Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
isgəndərli Cavid Səhman oğlu is***@mail.ru ID: 2318
03.03.2020 tarixində Vergi Xidmətinə işə qəbulla bağlı elan verilmişdir və bir müddət sonra sənəd qəbulu pandemiya ilə əlaqədar dayandırılmışdır. Sənəd qəbulu yenidən aktiv ediləcək, yoxsa əvvəl qeydiyyatdan keçənlər üçün birbaşa imtahan keçiriləcək.
29/06/2020 Прочитано: 45 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb. Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə, bu haqda əlavə məlumat veriləcək.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəşad Əliyev Bahəddin Ra***@gmail.com ID: 2317
Salam, 1. 4fHm5jDeZcrc-836.70 azn 2. 4oX664uozzjM-15.88 azn Bu fiksal id lər üzrə edv ni geri ala bilmirəm. "Bazada tapılmadı" səhvini yazır. Alış veriş 26.06.2020 tarixində etmişəm. Zəhmət olmasa köməklikedin.
29/06/2020 Прочитано: 41 Средняя стоимость: 0

Bildiririk ki, müraciətinizdə qeyd olunan çeklər üzrə ƏDV-nin qaytarılmasına dair müraciətlər artıq mövcuddur.

Məlumat üçün bildiririk ki, çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Bəsti ba***@gmail.com ID: 2316
Sakibkarlara yardım fondundan xalama verilən 250 manat pulu ala bilmirik. Atabank bağlanıb. Beynəlxalq banka deyir ki, biz məşğul olmuruq. Kimə müraciət etsin. Yaşlı qadındır, yardım etmənizi istərəm. Öncədən təşəkkürlər.
28/06/2020 Прочитано: 41 Средняя стоимость: 5

Bildiririk ki, Əmanətlərin Sığortalanması Fondu “Atabank” ASC-nin ləğvedicisi təyin edilmişdir. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Həmzəyev Mirbəhruz İsmayıl co***@mail.ru ID: 2314
Asan imzanın təsdiqlətmək istəyirəm növbəni necə götürüm? Hara yaxınlaşa bilərəm?
28/06/2020 Прочитано: 43 Средняя стоимость: 0

Bildiririk ki, Asan imza sertifikatını vergi ödəyicilərinə xidmət mərkəzlərindən və ASAN Xidmət mərkəzlərindən qabaqcadan növbə tutaraq əldə edə bilərsiniz. 

“ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Vergi ödəyicilərinə xidmət mərkəzlərində isə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tutmaqla müraciət edə bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
İbrahimov Orxan Nurəddin or***@mail.ru ID: 2312
Fiskal İD-HPaYv86JvgkW alınan alın dəyəri - 9.00 AZN toplam ƏDV - 1.37 AZN Sual: Əgər ədv 18 % dirsə, ( 9.00 azn 18%-i 1.62 edir, nağdsız alış-verişə görə ƏDV-nin geri qaytarılmasına görə 0.243azn) niyə 1.37 azn hesablanıb ? Və nağdsız alış-verişə görə ƏDV-nin geri qaytarılan hissəsi 15%-dirsə, niyə 0.13 azn əlavə edildi ? Bu sualları aydınlaşdırmaq üçün kalkulyator yerləşdirsəni cox yaxşı olar.
27/06/2020 Прочитано: 32 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV dolayı vergi növü olmaqla, məhsulun dəyərinə əlavə edilmiş olur. Qeyd etdiyiniz halda, məhsulun dəyərinə ƏDV tətbiq edildikdən sonra məhsulun dəyəri formalaşaraq 9,00 manat olmuşdur. 

Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə hesablaya bilərsiniz. Qeyd olunan bölmədə misallar üzərində qaytarılmalı olan ƏDV-nin hesablanması qaydası izah edilmişdir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ülviyyə Əmiraslanova Eyyub qızı ul***@mail.ru ID: 2311
Salam. Alış-veriş zamanı verilən bəzi satış çeklərində Fiskal ID oxunmur, bu səbəbdən də çekləri "edvgerial" portalında qeydiyyatdan keçirə bilmirəm. Zəhmət olmasa yardım edin.
27/06/2020 Прочитано: 34 Средняя стоимость: 0

Çekin dublikatını əldə etmək üçün çeki əldə etdiyiniz satış nöqtəsinə yaxınlaşmağınız xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Harun.Ramazanov. Hənəfi ha***@mail.ru ID: 2309
Mikro saibkarlara vergi haqqında nə kimi guzəstlər var?
27/06/2020 Прочитано: 55 Средняя стоимость: 0

Mikro sahibkarlara aşağıdakı vergi güzəştləri və tətilləri verilib:

  • Sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi (verginin dərəcəsi 2 faizdən 1 faizə salınır);

  • 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların təqdim olunması və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi;

  • Nazirlər Kabinetinin qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddətin sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri tərəfindən əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilməməsi və ödənilmiş vergilərin növbəti dövrlərin ödəmələrinə aid edilməsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Həsənov Nail Məhərrəm ni***@mail.ru ID: 2308
Salam mənim sualım POS-terminal və kassaya daxil olan pul vəsaitləri haqqındadır. Kassa hesabı nağd şəkildə aparılır, POS-terminal isə nağdsız şəkildə cari hesaba köçürülür. POS-terminaldan çıxan çeki yenidən kassaya vurmaq lazımdır, yoxsa ayrı-ayrı hesablanır?
27/06/2020 Прочитано: 71 Средняя стоимость: 0

Bildiririk ki, Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi, və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

0/5 (0 Средняя стоимость)
Оцените:
Harun Ramazanov Hənəfi ha***@mail.ru ID: 2307
VÖEN-imi bloka salıblar, kimə müraciət etməliyəm?
27/06/2020 Прочитано: 32 Средняя стоимость: 0

Müraciətinizin mahiyyəti aydın olmadığı üçün cavablandırılması imkan xaricindədir. Müraciətinizi dəqiqlədirməklə, yenidən Sual-cavab bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Neyman İsmayıl Samir ne***@gmail.com ID: 2305
Salam. Mən mart ayında könüllü olmaq üçün onlayn müraciət etmişdim ancaq bugünə qədər mənim ilə əlaqə saxlanmayıb. Bunun səbəbini bilmək istəyirəm xahiş edirəm bununla bağlı məlumat verəsiniz təşəkkür edirəm.
26/06/2020 Прочитано: 47 Средняя стоимость: 0

Bildiririk ki, vergi orqanlarında könüllü fəaliyyətlə əlaqədar 2 mart 2020-ci il tarixli elan üzrə müraciətlər qeydə alınmışdır.

Lakin koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə və virusun qapalı məkanlarda yayılma ehtimalının daha çox olduğu nəzərə alaraq, vergi orqanlarında könüllü fəaliyyətin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilmişdir.

Vergi orqanlarında könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə müraciət edənlərə məlumat veriləcək.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əhmədov Mübariz Həzrətqulu me***@mail.ru ID: 2304
Salam. Mən hüquqi şəxsəm. Pandemiya dövründə zərərçəkmiş kimi maliyyə dəstəyi əmək haqqı almışam. Fəaliyyət sahəsinin adı: Yerləşmə vasitələri hesab edilən mehmanxana, otel, hostel və oxşar obyektlərinin fəaliyyəti, İşçi sayı: 1. Sualım odur ki, hostel xidmətinin tam dayandığı üçün müəssisəyə maliyyə dəstəyi olmalıdırmı? Artıq 3 aydır hostel fəaliyyət göstərmir. Əvvəlcədən təşəkkür edirəm. Çox sağ olun.
26/06/2020 Прочитано: 57 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilməkdədir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Müraciətinizdə qeyd olunanlara əsasən, yuxarıda qeyd olunan birinci maliyyə dəstəyi üçün müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Kenan Huseynov Ali ke***@mail.ru ID: 2302
Salam. Bildirmək istərdim ki, Limak şirkəti qəbz verərkən ƏDV qəbzini təqdim etmir. Bununla bağlı tədbir görmənizi xahiş edirəm. ƏDV geri al xidməti varsa, nədən bir çox şirkətlər bu qəbzi vətəndaşlara təqdim etməkdən yayınır?
26/06/2020 Прочитано: 59 Средняя стоимость: 0

Bildiririk ki, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 

ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün  satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır. .

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci, 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" 

0/5 (0 Средняя стоимость)
Оцените:
Zeynalov Elman Ezizaga ze***@mail.ru ID: 2300
Salam. Edvgerial səhifəsini yoxlayarkən 2 çekimin ləğv olunması qeyd olunub. Səbəbini bilmək istərdim və sizə çekləri necə göndərə bilərəm? Öncədən Təşəkkülər
25/06/2020 Прочитано: 34 Средняя стоимость: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Хабелашвили Тамара Георгиевна xa***@mail.ru ID: 2299
Здравствуйте. Наши две компании 2018 и 2019 годах работали с Азербайджанскими компаниями. вопрос следущий- как и где заполнить заявление на справку резиденства этих компании. С уважением Тамара Хабелашвили аудитор. финансист
25/06/2020 Прочитано: 68 Средняя стоимость: 5

В целях вычета налогов, уплачиваемых в другом Договаривающемся Государстве, из налогов, начисленных в Азербайджанской Республике в соответствии с положениями статьи 127 Налогового кодекса Азербайджанской Республики и международных соглашений, «Заявка на налоговый вычет ( Форма DTA-02) должна быть подана.

Форму DTA-02 и процедуру ее заполнения можно найти здесь.

5/5 (1 Средняя стоимость)
Оцените:
Elixan Rüstəmov Qədim oğlu el***@mail.ru ID: 2298
Çox hörmətli cənablar. Mən Rüstəmov Elixan Qədim oğlu, 23 noyabr 2019-cu il tarixdən "Şans" k/m-nin (VÖEN: 2000024651. Direktor: Zahidov Əfsər Əsgər oğlu) mətbəəsində kompüter operatoru kimi günə 20 manat maaşla işə düzəldim. Dəfələrlə rəhbərlikdən mənimlə əmək müqaviləsi bağlamasını tələb etməyimə baxmayaraq, yalnız əvvəlki işçi Ülviyyə xanımın direktor Əfsərdən Əmək Müfəttişliyinə şikayəti ilə əlaqədar müəssisəyə müfəttişlərin gəlməsindən sonra, yəni 5 fevral 2020-ci il tarixdə mənimlə əmək müqaviləsi bağlayır. Sonradan mənə məlum oldu ki, direktor Əfsər müqavilədə mənim maaşımı da razılaşdığımız kimi, yəni aylıq 520 manat deyil, özünün də dediyi kimi, vergidən yayınmaq məqsədilə 250 manat olaraq qeyd etmişdir. Martın 14-də müəssisənin direktoru Zahidov Əfsər mənə 32 iş günü müddətində yığılan əmək haqqımı (cəmi 640 manat) ödəməkdən imtina edərək, iş yerinin qapısı ağzında məni təhqir edərək qovdu. Martın 14-dən orada işləmədiyimə baxmayaraq, pandemiyaya görə muzdlu işçilərə pul ayrılacağı ilə bağlı məsələnin olmasına görə direktor Əfsər bilərəkdən mənimlə əmək müqaviləsinə xitam vermədi. Bununla o, bir tərəfdən mənim işsiz kimi dövlətdən 190 manatlıq birdəfəlik müavinət almağıma mane oldu, digər tərəfdən də pandemiyaya görə əmək müqaviləsi olan muzdlu işçilərə dövlətin ayırdığı vəsaitin bir qisminin verilməsində də dələduzluğa əl ataraq dövlətin ayırdığı yardımın da böyük bir hissəsini "подоходный налог" adı ilə mənimsəmişdir. Belə ki, aprel ayı üçün ayrılan vəsaitdən 125 manat 40 qəpik, may ayı üçün ayrılan vəsaitdən isə cəmi 77 manat 20 qəpik pul vermişdir. Şəxsi e-kabinetimdə isə "Şans" k/m ilə əmək müqaviləmin olduğu müddətdə mənim adımdan dövlət sosial müdafiə fonduna pensiya kapitalı kimi 1 qəpik belə olsa vəsait keçirilməyib. Hal-hazırda da Əfsərə lazımi strukturlara şikayət edəcəyimi dəfələrlə desəm də, Əfsər dediklərimi qulaqardına vuraraq, "kimə istəyirsən şikayət et" kimi ifadələrlə borcu qaytarmaqdan imtina edir. Xatırladım ki, mənim himayəmdə yoldaşım, onun anası və 1 yaşlı körpə var. Bir də qeyd etmək istərdim ki, hazırda yaşadığım "Məzun evi" sosial müəssisəsindəki evi bizə birinci vitse-prezidentin ülyahəzrət Mehriban xanımın bilavasitə himayəsi sayəsində veriblər. Bütün bu sadalananları diqqətinizə çatdırmaqla sizdən direktor Əfsərin həm mənə olan 32 iş günü borcunun (cəmi 640 manat), həm də pandemiya ilə əlaqədar dövlətin yardım məqsədilə ayırdığı vəsaitin yerdə qalan hissəsinin də mənə çatdırılmasını təmin etməyinizi xahiş edirəm.
25/06/2020 Прочитано: 87 Средняя стоимость: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz:
Əmək qanunvericiliyinin pozulması halları ilə bağlı isə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cəmilə Mustafayeva Mahir qızı m.***@gmail.com ID: 2297
Salam. Zəhmət olmasa, sualımı cavablandırardınız. Türkiyədə təsis edilmiş şirkət ölkəmizdə filial açır və vergi orqanında qeydiyyatdan keçir. Azərbaycanda açılmış bu filial qeyri-rezident sayılırmı? Türk şirkətinin təsisçisi türk vətəndaşıdır və Azərbaycanda yaşayır. Daimi yaşamaq üçün icazə vəsiqəsi var. Ümumiyyətlə bütün xarici şirkətlərin filialları qeyri-rezident sayılır? Öncədən təşəkkürlər!
25/06/2020 Прочитано: 77 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.5.3-cü maddəsinin müddəalarına əsasən  Azərbaycan Respublikasında idarəetmə yeri olan istənilən hüquqi şəxs (o cümlədən qeyri-rezident hüquqi şəxs) Azərbaycan Respublikasının vergi rezidenti hesab edilə bilər. Bu maddədə hüquqi şəxsin idarəetmə yeri dedikdə, əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, idarəetmənin həyata keçirilməsi üçün zəruri olan kommersiya qərarlarının qəbul olunduğu və gündəlik praktiki idarəetmənin həyata keçirildiyi əsas fəaliyyət yeri nəzərdə tutulur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rena almamedova al***@mail.ru ID: 2296
Salam ,13.05.20 tarixibde 3100 texnika almisam 48 azn edv oturmali idi .Bir ayin tamaminda yeni 13.06.20 de edv legv olundu hisseye kecdi .hemin ceki yeniden qt kod ile oxutduqda yenide gozlemeye atdi lakin cekin 1 ayi tamam olub avtamatik artiq meblegi otuzdurmali idi .Prablemle bagli kimek gosterin.Bu kimi hallar bir nece yaxinlarimdada var.ne 195 ne de 196 yardim gostermir.Evvelceden tesekkurler .
25/06/2020 Прочитано: 34 Средняя стоимость: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məhərrəmzadə Rahib Rəhman oğlu m_***@inbox.ru ID: 2295
Marketlərdə çeki aldıqdan sonra "edvgerial" saytında qaytarılmalı olan ƏDV-ni əldə etmək üçün Fiksal ID daxil edirəm və bir ay sonra ƏDV-lər balansa köçürülür. Həmin qaytarılan ƏDV-ləri balansdan hər hansı plastik karta necə köçürə bilərəm?
25/06/2020 Прочитано: 37 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər.

0/5 (0 Средняя стоимость)
Оцените:
Исаев Игорь Вениаминович cr***@protonmail.ch ID: 2290
Я гражданин Азербайджана, проживающий в Баку. Собираюсь работать в Чешской компании программистом и хочу заключить с ними сервисный контракт на оказание услуг. Деньги за услуги собираюсь получать на банковский счёт в Азербайджане. Я так понимаю, что должен зарегистрироваться в налоговой как индивидуальный предприниматель. Какие налоги я должен буду платить при этом и по какой ставке? И ещё я периодически выезжаю за границу на 185+ дней, как быть в такой ситуации, я же перестаю считаться налоговым резидентом. Мне приостанавливать деятельность предпринимателя или как? Заранее благодарю за ответ.
24/06/2020 Прочитано: 111 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarları üzrə müvafiq ardıcıllıqla Azərbaycan Respublikasının rezidenti sayılır. Həmçinin, fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun.

Rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 127-ci maddəsinin müddəalarına uyğun olaraq rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Bu zaman nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat yalnız gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 34-cü, 96-cı, 101.3-cü və 127-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Emil İsmayılov em***@gmail.com ID: 2289
Salam. Mən bir mikro sahibkar olaraq xarici şirkətdə sürücülük xidməti göstərirəm. (Faliyət novu 49391- yani diger gruplara daxil sayir quru yola sernişin nəgliyat). Fəaliyyətim xidmət olduğu üçün, aylıq gazancımın 5 faizini vergiyə ödəyirəm ve DSMF ise bu ilin yanvar ayından bəri 62 .5 azn ödəmişəm. Mən 2020-ci ilin birinci rübdə DSMF ni 62.5 azn olaraq ödəmişəm vergiyə olan ödənişlərində tam olaraq ödəmişəm. Bilmək istəyirəm ki, 2020-ci ilin 2 rübündə DSMF-yə nə qədər və vergiyə ne qədər ödəniş etməliyəm? Bildiyim qədər güzəştlər tətbiq olunmalıdır.
24/06/2020 Прочитано: 68 Средняя стоимость: 0

Bildiririi ki, sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərin məcburi dövlət sosial sığorta öhdəlikləri 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin 1 yanvar tarixinədək tikinti və ticarət sektorunda fəaliyyət göstərən şəxslərə münasibətdə sosial sığorta haqqı minimum əməkhaqqının 25 faizinin, digər sahələrdə isə 15 faizinin - Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hesablanmalıdır. 

Vergi öhdəlikləri isə, gəlir vergisinin ödəyiciləri tərəfindən gəlirlərdən xərclər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə (mirko sahibkar olduqda 5 faiz) hesablanır. 

Əsas: Vergi Məcəlləsinin 101.3-cü, 102.1.30-cu maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu

0/5 (0 Средняя стоимость)
Оцените: