Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir. Koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən "Koronavirusdan necə qorunmalıyıq?", "Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq?", "Yaşlıları koronavirusdan qoruyaq!", "Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?" və "Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?" başlıqlı sosial çarxlar hazırlayıb. KİV nümayəndələri və sosial şəbəkə istifadəçilərindən həmin çaxrları öz internet səhifələrində və sosial şəbəkə səhifələrində yerləşdirmələri xahiş olunur. Həmçinin, ticarət mərkəzlərində vətəndaşların xəbərdar edilməsi məqsədilə ticarət mərkəzlərinin daxili istifadəsi üçün müraciət hazırlanıb.

Təbliğat və təşviqat materiallarını yükləmək üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz:

Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq?

TV və media üçün (86,1 Mb)
Mobil qurğular üçün (13,1 Mb)


Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?

TV və media üçün (262,7 Mb)
Mobil qurğular üçün (47,4 Mb)


Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?

TV və media üçün (221,9 Mb)
Mobil qurğular üçün (35,1 Mb)


Ticarət mərkəzlərinin daxili istifadəsi üçün müraciət forması

Forma MP3 tipində (2.31 Mb)
Forma WAV tipində (16.6 Mb)