Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə
news1

Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotundan çıxarılması

Bu xidmət qeyri-kommersiya hüquqi şəxsin vergi uçotundan çıxarılmasını əhatə edir. Xidmət nəticəsində qeyri-kommersiya hüquqi şəxs vergi uçotundan çıxarılır və bu barədə ona bildiriş verilir.

Ətraflı məlumat
news1

İqtisadiyyat Nazirliyində görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) və Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndələri ilə görüşüb.

Ətraflı məlumat
news1

Vergi ödəyicilərinin nəzərinə!

16.10.2023 və 20.10.2023-cü il tarixləri bir sıra vergi və sığorta haqlarının ödənilməsinin son günüdür!

Ətraflı məlumat
news1

Naxçıvan MR-də sosial sığorta haqları üzrə daxilolmalar 10,8 faiz artıb

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar - sentyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 106,7 milyon manatdan çox olub.

Ətraflı məlumat
news1

Azərbaycanın vergi qanunvericiliyi və inzibatçılığının İƏİT standartına uyğunluğu təsdiq edilib

Məlum olduğu kimi, Azərbaycan Respublikası 2021-ci ildə “Ölkələrarası Hesabatların Mübadiləsinə dair Səlahiyyətli Orqanların Çoxtərəfli Sazişi”nə qoşulub. Saziş İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən hazırlanmış “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)” layihəsinin “Transfer qiymətləri üzrə sənədləşmə və ölkələrarası hesabatlılığı” fəaliyyətinin təmin edilməsini nəzərdə tutur.

Ətraflı məlumat
news1

Hüquqi şəxsin filialının (bölməsinin) vergi uçotundan çıxarılması

Bu xidmət rezident hüquqi şəxsin filialının (bölməsinin) vergi uçotundan çıxarılmasını əhatə edir. Xidmət çərçivəsində hüquqi şəxsin filialı (bölməsi) vergi uçotundan çıxarılır və bu barədə ona bildiriş verilir.

Ətraflı məlumat
news1

Vergi daxilolmaları 22,6 faiz artıb

2023-cü ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard 810,7 milyon manat vergi daxil olub.

Ətraflı məlumat
news1

Mikro və kiçik sahibkarlıq subyektləri üçün vergi inzibatçılığı sadələşdirilir

Vergi inzibatçılığı sahəsində həyata keçirilən tədbirlərin bir hissəsi kiçik və orta sahibkarlıq subyektlərinin vergi hesabatlarının verilməsinə, eyni zamanda vergilərin ödənilməsinə sərf edilən vaxtın və inzibati yükün azaldılması ilə bağlıdır.

Ətraflı məlumat
news1

Vergi ödəyicilərinin nəzərinə!

20.10.2023-cü il tarixi bir sıra bəyannamələrin təqdim edilməsinin son günüdür!

Ətraflı məlumat
news1

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfə artıb

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 4.340 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Ətraflı məlumat
news1

Vergi ödəyicilərinə 291 mindən çox Asan İmza sertifikatı verilib

2023-cü ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 476.445 şəxs qəbul edilib və onlara 860.402 sayda xidmət göstərilib ki, bunlardan 209 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 193 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.

Ətraflı məlumat
news1

Naxçıvanda vergi daxilolmaları 35 faiz artıb

Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında müsbət dinamika davam edir. 2023-cü ilin 9 ayında MR Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 120,6 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 35 faiz və ya 31 milyon manat çoxdur.

Ətraflı məlumat
news1

Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin uçot məlumatlarının dəyişdirilməsi

Bu xidmət xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin uçot məlumatlarının dəyişdirilməsini əhatə edir.

Ətraflı məlumat
news1

Sosial sığorta haqları üzrə daxilolmalar artıb

2023-cü ilin yanvar-sentyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,7 milyard manatdan çox olub.

Ətraflı məlumat
news1

DVX-nin rəis müavini MDB vergi xidməti rəhbərlərinin Koordinasiya Şurasının iclasında iştirak edib

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin vergi xidməti rəhbərlərinin Koordinasiya Şurasının 30-cu illik iclası başa çatıb.

Ətraflı məlumat
news1

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

Naxçıvan Şəhər Vergilər İdarəsinin 2023-cü ilin may ayında istifadəyə verilmiş Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən may-sentyabr ayları ərzində ümumilikdə 8.065 sayda qəbul həyat keçirilib.

Ətraflı məlumat
news1

Aktiv ƏDV ödəyicilərinin sayı 11 faiz artıb

2023-cü ilin oktyabr ayının 1-i vəziyyətinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,7 faiz artaraq 752,5 min olub.

Ətraflı məlumat
news1

Ölkə ərazisində 93 mindən çox yeni nəsil NKA quraşdırılıb

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 93.230 ədəd yeni nəsil NKA quraşdırılıb.

Ətraflı məlumat
news1

ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı qismində qeydiyyata alınması

Bu xidmət əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı qismində qeydiyyata alınmasını əhatə edir.

Ətraflı məlumat
news1

Əmək müqavilələrinin sayı artır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 368,3 min vahid artıb və 2023-cü ilin oktyabr ayının 1-nə 1.770,3 minə çatıb.

Ətraflı məlumat