Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Cari ilin 12 aprel və 21 iyul tarixlərində işçi qrupunun Zoom platforması üzərindən iclasları təşkil olunmuşdur. Birinci iclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoruna dair 2023-cü ilin 1-ci rübü üzrə Yol Xəritəsinin rüblük icra vəziyyəti ilə bağlı məsələlər müzakirə olunmuşdur. İkinci iclasda isə Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” layihəsinin “Vergitutma” indikatoru üzrə cavablandırılmış sorğu vərəqəsinin və qiymətləndirmə nəticələrinə dair arayış və Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoruna dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin rüblük icrası ilə bağlı istiqamətlər müzakirə olunmuşdur. 

Əlavə olaraq Dünya Bankı Qrupunun “Business Ready” layihəsi üzrə Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün regional tədbirdə iştirak etmək məqsədilə DVX-nın nümayəndə heyətinin 07-12 may 2023-cü il tarixlərində Polşa Respublikasının Varşava şəhərinə ezamiyyəsi təşkil olunmuşdur. 

Hazırda Yol Xəritəsinin icrası istiqamətdə işlər davam etdirilir.