Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Ümumi Hesabatlılıq Standartı (CRS)

CRS (Common Reporting Standard) – Ümumi Hesabatlılıq Standartı olaraq vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin oradakı maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanılması və həmin şəxslərin rezident olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir. Bu standart 2014-cü ildə İqtisadi Əməkdaşlıq və İnkiçaf Təşkilatı (OECD) tərəfindən hazırlanıb.
Maliyyə məlumatlarının mübadiləsi Avropa Şurası və OECD-nin “Vergi məsələlərində qarşılıqlı inzibati yardım haqqında” çoxtərəfli Konvensiyası əsasında aparılır. Azərbaycan bu Konvensiyanı 2003-cü ildə, ona düzəlişlər edilməsi haqqında Protokolu isə 2014-cü ildə imzalayıb. Konvensiya 100-dən artıq ölkə ilə vergi məqsədləri üçün məlumat mübadiləsinin aparılmasına imkan verir.
Azərbaycan Respublikasının Prezidenti 4 avqust 2016-cı il tarixli Sərəncam ilə təstiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə ölkə hüdudlarından kənarda əldə olunmuş gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək üçün digər dövlətlərlə maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanması nəzərdə tutulub. Həmin Sərəncamın icrası olaraq “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Şoxtərəfli Razılaşma”ya qoşulmaq barədə bəyanət imzalanıb və bu bəyanəta əsasən Azərbaycanda CRS-in tətbiqinə 1 iyul 2017-ci il tarixindən başlanılıb və bu tarixdən etibarən maliyyə institutlarına hesab acmaq üçün müraciət etmiş hər bir hüquqi və fiziki şəxsin (özünüqiymətləndirmə anketi dolduraraq)  vergi rezidentliyinin statusunu müəyyən etməlidirlər.