Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən üzv dövlətlər arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı təşviq etmək məqsədilə yaradılmış hökumətlərarası regional təşkilatdır. ECO, 1964-cü ildən 1979-cu ilə qədər mövcud olmuş  Inkişaf üzrə Regional Əməkdaşlıq Təşkilatının xələfidir. 1992-ci ildə Təşkilat Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Tacikistan Respublikası, Türkmənistan Respublikası və Özbəkistan Respublikası kimi 7 yeni üzvün daxil olması ilə daha da genişlənmişdir. Təşkilatın bugünkü  tərkibdə genişləndiyi 28 noyabr tarixi ECO günü kimi qeyd olunur. İqtisadi Əməkdaşlıq Təşkilatı parlaq ticarət perspektivləri ilə zəngindir. Yaşının gənc olmasına baxmayaraq, ECO inkişaf etməkdə olan regional təşkilata çevrilmişdir. Onun beynəlxalq aləmdəki nüfuzu getdikcə artır. Buna baxmayaraq, təşkilat öz məqsəd və vəzifələrinin həyata keçirilməsi ilə bağlı olaraq çoxsaylı cətinliklərlə üzləşir. Ən əsası da odur ki, regionda mövcud resurslardan tam şəkildə istifadə etmək üçün Təşkilatın prioritet əsasında inkişaf etdirmək istədiyi müvafiq infrastrukturun və müəssisələrin sayı yetərincə deyildir. Son 12 ildə üzv ölkələr səylərini birləşdirərək vasitəsilə regional inkişaf tempini sürətləndirmək istiqamətində əməkdaşlıq edirlər. Ortaq mədəni və tarixi yaxınlıqlardan başqa, öz ümid və istəklərini aydın bir reallığa çevirmək üçün öz əzmlərini daha da möhkəmləndirməkdən ötrü mövcud infrastruktur və biznes əlaqələrindən istifadə etməyi bacarmışlar. ECO, əməkdaşlığın prioritet istiqamətləri üzrə, o cümlədən enerji, ticarət, nəqliyyat, kənd təsərrüfatı və narkotiklərə nəzarət ilə bağlı bir sıra layihələrə başlamışdır.

Təşkilatın hazırkı üzv dövlətləri
Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Pakistan İslam Respublikası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan Respublikası və Özbəkistan Respublikasıdır.

Maliyyə mənbəyi
Üzvlərin ianələri.

Dili
İngilis.

Əsas İdarəedici şəxs
Baş Katib.

Katibliyin heyəti
ECO-nun Baş Katibliyinin beynəlxalq heyətinə Baş Katib, baş katibin 3 müavini, 6 direktor, 3 direktor müavini, digər mütəxəssislər, eləcə də texniki, inzibati və yardımçı personal daxildir. Işçilərinin ümumi sayı 60-dan çoxdur.