Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Alıyev Eyvaz Nəbi al***@mail.ru ID: 2166
Sahibkar (adıma vöen olub və ya olmadığı) olub ya olmadığım barədə arayış verilməsini xahiş edirəm.
07/07/2020 Прочитано: 113 Средняя стоимость: 0

Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzinə (Tovuz rayonu, Abulbəyli kəndi (Nizami klubunun yanı). Telefon: (022) 315 73 69) müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur. Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər.

Əlavə olaraq bildiririk ki, VÖEN-nin mövcud olub-olmaması barədə “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə müvafiq məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Средняя стоимость)
Оцените:
Asəf Nəsirov Kamran ne***@gmail.com ID: 2171
Mən vergi şəhadətnaməsini itirdiyimə görə, dublikatını əldə etmək istəyirəm.
07/07/2020 Прочитано: 100 Средняя стоимость: 0

Bildiririk ki, vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 15 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir.

Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının verilməsi üçün sərbəst formada ərizəni elektron qaydada vergi orqanına təqdim edə bilərsiniz. VÖEN-in yeni nüsxəsini əldə etmək və ya yazılı formada ərizəni təqdim etmək üçün özünüz və ya səlahiyyətli nümayəndəniz vasitəsi ilə qeydiyyata olduğunuz vergi orqanına müraciət edilməlidir.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Средняя стоимость)
Оцените:
Leyla Nəbiyeva Gündüz qızı pb***@gmail.com ID: 2163
Onlayn növbə bölməsində Saatları seçirəm, amma saatlar bölməsində saatlar göstərilmir. Ekran Görüntüsü. https://i.ibb.co/HPGS1wT/Untitled.png
07/07/2020 Прочитано: 93 Средняя стоимость: 5

Məlumat üçün bildiririik ki, onlayn növbəyə yazılmaq üçün tarix seçimi müraciət olunan tarixdən sonrakı 2 (iki) iş günü üzrə aparılır. Qeyd etdiyiniz halda, həmin gün üçün növbələrin tutulduğu üçün onlayn növbənin tutulması mümkün olmur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Səlimov Rəcəb Mehdi re***@gmail.com ID: 2162
Salam, fiziki şəxslər üçün VÖEN necə açılır?
07/07/2020 Прочитано: 83 Средняя стоимость: 0

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə vergi orqanına təqdim edilməlidir. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Günel Şükürova po***@mail.ru ID: 2151
Sərfəli Market Şağan qəs., N.Məmmədov küç 19. VÖEN 6200097442. Alış-veriş etdim, fiscal İD yoxdur.
07/07/2020 Прочитано: 112 Средняя стоимость: 0

Bildiririk ki, yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

Müraciətinizdə qeyd olunan vergi ödəyicisi Ağayev Elşən Eldar oğlu (VÖEN 6200097442) ƏDV ödəyicisi olmadığı üçün, həmin təsərrüfat subyektlərində yeni nəsil kassa aparatlarının quraşdırılması 2022-ci il 31 dekabr tarixədək nəzərdə tutulmuşdur. Bununla belə həmin şəxslər tərəfindən malların alıcısına NKA çeki təqdim edilməlidir və edilmədiyi halda, qanun pozuntusu hesab olunur. 

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin "Onlayn müraciətlər" alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz: 

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 50.8-ci, 58.7-ci maddələri, Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Qasimzade Ali Sabir ga***@gmail.com ID: 2413
01.07.2020 tarixində Yasamal rayonunda yerləşən Zeytun aptekdən 95 manat dəyərində ədv 14.49 manat olan dərman almışam fiskal id-ni 06.07.2020 tarixində evgerial.az saytında daxil edirəm "Çek tapılmadı. Fiskal ID yanlışdır və ya çek məlumatları bazaya hələ əlavə edilməyib.", belə bir məlumatla qarşılaşıram. Xahiş edirəm aydınlıq gətirəsiniz.
06/07/2020 Прочитано: 38 Средняя стоимость: 2

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

2/5 (3 Средняя стоимость)
Оцените:
Nofəl Nəsirov Əhliman no***@gmail.com ID: 2411
Salam. Sumqayıtda ictimai-iaşə obyektində işləyir valideynim. İdarəçidir və mühafizəçi üçün icazə almaq istəyirik. İş saatında cərimələnməsinlər deyə, amma sistemdə iaşə obyekti olduğu üçün icazə almag mümkün deyil. Necə icazə ala bilərik?
06/07/2020 Прочитано: 44 Средняя стоимость: 5

Bildiririk ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə icazələrin alınması ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, səhifəmizdə bununla bağlı xüsusi bölmə yaradılmışdır. İcazələrin alınması ilə bağlı qanunvericilik aktları, fəaliyyət kodları, müraciətin edilməsi qaydası, ən çox verilən suallar, o cümlədən icazələrin alınması ilə bağlı video şərhlə həmin bölmədən tanış ola bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Aysel Xalilova sahib ay***@gmail.com ID: 2408
Salam. Mənim sizə müraciəim olub, lakin məktubu göndərilən poçt yenə sizə geri göndərib. Səbəb isə səhf həmin ünvanda olmamağımız hal-hazırda, Sizdən Rica edirəm ki, mənim adıma olan məktubunuzu mənimlə əlaqə yaradıb çatdırasınız və ya burada yollayasınız. Məlum məsələdir, karantindir, gəlmək çətindir. Təşəkkürlər.
06/07/2020 Прочитано: 46 Средняя стоимость: 0

Bildiririk ki, “Fiziki və hüquqi şəxslərlə sual-cavab” rubrikasına daxil olmuş müraciətlərin cavabları Dövlət Vergi Xidmətinin internet səhifəsinin “Sual-cavab” bölməsində yerləşdirilir ki, həmin cavabların yazılı qaydada müraciət edən şəxsin ünvanına göndərilməsi nəzərdə tutulmamışdır.

Elektron müraciətlərinizi araşdırılması üçün (təklif, ərizə, şikayət) internet səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aynur Musayeva ay***@gmail.com ID: 2144
Salam. Mənim adıma VÖEN yoxdur, amma sizdən məlumat gedib ki, var. Hec bir gəlirim olmaya-olmaya 190 manat birdəfəlik ödəməni ala bilmədim. Nazirlikdə birldirdilər, siz məlumat vermisiniz.
06/07/2020 Прочитано: 115 Средняя стоимость: 0

Bildiririk ki, səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə Sizi maraqlandıran bütün vergi ödəyicilərinin VÖEN-ini əldə edə bilərsiniz.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aydın Mehdiyev ay***@yahoo.com ID: 2138
KFC Bilgah-da alınan kassa çekini Edvgerial-a daxil edəndə "Satıcı ƏDV ödəyicisi deyil." yazısı çıxır, halbuki çekdə ƏDV 8% 1.54 qeyd olunub, həmin çeki E-kassa-da yoxlayanda ƏDV 8% 1.66 kimi göstərilir. Xahiş edirəm, uyğunsuzluqları izah edəsiniz.
06/07/2020 Прочитано: 131 Средняя стоимость: 4

Bildiririk ki, ƏDV-nin geri qaytarılması yalnız ƏDV ödəyicisi olan  pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən alınmış mal və xidmətlərə aid edilir. Müraciətinizdə qeyd olunan halda, satıcı ƏDV ödəyicisi olmadığı üçün, satılan mal və xidmətlərə ƏDV hesablanmadığından, ƏDV-nin qaytarılması mümkün deyil. Qeyd etdiyiniz 8 faiz sadələşdirilmiş vergi Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən - vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 165.5.-ci, 218.1.2-ci maddələri.

4/5 (3 Средняя стоимость)
Оцените:
Cavid Hüseynli Müşfiq ca***@gmail.com ID: 2398
Salam. Mən kompyuter təmirçisiyəm. Fəaliyyət kodum 95110 Kompyuter və periferiya qurğularının təmiri. VÖEN1804856482 İcazə gov az saytından icazə ala bilmirəm. Karantin günlərində insanlara ən lazım olan avadanlıqdı komputer. Niyə bu sahə üzrə icazə almaq mümkün deyil?
06/07/2020 Прочитано: 52 Средняя стоимость: 0

Bildiririk ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə icazələrin alınması ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, səhifəmizdə bununla bağlı xüsusi bölmə yaradılmışdır. İcazələrin alınması ilə bağlı qanunvericilik aktları, fəaliyyətinə icazə verilən fəaliyyət kodları, müraciətin edilməsi qaydası, ən çox verilən suallar, o cümlədən icazələrin alınması ilə bağlı video şərhlə həmin bölmədən tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüseynzadə Kamil Asif ka***@gmail.com ID: 2135
Salam. Mən playstation kafe açmaq isdəyirəm. Yeni açılan obyektlərə vergidə hansı güzəştlər olur və olmursa, belə VÖEN açmaq üçün hansı sənədlər lazım olur? Bununla bağlı məlumat versəydiniz yaxşı olardı.
06/07/2020 Прочитано: 113 Средняя стоимость: 5

Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar  sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınmalıdırlar. "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər.

5/5 (2 Средняя стоимость)
Оцените:
Natiq fi***@mail.ru ID: 2390
Salam. Mingəçevirdə yaşayan Fərdi Sahibkarlar üçün May, İyun və İyul ayları üçün DSMF ödənişləri neçə manat olub? Ödənişlər dəyişilib deyə bilmirəm aylığı düz ödəmişəmmi? Xahiş edirəm Cavablayın.
06/07/2020 Прочитано: 35 Средняя стоимость: 0

Bildiririi ki, sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərin məcburi dövlət sosial sığorta öhdəlikləri 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin 1 yanvar tarixinədək tikinti və ticarət sektorunda fəaliyyət göstərən şəxslərə münasibətdə sosial sığorta haqqı minimum əməkhaqqının (250 manat) 25 faizinin, digər sahələrdə isə 15 faizinin - Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hesablanmalıdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüseynova Nərminə Elşən qızı hu***@gmail.com ID: 2134
Salam. Mən pandemiyadan zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin alınması üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısını görmək istəyirəm. Çünki, mənim çalışdığım şirkət bizə 2ci ay ödəniş etməyib, halbuki biz 2 aydır işləmirik. Zəhmət olmasa, yardımçı olardınız. Təşəkkürlər.
06/07/2020 Прочитано: 109 Средняя стоимость: 5

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Emin İbadzadə Fərəc oğlu em***@gmail.com ID: 2140
Salam. Youtube üzərindən kanal vasitəsilə ilə pul qazananda dövlətə nə qədər vergi vermək lazımdır?
06/07/2020 Прочитано: 161 Средняя стоимость: 3

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız “YouTube” videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən  mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

3/5 (2 Средняя стоимость)
Оцените:
İsayev Rusif ru***@mail.ru ID: 2385
Salam aleykum, mənim VÖEN-im olduğu təqdirdə mən portaldan icazə ala bilmirəm. Zəhmət olmasa, mənə izah edəsiniz səbəbini. VÖEN:1601185412
06/07/2020 Прочитано: 38 Средняя стоимость: 0

Bildiririk ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə icazələrin alınması ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, səhifəmizdə bununla bağlı xüsusi bölmə yaradılmışdır. İcazələrin alınması ilə bağlı qanunvericilik aktları, fəaliyyət kodları, müraciətin edilməsi qaydası, ən çox verilən suallar, o cümlədən icazələrin alınması ilə bağlı video şərhlə həmin bölmədən tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Emil Əmirov Həsənağa oğ em***@mail.ru ID: 2382
Asan imza ilə icazə ala bilmirəm. 195 caqrı xidməti də baqlıdır necə edək bir məsləhət verərdiniz.
06/07/2020 Прочитано: 33 Средняя стоимость: 0

Bildiririk ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə icazələrin alınması ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, səhifəmizdə bununla bağlı xüsusi bölmə yaradılmışdır. İcazələrin alınması ilə bağlı qanunvericilik aktları, fəaliyyət kodları, müraciətin edilməsi qaydası, ən çox verilən suallar, o cümlədən icazələrin alınması ilə bağlı video şərhlə həmin bölmədən tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əfsanə Abdulhəsənova af***@gmail.com ID: 2137
Salam, fiziki şəxs şəhərdə kafe açmaq istəyərsə, hansı vergiləri ödəyir? Öncədən təşəkkür edirəm.
06/07/2020 Прочитано: 93 Средняя стоимость: 5

Bildiririik ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır. Vegrgi uçotuna alındıqdan sonra, təsərrüfat subyekti (obyekti) vergi orqanında qeydiyyata alınmalı və nəzarət-kassa aparatı quraşdırılmalıdır. 

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 220.1-ci maddəsində göstərilən dərəcə ilə hesablanan sadələşdirilmiş verginin sadələşdirilmiş verginin məbləği 50 faiz azaldılır.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 33-cü, 34-cü, 218-ci, 220-ci, 222-ci, 224-cü maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Cumayev Ilqar Abulfat is***@gmail.com ID: 2141
Salam edvherial.az saytından qəbzlər qeydiyyatdan keçirirəm ancaq 15 və ya 10 %deyil az faiz gəlir səbəb nədir. 29 manatlıq alış verişdən 29 qəpik cəmi pul qaytarıldı. Saytın kalkulyator bilməsindən hesablayıram məbləğ 2 manatdan çox olmalıdır yazır.
06/07/2020 Прочитано: 89 Средняя стоимость: 5

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Əsas: Vergi Məcəlləsinin 165.5-ci və 173-cü maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Mehman Tağıyev Vaqif mo***@mail.ru ID: 2373
Salam. Mənim adıma olan "GULF MOTORS" MMC-nin sənədlərini itirmişəm. Onları necə, harda və nə vaxt bərpa edə bilərəm, bunun üçün nə etməliyəm.
05/07/2020 Прочитано: 43 Средняя стоимость: 5

Bildiririk ki, hüquqi şəxsin təsis sənədləri itirildikdə hüquqi şəxsin təsisçilərindən hər hansı biri şəxsiyyəti təsdiq edən sənədlə hüquqi şəxsin qeydiyyatda olduğu ərazi üzrə müvafiq vergi orqanına müraciət etməklə itirilmiş təsis sənədlərin surətini rüsumsuz olaraq əldə edə bilər.

Əsas: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının  12 dekabr 2003-cü il  tarixli 560-IIQ nömrəli Qanununun 15.8-ci maddəsi

5/5 (1 Средняя стоимость)
Оцените: