Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Nüsrət İsgəndərli Səxavət is***@mail.ru ID: 2129
Əldə etdiyim çekin fiskal idi ədv saytında tapılmır. Qr kodu da tapılmır. Kassam az saytında da tapılmır. Mənə köməklik edin.
03/07/2020 Прочитано: 83 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. 

Müraciətinizdə qeyd olunan halda, əldə olunan çek yeni nəsil kassa aparatı tətbiq olunan ƏDV ödəyicisi tərəfindən təqdim edildiyi halda, edvgerial.az saytında qeydiyyatdan keçməklə ƏDV-nin müəyyən hissəsini geri qaytara bilərsiniz. Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz.

4/5 (3 Средняя стоимость)
Оцените:
Sübhan Salmanov Şəhriyar su***@gmail.com ID: 2131
Salam. Mənim babam dünyasını dəyişib, atam evi oz adına keçirmək istəyir. Varislər 2 kişi qalıb, ikisi ölüb. Qalanlar razıdır, ölənlərin ölüm kağızı var. Ölən əmimin yoldaşı evdə uçotdadır və biz evi öz adımıza necə keçirə bilərik? Əgər əmimin yoldaşı qol çəkmirsə. Xahiş cavablandırardınız.
03/07/2020 Прочитано: 105 Средняя стоимость: 5

Bildiririk ki, “Fiziki və hüquqi şəxslərlə sual-cavab” elektron xidmətinin məqsədi vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə onların elektron müraciətlərinin cavablandırılması prosesini əhatə edir. 

Müraciətinizdə qeyd olunan vərəsəlik hüququnun tanınması məsələləri üzrə ətraflı məlumat üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Abas Göyçayev ab***@gmail.com ID: 2346
Salam, mən mənə verilen vəsiqəni itirmişəm, VÖEN-i. Xahiş edirəm, köməklik edəsiniz onu necə əldə edim?
02/07/2020 Прочитано: 34 Средняя стоимость: 5

Bildiririk ki, vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 15 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir.

Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının verilməsi üçün sərbəst formada ərizəni elektron qaydada vergi orqanına təqdim edə bilərsiniz. VÖEN-in yeni nüsxəsini əldə etmək və ya yazılı formada ərizəni təqdim etmək üçün özünüz və ya səlahiyyətli nümayəndəniz vasitəsi ilə qeydiyyata olduğunuz vergi orqanına müraciət edilməlidir.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

5/5 (1 Средняя стоимость)
Оцените:
Cəlilov Yasin Məmməd oğlu el***@gmail.com ID: 2343
Salam, evimi müqavilə ilə hərbçiyə kirayə vermişəm. İki aydan sonra müqaviləni pozduq. Bilmək istəyirəm, mənim adıma vergi borcu yığılırmı?
02/07/2020 Прочитано: 74 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan halda, siz vergi ödəyicisi kimi uçota alınmalı, il ərzində əldə kirayə haqqından əldə etdiyiniz cəmi gəlirlərdən 14 faiz dərəcə ilə vergi ödəməli və  hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməlisiniz.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü və124-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nuranə Nəcəfova Raqif na***@gmail.com ID: 2340
Salam. Mən İnternet üzərindən qazandığım pulları (dollar) necə və hansı bank yolu ilə ala bilərəm. İstifadə etdiyim debit kartlari manat kartlarıdır və banklar sizinlə əlaqə saxlamağımı söylədilər. Xahiş edirəm, bu barədə mənə ətraflı məlumat verəsiniz.
02/07/2020 Прочитано: 48 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır. 

Fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “Elektron Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi”nə aid izahlı videotəlimatdan və eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Samid sa***@mail.ru ID: 2339
Salam. MTK-ya məxsus mənzilə ilkin çıxarış və texniki pasport almaq üçün nə qədər vergi ödənilir? Qeyd edim ki, mənzil 7-ci zonada yerləşir.
02/07/2020 Прочитано: 52 Средняя стоимость: 0

Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bu maddədə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının və qeydiyyat orqanının səlahiyyətlərini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir.

Ətraflı məlumat üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ( Çağrı Mərkəzi 193, http://emlak.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nusret Isgenderli Sexavet is***@mail.ru ID: 2336
ƏDV-yə görə əldə etdiyim çek bazada tapılmadı yazılır. 1 həftə, 1 aydan çoxdur çeki əldə etməyim. Xahiş edirəm, mənə köməklik edin, ƏDV-ni geri qaytara bilim.
01/07/2020 Прочитано: 33 Средняя стоимость: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vüsal Ruzmanov Vagif ru***@gmail.com ID: 2335
Salam, 1) debit card vasitəsi ilə internet üzərindən xaricə ödəniş edərkən 18% ədv tutulurmu? 2) Əgər ümumilikdə tutulursa hansı hallarda tutulmur və bu halların siyahısını necə əldə etmək olar? 3) Debit card vasitəsi ilə xaricdə olan hesaba ödəniş edilərək xidmət və ya maddi məhsul əldə olunursa, lakin həmin məhsul və ya xidmət ölkəyə idxal olunmursa, bu halda həmin ödəniş zamanı ədv tutulurmu? Əgər tutulursa, bu halda həm həmin ölkədə eyni xidmət üzrə həm də Azərbaycanda ədv tutulmaqla 2 qat ədv tutulmuş olmurmu? Təşəkkür edirəm. Hörmətlə,
01/07/2020 Прочитано: 94 Средняя стоимость: 3

Bildiririk ki, Vergi Məcəlləsinin XI fəslinin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, onlar Vergi Məcəlləsinin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda, elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 167-ci ,168-ci və 169-cu maddələri.

3/5 (6 Средняя стоимость)
Оцените:
Xatirə Mollayeva Mollahavı hu***@gmail.com ID: 2334
Salam. Pandemiyaya görə muzdlu işçilərin maaşı iki aya bölünub aprel bə may aylarında verilməli idi. Aprel ayın pulunu mayın axırında güclə aldım, may ayın pulu nə zaman veriləcək. İşlədiyim yerin yiyəsi hər dəfə cavabı eynidir "pul hələ köçürülməyib". Mən bilmək istərdim ki, dəqiq məlumatı haradan ala bilərəm ki, pul köçürülüb ya yox? Şübhə edirəm ki, bəlkə pulları mənimsəyib? Vəziyyətim ağırdı, çünki kirayədə qalıram, heç olmasa evin pulunu ödəyə bilim.
01/07/2020 Прочитано: 27 Средняя стоимость: 0

Salam. İş yeriniz haqda məlumatları, sahibkarın adını və VÖEN-ini qeyd etməklə səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Natiq Əliyev Şahgəldi ni***@gmail.com ID: 2332
Salam. Zəhmət olmasa araşdırıb açıqlama getirərdiniz ki, aşağıdakı fiskallar niyə ləğv olunubdur? **********
01/07/2020 Прочитано: 37 Средняя стоимость: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Natiq Aliyev Sahgeldi ni***@gmail.com ID: 2331
Salam. Zəhmət olmasa araşdırıb açıqlama getirerdiniz ki asaqidaki fiskallar niyə ləğv olunubdur?
01/07/2020 Прочитано: 25 Средняя стоимость: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Quliyev Cahangir Tahir gu***@mail.ru ID: 2329
Salam. Mən 22.05.2020 ildə irşad electronics mağazasindan bir kart ilə telefon aldım. Həmin çekin ƏDV-nİ sistemə vurdum. Lakin, bir müddət keçdikdən sonra ƏDV ləğv olundu. Səbəbin necə öyrənmək olar?
30/06/2020 Прочитано: 58 Средняя стоимость: 0

Bildiririk ki, çekin yaranma tarixindən 30 gün keçdikdən sonra çekin statusu vahid məlumat bazası ilə avtomatik olmaqla təkrar yoxlanlır. Çek qüvvədə olmadıqda, “ləğv olunan” statusu ilə “tarixçə” bölməsində saxlanılır.

Elektron müraciətlərinizi araşdırılması üçün (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cahangir Məmmədov Tahir oğıu j.***@gmail.com ID: 2327
Salam. www.edvgerial.az saytında yaradılmış kabinetimdə daxil etdiyim bir fiskal ID üzrə çek ləğv olunub. Səbəbini bilmək istəyərdim. Onlaynda əks olunan çekdə yazılır ki, Çek üzrə ƏDV geri qaytarılması həyata kecirilməvib. Həmin fiscal id-ni diqqətinizə çatdırıram - **********. Zəhmət olmasa araşdırıb məlumat verərdiniz. Əvvəlcədən təşəkkür edirəm.
30/06/2020 Прочитано: 42 Средняя стоимость: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Osmanov Zaur Tahir vi***@gmail.com ID: 2326
Mən asan imza üçün müraciət edirəm. Covid 19 ilə əlaqədar karantin dövründə icazə almaq və iş fəaliyətimi davam etdirmək üçün nə etməliyəm?
30/06/2020 Прочитано: 35 Средняя стоимость: 0

“ASAN İmza” sertifikatlarının verilməsi ASAN xidmət mərkəzində və vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Asan İmza üçün müraciət edən şəxs tərəfindən ilk növbədə hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə edilməli, daha sonra tələb olunan digər sənədlərlə ASXM-ə müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Həmçinin, “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə vətəndaşların hərəkətinə, habelə ölkə ərazisində iş və xidmət sahələrinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib. Həmin Qərardan irəli gələrək nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aliyeva Aynure Sedreddin qizi al***@gmail.com ID: 2325
Mən sadələşmiş sabiq vergi ödəyicisiyəm. Amma bu pandemiya dövründə işləmirəm. Mən vergi borcumu necə ödəməliyəm, gəlirim yoxdur?
30/06/2020 Прочитано: 50 Средняя стоимость: 0

Məlum olduğu kimi,  Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən şəxslər nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi  orqanından könüllü olaraq növbəti ay, rüb, yarım il və ya il üçün «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» almalıdır. Həmçinin, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən şəxslərin əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilmir və ödənilmiş vergilər növbəti ayların ödəmələrinə aid edilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Zamin Nuriyev Esed Za***@mail.ru ID: 2324
Salam. Bol kart ilə 12 aylıq faizsiz Taksit alış-veriş edildi (kontakt home). VÖEN 1401005061 RRH 000161204267 Edvgeri.al üçün fiksal kod çekdə görünmədi. Mümkünsə səbəb üçün yardımçı olardınız.
29/06/2020 Прочитано: 53 Средняя стоимость: 5

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Eyni zamanda, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Elxan Əsgərov Eldar oğlu el***@outlook.com ID: 2323
Salam. İnternet üzərindən verilən sifarişlər əsasında ünvana çatdırma ilə Pərakəndə satış həyata keçirdikdə satış hansı formada rəsmiləşdirilməlidir? NKA qeydiyyata alınması üçün hər hansı bir obyekt yoxdur.
29/06/2020 Прочитано: 55 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicisi tərəfindən qeyd olunan fəaliyyət təsərrüfat subyekti (obyekti) vasitəsilə həyata keçirdiyi halda təsərrüfat subyekti (obyekti) vergi uçotuna qoyulmalı və nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirməlidir.

Sorğunuzda qeyd olunan halda, sifariş edilən malların dəyəri alıcıya çatdırılan zaman nağd qaydada ödənildiyi halda alıcıya qəbz və ya digər ciddi hesabat blanklarından biri təqdim edilməlidir. Həmin qəbz və ya digər ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks etdirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Etibar Gulverdiyev Islam et***@gmail.com ID: 2322
Salam, sizdən xahişim vardır. Nazirler Kabinetinin yeni sərt karantin rejiminə uyğun olaraq vermiş olduqları 21.06.2020 tarixindən 05.07.2020 tarixinə kimi uzadılmış olan karantinə görə şirkətlərə işçilərin maaşının bir hissəsinin ödənilməsi ilə bağlı maddi dəstək olunubmu? Bizim çalışmış olduğumuz şirkət bizə bildirir ki, heç bir ödəniş olunmayıb. Sizdən xahişim bu barədə məlumat verməyinizdir.
29/06/2020 Прочитано: 37 Средняя стоимость: 0

Bildiririk ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarında yerləşdirilir və yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada şikayət edə bilərlər.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sevinc Bağırova Məmi sv***@gmail.com ID: 2321
Salam. Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Nərimanov 1 (yeni təmir olunan) adresi öyrənmək istəyirəm.
29/06/2020 Прочитано: 35 Средняя стоимость: 0

Qeyd etdiyiniz vergi ödəyicilərinə xidmət mərkəzi Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, 44 (N.Nərimanov adına metro stansiyasının yaxınlığı) ünvanında fəaliyyət göstərir. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Axundov Zòhrab Bahram oqlu sc***@rambler.ru ID: 2319
Hörmətli vergi əməkdaşları. Mən 2012-ci ildən vergi ödəyirəm. 2020 ci il 27 yanvarda müvəqqəti olaraq bağlamışdım, 2020-ci il 5 iyuna qədər (səhhətimlə əlaqədar). Vergi idarəsində mənə bildirdilər ki, VÖEN avtomatik bu tarixdə acilacaq. Ancaq karantin dövründə Asan imza ilə iş icazəsi ala bilmədim. Mən maliyyə dəstəyi də ala bilməmişəm.
29/06/2020 Прочитано: 36 Средняя стоимость: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi 2020-ci ilin 1 mart tarixinə qədər fəaliyyətini dayandırmamış, 2019-cu ildə vergi və sığorta haqları ödənişlərini həyata keçirmiş şəxslərə göstərilməkdədir. Müraciətinizdə qeyd olunanlara əsasən fəaliyyətinizi 2020-ci ilin yanvar ayında dayandırdığınız üçün maliyyə dəstəyi üçün müraciət etmək hüququnuz olmamışdır.

Eyni zamanda bildiririk ki, “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə vətəndaşların hərəkətinə, habelə ölkə ərazisində iş və xidmət sahələrinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib. Həmin Qərardan irəli gələrək nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilir. Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən, icazələr fəaliyyət sahələri üzrə işçi sayına məhdudiyyət tələbləri nəzərə alınmaqla verilir.

“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı və bu həmin qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrin siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür. 

0/5 (0 Средняя стоимость)
Оцените: