Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Elektron qaimə-faktura

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən 01.04.2017-ci il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir. Elektron qaimə-fakturaları (e-Qaimə-faktura) vergi ödəyiciləri iki üsulla hazırlaya biləcəklər:

  • "Onlayn rejimdə" -  vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsindən istifadə etməklə İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) "Onlayn kargüzarlıq və e-VHF" bölməsini seçib "Elektron qaimə" altbölməsinə daxil olur və onlayn rejimdə elektron qaimə-fakturasını tərtib edərək digər vergi ödəyicisinə təqdim edir (Elektron qaimə-fakturaların onlayn rejimdə hazırlanması ("Elektron qaimə" altsistemi vasitəsilə) - https://www.e-taxes.gov.az/help/#eqf01).
     
  • "Oflayn rejimdə" - vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün xüsusi proqram təminatının ("Elektron Faktura Tərtibatı Proqramı - eFP") sonuncu versiyasını və digər zəruri proqramları İnternet Vergi İdarəsinin "e-Qaimə-faktura" bölməsinin "Lazımlı proqramlar" altbölməsindən öz kompüterinə yükləyir, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını oflayn rejimdə "ASAN DOC client" və ya "e-İmzalayıcı" proqramların biri vasitəsilə imzalayır ("ASAN DOC client" proqramını www.asanimza.az, "e-İmzalayıcı" proqramını isə www.e-imza.az saytlarından endirmək olar). İstifadəçi paket faylını ASANDOC portalı vasitəsilə də imzalaya bilər. Sonda gücləndirilmiş elektron imza vasitəsindən (ASAN İmza və ya Elektron İmza) istifadə etməklə İnternet Vergi İdarəsinin "Onlayn kargüzarlıq və e-VHF" bölməsini seçib "Elektron qaimə" altbölməsinə daxil olur və imzalanmış "adoc" və ya "edoc" tipli faylı "Paket göndər" düyməsi vasitəsilə sistemə yükləyir. Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya və nömrələr verilir və qarşı tərəfin elektron qutusuna göndərilir. Bundan sonra bütün digər əməliyyatlar onlayn rejimdə aparılır. Bu rejim əsasən iri vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və çox sayda elektron qaimə-fakturaları təqdim edən vergi ödəyiciləri tərəfindən istifadə edilməsi tövsiyə olunur.

Elektron qaimə-fakturaların onlayn rejimdə hazırlanması ("Elektron qaimə" altsistemi vasitəsilə) - https://www.e-taxes.gov.az/help/#eqf01

Lazımi proqramlar - https://www.e-taxes.gov.az/dispatcher?menu=evhf&submenu=4&nav=evhf

Elektron qaimə-fakturanı doldurarkən istifadə olunan malların, iş və xidmətlərin kodları

Elektron qaimə-faktura fayllarının formatı və nümunələr