Hüquqi və fiziki şəxslərə vergi, gömrük, sosial sığorta və digər sahələrdə güzəştlərin tətbiq edilməsi istiqamətində görülən işlər çərçivəsində hazırlanmış təklilfər əsasında Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının stimullaşdırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergi təşviqlərinin Naxçıvan Muxtar Respublikasında da tətbiqi (gəlir (mənfəət), idxalda ƏDV, əmlak, torpaq, sadələşdirilmiş vergiləri üzrə), eləcə də işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən sosial sığorta haqlarının subsidiyalaşdırılması mexanizminin Naxçıvan Muxtar Respublikasında da tətbiqi barədə Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihələri hazırlanmışdır.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən sosial sığorta haqlarının subsidiyalaşdırılması mexanizminin Naxçıvan Muxtar Respublikasında da tətbiqini nəzərdə tutan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, həmçinin uyğunlaşma çərçivəsində “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 680-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu layihələri hazırlanmışdır.Hazırlanmış layihələr baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.
Sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində görülən işlər çətçivəsində 27.02.2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Naxçıvan Muxtar Respublikası hökumətinin və Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxslərinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının (NMR) Ordubad və Şərur şəhərlərində, 24.07.2024-cü il tarixdə isə Babək şəhərində vergi ödəyicilərinə xidmət mərkəzlərinin açılışı həyata keçirilmişdir.
Yeni yaradılmış xidmət mərkəzləri hazırda ölkə üzrə müasir standartlara cavab verən geniş xidmət mərkəzləri şəbəkəsinin bir həlqəsi olmaqla zəruri bütün avadanlıqlarla təchiz edilmişdir.
Hər üç mərkəzdə şəhid ailələri və qazilərin xidmətlərdən rahat yararlanmaları məqsədilə onların növbədənkənar qəbulu üçün, eyni zamanda əlillərin, yaşlıların və uşaq arabası ilə hərəkət edən şəxslərin rahat hərəkəti üçün şərait yaradılmışdır.