Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədi ilə bir sıra normativ hüquqi akt layihələri və texniki tapşırıqlar hazırlanmışdır.
Dövlət Vergi Xidmətinin internet informasiya ehtiyatında kommersiya qurumlarının dövlət qeydiyyatı, aktiv uçot vahidlərinin uçota alınması və vergitutma məsələləri ilə bağlı bütün prosedurları əks etdirən “Kommersiya qurumlarının dövlət qeydiyyatı, aktiv uçot vahidlərinin uçota alınması” adlı Azərbaycan və ingilis dillərində səhifə yaradılmışdır:
https://www.taxes.gov.az/az/page/qeydiyyat
https://www.taxes.gov.az/en/page/qeydiyyat
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatındakı yeniliklər barədə 1 298 880 vergi ödəyicisinin (166 919 hüquqi, 1 131 961 fiziki şəxsin) elektron kabinetinə bildirişlər göndərilmişdir.
Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun iclasları barədə məlumatlar hazırlanaraq DVX-nın rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində, azranking.az və vergiler.az saytlarında yerləşdirilmiş, KİV-ə göndərilmişdir. Bu barədə KİV-də 25 material dərc edilmişdir:
https://bit.ly/3hSuo1h
https://bit.ly/3YNNxlt
https://bit.ly/3C1rbmV
https://bit.ly/3Vv7Ph6
https://bit.ly/3YOQqm2
Vergi ödəyicilərinin qeydiyyatı barədə statistik məlumatlar hazırlanaraq DVX-nın rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində və vergiler.az saytlarında yerləşdirilmiş, KİV-ə göndərilmişdir:
https://bit.ly/3WF9bXf
https://bit.ly/3WBiis2
https://bit.ly/3jgjB19
https://bit.ly/3FUxHwL
https://bit.ly/3BZgqRX
https://bit.ly/3hMRHti
https://bit.ly/3C1kGjU