IBFD 1938-ci ildə, 4 tədqiqatçıdan ibarət kiçik mərkəz kimi təsis edilmişdir. Bu Büronun məqsədi vergi qanunu ilə əlaqədar məlumatlar vermək və vergi elminin inkişafını stimullaşdırmaq idi. Həmin gündən etibarən İBFD durmadan inkişaf edərək bugünkü vəziyyətinə - dünyanın ən qabaqcıl hökumətlərarası vergi orqanına çevrilmişdir. 30-dan çox ölkənin 70-dən çox elmi-tədqiqat mütəxəssisinin fəaliyyət göstərdiyi Fiskal Sənədləşmə üzrə Beynəlxalq Büro, bütün dünyadan vergi mütəxəssislərinin yüksək keyfiyyət baxımından ən çox etibar etdiyi müstəqil (qeyri-kommersiya) fonddur:
- Müstəqil vergi tədqiqatı
- Beynəlxalq vergi məlumatı
- Təhsil
- Hökumətlərə vergi islahatı sahəsində məsləhət