Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.
Güvənilir vebsaytların siyahısıƏlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.
Vergilər Nazirliyi dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, vergitutma bazasının genişləndirilməsi, səmərəli vergi inzibatçılığının və vergi nəzarətinin həyata keçirilməsi, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələrək vergi uçotunun düzgün qurulması sahəsində fəaliyyətini davam etdirir.
Ətraflı məlumat
Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) nümayəndə heyətini qəbul edib.
Ətraflı məlumat
Vergilər naziri Mikayıl Cabbarov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna ilə görüşüb.
Ətraflı məlumat
Vergilər naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə yeni missiya rəhbəri xanım Nataliya Tamirisanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ətraflı məlumat
Vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 14-cü ənənəvi şahmat turnirinə start verilib.
Ətraflı məlumat
“Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın “Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində qarşılıqlı fəaliyyət üzrə yol xəritəsi”nə uyğun olaraq Rusiya Federasiyasının Federal Vergi Xidməti və Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında İşçi Qrupu yaradılıb.
Ətraflı məlumat
Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı sahəsində vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi, istehlak bazarında məhsulların qanunsuz dövriyyəsi və haqsız rəqabətə yol verilməsi halları ilə mübarizə çərçivəsində nəzarət tədbirlərini davam etdirir.
Ətraflı məlumat
Ətraflı məlumat
Martın 30-da vergilər naziri Mikayıl Cabbarov Lənkəran şəhərində 6 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinləri iştirak edib.
Ətraflı məlumat
Martın 21-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə valideyn himayəsindən məhrum olmuş internat məktəblərindən olan şagirdlər üçün İçərişəhər Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olunub.
Ətraflı məlumat
Martın 4-də “Hyatt Regency” otelində Prezident Administrasiyasının dəstəyi, Xarici işlər və Vergilər nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpusun nümayəndələri ilə görüş keçirilib.
Ətraflı məlumat
Vergilər Nazirliyi vergi ödəyiciləri üçün yeni elektron xidmət istifadəyə verib. Bu xidmət vasitəsilə onlar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat ala biləcəklər.
Ətraflı məlumat
Fevralın 21-də vergilər naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Ezoral, Türkiyə-Azərbaycan parlament ....
Ətraflı məlumat
Vergilər naziri Mikayıl Cabbarov 25 fevral 2019-cu il tarixində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinlərini qəbul edəcək.
Ətraflı məlumat
Fevralın 19-da Bakı şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə" mövzusunda Forum öz işinə başlayıb.
Ətraflı məlumat
Fevralın 18-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda Forum keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasın, Nazirlər Kabineti, Milli Məclis, dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarların ictimai birliklərinin nümayəndələri və iş adamları iştirak ediblər.
Ətraflı məlumat
Ətraflı məlumat
Vergilər Nazirliyində 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclası keçirilib.
Ətraflı məlumat
Fevralın 11-də Vergilər Nazirliyinin yaradılmasının 19-cu ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramı münasibətilə nazirliyin rəhbərliyi və əməkdaşları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ətraflı məlumat
Fevralın 4-də vergi orqanlarında talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə könüllü qanvermə aksiyasına start verilib.
Ətraflı məlumat