Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Milli Fəaliyyət Planın icrası məqsədilə aşağıdakı işlər görülmüşdür:
- 2022-ci il ərzində vergi ödəyicilərinə qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, əmək münasibətlərinin şəffaflaşdırılması, o cümlədən işçi sayı və əmək haqqı məbləğlərinin düzgün əks etdirilməsi, əmək müqavilələrinin rəsmiləşdirilməsinin vacibliyi, qanunvericiliyin tələblərinə əməl edilməməsinə görə nəzərdə tutulan maliyyə sanksiyaları və s. mövzularda 380 nəfərdən çox vergi ödəyicisinin iştirakı ilə keçirilmiş 54 görüşdə və 2600-ə yaxın vergi ödəyicisinə göstərilmiş ünvanlı xidmət zamanı qeyd olunan məsələlər barədə vergi ödəyicilərinə məlumat verilmişdir.
- "Peşə fəaliyyətinin ümumi əsasları" və " Büdcədənkənar fond hesabına saxlanılan və ştatdankənar işçilərin hazırlıq təlimi" istiqamətləri üzrə 2022-ci il ərzində keçirilən təlim kurslarının tədris-mövzu planlarına “Korrupsiyaya qarşı mübarizə tədbirləri”, "Etik davranış qaydaları və məlumat təhlükəsizliyi", "Dövlət vergi orqanları əməkdaşlarının etik davranış, daxili xidməti intizam və məsuliyyət normaları" və "Dövlət vergi orqanlarında xidmətkeçmə” mövzuları daxil edilmişdir. 2022-ci il ərzində 4 peşə hazırlığı və 7 Büdcədənkənar fond hesabına saxlanılan və ştatdankənar işçilərin hazırlıq təlimi keçirilmiş, 177 nəfər vergi orqanı əməkdaşı bu təlimlərdə iştirak etmişdir.
-"Korrupsiyaya yox deyək!" adlı buklet hazırlanaraq Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilmişdir.