Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı və kommersiya hüquqi şəxsin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi ilə bağlı texniki imkan yaradılmışdır.  
Qeydiyyat (qeydiyyata qədər və qeydiyyatdan sonrakı) prosesində iştirak edən dövlət orqanlarının (Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Mərkəzi Bank) məlumat bazalarının əlaqələndirilməsi ilə bağlı texniki imkan yaradılmışdır.
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mövzusunda aparıcı hüquq/konsaltinq şirkətləri ilə 9 fevral, 4 noyabr və 3 dekabr 2024-cü il tarixlərdə 3 (üç) canlı görüş və 27 iyun, 30 sentyabr  2024-cü il tarixlərdə 2 (iki) onlayn görüş keçirilmişdir. Görüşlər barədə məlumat hazırlanaraq DVX-nın rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində və vergiler.az, azranking.az saytlarında yerləşdirilmiş, mediaya göndərilmişdir. Bu barədə mediada 75 məlumat dərc edilmişdir (https://clck.ru/3ETbMc, https://clck.ru/3ETbRZ, https://clck.ru/3ETc4P).
2024-cü ilin 5 mart, 11 iyun, 20 sentyabr və 5 dekabr tarixlərində Dövlət Vergi Xidməti tərəfindən KOBİA ilə birgə startaplar, mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində mövcud olan yeniliklər barədə onlayn formatda görüşlər keçirilmişdir. Bu barədə mediada 25 məlumat dərc edilmişdir (https://clck.ru/3FGAUB, https://clck.ru/3FGAUw).
Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi ilə bağlı bildirişin 194 136 hüquqi və 1 306 274 fiziki şəxsin, yerli və xarici investisiyalı MMC-lərin elektron məlumat dəyişikliyi barədə bildirişin 150 469 hüquqi şəxsin elektron kabinetinə göndərilməsi təmin olunmuşdur. 
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun iclasları barədə elanlar və məlumatlar hazırlanaraq Dövlət Vergi Xidmətinin rəsmi saytında, sosial şəbəkələrdəki rəsmi səhifələrində, vergiler.az saytında yerləşdirilmiş, mediaya göndərilmişdir. Mediada bu barədə 124 material dərc olunmuşdur (https://clck.ru/3FGHyw, https://clck.ru/3FGJ4i, https://clck.ru/3FGHxJ).
Kommersiya hüquqi şəxslərin qeydiyyatı, ölkədə biznesə başlama prosedurlarının sadələşdirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi prosesinin qeydiyyata alınan vergi ödəyicilərinin sayına müsbət təsiri barədə müsahibə hazırlanaraq TV kanallarına göndərilmişdir. Bu barədə TV kanallarında 10 süjet efirə verilmişdir (https://clck.ru/3BhgnB, https://clck.ru/3Bhgok).
Qeydiyyata alınmış kommersiya qurumları ilə bağlı müvafiq statistik və informativ materiallar hazırlanaraq mediada yayımlanmış, DVX-nın rəsmi saytında və vergiler.az saytında yerləşdirilmişdir. Məlumat əsasında 413 məlumat dərc edilmişdir (https://clck.ru/3Bhfvb, https://clck.ru/3ETfuP, https://clck.ru/3ETgDy).  
Dövlət Vergi Xidmətinin internet informasiya ehtiyatının “Statistika-hesabat” bölməsində “Sahibkarlıqda gender statistikası” (https://www.taxes.gov.az/az/page/sahibkarliqda-gender-statistikasi) və “Hüquqi şəxslərin dövlət qeydiyyatı məlumatları” (https://www.taxes.gov.az/az/page/huquqi-sexslerin-dovlet-QM) adlı altbölmələr yaradılmış, vergi ödəyicilərinə dair illər üzrə statistik məlumatlar yerləşdirilmişdir.