Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Qanunun məqsədi
Azərbaycan Respublikası Konstitusiyasına, hamılıqla tanınan beynəlxalq hüquq prinsiplərinə və normalarına müvafiq surətdə qanun, adından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün yazılı beynəlxalq müqavilələrinin (müqavilə, saziş, konvensiya, pakt, protokol, məktubların və ya notaların mübadiləsi və başqa adlı beynəlxalq müqavilələr) bağlanması, icrası və ləğv edilməsi qaydalarını müəyyənləşdirir.
Azərbaycan Respublikasının beynəlxalq müqaviləsi, adından asılı olmayaraq, Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bu Qanunda müəyyənləşdirilmiş qaydada yazılı şəkildə bağlanan razılaşmasıdır.
Maddə 2. Azərbaycan respublikasının beynəlxalq müqavilələri
Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla beynəlxalq müqavilələri Azərbaycan Respublikası adından (dövlətlərarası müqavilələr) və Azərbaycan Respublikasının hökuməti adından (hökumətlərarası müqavilələr) bağlanır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bağlanılan beynəlxalq müqavilələr də hökumətlərarası müqavilələr sayılır.[1]
Maddə 3. Beynəlxalq müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə edilməsi üsulları
Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, qəbul edilməsi, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa kələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər.[2]
II fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ BEYNƏLXALQ MÜQAVİLƏLƏRİNİN BAĞLANMASI
Maddə 4. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təkliflər [3]
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təklifləri Azərbaycan Respublikası Prezidentinə Azərbaycan Respublikasının Nazirlər, Kabineti və Xarici İşlər Nazirliyi verirlər.
Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və idarələri Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təklifləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə və ya onunla razılaşdırmaqla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verirlər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti verilmiş təkliflərə baxıb müvafiq rəylə birlikdə həmin təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
Azərbaycan Respublikasının beynəlxalq müqaviləsinin bağlanması haqqında təklif verilərkən beynəlxalq müqavilənin bağlanması zərurəti əsaslandırılır, onun ehtimal olunan siyasi, iqtisadi, hüquqi, maddi və maliyyə nəticələri müəyyənləşdirilir, beynəlxalq müqavilənin icraçıları göstərilir, danışıqların aparılması, beynəlxalq müqavilənin mətninin qəbul edilməsi və ya əslinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibi və ya nümayəndəsi təklif edilir.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalardan fərqli qaydalar nəzərdə tutulan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təkliflər Azərbaycan Respublikası Prezidentinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla və müvafiq ekspert rəyi ilə birlikdə təqdim edilir.
Maddə 5. Beynəlxalq danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin imzalanması haqqında qərarların qəbul edilməsi
Beynəlxalq danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında qərarları müvafiq icra hakimiyyəti orqanı qəbul edir. [4]
Maddə 6. Beynəlxalq danışıqlar aparmaq və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalamaq səlahiyyəti
Müvafiq icra hakimiyyəti orqanı beynəlxalq danışıqlar aparmaq və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalamaq səlahiyyətini müvafiq icra hakimiyyəti orqanlarının və dövlətə məxsus müəssisələrin rəhbərlərinə verə bilər. Səlahiyyət verildikdə danışıqların predmeti və həyata keçirilməli olan hərəkətlər göstərilir.[5]
Maddə 7. Xüsusi səlahiyyət olmadan beynəlxalq danışıqlar aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin imzalanması
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələri barəsində, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri isə bu Qanunun 8-ci maddəsində göstərilən beynəlxalq müqavilələr istisna olmaqla Azərbaycan Respublikasının digər beynəlxalq müqavilələri barəsində danışıqlar aparmaq və onları imzalamaq hüququna malikdirlər.[6]
Bu Qanunun 8-ci maddəsinin ikinci hissəsində göstərilən Azərbaycan Respublikasının beynəlxalq müqavilələri barəsində danışıqların aparılmasına, onların imzalanmasına dair səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirinə, Azərbaycan Respublikasının xarici işlər nazirinə, habelə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verə bilər. Səlahiyyət verildikdə danışıqların predmeti və həyata keçirilməli olan hərəkətlər göstərilir.[7]
Azərbaycan Respublikasının xarici dövlətdəki diplomatik nümayəndəliyinin başçısı və ya beynəlxalq konfransda, beynəlxalq təşkilatda və ya onun orqanlarının birində Azərbaycan Respublikası nümayəndəliyinin başçısı xüsusi səlahiyyət olmadan müvafiq surətdə qəbuledici dövlətlə və ya həmin beynəlxalq konfrans, təşkilat və ya onun orqanlarının biri çərçivəsində Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında danışıqlar aparmaq hüququna malikdirlər.
Maddə 8. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası
Dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri Azərbaycan Respublikasının Milli Məclisi təsdiq (ratifikasiya) edir.[8]
Maddə 9. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bəyənilməsi və ratifikasiya haqqında təkliflər
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən bəyənilməsi və ratifikasiyaya təqdim edilməsi haqqında təklifləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müstəqil surətdə, yaxud Azərbaycan Respublikasının başqa nazirlikləri, dövlət komitələri və idarələri ilə birlikdə və ya bunlarla razılaşdıraraq təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti həmin təkliflərə baxıb müvafiq qərar qəbul edir.
Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikasının iştirak etdiyi ratifikasiyası tələb olunmayan hər bir beynəlxalq müqavilənin ratifikasiya edilməsi məsələsini həll edə bilər.
Maddə 10. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiya edilməsi haqqında təkliflərə qabaqcadan baxılması
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ratifikasiya üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən beynəlxalq müqavilələrə Milli Məclisin müvafiq komitələrində qabaqcadan baxılaraq rəy verilir.[9]
Maddə 11. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında qanunların qəbul edilməsi[10]
Azərbaycan Respublikasının Milli Məclisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ratifikasiya üçün təqdim edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə baxır və müvafiq qanun qəbul edir.[11]
Ratifikasiya üçün təqdim edilmiş beynəlxalq müqavilələr dövlət dilində olmalıdır. Rəsmi mətnləri dövlət dilində olmadıqda beynəlxalq müqavilələr dövlət dilinə tərcümə edilməli və tərcümə edilmiş mətnin rəsmi mətnə uyğunluğunu təsdiq edən sənəd əlavə edilməlidir.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında Azərbaycan Respublikasının qanunu əsasında müvafiq icra hakimiyyəti orqanı ratifikasiya sənədini (təsdiqnaməni) imzalayır.[12]
Maddə 12. Təsdiqnamələrin mübadiləsi və onların saxlanmağa verilməsi[13]
Müvafiq icra hakimiyyəti orqanı və ya həmin orqanın tapşırığı ilə Azərbaycan Respublikasının müvafiq dövlətdəki diplomatik nümayəndəliyi və ya beynəlxalq konfransda, beynəlxalq təşkilatda və ya onun orqanlarının birindəki nümayəndəliyi təsdiqnamələri mübadilə edir və onları saxlanmaq üçün depozitariyə verir.
Maddə 13. Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin təsdiq və ya qəbuledilməsi
Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.[14]
Maddə 14. Beynəlxalq müqavilələrə qoşulma
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə qoşulması haqqında qərarı aşağıdakılar qəbul edirlər:
1) ratifikasiyası tələb olunan müqavilələr barəsində Azərbaycan Respublikasının Milli Məclisi;[15]
2) ratifikasiyası tələb olunmayan müqavilələr barəsində müvafiq icra hakimiyyəti orqanı. [16]
3) ratifikasiyası tələb olunmayan müqavilələrə Azərbaycan Respublikasının hökuməti adından qoşulduqda Azərbaycan Respublikasının Prezidenti və ya onun qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti və ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi. [17]
III fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ BEYNƏLXALQ MÜQAVİLƏLƏRİNİN İCRASI
Maddə 15. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə əməl edilməsi
Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə dönmədən əməl etməlidir.
Azərbaycan Respublikası beynəlxalq müqavilələrə vicdanla əməl edilməsi prinsipinə uyğun olaraq, Azərbaycan Respublikasının iştirak etdiyi ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrin digər iştirakçılarının da bu müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməsi üçün səylər göstərir.
Maddə 16. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsinin təmin edilməsi
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsini təmin edir.[18]
Maddə 17. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi
Müvafiq icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və onların səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edirlər. [19]
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının beynəlxalq müqavilələri üzrə öhdəliklərin həm Azərbaycan Respublikası, həm də həmin müqavilələrin digər iştirakçıları tərəfindən yerinə yetirilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müntəzəm məlumat verir. [20]
Maddə 18. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası üzərində ümumi müşahidə
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası üzərində ümumi müşahidəni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Maddə 19. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin digər iştirakçılar tərəfindən pozulmasına görə görülən tədbirlər
Azərbaycan Respublikasının beynəlxalq müqavilələri üzrə öhdəliklər həmin müqavilələrin digər iştirakçıları tərəfindən pozulduqda müvafiq icra hakimiyyəti orqanları müvafiq icra hakimiyyəti orqanına beynəlxalq hüquq normalarına uyğun olaraq lazımi tədbirlər görülməsi haqqında təkliflər verirlər.[21]
Azərbaycan Respublikasının beynəlxalq müqavilələri digər iştirakçılar tərəfindən əhəmiyyətli dərəcədə pozulduqda, habelə beynəlxalq hüquq normaları ilə nəzərdə tutulmuş başqa hallarda həmin müqavilələrə bu Qanunun 22 24-cü maddələrində müəyyən edilmiş qaydada xitam verilir.[22]
Maddə 20. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyinə dəyişikliklər edilməsi haqqında təkliflər
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının qəbul edilməsi lazım gəldikdə, müvafiq icra hakimiyyəti orqanları qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq aktın qəbul edilməsi haqqında təkliflər verirlər. [23]
IV fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ BEYNƏLXALQ MÜQAVİLƏLƏRİNİN LƏĞV EDİLMƏSİ
Maddə 21. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təkliflər
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təklifləri müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti, habelə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müstəqil surətdə və ya digər nazirliklər, dövlət komitələri və idarələri ilə birlikdə, yaxud onlarla razılaşdırmaqla Azərbaycan Respublikasının Prezidentinə təqdim edirlər.
Maddə 22. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ləğv edilməsi[24]
Ratifikasiya edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini müvafiq icra hakimiyyəti orqanının təklifinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi ləğv edir. [25]
Maddə 23. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təkliflərə qabaqcadan baxılması
Bu Qanunun 22-ci maddəsinə əsasən ləğv edilən Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğvi Haqqında təkliflərə Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələri qabaqcadan baxıb rəy verirlər. [26]
Maddə 24. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilməsi[27]
Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini müvafiq icra hakimiyyəti orqanı ləğv edir. [28]
V fəsil
YEKUN MÜDDƏALARI
Maddə 25. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin dərc edilməsi
Ratifikasiya edilmiş, habelə bu Qanuna müvafiq təsdiq edilmiş , qəbul edilmiş və ya Azərbaycan Respublikasının qoşulduğu Azərbaycan Respublikasının beynəlxalq müqavilələri Azərbaycan Respublikasının Qanunvericilik Toplusu nda və Azərbaycan Respublikasının rəsmi dövlət qəzetində dərc edilir. [29]
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin əslinə uyğun mətnləri xarici dillərdə tərtib olunduqda, həmin müqavilələr Azərbaycan dilinə rəsmi tərcümə ilə birlikdə bu dillərin birində çap edilir.
Maddə 26. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin rəsmi qeydiyyatı
Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələri müvafiq icra hakimiyyəti orqanında Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin reyestrində qeydə alınır.[30]
Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələrinin Birləşmiş Millətlər Təşkilatının Katibliyində və ya digər beynəlxalq təşkilatların müvafiq orqanlarında qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 13 iyun 1995-ci
1057
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589)
2. 24 iyun 2011-ci il tarixli 170-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 30 iyul 2011-ci il, 159, Azərbaycan qəzeti, 31 iyul 2011-ci il, 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 7, maddə 609)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 2-ci maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla beynəlxalq müqavilələri:
Azərbaycan Respublikası adından;
Azərbaycan Respublikasının hökuməti adından;
Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və idarələri adından bağlanır.
İdarələrarası xarakter daşıyan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir.
24 iyun 2011-ci il tarixli 170-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 30 iyul 2011-ci il, 159, Azərbaycan qəzeti, 31 iyul 2011-ci il, 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 7, maddə 609) ilə 2-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[2] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 3-cü maddədə qəbul edilməsi, sözləri, 13-cü maddənin adında və ya qəbul sözləri və 25-ci maddənin birinci hissəsində , qəbul edilmiş sözləri çıxarılmışdır.
[3] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 4-cü, 9-cu və 21-ci maddələr çıxarılmışdır.
[4] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 5-ci maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Beynəlxalq danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında qərarları:
1) Azərbaycan Respublikası adından bağlanan müqavilələrə dair Azərbaycan Respublikasının Prezidenti;
2) Azərbaycan Respublikası hökuməti adından bağlanan müqavilələrə dair Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin və ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti qəbul edir.
[5] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 6-cı maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Beynəlxalq danışıqlar aparmaq və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalamaq səlahiyyətini:
1) Azərbaycan Respublikası adından bağlanan müqavilələr barəsində Azərbaycan Respublikasının Prezidenti;
2) Azərbaycan Respublikası hökuməti adından bağlanan müqavilələr barəsində Azərbaycan Respublikasının Prezidenti verir.
24 iyun 2011-ci il tarixli 170-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 30 iyul 2011-ci il, 159, Azərbaycan qəzeti, 31 iyul 2011-ci il, 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 7, maddə 609) ilə 6-cı maddənin birinci cümləsində orqanlarının sözündən sonra və dövlətə məxsus müəssisələrin sözləri əlavə edilmişdir.
[6] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 7-ci maddənin birinci hissəsindəAzərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələri barəsində, Azərbaycan Respublikasının Baş naziri və Azərbaycan Respublikasının xarici işlər naziri isə bu Qanunun 8-ci maddəsinin ikinci hissəsindəsözləri Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələri barəsində, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri isə bu Qanunun 8-ci maddəsində sözləri ilə əvəz edilmişdir.
[7] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 7-ci maddənin ikinci hissəsi çıxarılmışdır və üçüncü hissə ikinci hissə hesab edilmişdir.
[8] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 8-ci maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini Azərbaycan Respublikasının Ali Soveti ratifikasiya edir. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ratifikasiya üçün bir ay ərzində Azərbaycan Respublİkasının Ali Sovetinə təqdim olunmalıdır.
Ratifikasiya edilməli olan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə aşağıdakılar aiddir:
1) dostluq, əməkdaşlıq və qarşılıqlı yardım (həmrəylik) haqqında, dövlətlərarası münasibətlərin prinsiplərini müəyyən edən müqavilələr;
2) sülh müqavilələri;
3) ərazilərin bölünməsi, özgəninkiləşdirilməsi və sərhədlərin dəqiqləşdirməsi məsələləri istisna olmaqla, ərazi və sərhəd məsələləri barəsində Azərbaycan Respublikasının başqa dövlətlərlə müqavilələri;
4) müdafiə xarakterli və hərbi əməkdaşlığa dair müqavilələr;
5) hüquqi yardım haqqında müqavilələr;
6) Azərbaycan Respublikasının universal və regional xarakter .daşıyan beynəlxalq təşkilatlara daxil olması haqqında müqavilələr;
7) çoxtərəfli və ya uzunmüddətli iqtisadi müqavilələr;
8) Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydalardan fərqli qaydalar müəyyən edən müqavilələr;
9) Azərbaycan Respublikasının qanunlarında, yaxud beynəlxalq müqavilələrində ratifikasiya edilməsi nəzərdə tutulan müqavilələr;
10) kredit alınması məsələlərinə dair müqavilələr;
11) dövlətlərarası ittifaqlarda və başqa dövlətlərarası birliklərdə iştiraka dair müqavilələr;
12) Azərbaycan Respublikası silahlı qüvvələri kontingentinin başqa ölkələrə göndərilməsi, yaxud başqa dövlətlərin silahlı nüvələri kontingentinin Azərbaycan Respublikası ərazisinə buraxılması haqqında müqavilələr.
Azərbaycan Respublikasının başqa beynəlxalq müqavilələri də Azərbaycan Respublikası Prezidentinin qərarı ilə ratifikasiya üçün Azərbaycan Respublikasının Ali Sovetinə təqdim oluna bilər.
[9] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 10-cu maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikası Prezidentinin ratifikasiya üçün Azərbaycan Respublikasının Ali Sovetinə təqdim etdiyi Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə Ali Sovetin müvafiq komissiyaları qabaqcadan baxaraq rəy verirlər.
[10] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 11-ci maddənin adında qərarların sözüqanunların sözü ilə əvəz edilmişdir.
[11] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 11-ci maddənin birinci hissəsindəAzərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikasının Prezidenti sözləri Azərbaycan Respublikasının Milli Məclisi müvafiq icra hakimiyyəti orqanı sözləri ilə, qərar sözü isə qanun sözü ilə əvəz edilmişdir.
[12] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 11-ci maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərarı əsasında Azərbaycan Respublikasının Prezidenti ratifikasiya fərmanı imzalayır.
[13] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 12-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 12. Ratifikasiya fərmanlarının mübadiləsi və onların saxlanmağa verilməsi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya onun tapşırığı ilə Azərbaycan Respublikasının müvafiq dövlətdəki diplomatik nümayəndəliyi və ya beynəlxalq konfransda, beynəlxalq təşkilatda və ya onun orqanlarının birindəki nümayəndəliyi ratifikasiya fərmanlarını mübadilə edir və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiya edilməsi haqqında fərmanları saxlanılmaq üçün depozitariyə verir.
[14] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 13-cü maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini aşağıdakılar təsdiq və ya qəbul edirlər:
1) Azərbaycan Respublikası adından bağlanan müqavilələri Azərbaycan Respublikasının Prezidenti;
2) Azərbaycan Respublikasının hökuməti adından bağlanan müqavilələri Azərbaycan Respublikasının Prezidenti və ya onun qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti və ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında Azərbaycan Respublikasının Ali Sovetinə məlumat verirlər.
[15] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 14-cü maddənin 1-ci bənddə Ali Soveti sözləri Milli Məclisi sözləri ilə əvəz edilmişdir.
[16] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 14-cü maddənin 2-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2) ratifikasiyası tələb olunmayan müqavilələrə Azərbaycan Respublikası adından qoşulduqda Azərbaycan Respublikasının Prezidenti;
[17] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 14-cü maddənin 3-cü bəndi çıxarılmışdır.
[18] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 16-cı maddədə Azərbaycan Respublikasının Prezidenti sözləri Müvafiq icra hakimiyyəti orqanı sözləri ilə əvəz edilmişdir.
[19] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 17-ci maddənin birinci hissəsindəAzərbaycan Respublikasının Nazirlər Kabineti, nazirlikləri, dövlət komitələri, idarələri və başqa dövlət orqanları sözləri Müvafiq icra hakimiyyəti orqanları sözləri ilə əvəz edilmişdir.
24 iyun 2011-ci il tarixli 170-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 30 iyul 2011-ci il, 159, Azərbaycan qəzeti, 31 iyul 2011-ci il, 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 7, maddə 609) ilə 17-ci maddənin birinci hissəsində orqanları sözündən sonra və dövlətə məxsus müəssisələr sözləri əlavə edilmişdir.
[20] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 17-ci maddənin ikinci hissəsindəAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sözləri Müvafiq icra hakimiyyəti orqanı sözləri ilə, Azərbaycan Respublikası Prezidentinə sözləri isə müvafiq icra hakimiyyəti orqanına sözləri ilə əvəz edilmişdir.
[21] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 19-cu maddənin birinci hissəsindəAzərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və başqa nazirlikləri, dövlət komitələri və idarələri Xarici İşlər Nazirliyi ilə birlikdə və ya onunla razılaşdırmaqla Azərbaycan Respublikasının Prezidentinəsözləri müvafiq icra hakimiyyəti orqanları müvafiq icra hakimiyyəti orqanına sözləri ilə əvəz edilmişdir.
[22] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 19-cu maddənin ikinci hissədə 21 rəqəmi 22rəqəmi ilə əvəz edilmişdir.
[23] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 20-ci maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Ali Soveti qərarlarının qəbul edilməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının verilməsi lazım gəldikdə əlaqədar nazirliklər, dövlət komitələri və idarələr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla, qanunvericilikdə müəyyənləşdirilmiş qaydada müvafiq aktın qəbul edilməsi haqqında təkliflər verirlər.
[24] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 22-ci maddənin adında Ali Soveti sözləriMilli Məclisi sözləri ilə əvəz edilmişdir.
[25] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 22-ci maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikası adından bağlanmış və ratifikasiya edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini Azərbaycan Respublikası Prezidentinin təklifinə əsasən Azərbaycan Respublikasının Ali Soveti ləğv edir.
Bu Qanunun V-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş hallarda da Azərbaycan Respublikasının beynəlxalq müqavilələri bu maddənin birinci hissəsində göstərilən qaydada ləğv edilir.
[26] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 23-cü maddədə Ali Sovetinin müvafiq daimi komissiyaları sözləri Milli Məclisinin müvafiq komitələri sözləri ilə əvəz edilmişdir.
[27] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 24-cü maddənin adında Azərbaycan Respublikasının Prezidenti sözləri müvafiq icra hakimiyyəti orqanı sözləri ilə əvəz edilmişdir.
[28] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 24-cü maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikası adından və Azərbaycan Respublikası hökuməti adından bağlanan və ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini Azərbaycan Respublikasının Prezidenti ləğv edir.
[29] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 25-ci maddədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikası Ali Sovetinin Məlumatlarında sözləri Azərbaycan Respublikasının Qanunvericilik Toplusu nda sözləri ilə əvəz edilmişdir.
[30] 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589) ilə 18-ci maddədə, 26-cı maddənin ikinci hissəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sözləri müvafiq icra hakimiyyəti orqanı sözləri ilə, 26-cı maddənin birinci hissəsində isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində sözləri müvafiq icra hakimiyyəti orqanında sözləri ilə əvəz edilmişdir.