Bu sorğu Dövlət Vergi Xidməti tərəfindən vətəndaşların, fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması vəziyyəti ilə əlaqədar rəyi öyrənmək məqsədilə keçirilir. Sorğuda Dövlət Vergi Xidmətinə müraciət etmiş, yaxud edən hər bir vətəndaş və fiziki şəxs, hüquqi şəxsin səlahiyyətli nümayəndəsi iştirak edə bilər. Sorğu anonim keçirilir və sorğuda iştirak edənin heç bir məlumatı qeydə alınmır. Sorğuda iştirak etməklə Siz Dövlət Vergi Xidmətində müraciətlərə baxılması işinin təkmilləşdirilməsinə töhfə verir və yardım göstərirsiniz. Sorğuda iştirakınıza görə təşəkkür edirik!