Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması proseslərinin elektronlaşması, asanlaşması və reyestrin proaktivliyinin təmin edilməsi məqsədilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi və əlaqəli fərman layihələri hazırlanmışdır. Layihədə həmçinin təsis payının özgəninkiləşdirilməsi (alğı-satqı, bağışlama müqavilələri və s.) və yüklü edilməsi ilə bağlı müqavilələrin proaktiv olaraq qeydiyyat orqanı tərəfindən notariat orqanından alınması və reyestrdə müvafiq dəyişikliklərin qeydə alınması nəzərə alınmışdır. Hazırda layihə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında baxılmaqdadır.
13 mart və 31 iyul 2025-ci il tarixlərdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun iclasları keçirilmişdir (https://clck.ru/3MbEJY). İclaslarda görülmüş işlər, 2025-ci il üzrə müvafiq yol xəritəsi ilə bağlı qarşıda duran vəzifələr barədə müzakirələr, biznesin təsis edilməsi proseslərinin daha da yaxşılaşdırılması ətrafında fikir mübadiləsi aparılmışdır.
24 fevral, 24 iyun və 30 sentyabr 2025-ci il tarixlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən hüquq/konsaltinq şirkətlərinin nümayəndələri ilə onlayn görüşlər keçirilmişdir (https://clck.ru/3MbDEP, https://clck.ru/3MvT5q, https://clck.ru/3MvTDG, https://vergiler.az/news/taxes/36481.html). Görüşlərdə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, bu sahədə aparılan islahatlar barədə müzakirələr aparılmışdır.
6 fevral, 12 may və 25 sentyabr 2025-ci il tarixlərdə mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş onlayn görüşlər keçirilmişdir. Görüşlərdə sahibkarlar, biznes subyektlərinin nümayəndələri və yerli şirkətlərin rəhbərləri iştirak etmişdir (https://clck.ru/3MbDAu, https://clck.ru/3MvUKt, https://www.taxes.gov.az/az/post/4334).