Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə»nin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin 2011-ci il mayın 1-dən fəaliyyətə başlaması üçün zəruri olan maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı tədbirlər görsün;

2.2. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formalaşdırılması və aparılması ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə zəruri tədbirləri həyata keçirsin;

2.3. üç ay müddətində:

2.3.1. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3.2. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3.4. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin 2011-ci il mayın 1-dən fəaliyyətə başlamasını təmin etsin.

4. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin məlumat bazasının formalaşdırılması məqsədi ilə sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydə alınmış bütün hüquqi və fiziki şəxslər barədə qanunvericiliklə müəyyən olunmuş məlumatları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə real vaxt rejimində ötürülməsini və daim təzələnməsini təmin etsin.

5. Bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Əsasnamə 2011-ci il mayın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 15 fevral 2011-ci il
№– 383

Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2017-ci il tarixli, 1299 nömrəli, 10 oktyabr 2018-ci il tarixli, 301 nömrəli,  17 iyun 2020-ci il tarixli, 1066 nömrəli Fərmanları ilə qüvvəyə minmiş əlavə və dəyişikliklərlə.

 

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə

I. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir.

1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır.

1.3. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir.

1.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra — yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

1.5. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

1.6. Aşağıdakılar Reyestrdə qeydiyyata alınmır:

1.6.1. sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar;

1.6.2. dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar;

1.6.3. dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar.

1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

1.6. Bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5-4-cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan yoxlamalarına şamil edilmir. 

1.6-1. Qanunun 8.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrdə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı sahibkarlıq fəaliyyətinin subyekti məsuliyyətə cəlb edilə bilməz.

1.7. Reyestr Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra — Ədliyyə Nazirliyi) tərəfindən aparılır.

1.8. Ədliyyə Nazirliyi Reyestrin məlumat bazasının formalaşdırılmasını, saxlanılmasını, idarə olunmasını, avtomatlaşdırılmış və fasiləsiz rejimdə fəaliyyətini, tamlığını və mühafizəsini təmin edir.

II. Reyestrin aparılması prinsipləri

2.1. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.

2.2. Reyestr vahiddir, vahid forma, metod və prinsiplər əsasında aparılır.

2.3. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında, qarşılıqlı məlumat mübadiləsini təmin edən qeydiyyat informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə həyata keçirilir.

2.4. Qeydiyyat informasiya İnformasiya sistemi aşağıdakıları təmin etməlidir:

2.4.1. informasiyanın məlumat bazasına operativ daxil edilməsini, orada dəyişilməz, aydın şəkildə oxunaqlı vəziyyətdə saxlanılmasını və emalını;

2.4.2. yoxlamanın Reyestrdə qeydiyyata alınmasını və bu barədə yoxlayıcı orqanların və sahibkarlıq subyektlərinin məlumatlandırılmasını;

2.4.3. Reyestrdəki məlumatların daxil edilməsinin, dəyişdirilməsinin və silinməsinin qeydiyyatının aparılmasını;

2.4.4. digər aidiyyəti dövlət elektron informasiya ehtiyatlarına inteqrasiya olunmasını.

2.5. Reyestrə daxil edilən məlumatların itirilməsinin, təhrif edilməsinin və qanunsuz əldə olunmasının qarşısının alınması üçün onun müdafiə sistemi yaradılır.

2.6. Reyestrin qeydiyyat informasiya sisteminin yaradılması, idarə olunması, təkmilləşdirilməsi və ondan səmərəli istifadənin təmin edilməsi məqsədi ilə texniki-proqram kompleksinin formalaşdırılması və ona texniki xidmət göstərilməsi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir təşkil olunur.

2.7. Reyestrin qeydiyyat informasiya sistemində yalnız lisenziyalı proqram-texniki və sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilir.

III. Reyestrin forması

3.1. Reyestrə yoxlayıcı orqanlar, sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydiyyata alınan bütün hüquqi və fiziki şəxslər, habelə yoxlamalar barədə məlumatlar daxil edilir.

3.2. Yoxlayıcı orqanlar barədə məlumatlar qüvvədə olan qanunvericiliyə əsasən formalaşdırılır və həmin orqanların siyahısından və onların yoxlama səlahiyyətinə aid olan məsələlərdən ibarətdir.

3.3. Reyestrin sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydiyyata alınan bütün hüquqi və fiziki şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən uçot məlumatları əsasında formalaşdırılır və aşağıdakılardan ibarətdir:

3.3.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (o cümlədən dəyişdirilmiş vergi ödəyicisinin eyniləşdirmə nömrələri);

3.3.2. hüquqi şəxsin (filial və nümayəndəliyin), xarici dövlətlərin hüquqi şəxslərinin filial və nümayəndəliklərinin adı, hüquqi ünvanı (təsərrüfat obyektləri olduqda onların ünvanı), əlaqə telefonları, elektron ünvanı (olduqda);

3.3.3. fərdi sahibkarın soyadı, adı, atasının adı, qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan (təsərrüfat obyektləri olduqda onların ünvanı), əlaqə telefonları, elektron ünvanı (olduqda);

3.3.4. sahibkarlıq fəaliyyəti subyektinin qeydiyyata alınma tarixi, vergi ödəyicisi kimi qeydiyyata alınması, yenidən qeydiyyata alınması və qeydiyyatdan çıxarılması tarixləri;

3.3.5. sahibkarlıq fəaliyyəti subyektinin fəaliyyət göstərməsi, fəaliyyətinin dayandırılması, fəaliyyətinə xitam verilməsi barədə məlumat.

3.1. Reyestrə yoxlayıcı orqan, sahibkarlıq fəaliyyəti subyektləri, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir.

3.2. Reyestrə yoxlayıcı orqanlarla bağlı aşağıdakı məlumatlar daxil edilir:

3.2.1. yoxlayıcı orqanların (yoxlama aparmaq səlahiyyəti olan struktur qurumları ilə birlikdə) siyahısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən);

3.2.2. yoxlayıcı orqanların nəzarət sahələri (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən);

3.2.3. yoxlayıcı orqanların yoxlama zamanı araşdırdıqları sualların siyahısı (yoxlayıcı orqanın hazırladığı, təsdiq etdiyi və avtomatlaşdırılmış rejimdə təqdim etdiyi yoxlama suallarının siyahısına əsasən).

3.3. Reyestrə sahibkarlarla bağlı aşağıdakı məlumatlar daxil edilir:

3.3.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

3.3.2. hüquqi şəxsin, onun filial və nümayəndəliyinin, xarici dövlətlərin hüquqi şəxslərinin filial və nümayəndəliklərinin adları, təşkilati-hüquqi forması, əsas fəaliyyət növü, rəhbərin (qanuni nümayəndənin) fərdi identifikasiya nömrəsi (bundan sonra - FİN), hüquqi ünvanı, elektron ünvanı (təsərrüfat obyektləri olduqda onların fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu);

3.3.3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin (fərdi sahibkarın) FİN-i, soyadı, adı, atasının adı, vergi uçot məlumatlarına əsasən ünvanı, əsas fəaliyyət növü, elektron ünvanı (təsərrüfat obyektləri olduqda, onların fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu);

3.3.4. sahibkarın qeydiyyata alınması tarixi, vergi ödəyicisi kimi qeydiyyata alınması, yenidən qeydiyyata alınması və qeydiyyatdan çıxarılması tarixləri, hansı vergilərin (sadələşdirilmiş və ya ƏDV, mənfəət və ya gəlir) ödəyicisi olması;

3.3.5. sahibkarın fəaliyyət göstərməsi, fəaliyyətini dayandırması, fəaliyyətinə xitam verilməsi (səbəbi göstərilməklə) barədə məlumat;

3.3.6. sahibkarın kiçik, orta və iri sahibkar meyarları üzrə aid edildiyi kateqoriya;

3.3.7. sahibkarın müvafiq nəzarət sahəsinə münasibətdə aid edildiyi risk qrupu.

3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir:

3.4.1. yoxlamanın kodu;

3.4.2. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman digər bütün yoxlayıcı orqanların da adları göstərilməlidir);

3.4.3. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

3.4.4. yoxlanılması nəzərdə tutulan sahibkarlıq fəaliyyəti subyektinin hüquqi ünvanı;

3.4.5. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin adı;

3.4.6. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyekti barədə aparılan sonuncu yoxlama həmin yoxlayıcı orqan tərəfindən aparılan sonuncu yoxlama, onun kodu (əgər varsa), növü, dövrü və müddəti;

3.4.7. yoxlamanın hüquqi əsası və , aid olduğu nəzarət sahəsi, vergi yoxlamasının və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan yoxlamaların predmeti;

3.4.8. yoxlamanın aparılacağı faktiki ünvan;

3.4.8. yoxlanılacaq təsərrüfat obyektinin fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu;

3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.);

3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti;

3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə);

3.4.12. yoxlamanın keçirilib-keçirilməməsi (yoxlama keçirilmədikdə bunun səbəbləri göstərilməklə);

3.4.13. yoxlamanın nəticələri, o cümlədən yoxlama ilə qanun pozuntularının aşkar edilib-edilməməsi, yol verilmiş pozuntular barədə qəbul olunmuş qərarlar (məsuliyyətə cəlb olunmuş təqsirkar şəxslər, görülmüş məsuliyyət tədbirləri, materialların aidiyyəti üzrə göndərildiyi dövlət orqanları, materialların göndərilməsinə dair məktubların tarix və nömrələri).

3.4.12. yoxlama zamanı araşdırılacaq suallar (yoxlayıcı orqanlar tərəfindən Reyestrdə öncədən yerləşdirilmiş suallardan informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə seçilir);

3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi;

3.4.14. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar). Yoxlama hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə, habelə kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən təyin olunduqda, həmçinin:

1. fiziki şəxsin FİN-i, soyadı, adı, atasının adı, əlaqə telefonu;

2. hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, əlaqə telefonu və müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

3. dövlət və ya yerli özünüidarəetmə orqanının adı, ünvanı, müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

4. kütləvi informasiya vasitəsinin növü, adı, yayılma tarixi, uçot nömrəsi;

5. məlumatın skan edilmiş surəti və ya elektron istinad mənbəyi (link);

6. Qanunun 16.7-ci maddəsinə uyğun təfərrüatlı əsaslandırma;

3.4.15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında nəzərdə tutulmuş hallarda yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı, əməkdaşının iştirakı tələb olunduqda isə onun FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə telefonu;

3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə);

3.4.17. yoxlamanın keçirilib-keçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri);

3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan yoxlamalar) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması);

3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri;

3.4.20. qəbul edilmiş qərar və ondan asılı olaraq məsuliyyət tədbirlərinin görülüb-görülməməsi, aşkarlanmış qanun pozuntusuna görə tətbiq olunmuş məsuliyyət tədbirlərinin təsviri (məbləğ və sair), məsuliyyətə cəlb edilmiş şəxslər (hüquqi şəxs olduqda, hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, vəzifəli şəxsin FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi), materialların göndərildiyi dövlət orqanları (məktubların tarixi və nömrəsi);

3.4.21. aşkarlanmış qanun pozuntusunun aradan qaldırılması üçün görülməli tədbirlər, bu tədbirlərin icrası üçün müəyyən olunmuş müddət və onların nəticələri.

3.4-1. Qanunun 28-ci maddəsində göstərilən, yoxlama ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlər barədə aşağıdakılar tələb olunur:

3.4-1.1. məhdudlaşdırıcı tədbirin tətbiqi barədə aralıq aktın nömrəsi və tarixi;

3.4-1.2. məhdudlaşdırıcı tədbirin tətbiqinə səbəb olan tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri;

3.4-1.3. məhdudlaşdırıcı tədbirin növü, tətbiq edilməsinin Qanunun 28-ci maddəsinə uyğun əsaslandırılması və tarixi;

3.4-1.4. məhdudlaşdırıcı tədbirin ləğv edilməsi üçün yerinə yetirilməli tədbirlər;

3.4-1.5. bu Əsasnamənin 3.4.15-ci yarımbəndinə müvafiq olaraq, məhdudlaşdırıcı tədbirin tətbiqinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığının olub-olmaması;

3.4-1.6. məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarın nömrəsi və tarixi;

3.4-1.7. məhdudlaşdırıcı tədbirin ləğv edilməsinin tarixi və səbəbləri.

3.5. Yoxlanılan sahibkarlıq subyektinin xüsusi qeydləri - onun yoxlama barədə qeydi, müraciəti, şikayəti və digər aidiyyəti məsələlər də Reyestrə daxil edilir.

3.6. Bu Əsasnamənin 3.2.1–3.2.3-cü və 3.4.1-ci yarımbəndləri üzrə məlumatları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 3.3.1–3.3.5-ci yarımbəndləri üzrə məlumatları Azərbaycan Respublikasının Vergilər Nazirliyi, 3.4.15-ci və 3.4-1.5-ci yarımbəndləri üzrə məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 3.3.6-cı yarımbəndi üzrə məlumatları Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 3.3.7-ci, 3.4.2–3.4.14-cü, 3.4.16–3.4.21-ci, 3.4-1.1–3.4-1.4-cü, 3.4-1.6-cı və 3.4-1.7-ci yarımbəndləri üzrə məlumatları yoxlayıcı orqanlar, 3.5-ci bəndi üzrə məlumatları isə sahibkarlıq fəaliyyəti subyektləri Reyestrə daxil edirlər.

IV. Reyestrin aparılması

4.1. Reyestr elektron formada aparılır.

4.2. Hər növbəti il üzrə yoxlamaların keçirilməsi barədə bu Əsasnamənin 3.4.2-ci, 3.4.5-3.4.11-ci bəndlərində nəzərdə tutulmuş məlumatları özündə əks etdirən, kağız üzərində və elektron formatda tərtib olunmuş illik yoxlama planı yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən imzalanmış məktubla hər ilin 1 noyabr tarixindən gec olmayaraq Ədliyyə Nazirliyinə təqdim edilir və ya onlayn rejimində göndərilir.

4.3. Bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2-ci, 3.4.5-3.4.11-ci bəndlərində nəzərdə tutulmuş məlumatlar, yoxlamadan ən azı 1 iş günü əvvəl yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanaraq Ədliyyə Nazirliyinə təqdim edilməlidir və ya onlayn rejimində göndərilməlidir.

4.2. Hər növbəti il üzrə yoxlamaların keçirilməsi barədə bu Əsasnamənin 3.4.2-ci, 3.4.3-cü və 3.4.5–3.4.11-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatları özündə əks etdirən informasiya sistemi vasitəsilə elektron formatda tərtib olunmuş illik yoxlama planı yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək hər il 1 noyabr tarixindən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.

4.3. Bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmuş yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2–3.4.13-cü yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 5 iş günü (vergi yoxlamasından ən azı 15 gün) əvvəl yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.

4.3-1. Bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2–3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.

4.3-2. Yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı tələb olunduğu halda, bu Əsasnamənin 4.3-1-ci bəndində göstərilən məlumatlar yoxlamadan ən azı 2 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təqdim olunmuş materialları 1 iş günü ərzində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) təhlil edir və yoxlamanın keçirilməsinə razılıq verilib-verilməməsi barədə məlumatı Reyestrdə yerləşdirir. Yoxlamanın keçirilməsinə razılıq verilmədikdə, bunun səbəbləri qeyd olunur.

4.4. Yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda isə dərhal) qeydiyyata alınır.

4.5. Bir sahibkarlıq fəaliyyəti subyektində yoxlamanın keçirilməsi barədə bir neçə yoxlayıcı orqanın müraciəti əsasında Reyestrdə həmin yoxlayıcı orqanların iştirakı ilə birgə yoxlama qeydiyyata alına bilər alınır.

4.5-1. Yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.

4.5-2. Yoxlayıcı orqandan asılı olmayan səbəblərdən Reyestrdə qeydiyyata alınmış yoxlama ilə bağlı hər hansı dəyişiklik baş verərsə, yoxlamanın başlama tarixinə ən geci 1 gün qalmış (yoxlayıcı ilə bağlı dəyişiklik baş verdikdə isə yoxlama başa çatanadək) zəruri məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.

4.5-3. Yoxlama zamanı yoxlanılan sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 1 iş günü müddətində bu Əsasnamənin 3.4-1.1–3.4-1.4-cü yarımbəndlərində göstərilən məlumatlar Reyestrdə yerləşdirilməsi üçün yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sisteminə daxil edilir.

4.5-4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi razılıq verdiyi təqdirdə, bu Əsasnamənin 4.5-3-cü bəndində və 3.4-1.5-ci yarımbəndində göstərilən məlumatlar avtomatlaşdırılmış rejimdə Reyestrdə yerləşdirilir və yoxlayıcı orqan tərəfindən əlavə olaraq 3.4-1.6-cı və 3.4-1.7-ci yarımbəndlərdə göstərilən məlumatlar informasiya sistemi vasitəsilə Reyestrə göndərilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi razılıq vermədikdə, yoxlayıcı orqan bu barədə məlumatlandırılır.

4.5-5. Məhdudlaşdırıcı tədbir ləğv edildikdən sonra 3 iş günü ərzində yoxlayıcı orqan bu Əsasnamənin 3.4-1.7-ci yarımbəndində nəzərdə tutulmuş məlumatları Reyestrə göndərir.

4.6. Reyestrdə qeydiyyata alınmış yoxlama hər hansı səbəbdən aparılmadıqda yoxlayıcı orqan bu barədə səbəbləri göstərilməklə yoxlamanın aparılması nəzərdə tutulan tarixdən 5 iş günü keçənədək Ədliyyə Nazirliyini məlumatlandırmalıdır. Reyestrdə qeydiyyata alınmış yoxlama sahibkarlıq fəaliyyəti subyektindən asılı olmayan səbəblərdən aparılmadıqda, həmin yoxlama növbəti 1 il müddətində təkrar qeydiyyata alınmır.

4.7. Yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində bu Əsasnamənin 3.4.13-cü bəndində nəzərdə tutulmuş məlumatları Ədliyyə Nazirliyinə təqdim etməlidir və ya onlayn rejimində göndərməlidir.

4.7. Yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir.

4.8. Reyestrdə qeydiyyata alınan hər bir yoxlamaya xüsusi alqoritm əsasında vahid və təkrarlanmayan yoxlama kodu verilir.

4.9. Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə hər 3 aydan bir Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir (keçirilmiş yoxlamaların predmeti və əsasları, yoxlayıcı orqanlar və yoxlanılan sahibkarlıq subyektləri, yoxlamaların nəticələri, qəbul olunmuş qərarlar, yol verilən pozuntular, görülmüş tədbirlər, təhlillər, statistik və digər göstəricilər qeyd olunmaqla) (keçirilmiş yoxlamaların əsasları, yoxlayıcı orqanlar, onların nəzarət sahələri və yoxlanılan sahibkarlıq subyektləri, yoxlamaların nəticələri, qəbul edilmiş qərarlar, sahibkarların yol verdiyi pozuntular, görülmüş tədbirlər, yoxlamaların qeydiyyatı zamanı yoxlayıcı orqanların yol verdiyi pozuntular (o cümlədən yoxlamalarla bağlı Reyestrə təqdim edilən məlumatların natamam olması, düzgün olmaması, qanunvericiliklə uyğunsuzluq təşkil etməsi və vaxtında təqdim edilməməsi halları), təhlillər, statistik və digər göstəricilər qeyd olunmaqla).

4.10. Reyestrdə sahibkarlıq fəaliyyəti subyektləri və onlarda keçirilmiş yoxlamalar barədə məlumat 10 il saxlanıldıqdan və ya sahibkarlıq fəaliyyəti subyektinin fəaliyyətinə xitam verildikdən sonra arxivləşdirilir, o şərtlə ki, zərurət yarandıqda, bu məlumat bərpa edilə bilsin.

V. Reyestrdən məlumatların verilməsi qaydası

5.1. Yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 2 iş günü müddətində onlayn rejimində Reyestrdən çıxarış göndərilir. Reyestrdən çıxarışda aşağıdakı məlumatlar göstərilir:

5.1. Yoxlamanın qeydiyyata alınması alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda isə dərhal), eləcə də yoxlamanın, dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Çıxarışda aşağıdakı məlumatlar göstərilir:

5.1.1. yoxlamanın kodu;

5.1.2. yoxlayıcı orqanın adı;

5.1.3. yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

5.1.4. yoxlamanın aparılması müddəti (başlanılması və sona çatması tarixləri);

5.1.5. yoxlamanın predmeti və hüquqi əsası;

5.1.6. yoxlamanın aparılacağı təsərrüfat obyektinin fəaliyyət növü, ünvanı və kodu;

5.1.7. yoxlamanın növü;

5.1.8. yoxlanılan dövr;

5.1.9. yoxlama zamanı araşdırılacaq suallar;

5.1.10. vergi yoxlamasının və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan yoxlamaların predmeti;

5.1.11. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar);

5.1.12. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi;

5.1.13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsinin iştirakı tələb olunduğu hallarda onun soyadı, adı, atasının adı və vəzifəsi;

5.1.14. yoxlamanın dayandırılmasının, vergi yoxlamasının müddətinin artırılmasının tarixi və müddəti;

5.1.15. yoxlamanın dayandırılmasına, vergi yoxlamasının müddətinin artırılmasına əsas olan hallar.

5.2. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

5.3. Yoxlayıcı orqanlar və sahibkarlıq fəaliyyəti subyektləri Reyestrin istifadəçiləridirlər.

5.4. Reyestrdə qeydiyyata alınmış yoxlamalar barədə məlumat qeydiyyat aparıldığı gün Ədliyyə Nazirliyi tərəfindən bu Əsasnamənin 5.5-5.7-ci bəndlərinin tələbləri nəzərə alınmaqla internet şəbəkəsində yerləşdirilir.

5.5. Yoxlayıcı orqanlar yalnız özləri tərəfindən keçirilən yoxlamalarla bağlı məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə bilər.

5.6. Sahibkarlıq fəaliyyəti subyektləri yalnız özləri ilə əlaqədar aparılmış yoxlamalarla bağlı məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə bilər.

VI. Reyestrin maliyyələşdirilməsi

Reyestrin formalaşdırılması və aparılması dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

VII. Məsuliyyət

7.1. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

7.1. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyata alınmadan yoxlama aparılmasına, habelə qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

7.2. Ədliyyə Nazirliyinin Reyestrin aparılmasını həyata keçirən vəzifəli şəxsləri Reyestrin və yoxlamaların qeydiyyatının aparılmasının, Reyestr məlumatlarının mühafizə və istifadə olunmasının bu Əsasnamənin tələbləri pozulmaqla həyata keçirilməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

VIII. Keçid müddəası

Bu Əsasnamənin 3.4.15-ci, 3.4-1.5-ci, 4.3-2-ci, 4.5-4-cü və 5.1.13-cü yarımbəndləri, həmçinin 3.6-cı bəndinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə aid hissəsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanunu qüvvədə olduğu müddətdə tətbiq edilir.