Bildiririk ki, elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində elektron xidmətin istifadəçisi şəxsiyyətini təsdiq edən sənədin növünü seçir. Elektron xidmətin istifadəçisi Azərbaycan Respublikasının vətəndaşı olduğu halda “ŞƏXSİYYƏT VƏSİQƏSİ” xanası xanası seçilir.Şəxsiyyətini təsdiq edən sənədin növü seçildikdən sonra “FİN” xanasına şəxsiyyəti təsdiq edən sənədin FİN kodu daxil olunur.
Onlayn növbəyə yazılmaq üçün elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində “Adı” xanasına öz adını, “Soyadı” xanasına öz soyadını və “Atasının adı” xanasına öz atasının adı şəxsiyyəti təsdiq edən sənəddə olduğu kimi latın əlifbası ilə və baş hərflər ilə qeyd olunur. Qeyd olunan məlumatların daxil edilməsi zamanı rəqəm, nida işarələrindən istifadə olunmamalıdır, “ATASININ ADI” xanasında ata adından sonra “QIZI” və ya “OĞLU” qeyd olunmalıdır (proqram təminatında məhdudiyyətlər mövcuddur). Daxil edilmiş FİN ad, soyad və ata adı məlumatlarına uyğun olmalıdır, əks halda onlayn növbəyə yazılmaq mümkün olmayacaq.
Bildiririk ki, bazar qiymətinin tətbiq olunduğu hallar Vergi Məcəlləsinin 14.3-cü maddəsində qeyd olunmuşdur. Həmin hallardan biri təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi haldır. Vergitutma məqsədləri üçün, qarşılıqlı surətdə asılı olan şəxslər Vergi Məcəlləsinin 18.2-ci maddəsində qeyd olunmuşdur. Şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətində olduqları halda, həmin şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunur.
Eyni zamanda qarşılıqlı əlaqəli olmayan şəxslər arasında bağlanmış müqaviləyə əsasən verilmiş faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Bununla yanaşı, bağışlanmış borcun məbləği vergi ödəyicisinin qeyri-sahibkarlıqdan əldə etdiyi gəlir hesab olunur və vergiyə cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 14-cü, 99.3.5-ci və 123.1-ci maddələri.
Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.
Müraciətinizdə qeyd olunan çekin həqiqiliyi qanunvericiliyə uyğundur.
Bildiririk ki, eyniməzmunlu müraciətiniz səhifəmizdə cavablandırılmışdır. Cavabla buradan tanış ola bilərsiniz.
Bildiririk ki, istehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Satıcı mal alışına dair məlumatları Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatına daxil edərək, istehlakçıya nəzarət-kassa aparatı çeki təqdim etməlidir. İstehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya nəzarət-kassa aparatı çeki ilə yanaşı, POS-terminaldan çıxarış da verilməlidir.
Müraciətinizlə bağlı ətraflı məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.
Bildiririk ki, qeyd etdiyiniz mətndə SMS bildirişlər maliyyə dəstəyi üçün müraciət etmiş vergi ödəyicilərinə vergi orqanları tərəfindən göndərilir. Həmin şəxslərin bank hesabına maliyyə dətəyinin köçürülməsi təmin edilir.
Həmçinin bildiririk ki, telefon nömrəniz yalnışlıqla digər vergi ödəyicisinini uçot məlumatlarında qeyd olunduğu halda, telefon nömrənizin həmin şəxsin uçot məlumatlarından çıxarılması üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmamışdır.
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.
Bildiririk ki, cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Mülki Məcəllənin qeyd etdiyiniz maddəsindən göründüyü kimi, cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilməsi müvafiq səlahiyyətli şəxsin təsdiqi ilə mülki qanunvericiliyin müddəalarına uyğun müvafiq müqavilə əsasında həyata keçirilə bilər.
Nizamnamə, əsasnamə və qərar nümunələri ilə saytımızın "Bir pəncərə" bölməsində Lazımi sənədlər altbölməsində tanışı ola bilərsiniz.
Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.
Cavab 1. Mülki müqavilə ilə xidmət göstərən şəxslə xidməti alan şəxs arasında münasibət əmək münasibətləri deyilsə, onlar qarşılıqlı surətdə asılı olan şəxs hesab olunmur. Lakin, gün ərzində müəyyən şəxsə məxsus əmlakdan, resurslardan istifadə etməklə, həmin şəxsin iş vaxtı ərzində müəyyən fəaliyyətin göstərilməsi artıq əmək funksiyasının icrası anlamını verir və belə olan halda tərəflərin münasibətləri artıq mülki hüquqi müqavilə ilə deyil, əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir və bu şəxsər qarşılıqlı surətdə asılı olan şəxs hesab olunur.
Əsas: Vergi Məcəlləsinin 18-ci maddəsi.
Cavab 2. Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən bu Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur.
Müraciətinizdə qeyd olunan qeyri-yaşayış sahəsinin təqdim edilməsi, qeyri-rezident fiziki şəxs tərəfindən həyata keçirildiikdə, notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.
Binanın sahibi qeyri-rezident hüquqi şəxs olduğu halda, həmin hüquqi şəxs Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur. Vergi Məcəlləsinin 17.6-cı və 149.1.3-1-ci maddələri vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlərin gəlirlərinin, məsələn Vergi Məcəlləsinin 96.4-cü və 104.4-cü maddələri ilə müəyyən edilmiş gəlirlərin Azərbaycan Respublikasında vergi agenti vasitəsi ilə bəyanetmə prosedurunu tənzimləyir. Qeyd edilən halda qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri gəlir (mənfəət) vergisinə cəlb edilir və həmin Məcəllənin 149.2-ci maddəsində müəyyən edilmiş müddətdə qeyri-rezidentin təyin etdiyi vergi agenti tərəfindən müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim olunur. Qeyri-rezidentin Azərbaycan mənbəyindən olan və ödəmə yerində vergi tutulmayan gəlirləri vergi agenti təyin edilmədiyi halda qeyri-rezidentin özü tərəfindən bəyan edilərək gəlir (mənfəət) vergisinə cəlb edilməlidir.
Əsas: Vergi Məcəlləsinin 17.6-cı, 149-cu, 150-ci, 218.4.3-cü maddələri.
Bildiririk ki, eyniməzmunlu müraciətiniz səhifəmizdə cavablandırılmışdır. Cavabla buradan tanış ola bilərsiniz.
Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədən olan müddəalarına əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.
Eyni zamanda Vergi Məcəlləsinin 108-ci maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədən olan müddəalarına əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir.
Bunlarla yanaşı, Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən 164.1.47-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr ƏDV-dən azaddır.
Əlavə olaraq bildiririk ki, tikilən binalardan dövlətə ayrılan hissələrin müəyyən edilməsini, müvafiq qaydada verilməsini və rəsmiləşdirilməsini özündə ehtiva edən qanunvericilik layihəsi hazırlanma mərhələsindədir.
İkinci sualla bağlı bildiririk ki, malların ixracına dair müvafiq sənədləşmənin aparılması prosedurları ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət edilməsi tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 108-ci, 164-cü maddələri və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu.
Bildiririk ki, onlayn növbəyə yazılmaq üçün elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində “Adı” xanasına öz adını, “Soyadı” xanasına öz soyadını və “Atasının adı” xanasına öz atasının adı şəxsiyyəti təsdiq edən sənəddə olduğu kimi latın əlifbası ilə və baş hərflər ilə qeyd olunur. Qeyd olunan məlumatların daxil edilməsi zamanı rəqəm, nida işarələrindən istifadə olunmamalıdır, “ATASININ ADI” xanasında ata adından sonra “QIZI” və ya “OĞLU” qeyd olunmalıdır (proqram təminatında məhdudiyyətlər mövcuddur). Daxil edilmiş FİN ad, soyad və ata adı məlumatlarına uyğun olmalıdır, əks halda onlayn növbəyə yazılmaq mümkün olmayacaq.
Bununla belə texniki problemlə üzləşdiyiniz halda, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.
Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.39.3-cü maddəsinə əsasən bu Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri müəssisə hesab olunur.
Kommersiya hüquqi şəxslərinin əsas məqsədi mənfəət götürməkdən ibarət olduğundan həmin şəxs tərəfindən həyata keçirilən fəaliyyət üzrə mənfəət, ƏDV və əmlak vergiləri bəyannamələri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanlarına təqdim edilməklə müvafiq vergilər hesablanıb dövlət büdcəsinə ödənilir.
Əlavə olaraq bildiririk ki, sorğu edilən cəmiyyət tərəfindən birbaşa və ya səlahiyyətli nümayəndəsi tərəfindən zəruri sənədlərlə (cəmiyyətin nizamnaməsi, fəaliyyət istiqamətləri, törəmə cəmiyyətlərin fəaliyyətləri, hesablaşma qaydaları və sair fəaliyyət xüsusiyyətləri barədə izahatla) birlikdə qeydiyyatda olduğu vergi orqanına müraciət edilə bilər.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü, 159-cu və 201-ci maddələri.
Bildiririk ki, bank hesabının açılması üçün vergi ödəyicisinin ərizəsi əsasında vergi orqanından alınmış şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab olunur. Qeyd olunan müddət şəhadətnamə-dublikatın alınmasından sonrakı gündən başlanır və təqvim günləri ilə hesablanmaqla müddətin sonuncu günü qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.
Əsas: Vergi Məcəlləsinin 35-ci və 68-ci maddəlləri.
Bildiririk ki, Vergi Məcəlləsində vergi orqanı tərəfindən banklara və ya kredit təşkilatlarına verilən sərəncamların yalnız vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı digər bankda və ya kredit təşkilatında olan milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındığı və ya dondurulduğu hallarda geri qaytarılması nəzərdə tutulmuşdur.
Eyni zamanda bank hesabının bağlanması əsasları Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 10 iyun 2019-cu il 1951100026 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyən edilmişdir.
Əsas: Vergi Məcəlləsinin 65-ci maddəsi və “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 10 iyun 2019-cu il 1951100026 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”.
Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinə uyğun olaraq qeyri-rezident müəssisədən alınmış xidmətlərə görə aparılan ödənişlərə ƏDV-nin hesablanması ödəmənin həyata keçirildiyi günə olan məzənnə ilə hesablanıb dövlət büdcəsinə ödənilir.
Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.
Bildiririk ki, poçt bağlamalarının Azərbaycan Respublikasındakı sifarişçilərə çatdırılması üzrə (idxal olunan mallar müştərilərin adına rəsmiləşdirilməklə) xidmətlərin göstərilməsindən komisyon haqq (gəlir) əldə edən şəxslər bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərcləri çıxmaqla 20 faiz dərəcə ilə mənfəət vergisinə cəlb olunurlar. Bu xidmətlərin göstərilməsinə görə əldə olunan komisyon haqların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) həcmi 200.000 manatdan artıq olduqda vergi ödəyicisi növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalıdır.
Əsas: Vergi Məcəlləsinin 104-cü və 155-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinin müddəalarına əsasən malların ixracı ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilir.
Buna əsasən rezident müəssisə tərəfindən əmlakın qeyri-rezident hüquqi şəxsin nizamnamə kapitalına qoyulması məqsədilə ixrac edilməsi ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edilir.
Əsas: Vergi Məcəlləsinin 165-ci maddəsi.
Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.
Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına əsasən dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.
Eyni zamanda “Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinin müddəalarına əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.
Qeyd olunanlara əsasən yerli özünü idarəetmə orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisindən azaddır. Həmin torpaq sahələri hüquqi şəxslərə icarəyə verilən zaman icarəyəverən yerli özünü idarəetmə orqanı torpaq vergisinin tədiyyəçisi olmadığı üçün icarəyə götürən hüquqi şəxslər icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, bu torpaq sahələrinə görə dövlət büdcəsinə torpaq vergisi ödəməli və vergi orqanına torpaq vergisi bəyannaməsini təqdim etməlidirlər.
İkinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 216.2-ci maddəsinə əsasən yerin təkindən çıxarılan kvars qumlarının hər kubmetri üçün 1,0 manat dərəcə ilə mədən vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Eyni zamanda qeyri-filiz faydalı qazıntıları üzrə mədən vergisi yerin təkindən çıxarılan faydalı qazıntıların çəkisindən asılı olmayaraq, onun həcmi ilə hesablanır.
Əlavə olaraq bildiririk ki, yerin təkindən çıxarılan faydalı qazıntıların sıxlığının müəyyən edilməsi qaydası və texniki normativləri Vergi Məcəlləsi ilə tənzimlənmir.
Əsas: Vergi Məcəlləsinin 204-cü, 207-ci, 216-cı və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri.