Vergilər nazirinin müavini Sahib Ələkbərov noyabrın 27-də Siyəzən şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Heydər Əliyev küçəsi, 135a) Abşeron, Xızı, Siyəzən, Qubadlı, Zəngilan, Şuşa rayonlarından və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edəcək.
Ətraflı məlumatNoyabrın 20-də Moskvada MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının XXVI iclası keçirilib. İclasda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Ətraflı məlumatNoyabrın 18-də Vergilər nazirinin müavini Mətin Eynullayev Ağcabədi şəhərində Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
Ətraflı məlumatVergilər Nazirliyi vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində ekspert cəmiyyəti ilə əməkdaşlığı davam etdirir. Noyabrın 15-də nazirlikdə növbəti belə görüş keçirilib. Vergi Məcəlləsinə nəzərdə tutulan yeni dəyişikliklərə həsr olunmuş görüş iqtisadçı ekspertlərin məlumatlandırılması, habelə onların dəyişikliklər barədə təkliflərinin dinlənilməsi məqsədi daşıyıb.
Ətraflı məlumatNoyabrın 14-də Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Xaçmaz şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının sakinləri iştirak ediblər.
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrə Əməkdaşlıq Ofisinin (SECO) Cənubi Qafqaz üzrə Regional Direktoru xanım Daniela Myulini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ətraflı məlumatNoyabrın 13-də Bakıdakı “Hilton” hotelində Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin (TA 9799-AZE) təqdimetmə mərasimi keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Asiya İnkişaf Bankının rezident missiyasının Azərbaycan üzrə direktoru Nəriman Mannapbekov layihə barədə məlumat verib.
Ətraflı məlumatAzərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansurinin rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla anaraq, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Ətraflı məlumatNoyabrın 12-də Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 4-cü Ticarət Məclisi keçirilib. BƏƏ-nin Bakıdakı səfirliyi tərəfindən təşkil edilən tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, BƏƏ-nin İqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri, BƏƏ-nin ölkəmizdəki səfirliyinin və digər qurumlarının təmsilçiləri, həmçinin hər iki tərəfdən biznes nümayəndələri iştirak ediblər.
Ətraflı məlumatVergilər nazirinin müavini Mətin Eynullayev 18 noyabr 2019-cu il tarixində Ağcabədi şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Ü.Hacıbəyli küçəsi) Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
Ətraflı məlumatAzərbaycan Kikboksinq Federasiyasının üzvləri oktyabrın 30-dan noyabrın 3-dək İtaliyanın Karara şəhərində keçirilmiş Kikboksinq WKA versiyası üzrə dünya çempionatında qələbə qazanıblar.
Ətraflı məlumatNoyabrın 6-da Ağcabədidə kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı məsələlərə həsr olunmuş zona müşavirəsi keçirilib. Tədbirdə ölkəmizin Qarabağ bölgəsində yerləşən rayonlarının icra hakimiyyətlərinin rəhbər vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət aqrar inkişaf mərkəzlərinin əməkdaşları, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Statistika və Əmlak Məsələləri Dövlət komitələrinin yerli qurumlarının, qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri iştirak ediblər.
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinin Azərbaycandakı səfiri Dan Stavı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Səfirlə əməkdaşlıqdan məmnunluğunu ifadə edən nazir gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Ətraflı məlumatVergilər nazirinin birinci müavini Sahir Məmmədxanov noyabrın 14-də Xaçmaz şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: H.Əliyev prospekti) Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.
Ətraflı məlumat2019-cu ilin noyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə yaddaş
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Aliyah və İnteqrasiya (Absorbsiya) naziri Yoav Qalant və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ətraflı məlumatİqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş Katibi Mukisa Kituyi ilə görüşüb.
Ətraflı məlumatOktyabrın 26-da Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarına işə qəbulla bağlı sayca 16-cı test imtahanı keçirib. Dövlət vergi orqanlarına işə qəbul üzrə növbəti müsabiqə sentyabr ayında elan edilib. Müsabiqə üzrə ilkin sənəd qəbulu 2019-cu ilin sentyabr ayının 20-dən oktyabr ayının 7-dək aparılıb.
Ətraflı məlumat