Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2024-cü il ərzində Dövlət Vergi Xidməti tərəfindən görülmüş işlər barədə məlumat Dövlət Vergi Xidmətinin 07.01.2025-ci il tarixli məktubu ilə İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.
Kölgə iqtisadiyyatı ilə sistemli mübarizə aparılması, habelə şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi istiqaməti üzrə qeyri-neft sektoru üzrə təqdim edilmiş qaimə-faktura və onlayn kassa üzrə dövriyyələrin cəminin bəyan edilmiş dövriyyəyə nisbəti 2024-cü ilin 9 ayı ərzində 81,2% təşkil etmişdir (2024-cü il üzrə illik hesabat dövrü bitmədiyindən cari il üzrə yekun göstəricilər hesabatların qanunvericiliklə müəyyən olunmuş təqdim etmə müddətləri bitdikdən sonra vergi ödəyiciləri tərəfindən təqdim olunmuş bəyannamələrə əsasən hesablanacaq və aidiyyəti üzrə təqdim ediləcəkdir).
 İqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılması, habelə investisiya və kapital qoyuluşu həcminin artırılması üçün vergi təşviqi alətlərindən effektiv  istifadə edilməsi istiqaməti üzrə sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, investisiya və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə 2024-cü ildə Vergi Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı layihə hazırlanmışdır. Hazırlanmış layihə əsasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında“ Azərbaycan Respublikasının 16.12.2024-cü il tarixli 98-VIQD nömrəli Qanunu qəbul edilmişdir. Qeyd olunan dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. 
2023-cü il ərzində müəyyən olunmuş strateji sahələrdə illik əsasda əsas göstəricilərin artım əmsalının cəminin orta göstəricisi üzrə artım 10,2% təşkil etmişdir (2024-cü il üzrə mənfəət və gəlir vergisi bəyannamələrinin qanunvericiliklə müəyyən olunmuş təqdim etmə müddətləri bitdikdən sonra həmin istiqamətlər üzrə məlumatların aidiyyəti üzrə təqdim edilməsi təmin ediləcəkdir).
İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi istiqamətində 2024-cü ili ərzində növbəti il üçün hazırlanan dövlət büdcəsi layihəsi çərçivəsində hazırlanan büdcə paketinin layihəsinə ölkə ərazisində istehsal olunan avtobusların (o cümlədən elektrik və hibrid mühərrikli avtobusların) satışının, istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edilməsi ilə bağlı müddəalar daxil edilmişdir.Layihə əsasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında“ Azərbaycan Respublikasının 16.12.2024-cü il tarixli 98-VIQD nömrəli Qanunu qəbul edilmişdir. Qeyd olunan dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.