Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.
Güvənilir vebsaytların siyahısıƏlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.
Dövlət Vergi Xidməti vergi ödəyicilərinin rəylərinin öyrənilməsini və fəaliyyətində nəzərə alınmasını qarşılıqlı etimada əsaslanan münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən alət hesab edir. Bu baxımdan ölkədə şəffaf və sağlam biznes mühitinin inkişafını dəstəkləmək məqsədilə mütəmadi olaraq vergi ödəyicilərinin rəyləri və təklifləri öyrənilir.
Bu çərçivədə “Kontragentləri araşdır” elektron xidməti ilə bağlı sorğu keçirilir. Sorğunun məqsədi göstərilən xidmətin funksionallığı, istifadə rahatlığı və faydalılığı barədə sizin mövqeyinizi və təkliflərinizi öyrənməkdir.
Tərəfinizdən təqdim ediləcək rəy və qeydlər göstərilən xidmətin daha da təkmilləşdirilməsinə, istifadəçi məmnuniyyətinin artırılmasına, habelə vergi ödəyici yönümlü idarəetmə prinsipinin inkişafına töhfə verəcək.