Kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı, vergilərin ödənilməsi və hesabatlılığın təkmilləşdirilməsi sahəsində mütərəqqi yeniliklərin tətbiqi zamanı islahatların üstünlükləri və istiqamətləri ilə bağlı KİV üçün müsahibələr və brifinqlər təşkil edilib.
• “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatına həsr olunmuş tədbirdə brifinq təşkil olunub, Yol Xəritəsi ilə bağlı DVX-nin rəis müavini Samirə Musayevanın KİV-də müsahibəsi dərc edilib.
• DVX-nin rəisi Orxan Nəzərlinin biznesin qeydiyyatı, vergilərin ödənilməsi və hesabatlılığın təkmilləşdirilməsi ilə bağlı məqaləsi KİV-də dərc edilib.
• “Vergitutma” sahəsində Yol Xəritəsinin əsas parametrləri və komponentləri barədə İşçi Qrupun rəhbər müavini Nicat İmanovun KİV-də müsahibəsi dərc edilib.
• Dövlət Vergi Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda təlim keçirilib, təlim zamanı DVX rəhbərliyinin mövzu ilə bağlı brifinqi təşkil olunub.
Kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı, vergilərin ödənilməsi və hesabatlılığın təkmilləşdirilməsi sahəsində mütərəqqi yeniliklərin KİV-də işıqlandırılıb.
• DVX-nin sahibkarların ictimai birlikləri, sahəvi assosiasiyalar ilə keçirdiyi görüşlər, həmçinin treninqlər üzrə məlumatlar hazırlanaraq qurumun rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib, bu barədə KİV-də 200-dən yuxarı məlumat dərc edilib.
• Vergi və hesabatlılıq, habelə vergi ödəyicilərinin qeydiyyatı barədə informativ xəbərlər üzrə KİV-də 1191 məlumat dərc edilib.
• Vergi sahəsində islahatlar və onların üstünlükləri barədə 60-a yaxın proaktiv material hazırlanaraq KİV-ə ötürülüb, həmin materiallar əsasında KİV-də 104 material dərc edilib.
• “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsi ilə bağlı xüsusi videomaterial hazırlanıb və Xidmətin rəsmi saytına və sosial şəbəkələrdəki səhifələrinə yerləşdirilib.
• Rəsmi saytda “Kommersiya qurumlarının dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu” adlı azərbaycan və ingilis dillərində yeni səhifə yaradılıb.
Videoçarx, qrafik çarx, animasiyalı infoqrafika və posterlərin hazırlanaraq sosial mediada yayımlanıb.
• Vergilərin ödənilməsində inzibatçılıq məsələləri barədə 30-dək videoçarx, videotəlimat, infoqrafik materiallar və posterlər hazırlanıb.
• “Bir pəncərə” prinsipinin tətbiqinin 15 illiyi ilə əlaqədar barədə xüsusi videomaterial çəkilib, İqtisadiyyat TV saytında, DVX-nın rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib
Problemli mövzularla bağlı maarifləndirici materiallar hazırlanıb və KİV-də dərc edilib.
• TV kanallarında ASAN imza Sim kartının və ona məxsus məxfi kodların kənar şəxslərə verilməsinin yolverilməzliyi, vətəndaşların etibarından sui-istifadə edərək J3qanunsuz gəlir əldə etmək məqsədilə yaradılan hüquqi şəxslər, birgünlük müəssisələrin yaradılmasını məhdudlaşdıran yeni alətlərin tətbiq olunacağı barədə məlumat hazırlanaraq yayımlanıb.
Özəl sektor və ekspert cəmiyyəti ilə iş
Vergi və mühasibatlıq sahəsində ixtisaslaşdırılmış ekspertlərin İşçi qrupun işinə cəlb edilməsi istiqamətində ekspert cəmiyyəti ilə əməkdaşlıq edilib.
• İşçi Qrupunun işinə cəlb edilmiş konsaltinq şirkətləri, həmçinin ekspertlərlə müsahiblər təşkil edilib.
• Müstəqil iqtisadçılar və vergi ekspertləri tərəfindən sözügedən sahələrlə bağlı materiallar hazırlanaraq “Vergilər.az” saytında yerləşdirilib.
• Vergiler.az” saytında, habelə İqtisadiyyat Nazirliyinin “YouTube” kanalında “Ekspert baxışı” rubrikası yaradılıb. Burada sahibkarlara dəstək məqsədilə iqtisadçı ekspertlərin vergi sistemində baş verən yeniliklər, Vergi Məcəlləsinə dəyişikliklərin şərhi və s. ilə bağlı şərhləri yayımlanır.
İşçi qrupun iclasları barədə məlumatların azranking.az portalında və Dövlət Vergi Xidmətinin rəsmi saytında yerləşdirilməsi və KİV-də yayılması
• DVX-nin rəhbərlik etdiyi “Biznesə daxilolma” və “Vergitutma” indikatorları üzrə işçi qruplarının iclasları barədə məlumatlar qurumun rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində, azranking.az və vergiler.az saytlarında yerləşdirilib, KİV-ə göndərlib.
• DVX-nin rəsmi internet səhifəsində sorğuların keçirilməsi ilə bağlı “Sorğular və təkliflər” xüsusi bölməsi yaradılıb. Həmin bölmədə əvvəlki dövrlərdə onlayn və ya oflayn qaydada keçirilən sorğuların nəticələri və yeni sorğular yerləşdirilib.
• “Biznes mühiti ilə bağlı rəy/münasibət (feedback) əldə etməyə imkan verən sorğuların keçirilməsi qaydaları” təsdiq edilib.
• DVX-nin rəsmi saytında Vergi ödəyicilərinə xidmət baş idarəsi ilə birlikdə “DVX-də müraciətlərə baxılması” və “Sahibkarlıq subyektlərinin vergi inzibatçılığı” ilə bağlı onlayn sorğu keçirilməsinə başlanıb.
“Suallar və cavablar toplusu”nun hazırlanaraq rəsmi saytda yerləşdirilməsi
• 2022-ci ildə Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə sual-cavab kitabçası (FAQ) yaradılıb. Həmin FAQ DVX-nın rəsmi səhifəsində yerləşdirilib. Vergi Məcəlləsinə edilmiş növbəti dəyişikliklərlə bağlı yeni FAQ-lar hazırlanır.
• 01.01.2022-ci il tarixdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər üzrə Vergi ödəyicilərinə xidmət baş idarəsi ilə birgə 25 adda flayer və 22 adda buklet dizayn edilib, DVX-nin rəsmi internet saytında və sosial şəbəkələrdəki rəsmi səhifələrində yerləşdirilib.
• Rəsmi saytda “Ən çox verilən suallar (FAQ)” altbölməsi üzrə axtarış funksiyası yaradılıb. Vergi ödəyiciləırinə xidmət baş idarəsi ilə birgə müzakirə əsasında 14 istiqamətdə hazırlanmış vergi növləri və tematik mövzular üzrə suallar FAQ-lar üzrə qruplaşdırılıb.