Xidmətin məzmunu |
Bu xidmət Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslərin, ailə kəndli təsərrüfatlarının başçılarının və torpaq mülkiyyətçilərinin uçota alınmasını əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri |
KOB evləri "ASAN xidmət" mərkəzləri https://www.e-gov.az Naxçıvan Şəhər Vergilər İdarəsinin inzibati binasında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2saylı Ərazi Vergilər İdarəsinin Şərur rayonu üzrə Vergi ödəyicilərinə xidmət mərkəzi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3saylı Ərazi Vergilər İdarəsinin Babək rayonu üzrə Vergi ödəyicilərinə xidmət mərkəzi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4saylı Ərazi Vergilər İdarəsinin Ordubad rayonu üzrə Vergi ödəyicilərinə xidmət mərkəzi Vergi ödəyicilərinə xidmət mərkəzləri |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar |
Azərbaycan Respublikasının vətəndaşı: Sənədin təqdim edilmə formaları: Sənədin adı: Sənədin təqdim edilmə formaları: Sənədin adı: Sənədin təqdim edilmə formaları: |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | Elektron İnzibati prosedurlar: İstifadəçi İnternet Vergi İdarəsi Portalının (https://new.e-taxes.gov.az/etaxes/) “Online qeydiyyat” bölməsindən “Fiziki şəxsin qeydiyyatı” xidmət növünü seçdikdən sonra gücləndirilmiş elektron imza və ya “Mobil FİN” vasitəsilə şəxsi kabinetə daxil olur. “Yeni müraciət” düyməsini sıxır, “Müraciətin növü” bölməsində “Ərizə”, “Sənədin növü” bölməsində “Fiziki şəxsin uçotu”nu seçir və “Qəbul” düyməsini sıxır. İstifadəçi açılan ekranda ərizə (“Fiziki şəxsin vergi uçotu haqqında ərizəsi”nin elektron forması) üzrə tələb edilən məlumatları, o cümlədən şəxsiyyəti təsdiq edən sənəddə qeyd edilmiş FİN-i daxil edir. Daxil edilmiş məlumatların yoxlanması üçün təsdiqləmə ekranı gəlir. İstifadəçi məlumatların doğruluğuna əmin olduqda “İmzala və göndər” düyməsini sıxır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi sıxılır. Qeyri-Elektron İnzibati prosedurlar: Torpaq mülkiyyətçisi və ya ailə kəndli təsərrüfatı kimi uçota alınmaq istəyən şəxslər ərizə və ərizəyə əlavə edilmş müvafiq təsdiqedici sənədləri poçt vasitəsilə təqdim edir və ya həmin ərizə və sənədlər ilə birlikdə vergi orqanına, xidmət mərkəzlərinə, "ASAN Xidmət" mərkəzlərinə və ya "KOB" evlərinə müraciət edirlər. Poçt və ya kağız daşıyıcıda təqdim edilmiş ərizəyə vergi orqanının müvafiq strukturu tərəfindən kargüzarlıq nömrəsi verilərək qeydiyyata alınır. Qeydiyyata alındıqdan sonra ərizə emal edilməsi üçün müvafiq struktura ötürülür. Ərizə ilə təqdim edilmiş sənədlər arasında uyğunsuzluq olmadığı halda ərizə sistemə daxil edilir, VÖEN verilir və vergi ödəyicisinə uçota alınması ilə bağlı şəhadətnamə hazırlanaraq elektron kabinetinə göndərilir. |
Xidmətin elektron ünvanı | https://www.e-gov.az https://new.e-taxes.gov.az |
Video təlimat | https://youtu.be/vf9kcwylzJ8 |
Xidmətin məzmunu | Bu xidmət vergi ödəyici olan fiziki şəxsin vergi uçotundan çıxarılmasını əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri |
Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-də uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, https://www.e-gov.az, Rayon Vergilər Şöbələrinin inzibati binaları, KOB evləri |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar |
Sənədin adı: Sənədin təqdim edilmə formaları: Sənədin adı: Sənədin təqdim edilmə formaları: |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | Gücləndirilmiş elektron imzadan istifadə edərək sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaradılır. Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir. Fiziki şəxsin vergi uçotundan çıxarılması ərizəsi İnternet Vergi İdarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə istifadəçi tərəfindən bu Reqlamentin 2.4-cü bəndində qeyd edilən internet səhifələrində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən göstərilən elektron xidmətlərin siyahısından “Fiziki şəxsin vergi uçotundan çıxarılması” xidmət növü seçilir. Bu zaman açılan ekranda “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə “Kimə” siyahısından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, “Müraciətin növü” siyahısından Ərizə, “Sənədin növü” siyahısından “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında” ərizə seçilir və “Qəbul” düyməsi sıxılır. Bu zaman sistem tərəfindən istifadəçinin şəxsi məlumatları əsasında ekrana fiziki şəxsin adı, soyadı, atasının adı və qeydiyyatda olduğu rayon çıxarılır. Açılan ekranda ləğv olma tarixi daxil edilir və siyahıdan ləğv olunma səbəbi seçilir. “Ləğv olma tarixi”nin daxil edilməsi zamanı bu tarixin ərizənin təqdim edilmə tarixindən əvvəl seçilməsinə məhdudiyyət nəzərdə tutulmuşdur və bu zaman ekrana “Ləğv olma tarixi ərizənin təqdim edilmə tarixindən əvvələ ola bilməz” məzmunda mesaj verilir. “İrəli” düyməsi sıxıldıqdan sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir. Daxil edilmiş məlumatlar vizual yoxlanılır və əgər edilmiş əməliyyat doğrudursa, “Tanış oldum, məlumatların doğruluğunu təsdiqləyirəm” ifadəsinin qarşısındakı boş xana işarələnir, “İmzala”, daha sonra “göndər” düyməsi sıxılır. Ərizə gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra sistem tərəfindən ekrana onun onlayn qəbul olunması haqqında “Bildiriş” çıxarılır və sənədə 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Vergi ödəyicisinin vergi uçotunun ləğv edilməsinədək yerinə yetirilməli olan prosedurlar həmin “Bildiriş”də əks olunur. “Çap” düyməsi ilə “Bildiriş” çap edilir. İstifadəçi tərəfindən göndərilən bu elektron ərizə onun “Göndərdiklərim” qovluğuna düşür. O, buradan əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər. |
Xidmətin elektron ünvanı | https://www.e-gov.az https://new.e-taxes.gov.az |
Xidmətin məzmunu |
Bu xidmət fiziki şəxsin uçot məlumatlarının dəyişdirilməsini əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri |
Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-də uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Rayon Vergilər Şöbələrinin inzibati binaları, KOB evləri, Vergi ödəyicisinin hüquqi və ya faktiki ünvanında göstərilən ünvanlı xidmət zamanı, https://www.e-gov.az |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar |
Sənədin adı: Sənədin təqdim edilmə formaları: Sənədin adı: Sənədin təqdim edilmə formaları: Sənədin adı: Sənədin təqdim edilmə formaları: |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi barədə ərizə gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsi portalında “Şəxsi hesab”a daxil olmaqla işlənilir. “Şəxsi hesab”a daxil olduqdan sonra istifadəçi “Ərizələr” bölməsindən “Yeni Ərizə” hissəsindən “Fiziki şəxsin uçot məlumatlarının dəyişdirilməsi” ərizəsini seçir. Açılan pəncərədə məlumat dəyişikliyi ediləcək hissələrin müvafiq xanalarında yeni məlumatlar daxil etdikdən sonra istifadəçi “Növbəti” düyməsini istifadə etməklə yeni səhifəyə keçid edir. Yeni səhifədə istifadəçi ərizə məlumatları ilə tanış olur. Ərizə məlumatlarına yenidən dəyişiklik etmək istədikdə, istifadəçi “Geri” düyməsi vasitəsilə əvvəlki səhifəyə qayıdıb məlumatlara dəyişiklik edə bilir. İstifadəçi ərizə məlumatları ilə tanış olub təsdiqlədikdən sonra “Növbəti” düyməsini sıxır və ekranda yeni pəncərə açılır. Açılan pəncərədə istifadəçi ərizəni təsdiqləyib göndərmək istədikdə “Təsdiqlə və göndər” düyməsindən istifadə edir, əks halda isə “İmtina” düyməsini sıxır. İstifadəçi həmçinin “Qaralamada saxla və çıx” düyməsi vasitəsilə ərizəni “Qaralamalar” qovluğunda saxlayır. Sonralar “Qaralamalar” qovluğunda saxlanılan ərizəyə dəyişiklik edilə və ya dəyişiklik edilmədən təsdiqləyib göndərilə və ya ərizə silinə bilər. “Təsdiqlə və göndər” düyməsi ilə ərizə təsdiqləndikdən sonra qeydiyyata alınır və sonda ekrana qeydiyyata alınmış ərizənin məlumatları, həmçinin ərizənin 16 rəqəmli AVİS nömrəsi və ərizəyə baxılma müddəti barədə məlumat çıxır. Buradan istifadəçi həmçinin ərizəni çap edib və ya endirə bilir. Təsdiqlənib göndərilmiş ərizə “Ərizələr” bölməsində “Göndərilənlər” qovluğuna düşür. İstifadəçi buradan ərizənin statusunu izləyə, həmçinin çap edib və ya endirə bilir. |
Xidmətin elektron ünvanı | https://www.e-gov.az https://new.e-taxes.gov.az |
Xidmətin məzmunu |
Bu xidmət fiziki şəxsin fəaliyyətinin bərpa edilməsini əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri |
https://www.egov.az, Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-də uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, KOB evləri |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar |
Sənədin adı: Sənədin təqdim edilmə formaları: |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | Fiziki şəxsin fəaliyyətinin bərpa edilməsi barədə ərizə İnternet Vergi İdarəsi portalında gücləndirilmiş elektron imza vasitəsilə “Şəxsi hesab”a daxil olmaqla işlənilir. “Şəxsi hesab”a daxil olduqdan sonra istifadəçi “Ərizələr” bölməsindən “Yeni Ərizə” hissəsindən “Fiziki şəxsin fəaliyyətinin bərpası” ərizəsini seçir. Açılan pəncərədə fəaliyyətin bərpa ediləcəyi tarix seçildikdən sonra “Təsdiqlə və göndər” düyməsi vasitəsilə istifadəçi ərizəni təsdiqləyib göndərir və ya “İmtina” düyməsi vasitəsilə ərizəni göndərməkdən imtina edir. İstifadəçi həmçinin “Qaralamada saxla və çıx” düyməsi vasitəsilə ərizəni “Qaralamalar” qovluğunda saxlaya bilir. Sonralar “Qaralamalar” qovluğunda saxlanılan ərizəyə dəyişiklik edə və ya dəyişiklik etmədən təsdiqləyib göndərə və ya ərizəni silə bilər. “Təsdiqlə və göndər” düyməsi ilə ərizə təsdiqləndikdən sonra qeydiyyata alınır və sonda ekrana qeydiyyata alınmış ərizənin məlumatları, həmçinin ərizənin 16 rəqəmli AVİS nömrəsi və ərizəyə baxılma müddəti barədə məlumat çıxır. Buradan istifadəçi həmçinin ərizəni çap edib və ya endirə bilir. Təsdiqlənib göndərilmiş ərizə “Ərizələr” bölməsində “Göndərilənlər” qovluğuna düşür. İstifadəçi buradan ərizənin statusunu izləyə, həmçinin çap edib və ya endirə bilir. |
Xidmətin elektron ünvanı | https://www.e-gov.az https://new.e-taxes.gov.az |
Video təlimat | https://youtu.be/kvniIYW5518 |
Xidmətin məzmunu |
Bu xidmət vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri |
Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-də uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Vergi ödəyicisinin hüquqi və ya faktiki ünvanında göstərilən ünvanlı xidmət zamanı, https://www.e-gov.az |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar |
Sənədin adı: Sənədin təqdim edilmə formaları: - Poçt vasitəsi ilə və ya şəxsən Sənədin adı: Sənədin təqdim edilmə formaları: - Poçt vasitəsi ilə və ya şəxsən |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması” barədə ərizə İnternet Vergi İdarəsi portalında gücləndirilmiş elektron imza vasitəsilə “Şəxsi hesab”a daxil olmaqla işlənilir. “Şəxsi hesab”a daxil olduqdan sonra istifadəçi “Ərizələr” bölməsindən “Yeni Ərizə” hissəsindən “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” ərizəsini seçir. Ərizə üzrə “Ümumi müddəalar”, “Mülkiyyət və icarə məlumatları” və “Fəaliyyəti, ünvanı və əlaqə məlumatları” pəncərələrində mövcud olan xanalar doldurulur. Hər bir pəncərədə açılan məlumatlar doldurulduqdan sonra “Növbəti” düyməsi ilə sonrakı pəncərəyə keçid edilir. Sonuncu “İcmal” pəncərəsində istifadəçi ərizə məlumatları ilə tanış olur. Ərizə məlumatlarına yenidən dəyişiklik etmək istədikdə, istifadəçi “Geri” düyməsi vasitəsilə əvvəlki səhifəyə qayıdıb məlumatlara dəyişiklik edə bilir. İstifadəçi ərizə məlumatları ilə tanış olub təsdiqlədikdən sonra “Növbəti” düyməsini sıxır və ekranda yeni pəncərə açılır. Açılan pəncərədə istifadəçi ərizəni təsdiqləyib göndərmək istədikdə “Təsdiqlə və göndər” düyməsindən istifadə edir, əks halda isə “İmtina” düyməsini sıxır. İstifadəçi həmçinin “Qaralamada saxla və çıx” düyməsi vasitəsilə ərizəni “Qaralamalar” qovluğunda saxlayır. Sonralar istifadəçi “Qaralamalar” qovluğunda saxlanan ərizəyə dəyişiklik edə və ya dəyişiklik etmədən təsdiqləyib göndərə və ya ərizəni silə bilər. İstifadəçi “Təsdiqlə və göndər” düyməsini bastıqda ərizə qeydiyyata alınır və açılan pəncərədə ərizənin 16 rəqəmli AVİS nömrəsi və ərizəyə baxılma müddəti barədə məlumat verilir. Təsdiqlənib göndərilmiş ərizə “Ərizələr” bölməsində “Göndərilənlər” qovluğuna düşür. İstifadəçi buradan ərizənin statusunu izləyə, həmçinin çap edib və ya endirə bilir. |
Xidmətin elektron ünvanı | https://www.e-gov.az https://new.e-taxes.gov.az |
Video təlimat | https://youtu.be/hqhsb1pzN-g |
Xidmətin məzmunu | Bu xidmət vergi ödəyicisinin təsərrüfat subyektinin fəaliyyətinin müvəqqəti dayandırılmasını əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri |
Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-də uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Vergi ödəyicisinin hüquqi və ya faktiki ünvanında göstərilən ünvanlı xidmət zamanı, https://www.e-gov.az |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar |
Sənədin adı: Sənədin təqdim edilmə formaları: - Poçt vasitəsi ilə və ya şəxsən |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | Müvəqqəti dayandırılması barədə ərizə İnternet Vergi İdarəsi portalında gücləndirilmiş elektron imza vasitəsilə “Şəxsi hesab”a daxil olmaqla işlənilir. “Şəxsi hesab”a daxil olduqdan sonra istifadəçi “Ərizələr” bölməsindən “Yeni Ərizə” hissəsindən “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması” ərizəsini seçir. Açılan pəncərədə fəaliyyətin dayandırılma tarixi, dayandırılma səbəbi, əsas vəsaitlər və ödəyicilərin aktivləri barədə xanalara müvafiq məlumatlar daxil edildikdən sonra “Növbəti” düyməsi vasitəsilə yeni pəncərəyə keçid edilir. Bu pəncərədə istifadəçi “Təsdiqlə və göndər” düyməsi vasitəsilə ərizəni təsdiqləyib göndərir və ya “İmtina” düyməsi vasitəsilə ərizəni göndərməkdən imtina edir. İstifadəçi həmçinin “Qaralamada saxla və çıx” düyməsi vasitəsilə ərizəni “Qaralamalar” qovluğunda saxlaya bilir. Sonralar “Qaralamalar” qovluğunda saxlanılan ərizəyə dəyişiklik edə və ya dəyişiklik etmədən təsdiqləyib göndərə və ya ərizəni silə bilər. “Təsdiqlə və göndər” düyməsi ilə ərizə təsdiqləndikdən sonra qeydiyyata alınır və sonda ekrana qeydiyyata alınmış ərizənin məlumatları, həmçinin ərizənin 16 rəqəmli AVİS nömrəsi və ərizəyə baxılma müddəti barədə məlumat çıxır. Buradan istifadəçi həmçinin ərizəni çap edib və ya endirə bilir. Təsdiqlənib göndərilmiş ərizə “Ərizələr” bölməsində “Göndərilənlər” qovluğuna düşür. İstifadəçi buradan ərizənin statusunu izləyə, həmçinin çap edib və ya endirə bilir. |
Xidmətin elektron ünvanı | https://www.e-gov.az https://new.e-taxes.gov.az/etaxes/ |
Video təlimat | https://youtu.be/xfqbUxIxqYQ |
Xidmətin məzmunu | Bu xidmət vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpa edilməsini əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri |
Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-də uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, https://www.e-gov.az |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar |
Sənədin adı: Sənədin təqdim edilmə formaları: |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpa edilməsi barədə ərizə İnternet Vergi İdarəsi portalında gücləndirilmiş elektron imza vasitəsilə “Şəxsi hesab”a daxil olmaqla işlənilir. “Şəxsi hesab”a daxil olduqdan sonra istifadəçi “Ərizələr” bölməsindən “Yeni Ərizə” hissəsindən “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpası” ərizəsini seçir. Açılan pəncərədə obyektin fəaliyyətinin bərpa ediləcəyi tarix seçildikdən sonra “Təsdiqlə və göndər” düyməsi vasitəsilə istifadəçi ərizəni təsdiqləyib göndərir və ya “İmtina” düyməsi vasitəsilə ərizəni göndərməkdən imtina edir. İstifadəçi həmçinin “Qaralamada saxla və çıx” düyməsi vasitəsilə ərizəni “Qaralamalar” qovluğunda saxlaya bilir. Sonralar “Qaralamalar” qovluğunda saxlanılan ərizəyə dəyişiklik edə və ya dəyişiklik etmədən təsdiqləyib göndərə və ya ərizəni silə bilər. “Təsdiqlə və göndər” düyməsi ilə ərizə təsdiqləndikdən sonra qeydiyyata alınır və sonda ekrana qeydiyyata alınmış ərizənin məlumatları, həmçinin ərizənin 16 rəqəmli AVİS nömrəsi və ərizəyə baxılma müddəti barədə məlumat çıxır. Buradan istifadəçi həmçinin ərizəni çap edib və ya endirə bilir. Təsdiqlənib göndərilmiş ərizə “Ərizələr” bölməsində “Göndərilənlər” qovluğuna düşür. İstifadəçi buradan ərizənin statusunu izləyə, həmçinin çap edib və ya endirə bilir. |
Xidmətin elektron ünvanı | https://www.e-gov.az https://new.e-taxes.gov.az/etaxes/ |
Xidmətin məzmunu | Bu xidmət Nəzarət-kassa aparatının qeydiyyata alınmasını əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri |
https://www.e-gov.az, Xidmət elektronlaşdırılıb. Müraciət və nəticə barədə məlumat elektron şəkildə əldə edilir |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar |
Sənədin adı: Sənədin təqdim edilmə formaları: |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | Vergi ödəyicisi vergi orqanlarında qeydiyyata alınmaq üçün Dövlət reyestrinə daxil edilmiş NKA modelini sifariş edir. Operator şəxsi kabineti üzərindən vergi ödəyicisinə satılmış Nəzarət-kassa aparatı (NKA) və Nəzarət mexanizm qurğusu (NMQ) barədə məlumatları Dövlət Vergi Xidmətinin informasiya sisteminə daxil edir. Sistem tərəfindən daxil edilmiş məlumatlar əsasında real vaxt rejimində sertifikat faylı qenerasiya olunaraq Operatorun şəxsi kabinetinə göndərilir. Operator sertifikat faylında olan məlumatları NMQ-nin yaddaşına yazır və NKA-nın uçota alınması barədə Akt tərtib edir. Akt Operator tərəfindən elektron imza vasitəsi ilə imzalandıqdan sonra vergi ödəyicisinin elektron kabinetinə ötürülür. Vergi ödəyicisi ona təhvil verilmiş NKA və NMQ üzərində olan məlumatların Aktdakı məlumatlarla uyğunluğunu yoxlayaraq onu elektron imza ilə təsdiq edir. Məlumatlarda kənarlaşma aşkar edildikdə Akt vergi ödəyicisi tərəfindən rədd edilir. Vergi ödəyicisi tərəfindən Akt təsdiqləndiyi halda avtomatik NKA-nın qeydiyyat ərizəsi qenerasiya olunaraq Dövlət Vergi Xidmətinin informasiya sisteminə göndərilir. Həmin andan etibarən NKA qeydiyyata alınmış hesab edilir və nəzarət mexanizmi qurğusu aktivləşdirilir. NKA-nın uçota alınması barədə Qeydiyyat vərəqi vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Qeydiyyat vərəqəsi vergi ödəyicisinin müraciəti əsasında kağız formasında da verilə bilər. |
Xidmətin elektron ünvanı | https://www.e-gov.az https://new.e-taxes.gov.az/etaxes/ https://e-kassa.gov.az/ |
Video təlimat | https://youtu.be/tfC-Ix8Ty78 |
Xidmətin məzmunu | Bu xidmət vergi orqanları tərəfindən vergi ödəyicilərinin nəzarət-kassa aparatlarının (NKA) qeydiyyatdan çıxarılmasını əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri |
https://www.e-gov.az, Xidmət elektronlaşdırılıb. Müraciət və nəticə barədə məlumat elektron şəkildə əldə edilir |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar |
Sənədin adı: Sənədin təqdim edilmə formaları: |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | Vergi ödəyicisi NKA-nı uçotdan çıxarmaq üçün gücləndirilmiş elektron imzadan istifadə etməklə NKA-nın uçotdan çıxarılması haqqında ərizə forması ilə vergi orqanına müraciət edir. Vergi orqanı tərəfindən Operatorun elektron kabinetinə vergi ödəyicisinə məxsus NKA-nın uçotdan çıxarılması üçün zəruri tədbirlərin görülməsi barədə Bildiriş göndərilir. Operator bildiriş daxil olduğu tarixdən 5 iş günü ərzində aparılmış əməliyyatlar barədə nəzarət mexanizmi qurğusunda toplanmış məlumatların tam şəkildə Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülüb-ötürülməməsini yoxlayır. Operator zərurət yarandığı halda məlumatların Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməsini təmin edir. Operator NKA-nın uçotdan çıxarılması barədə Akt tərtib edərək Portal üzərindən vergi orqanına göndərir. Bu andan etibarən NKA uçotdan çıxarılaraq statusu dəyişdirilir. NKA-nın uçotdan çıxarılması barədə Bildiriş sistem tərəfindən hazırlanaraq vergi ödəyicisinin elektron kabinetinə göndərilir. |
Xidmətin elektron ünvanı | https://www.e-gov.az https://new.e-taxes.gov.az/etaxes/ |
Xidmətin məzmunu | Bu xidmət vergi ödəyiciləri tərəfindən vergi və digər büdcə daxilolmalarının, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının müasir ödəniş mexanizmlərindən istifadə edilərək elektron formada ödənilməsini əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri | Xidmət elektronlaşdırılıb, müraciət və nəticə barədə məlumat elektron şəkildə əldə edilir |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar | “Asan İmza” və yaxud “SİMA Token” |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | Vergi və digər büdcə daxilolmalarının, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi xidmətindən istifadə üçün vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsi portalında “Şəxsi hesab”a daxil olduqdan sonra “Ödəniş” bölməsinə keçid edir. Açılan pəncərədə “Yeni ödəniş” düyməsi sıxılır, bu zaman ekrana çıxan pəncərədə “Ödənişin təyinatı" və “Büdcə təsnifat kodu”nu seçib ödəniş növünü əlavə edir. Əlavə edilən ödəniş növü üzrə məbləğ daxil edildikdən sonra ödəniş edilir. Ödəniş edildikdən sonra ekrana mədaxil qəbzi çıxır. İstifadəçi qəbzi çap edə və yaxud elektron poçt ünvanına istiqamətləndirə bilər. |
Xidmətin elektron ünvanı | https://e-gov.az/ https://new.e-taxes.gov.az/etaxes/ |
Video təlimat | https://youtu.be/8bPtqUOKu2E |
Xidmətin məzmunu | Bu xidmət istifadəçilərin müraciətləri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisi və Dövlət Vergi Xidməti arasında elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parolu və şifrəsinin verilməsini əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları | Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması. Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması. |
Xidmətin göstərilmə yeri | • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının, Rayon Vergilər Şöbələrinin inzibati binaları; • Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin struktur bölmələrinin Bəyannamələrin qəbulu və uçotun təşkili bölmələrinin, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin, ASAN xidmət mərkəzlərinin yerləşdiyi inzibati binaları (ilkin qeydiyyat zamanı). |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar | • Ərizə - sənədin əsli. • Elektron sənəd mübadiləsi haqqında Müqavilə - sənədin əsli. |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | İstifadəçilər xidmət göstərilən qurumlara tələb edilən sənədlərlə birlikdə müraciət edir. Sənədlər xidmət göstərilən qurumlar tərəfindən qəbul edilir və araşdırılır. Sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edilmədikdə istifadəçi ilə müqavilə imzalanır və 2 gün müddətində istifadəçi kodu, parol və şifrə hazırlanır və istifadəçilərə "Elektron sənəd mübadiləsi haqqında Müqavilə" və qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə təqdim olunur. Sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildikdə, istifadəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilər. |
Xidmətin məzmunu | Bu xidmət istifadəçilərin müraciətləri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinə məxsus elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parolu və şifrəsinin ləğv olunmasını əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları | Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması. Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması. |
Xidmətin göstərilmə yeri | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının, Rayon Vergilər Şöbələrinin inzibati binaları. |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar | • Ərizə - sənədin əsli. |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | İstifadəçilər xidmət göstərilən qurumlara müraciət edir. Ərizə xidmət göstərilən qurumlar tərəfindən qəbul edilir və araşdırılır. İmtina üçün əsas olan çatışmazlıqlar aşkar edilmədikdə istifadəçinin ərizəsi qəbul edilir və 2 gün müddətində istifadəçi kodu, parol və şifrə ləğv edilərək ona "Elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parol və şifrənin ləğv edilməsi haqqında" məlumat (bildiriş) təqdim edilir. Sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildikdə, istifadəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilər. |
Xidmətin məzmunu | Bu xidmət istifadəçilərin müraciətləri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinə Dövlət Vergi Xidməti ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parolu və şifrəsinin yenidən verilməsini əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları | Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması. Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması. |
Xidmətin göstərilmə yeri | • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının, Rayon Vergilər Şöbələrinin inzibati binaları; • Vergi ödəyicisinin hüquqi və ya faktiki ünvanında göstərilən ünvanlı xidmət zamanı. |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar | • Ərizə - sənədin əsli. |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | İstifadəçilər xidmət göstərilən qurumlara tələb edilən sənədlərlə birlikdə müraciət edir. Sənədlər xidmət göstərilən qurumlar tərəfindən qəbul edilir və araşdırılır. İstifadəçinin müraciəində və təqdim etdiyi ərizədə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edilmədikdə istifadəçinin ərizəsi qəbul edilir və 2 gün müddətində istifadəçi kodu, parol və şifrə yenidən hazırlanır və müqavilə ilə birlikdə istifadəçilərə qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün təqdim olunur. Sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildikdə, istifadəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilər. |
Xidmətin məzmunu | Bu xidmət "Asan İmza" Sim-kart üzrə Sertifikatların verilməsini əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri |
“ASAN xidmət" mərkəzləri, KOB evləri, 14 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzləri, 13 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzləri, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzləri, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzləri, 10 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzləri, 9 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzləri, 8 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzləri, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzləri, 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzləri, 4 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzləri, 3 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzləri, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzləri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzləri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzləri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzləri, Naxçıvan Şəhər Vergilər İdarəsinin inzibati binasında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin Şərur rayonu üzrə Vergi ödəyicilərinə xidmət mərkəzi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Babək rayonu üzrə Vergi ödəyicilərinə xidmət mərkəzi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Ordubad rayonu üzrə Vergi ödəyicilərinə xidmət mərkəzi, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (yalnız MGBİ-də uçotda olan vergi ödəyiciləri üçün) |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar |
Sənədin adı: Sənədin təqdim edilmə formaları: Sənədin adı: Sənədin təqdim edilmə formaları: Sənədin adı: Sənədin təqdim edilmə formaları: Sənədin adı: Sənədin təqdim edilmə formaları: Sənədin adı: Sənədin təqdim edilmə formaları: Sənədin adı: Sənədin təqdim edilmə formaları: Sənədin adı: Sənədin təqdim edilmə formaları: |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | ASAN İmza xidmətindən istifadə etmək üçün müraciət edən şəxs (ərizəçi) ilk növbədə bütün mobil operatorlardan (Azercell, Bakcell, Nar) ASAN İmza SİM-kartını əldə etməli, sonra tələb olunan sənədlərlə və ASAN İmza SİM-kartı ("ICCID" nömrəsinin sistemə daxil edilməsi üçün) ilə birlikdə ASXM-ə (Vergi ödəyicilərinə xidmət mərkəzinə, Füzuli Rayon Vergilər Şöbəsinə və ASAN xidmət Mərkəzlərində fəaliyyət göstərən ASXM nümayəndəsinə) müraciət etməlidir. ASXM-də ərizəçi tərəfindən təqdim olunmuş sənədlərin düzgünlüyü yoxlanılır. Sənədlər düzgün olduqda, müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona sertifikat verilir, əks halda, sertifikatın verilməsindən imtina edilir. Hazırlanmış sertifikat kağız daşıyıcıda və elektron formada ərizəçiyə təqdim edilir. Kağız daşıyıcıdakı sertifikat ASXM-in rəsmi blankında 2 nüsxədə tərtib edilir, səlahiyyətli şəxsin imzası və möhürlə təsdiq olunur. Kağız daşıyıcıdakı sertifikatlar ərizəçi tərəfindən imzalandıqdan sonra bir nüsxəsi ASXM-də saxlanılır. Elektron formadakı sertifikat ASXM-in gücləndirilmiş imzası ilə təsdiq edilir. Sertifikat 1 (bir) iş günü ərzində verilir. |
Xidmətin məzmunu | Bu xidmət "Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə", "Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə", "Vergi ödəyicisinin fəaliyyəti barədə", "Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə", "Vergi ödəyicisinin dövriyyəsi barədə", "Vergi ödəyicisinin mükəlləfiyyətləri barədə", "Vergi ödəyicisinin ƏDV qeydiyyatı barədə", "Vergi ödəyicisinin fəaliyyət növü (növləri) barədə", "Vergi ödəyicisinin ödədiyi vergilər barədə", "Vergi ödəyicisinin işçinin olub-olmaması barədə", "Vergi ödəyicisinin vergi borcu barədə" və "Dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satınalması üzrə tender müsabiqələrində iştirak üçün vergi ödəyicisinə vergi borcu barədə" arayışların verilməsini əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri |
Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin, Ərazi Vergilər Departamentlərinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar |
Azərbaycan Respublikasının vətəndaşı: Sənədin adı: Sənədin təqdim edilmə formaları: |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | Açılan pəncərədə müvafiq arayışın dövrü seçildikdən sonra “Təsdiqlə və göndər” düyməsi vasitəsilə istifadəçi ərizəni təsdiqləyib göndərir və ya “İmtina” düyməsi vasitəsilə ərizəni göndərməkdən imtina edir. İstifadəçi ərizəni təsdiqləyib göndərmək istəmədikdə “Qaralamada saxla və çıx” düyməsi vasitəsilə ərizəni “Qaralamalar” qovluğunda saxlayır. Sonralar istifadəçi “Qaralamalar” qovluğunda saxlanan ərizəyə dəyişiklik edə və ya dəyişiklik etmədən təsdiqləyib göndərə və ya ərizəni silə bilər. “Təsdiqlə və göndər” düyməsi ilə ərizə təsdiqləndikdən sonra qeydiyyata alınır və sonda ekrana qeydiyyata alınmış ərizənin məlumatları, həmçinin ərizənin 16 rəqəmli AVİS nömrəsi və ərizəyə baxılma müddəti barədə məlumat çıxır. Buradan istifadəçi həmçinin ərizəni çap edib və ya endirə bilir. Təsdiqlənib göndərilmiş ərizə “Ərizələr” bölməsində “Göndərilənlər” qovluğuna düşür. İstifadəçi buradan ərizənin statusunu izləyə, həmçinin çap edib və ya endirə bilir. |
Xidmətin elektron ünvanı | https://www.e-taxes.gov.az/ |
Xidmətin məzmunu | Bu xidmət vergi ödəyicilərinin Bəyannamə Tərtibatı Proqramından (BTP) istifadə etməklə bəyannamələrin, elektron formada tərtib edilərək və ya kağız daşıyıcıda vergi orqanına təqdim edilməsini əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri |
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin inzibati binaları və xidmət mərkəzləri (ASAN Xidmət Mərkəzləri istisna olmaqla) |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar |
Fiziki şəxslər: Sənədin adı: Sənədin təqdim edilmə formaları: Hüquqi şəxslər: Sənədin adı: Sənədin təqdim edilmə formaları: |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | İstifadəçi Bəyannamə Tərtibatı Proqramını (BTP) aşağıdakı elektron ünvandan kompüterinə yükləyir: - https://www.e-taxes.gov.az/dispatcher?menu=ebyn&submenu=1&nav=ebyn. - Yüklənmiş BTP proqramı işə salınaraq “Fayl” sətrindən “Yeni” düyməsi sıxılır. Açılmış pəncərədən tərtib olunacaq bəyannamə, hesabat və ya arayış seçilir və “Qəbul” düyməsi sıxılır. Ekranda açılmış bəyannamə, hesabat və ya arayış formasına müvafiq məlumatlar daxil edilərək yenidən “Fayl” sətrindən “Qeyd et” düyməsi vasitəsi ilə açılmış bəyannamə, hesabat və ya arayış yaddaşa salınır. - Daha sonra BTP proqramının “Paketlə” sətrindən “Paketlə” düyməsi sıxılır. - Açılmış pəncərədən müvafiq bəyannamə, hesabat və ya arayışlar (bir vəya bir neçəsi) seçilərək “Bəyannaməni paketə əlavə et” düyməsi sıxılır. - Paket faylının adı daxil edildikdən sonra “Paketlə” düyməsi sıxılaraq paket faylı yaradılır. - Daha sonra İnternet Vergi idarəsi portalının E-bəyannamə, ƏDV-DH və ŞHV bölümü üzərindən açılan pəncərədən: -“e-Bəyannamə”siyahısından “Paket göndər” seçilir. - Açılan pəncərədən “Obzor”düyməsi vasitəsi ilə göndəriləcək paket seçilir və “Göndər” düyməsi sıxılır. - Yüklənmiş bəyannamə, hesabat və ya arayışların sistem tərəfindən avtomatik yoxlanılması üçün – “Yoxla” düyməsinə basılır. - Bəyannamə, hesabat və ya arayışlarda səhv tapıldıqda bu barədə müvafiq mesaj çıxır. Yanıb-sönən mesaj düyməsi sıxılmaqla səhvin təfərrüatları ekrana çıxarılır. Aşkar edilmiş səhv aradan qaldırıldıqdan sonra proses yenidən həyata keçirilir. - Bəyannamədə səhv tapılmadıqda “təsdiq et” düyməsi sıxılır - Təsdiqdən sonra Sadələşdirilmiş Vergi Bəyannaməsinin vergi orqanına göndərilməsi barədə ekrana bildiriş çıxır. Çap düyməsi ilə Bildiriş çap edilir. |
Xidmətin elektron ünvanı | www.new.e-taxes.gov.az |
Xidmətin məzmunu | Bu xidmət vergi ödəyicilərinin onlayn rejimdə sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına elektron formada və ya kağız daşıyıcıda təqdim edilməsini əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri |
Vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin (yalnız MGBİ-də uçotda olan vergi ödəyiciləri üçün). |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar |
Hüquqi şəxslər: Sənədin adı: Sənədin təqdim edilmə formaları: |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar |
Vergi ödəyicisinin Sadələşdirilmiş Vergi Bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi İnternet Vergi idarəsi portalının E-bəyannamə, ƏDV-DH və ŞHV bölümü üzərindən aparılır. Açılan pəncərədən: - “e-Bəyannamə”siyahısından “Online sadələşdirilmiş bəyannamə” seçilir və bəyannamə forması açılır. - Açılmış online sadələşdirilmiş bərannamə formasına məlumatlar daxil edilir. - Məlumatlar daxil edildikdən sonra “Göndər” düyməsi sıxılaraq bəyannamə yüklənilir.. - Yüklənmiş bəyannamələrin sistem tərəfindən avtomatik yoxlanılması üçün – “Yoxla” düyməsinə basılır. - Bəyannamədə səhv tapıldıqda bu barədə müvafiq mesaj çıxır. Yanıb-sönən mesaj düyməsi sıxılmaqla səhvin təfərrüatları ekrana çıxarılır. Aşkar edilmiş səhv aradan qaldırıldıqdan sonra proses davam etdirilir. - Bəyannamədə səhv tapılmadıqda “təsdiq et” düyməsi sıxılır - Təsdiqdən sonra Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına göndərilməsi barədə ekrana Bildiriş çıxır. Çap düyməsi ilə Bildiriş çap edilir |
Xidmətin elektron ünvanı | www.new.e-taxes.gov.az |
Xidmətin məzmunu | Xidmətin həyata keçirilməsi nəticəsində vergi ödəyicisinin müraciətinə əsasən ona şəxsi hesab vərəqəsindən çıxarış təqdim olunur. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri |
Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-də uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Rayon Vergilər Şöbələrinin inzibati binaları, https://www.e-gov.az |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar |
Azərbaycan Respublikasının vətəndaşı: Sənədin adı: Sənədin təqdim edilmə formaları: |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün istifadəçi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsi portalında “Şəxsi hesab”a daxil olur və “Ərizələr” bölməsindən “Yeni Ərizə” hissəsindən “Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətin qəbulu” ərizəsini seçir. Açılan pəncərədə şəxsi hesab vərəqəsindən çıxarışın verilmə dövrü seçildikdən sonra “Təsdiqlə və göndər” düyməsi vasitəsilə istifadəçi ərizəni təsdiqləyib göndərir və ya “İmtina” düyməsi vasitəsilə ərizəni göndərməkdən imtina edir. İstifadəçi ərizəni təsdiqləyib göndərmək istəmədikdə “Qaralamada saxla və çıx” düyməsi vasitəsilə ərizəni “Qaralamalar” qovluğunda saxlayır. Sonralar istifadəçi “Qaralamalar” qovluğunda saxlanan ərizəyə dəyişiklik edə və ya dəyişiklik etmədən təsdiqləyib göndərə və ya ərizəni silə bilər. “Təsdiqlə və göndər” düyməsi ilə ərizə təsdiqləndikdən sonra qeydiyyata alınır və sonda ekrana qeydiyyata alınmış ərizənin məlumatları, həmçinin ərizənin 16 rəqəmli AVİS nömrəsi və ərizəyə baxılma müddəti barədə məlumat çıxır. Buradan istifadəçi həmçinin ərizəni çap edib və ya endirə bilir. Təsdiqlənib göndərilmiş ərizə “Ərizələr” bölməsində “Göndərilənlər” qovluğuna düşür. İstifadəçi buradan ərizənin statusunu izləyə, həmçinin çap edib və ya endirə bilir. |
Xidmətin elektron ünvanı | www.e-gov.az https://new.e-taxes.gov.az/etaxes/ |
Xidmətin məzmunu | Bu xidmət vergi ödəyicisinin əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alınmasını əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri |
Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-də uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələri/bölmələri, Rayon Vergilər Şöbələrinin inzibati binaları, Vergi ödəyicisinin hüquqi və ya faktiki ünvanında göstərilən ünvanlı xidmət zamanı, https://www.e-gov.az |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar |
Azərbaycan Respublikasının vətəndaşı: Sənədin adı: Sənədin təqdim edilmə formaları: |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması ərizəsi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsi portalında “Şəxsi hesab”a daxil olmaqla işlənilir. “Şəxsi hesab”a daxil olduqdan sonra istifadəçi “Ərizələr” bölməsindən “Yeni Ərizə” hissəsindən “ƏDV məqsədləri üçün qeydiyyat” ərizəsini seçir. Açılan pəncərədə qeydiyyatın səbəbi və qüvvəyə minmə tarixi seçilir. Məlumatlar daxil edildikdən sonra “Təsdiqlə və göndər” düyməsi vasitəsilə istifadəçi ərizəni təsdiqləyib göndərir və ya “İmtina” düyməsi vasitəsilə ərizəni göndərməkdən imtina edir. Ərizənin müvafiq xanaları doldurulduqdan sonra istifadəçi ərizəni təsdiqləyib göndərmək istəmədikdə “Qaralamada saxla və çıx” düyməsi vasitəsilə ərizəni “Qaralamalar” qovluğunda saxlayır. Sonralar istifadəçi “Qaralamalar” qovluğunda saxlanan ərizəyə dəyişiklik edə və ya dəyişiklik etmədən təsdiqləyib göndərə və ya ərizəni silə bilər. “Təsdiqlə və göndər” düyməsi ilə ərizə təsdiqləndikdən sonra qeydiyyata alınır və sonda ekrana qeydiyyata alınmış ərizənin məlumatları, həmçinin ərizənin 16 rəqəmli AVİS nömrəsi və ərizəyə baxılma müddəti barədə məlumat çıxır. Buradan istifadəçi həmçinin ərizəni çap edib və ya endirə bilir. Təsdiqlənib göndərilmiş ərizə “Ərizələr” bölməsində “Göndərilənlər” qovluğuna düşür. İstifadəçi buradan ərizənin statusunu izləyə, həmçinin çap edib və ya endirə bilir. |
Xidmətin elektron ünvanı | https://www.e-gov.az/ https://new.e-taxes.gov.az/etaxes/ |
Xidmətin məzmunu |
|
Xidmətin həyata keçirilmə formaları | Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması. Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması. |
Xidmətin göstərilmə yeri |
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin inzibati binaları və xidmət mərkəzləri (ASAN Xidmət Mərkəzləri istisna olmaqla) |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar |
Fiziki şəxslər: Sənədin adı: Sənədin təqdim edilmə formaları: Hüquqi şəxslər: Sənədin adı: Sənədin təqdim edilmə formaları: Dövlət qurumları: Sənədin adı: Sənədin təqdim edilmə formaları: |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | Vergi Məcəlləsinin 72.7-ci maddəsinə əsasən vergi orqanına təqdim edilmiş vergi hesabatı bu Məcəllənin 72.6.1-72.6.5-ci maddələrində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir. |
Xidmətin elektron ünvanı | - |
Xidmətin məzmunu | Bu xidmət istifadəçinin dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesablarının rekvizitləri üzrə axtarış sistemi vasitəsilə müvafiq məlumatları əldə etməsi proseslərini əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları |
|
Xidmətin göstərilmə yeri |
https://www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi, https://www.e-gov.az, Xidmət elektronlaşdırılıb. Müraciət və nəticə barədə məlumat elektron şəkildə əldə edilir. |
Xidmətin həyata keçirilməsi üçün tələb olunanlar | Sənəd tələb olunmur (DVX-nin www.taxes.gov.az internet səhifəsinin "E-xidmətlər" bölməsinin "Büdcə rekvizitləri barədə məlumatın verilməsi" altbölməsinə daxil olması) |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | Xidmətin göstərilməsi prosesi tamamilə informasiya sistemləri tərəfindən həyata keçirilir. İstifadəçi İnternet Vergi İdarəsinə daxil olmaqla (https://new.e-taxes.gov.az/etaxes/) “Xidmətlər” menyusundan “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” xidmətini seçir. Açılan pəncərədə ad və ya VÖEN üzrə məlumatı daxil edib “Yoxla” düyməsinə basılır. Avtomatik olaraq həmin vergi ödəyicisinin dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesabları barədə müvafiq informasiya əldə edilir. |
Xidmətin elektron ünvanı | https://new.e-taxes.gov.az/etaxes/accounts https://www.e-gov.az/az/services/read/3325 |
Video təlimat | https://youtu.be/T6tAMus0-hQ |