AsanDoc proqramı vasitəsi ilə "ASAN imza" istifadəçi İD-sinin dəyişdirilməsi:
AsanDoc proqramı yüklədikdən sonra açılan pəncərədə "Ayarlar" bölməsinin "Ümumi" hissəsində "Mobil imza İstifadəçi ID-nin dəyişdirilməsi" seçərək açılan növbəti pəncərədə "İstifadəçi ASAN imza mobil telefon nömrəsi"ni və "1 dəfə cari ASAN imza İstifadəçi ID-ni" və "2 dəfə yeni ASAN imza İstifadəçi ID-ni" daxil edərək "İstifadəçi ID-nin dəyişdirilməsi" düyməsini seçərək bu xidmətdən istifadə etmək olar.
Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməklə "ASAN imza" istifadəçi İD-sinin dəyişdirilməsi:
Həftənin iş günləri və iş saatları (09:00-dan 18:00-dək) ərzində, eyni zamanda qeyri-iş saatlarında stasionar (şəhər, kənd) telefonlardan, habelə "Azercell" və "Nar" nömrələrindən birbaşa "195-1-2" nömrəsini, "Bakcell" nömrələrindən isə "012 195-1-2" nömrəsini yığaraq bu xidmətdən istifadə etmək olar.