun olaraq idxal olunan mallara görə ƏDV ödənişi həyata keçirildiyi halda, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron formatlı ödəniş tapşırığında ödənişi aparan vergi ödəyicilərinin adı, VÖEN-i, dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabının nömrəsi və ödəniş məbləği əks etdirilməklə, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur.[16]

4.7. Vergi ödəyicisi ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin qaytarılması üçün həmin vəsaiti dövlət büdcəsinə köçürməlidir və bu vəsaitlərin qaytarılması vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

4.8. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və DXA arasında ƏDV-nin depozit hesabına mədaxil və məxaric olunmuş vəsaitlər barədə aylıq üzləşmə aktı tərtib edilir.

4.9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsi ilə bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun formada istənilən iki tarix aralığında ƏDV sub-uçot hesabının hərəkəti barədə məlumata DXA-ya elektron formatda baxış və həmin məlumatın çapı üçün imkan yaradılır. Bu zaman iki tarix aralığı dedikdə, birinci tarixin əvvəli saat 00:00-dan - ikinci tarixin əvvəli saat 00:00-dək olan müddətlər nəzərdə tutulur.

4.10. ƏDV qeydiyyatında olan vergi ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyat tam və ya qismən ləğv edildikdə (mal tam və qismən geri qaytarıldıqda), əməliyyatın xarakteri dəyişdikdə, əməliyyat baş tutmadıqda, qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda, ƏDV-rıin geri qaytarılması tələb olunarsa, bu halda ƏDV ödəyicisi malların (işlərin, xidmətlərin) dəyərini öz bank hesabından digər ƏDV ödəyicisinin bank hesabına, depozit hesabına daxil olmuş ƏDV məbləğini isə vəsaiti köçürən ƏDV ödəyicisinin ƏDV depozit hesabına qaytarmalıdır.[17]

Bu məlumatların itirilməsi və yaxud acıqlanması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

5. ƏDV qeydiyyatının ləğvi, vergi ödəyicisinin ləğvi və yenidən təşkili ilə bağlı ƏDV sub-uçot hesabları üzrə əməliyyatların aparılması

5.1. Vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi onun ƏDV sub-uçot hesabından istifadəsinin məhdudlaşdırılması üçün əsasdır. Vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edilərkən onun ƏDV sub-uçot hesabında olan və sonradan bu sub-uçot hesabına daxil olan pul vəsaitləri dövlət büdcəsinə köçürülür və həmin vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinə daxil edilir.

5.2. Vergi ödəyicisi ləğv edilərkən onun ƏDV sub-uçot hesabında olan pul vəsaitləri bu Qaydalara uyğun olaraq, dövlət büdcəsinə köçürülür və həmin vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinə daxil edilir.

5.3. Hüquqi şəxs birləşmə, qoşulma və bölünmə nəticəsində ləğv edilərkən onun ƏDV sub-uçot hesabında olan pul vəsaitləri yeni təşkil edilmiş ƏDV qeydiyyatında olan hüquqi şəxslərin ƏDV sub-uçot hesablarına və ya dövlət büdcəsinə köçürülür.

5.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda, onun ƏDV sub-uçot hesabında olan pul vəsaitləri bölünmə balansına uyğun olaraq, yeni təşkil edilmiş ƏDV qeydiyyatında olan hüquqi şəxslərin ƏDV sub-uçot hesablarına köçürülə bilər.

 

Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzlədirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydalarına 1 nömrəli əlavə

ƏDV-nin depozit hesabına daxil olmuş pul vəsaitləri haqqında Reyestr

___ ___________ 200 il

Sıra -si Bank əməliyyatının nömrəsi Ödəyən tərəfin Alan tərəfin Ödəniş məbləği
(manatla)
adı VÖEN/FİN-i[18] adı VÖEN-i
1
2
3
4
5
6
7
1
 
 
 
 
 
 
2
 
 
 
 
 
 
3
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
CƏMİ
 

 

Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları na 2 nömrəli əlavə

Kassa xərclərinin SİFARİŞİ

Xəzinədarlıq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

 

Büdcə təşkilatı Azərbaycan Respublikasının Vergilər Nazirliyi

(adı, XHK -si)

 

Tarìx: " " " " 200 ìl

Vergilər Nazirliyi tərəfindən doldurulur Xəzinədarlıq tərəfindən doldurulur
iqtisadi təsnifat ödəniş sənədinin günün əvvəlinə vəsait qalığının məbləği ödəniş sənədi haqqında məlumat qeyd
ödəniş sənədinin
- si tarixi məbləği (manatla) adı - si tarixi məbləği (manatla)
1
2
3
4
5
6
7
8
9
10
 
 
 
 
 
X
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
CƏMİ
 
 
 
 
 
 
 

 

Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları na 3 nömrəli əlavə

___ ___________ 200 il

ƏDV-nin depozit hesabı üzrə məxaric vəsaitləri haqqında
(manatla)

Sıra -si Vergi ödəyicisinin adı VÖEN Ödəniş məbləği Ödəniş tapşırığının nömrəsi
1.
 
 
 
 
2.
 
 
 
 
3.
 
 
 
 
Cəmi ___________YXO üzrə
 
X
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
YEKUN
 
X

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 fevral tarixli 47 nömrəli qərarına Əlavə 4

Vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV- nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları na [19]

Birinci tarix:_____________ ikinci tarix:__________

(manatla)

Vergi ödəyicisinin adı   VÖEN   Birinci tarixin əvvəlinə qalıq Mədaxil Məxaric İkinci tarixin əvvəlinə qalıq  
vergi ödəyicilərinin bank hesablarından vergi ödəyicilərinin ƏDV sub-uçot hesablarından vergi ödəyicilərinin ƏDV sub-uçot hesablarından dövlət büdcəsinə dövlət gömrük orqanlarının depozit hesabına  
CƏMİ

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

1. 16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 127)

2. 16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 04, maddə 282)

3. 16 iyun 2009-cu il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 06, maddə 494)

4. 5 oktyabr 2009-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 853)

5. 19 mart 2014-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 30 mart 2014-cü il, 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 03, maddə 314)

6. 3 may 2016-cı il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 7 may 2016-cı il, 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 942)

7. 12 sentyabr 2017-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 13 sentyabr 2017-ci il, 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 9 , maddə 1724)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 5 oktyabr 2009-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 853) ilə adında və 1-ci bəndində "vergi hesab-fakturası" sözlərindən əvvəl "elektron"sözü əlavə edilmişdir.

 

[2] 5 oktyabr 2009-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 853) ilə "Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nın adında və mətnində ismin müvafiq hallarında "vergi hesab-fakturası" sözlərindən əvvəl "elektron" sözü əlavə edilmişdir.

[3] 16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 127) ilə 1.1-ci bənddə dövlət büdcəsinə sözlərindən sonra və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına sözləri əlavə edilmişdir.

 

[4] 16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 04, maddə 282) ilə 1.2-ci bəndin ikinci abzasının birinci cümləsində Baş Dövlət Xəzinədarlığında (bundan sonra - BDX) sözləri Dövlət Xəzinədarlığı Agentliyində (bundan sonra - DXA ) sözləri ilə əvəz edilmişdir və 1.2-ci bəndin ikinci abzasının ikinci cümləsində, 2.6-cı bəndin birinci və ikinci abzaslarında, 3.2-ci bəndin ikinci abzasının birinci və ikinci cümlələrində, dördüncü abzasında və 4.8-ci bənddə BDX akronimi DXA akronimi ilə, 2.3-cü bəndin birinci abzasında BDX-nin akronimi DXA-nın akronimi ilə, 3.2-ci bəndin  birinci abzasında və 4.9-cu bəndin birinci abzasında BDX-yə akronimi DXA-ya akronimi ilə əvəz edilmişdir.

 

[5] 3 may 2016-cı il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 7 may 2016-cı il, 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 942) ilə Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları nın 1.2-ci bəndə yeni məzmunda dördüncü abzas əlavə edilmişdir.

 

[6] 16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 127) ilə 1.4-cü bənddə şəxsin (bundan sonra satıcı) sözlərindən sonra bank sözü çıxarılmışdır.

 

[7] 3 may 2016-cı il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 7 may 2016-cı il, 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 942) ilə Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları na yeni məzmunda 1.6-cı və 1.7-ci bəndlər əlavə edilmişdir.

 

[8] 12 sentyabr 2017-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 13 sentyabr 2017-ci il, 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 9 , maddə 1724) ilə Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları na yeni məzmunda 1.8-ci bənd əlavə edilmişdir.

 

[9] 3 may 2016-cı il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 7 may 2016-cı il, 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 942) ilə Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları nın 2.1-ci bəndin üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda dördüncü abzas əlavə edilmişdir.

 

[10] 12 sentyabr 2017-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 13 sentyabr 2017-ci il, 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 9 , maddə 1724) ilə Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları nın 2.1-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda beşinci abzas əlavə edilmişdir.

 

[11] 16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 127) ilə 3.1-ci bənddə dövlət büdcəsinə sözlərindən sonra və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına sözləri əlavə edilmişdir.

 

[12] 16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 127) ilə 4.2-ci bəndə yeni məzmunda üçüncü abzas əlavə edilmiş və həmin bəndin üçüncü abzası dördüncü abzas hesab edilmişdir.

 

[13] 19 mart 2014-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 30 mart 2014-cü il, 62) ilə 4.3-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.3. Alınmış elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişi aparmaq üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2007-ci il tarixli 120 nömrəli qərarına uyğun olaraq, vergi orqanından aldığı xüsusi parol-şifrə vasitəsilə İnternet vergi idarəsinə (www.e-taxes.gov.az) daxil olur və yaradılmış Köçürmə əməliyyatlarının aparılması menyusundan istifadə etməklə ödənişi həyata keçirir. Əməliyyat başa çatdıqdan sonra proqram təminatı vasitəsilə alıcı köçürmənin aparılması haqqında bildiriş çap edə bilər. Satıcı alıcıdan ƏDV sub-uçot hesabından köçürmənin aparılmasını təsdiq edən bildirişi tələb edə bilər.

 

[14] 19 mart 2014-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 30 mart 2014-cü il, 62) ilə 4.3-1-ci və 4.3-2-ci bəndlər əlavə edilmişdir.

 

[15] 19 mart 2014-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 30 mart 2014-cü il, 62) ilə 4.4-cü bənddə vergi orqanlarından alınmış xüsusi parol-şifrədən istifadə etməklə, sözləri gücləndirilmiş elektron imza vasitəsilə sözləri ilə əvəz edilmişdir.

 

[16] 16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 127) ilə 4.6-cı bəndin 1-ci cümləsində sub-uçot hesabından sözlərindən sonra , naməlum sub-uçot hesabından sözləri, dövlət büdcəsinə sözlərindən sonra və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına sözləri əlavə edilmiş və həmin bəndə yeni məzmunda dördüncü abzas əlavə edilmişdir.

 

[17] 16 iyun 2009-cu il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 06, maddə 494) ilə "Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"na 4.10-cu bənd əlavə edilmişdir.

 

[18] 3 may 2016-cı il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 7 may 2016-cı il, 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 942) ilə Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları nın 1 nömrəli əlavə - ƏDV-nin depozit hesabına daxil olmuş pul vəsaitləri haqqında Reyestr in 4-cü sütununda VÖEN-i sözü VÖEN/FİN-i sözləri ilə əvəz edilmişdir.

 

[19] 16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 127) ilə 4 nömrəli əlavə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi.

Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları na 4 nömrəli əlavə 

ƏDV sub-uçot hesabının hərəkəti

Birinci tarix:___________ ikinci tarix:_______

(manatla)

Vergi ödəyicis-inin adı VÖEN Birinci tarixin əvvəlinə qalıq Mədaxil Məxaric İkinci tarixin əvvəlinə qalıq  
vergi ödəyicilərinin bank hesablarından vergi ödəyicilərinin ƏDV sub-uçot hesablarından vergi ödəyicilərinin ƏDV sub-uçot hesablarına dövlət büdcəsinə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
CƏMİ