Beynəlxalq Valyuta Fondu
Beynəlxalq Valyuta Fondu - valyuta münasibətləri sahəsində qlobal əməkdaşlığı stimullaşdırmaq, maliyyə stabilliyini təmin etmək, beynəlxalq ticarətə köməklik etmək, yüksək məşğulluq səviyyəsini və davamlı iqtisadi artımı təmin etmək, və bütün dünyada yoxsulluğun azaldılması məqsədilə fəaliyyət göstərən, 188 ölkədən ibarət təşkilatdır. Beynəlxalq Valyuta Fondunun əsası 1944-cü ilin iyul ayında ABŞ-ın şimal-şərqində yerləşən Nyu-Hempşir ştatının Bretton Vuds şəhərində keçirilən görüşdə 44 ölkənin nümayəndəsinin İkinci Dünya Müharibəsindən sonra yaradılacaq beynəlxalq iqtisadi əməkdaşlığın strukturu haqqında razılığa gəldikləri zaman qoyulmuşdur. Onlar hesab edirdilər ki, belə struktur Böyük Depressiyaya səbəb olan zərərli iqtisadi siyasətin təkrarlanmasının qarşısının alınması üçün zəruridir. Beynəlxalq Valyuta Fondu rəsmi olaraq 1945-ci ilin dekabr ayında, ilk 29 üzv ölkənin onun Razılaşma Maddələrini imzalanmasından sonra yaranmışdır. Fond 1 mart 1947-ci ildə fəaliyyətə başladı. Elə həmin il Fransa Beynəlxalq Valyuta Fondundan borc alan ilk ölkə oldu. Beynəlxalq Valyuta Fonduna üzvlük 1950-ci illərin sonlarında və 1960-cı illərdə genişlənməyə başladı, beləki, Afrika ölkələrinin əksəriyyəti müstəqillik qazanaraq BVF-ya üzv olmaq üçün müraciət etdilər. Lakin Soyuq müharibə Fondun üzvlüyünü məhdudlaşdırdı. Beynəlxalq Valyuta Fondu (BVF) qlobal inkişaf və iqtisadi sabitliyə kömək etmək məqsədilə fəaliyyət göstərir. O, iqtisadi çətinliklərlə üzləşən üzvlərə siyasət məsələləri üzrə məsləhət verir və onları maliyyələşdirir, həmçinin, inkişaf etməkdə olan ölkələrlə işləyərək, makroiqtisadi stabilliyə nail olmaq və yoxsulluğu azaltmaq üçün onlara kömək edir.
BVF nə edir
Demək olar ki qlobal üzvlüyə malik 186 ölkəni əhatə edən BVF, imkanlardan istifadə etmək və qloballaşmanın tələblərini və ümumiyyətlə iqtisadi inkişafı idarə etmək üçün üzv ölkələrin hökumətlərinə yardım göstərilməsinə dair unikal imkanlara malikdir. BVF qlobal iqtisadi tendensiya və göstəriciləri izləyir, yarana biləcək problemlər haqqında üzv ölkələri xəbərdar edir, siyasət dialoqlarının aparılması üçün forumlar təşkil edir və iqtisadi çətinliklərlə mübarizə aparmaq məqsədilə hökumətlərə nou-xau təqdim edir.
BVF əsas fəaliyyəti
BVF aşağıdakılar vasitəsilə üzv ölkələrini dəstəkləyir:
- İqtisadi tendensiyalara və ölkələrin təcrübələrinə əsaslanaraq hökumətlərə və mərkəzi banklara siyasət üzrə məsləhətlərin verilməsi;
- Qlobal, regional və fərdi iqtisadiyyatların və bazarların monitorinqinə əsaslanan tədqiqatların, statistikaların, proqnozlaşdırmanın və təhlillərin aparılması;
- İqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün ölkələrə borcların verilməsi;
- İnkişaf etməkdə olan ölkələrdə yoxsulluqla mübarizədə köməklik etmək üçün güzəştli borcların verilməsi; və
- İqtisadiyyatlarnın idarə olunmasının yaxşılaşdırılmasında ölkələrə köməklik göstərilməsi üçün texniki yardım və treninqlərin keçirilməsi.
Üzvlük
Hazırda Beynəlxalq Valyuta Fondu 186 ölkədən ibarət, qlobal üzvlüyə malikdir. Üzv olmaq üçün ölkə müraciət etməli və mövcud üzvlərin əksəriyyəti tərəfindən qəbul edilməlidir. 2009-cu ilin iyun ayında keçmiş Yuqoslav Respublikası Kosovo BVF-na qoşularaq 186-cı üzv ölkə oldu.
Albaniya
Fici
|
Liberiya
|