İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi” xidməti ilə bağlı onlayn sorğu keçirir. Bu sorğu vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi xidmətinin əlçatanlığı və vergi ödəyicilərinin məlumatlılıq səviyyəsinin aşkar edilməsi məqsədi daşıyır. Sorğu anonim keçirilir və respondentlərin heç bir məlumatı qeydə alınmır. Sorğuda iştirak etməklə vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi prosesinin daha da asanlaşdırılması və bu sahədə aparılan işlərin təkmilləşdirilməsinə töhfə verə bilərsiniz.