Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən 21 fevral 2025-ci il tarixdə təsdiq olunmuş “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı olaraq “Vergi və hesabatlılıq” İşçi Qrupu tərəfindən rüblük olaraq iclaslar təşkil olunmaqdadır. 07.02.2025-ci il və 21.05.2025-ci il tarixlərində “Vergi və hesabatlılıq” İşçi Qrupunun iclasları keçirilmişdir. Görüşlərdə Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoruna dair 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tapşırıqlar müzakirə olunmuş, cari il üçün Yol Xəritəsinin vergi qanunvericiliyi və inzibatçılığının aydınlığı, vergitutmaya dair qaydalarda dəyişikliklərin şəffaflığı, ətraf mühit vergiləri, vergi inzibatçılığının rəqəmsallaşdırılması, vergi auditi, mübahisələrin həlli mexanizmi alt indikatorları üzrə nəzərdə tutulmuş tədbirlər barədə məlumat verilmiş, müzakirələr aparılmışdır. 

Dövr ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 289 310 şəxs qəbul edilmiş, onlara 456 881 sayda xidmət göstərilmişdir. O cümlədən, 158.8 mindən çox sayda şifahi xidmət göstərilərək müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualları cavablandırılmış, 105 mindən çox sayda elektron xidmət göstərilərək bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilmişdir. Vergi ödəyicilərindən daxil olmuş 17 mindən çox sayda yazılı müraciət cavablandırılmış, 14 milyona yaxın sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilmişdir.

Dövr ərzində 2104 vergi ödəyicisinin iştirakı ilə 205 görüş keçirilmiş, 2541 vergi ödəyicisinə ünvanlı xidmət göstərilmişdir.

Vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 1 milyon 583 mindən artıq sayda SMS göndərilmişdir.

Dövr ərzində ümumilikdə 149 939 müraciət üzrə 226 072 Asan İmza sertifikatı verilmişdir.