Dövlət Vergi Xidməti tərəfindən 5 iyul - 30 dekabr 2021-ci il tarixləri ərzində həyata keçirilmiş monitorinqlərin nəticələri üzrə məlumata əsasən, hesabat dövrü ərzində icazələr üzrə portala 48.951 toy mərasimi, 6.143.569 nəfər isə qonaq sayı (orta hesabla bir toya 125 nəfər) daxil edilib.
Ətraflı məlumatAzərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Qeyd edilən tədbirlər çərçivəsində ilkin olaraq 27.01.2022-ci il saat 15:00-da vergi ödəyicilərinin iştirakı ilə Zoom platforması üzərindən 300 nəfər vergi ödəyicisinin iştirakı ilə onlayn görüşün keçirilməsi nəzərdə tutulmuşdur.
Ətraflı məlumat2022-ci il yanvarın 1-dən etibarən fərdi sahibkarlar balanslarında olan daşınar əsas vəsaitlərə (sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri istisna olmaqla) görə əmlak vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidirlər.
Ətraflı məlumatMikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin (fərdi sahibkarların) sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin (gəlirin) 75 faizi mənfəət (gəlir) vergisindən azaddır. “Kölgə iqtisadiyyatı”nın qarşısının alınması və uçotun şəffaflaşdırılması məqsədilə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həmin güzəştin bütün vergi ödəyicilərinə deyil, yalnız gəlir və xərclərin uçotunu aparan və şəffaf şəkildə fəaliyyət göstərən vergi ödəyicilərinə şamil edilməsi nəzərdə tutulur.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ictimaiyyət, o cümlədən vergi ödəyiciləri arasında vergi mədəniyyətinin yüksəldilməsi məqsədilə təbliğat, məlumatlandırma və maarifləndirmə işlərini davam etdirir. Bununla əlaqədar növbəti sosial çarx hazırlanıb.
Ətraflı məlumatPərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə yanaşı, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər (sabit vergi ödəyiciləri istisna olmaqla) tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmaları vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçiriləcək.
Ətraflı məlumatMəlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti Vergi Məcəlləsində dəyişikliklərlə bağlı qanunu təsdiq edilib. Əlavə və dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin ...
Ətraflı məlumatAzərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Qeyd edilən tədbirlər çərçivəsində ilkin olaraq 18.01.2022-ci il saat 15:00-da vergi ödəyicilərinin iştirakı ilə Zoom platforması üzərindən 300 vergi ödəyicisinin iştirakı ilə onlayn görüşün keçirilməsi nəzərdə tutulmuşdur.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
Ətraflı məlumatMəlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti tərəfindən Vergi Məcəlləsində dəyişikliklərlə bağlı qanun təsdiq edilib. Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin...
Ətraflı məlumatDekabrın 28-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə öz biznesini qurmaq istəyən şəxslər, startaplar, mikro və kiçik sahibkarlıq subyektləri üçün “Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatların üstünlükləri” mövzusunda onlayn seminar keçirilib.
Ətraflı məlumatMəlum olduğu kimi, Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib. Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə edilmiş bəzi dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə təqdim edir.
Ətraflı məlumatDekabrın 28-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Elektron dövlət qeydiyyatından istifadə” mövzusunda onlayn seminar keçiriləcək.
Ətraflı məlumatMəlum olduğu kimi, Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib. Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir.
Ətraflı məlumatNazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Biznesə başlama, vergi və hesabatlılıq işçi qrupunun Fəaliyyət Planı”na əsasən, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı ilə bağlı yerli vergi orqanlarının qeydiyyat, uçot və xidmət sahəsində fəaliyyət göstərən əməkdaşları üçün rübdə bir dəfə onlayn təlimin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi nəzərdə tutulub.
Ətraflı məlumatVergi Məcəlləsinə edilmiş daha bir dəyişiklik yerin təkindən çıxarılan faydalı qazıntı növü olan gips və gəc məhsullarının mədən vergisinə cəlb edilən malların dairəsinə daxil edilməsi və yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisinin dövlət vergilərinə aid edilməsidir.
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarov 2021-ci ildə Azərbaycan iqtisadiyyatında başlanmış bərpa prosesləri, yaxın gələcək üçün hökumətin iqtisadi strategiyası, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, bu prosesin iqtisadi və sosial aspektləri, istehlak bazarında qiymət artımının səbəbləri, “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması və bu istiqamətdə dövlət-biznes əməkdaşlığı barədə AZTV-yə müsahibə verib.
Ətraflı məlumatVergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri bəzi aksizli malların aksiz dərəcələrinin artırılması və aksizli malların siyahısına yeni məhsulların əlavə edilməsi ilə bağlıdır.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti milli vergi qanunvericiliyinin beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi istiqamətində beynəlxalq donor təşkilatları ilə texniki yardım alətləri çərçivəsində fəal əməkdaşlıq edir.
Ətraflı məlumatİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
Ətraflı məlumat