Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Qasımov Mirmehdi Natiq oğlu Qa***@gmail.com ID: 2562
Salam, mən fiziki şəxsin ucota alinması ilə bağlı müraciət etmək istəyirəm, lakin ASAN xidmətdə yer yoxdur. Sizə yönləndirirlər, günün fərqi yoxdur, amma fiziki şəxsin uçotuna düşə bilim.
21/07/2020 Прочитано: 54 Средняя стоимость: 0

Bildiririk ki, "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim edə bilərsiniz. Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz. “Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz:

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elnarə Həsənli eh***@gmail.com ID: 2424
Salam. Asan imza alınıb, sonra onlayn qeydiyyatla VÖEN alınıb, indi loru dildə desəm asan imza sertifikatını VÖEN-ə bağlamaq lazımdır. Bunun üçün nə edilməlidir?
21/07/2020 Прочитано: 36 Средняя стоимость: 0

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə qabaqcadan onlayn növbə tutmaqla müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hicran Şükürova Sədrəddin al***@bk.ru ID: 2420
Adıma olan vöenün tamamile legv edilib edilmediyini nece bilerem, bu barede emeliyyat nazirliye mektub, Naftalan seher 12 sayli vergi idaresinde gonderilmis olub
21/07/2020 Прочитано: 33 Средняя стоимость: 0

Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Şükürova Hicran Sədrəddin qızının (VÖEN  2800129672) fəaliyyəti dayandırılmışdır. 

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Allahverdiyev Məhərrəm Əli oğlu ma***@mail.ru ID: 2303
Xahiş edirəm bildirəsiniz: Təsisçiyə verilən dividendə hesablanmış 10% dividend vergisi gəlirdən çıxılırmı, yəni xərcə silinirmi?
21/07/2020 Прочитано: 286 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab edilir.

Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, dividend müəssisənin xalis mənfəətindən (vergi və digər xərclər çıxıldıqdan sonra) ödənilir və dividendi alan şəxsin gəliri olmaqla, ödəmə mənbəyində vergiyə cəlb olunur. Bu səbəbdən vergi öhdəliyi müəssisənin deyil, dividendi əldə edən şəxsin olduğu üçün müəssisə tərəfindən ödəmə mənbəyində tutulan verginin gəlirdən çıxılan xərc kimi nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır. 

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 108-ci və 218-1.1.4-cü maddələri.

5/5 (9 Средняя стоимость)
Оцените:
Azər az***@mail.ru ID: 2301
Salam. Sualım beledir. Tutaq ki, mən ədv ödəyicisi kimi, sadələşdirilmiş vergi ödəyicisindən mal alıram və onu satıram. Ona ödəniş edərkən proses necə olacaqdır. Yəni bank hesabına ödəmə edəndə, məsələn, 100 manat mal satmışam. Sadələşdirilmiş vergi ödəyicisinə ödəniş edərkən 100 manatmı ödəməliyəm. Bəs 18% necə olacaq. Mən burada 18% itirirəmmi? Xahiş edirəm ətraflı cavab yazardınız. Təşəkkürlər.
20/07/2020 Прочитано: 216 Средняя стоимость: 4

Bildiririk ki, məzmun etibarı ilə dolayı vergi növünə aid edilən əlavə dəyər vergisinin hesablanması və ödənilməsi mexanizmi və proseduralarına əsasən ƏDV konkret müəssisəsinin yükü olmayıb, təkrar istehsal prosesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir. ƏDV universal xarakter daşıyaraq istehsal və tədavül prosesinin hər bir mərhələsində alqı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir. Vergi ödəyiciləri təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDV-ni geri ala bilərlər, lakin son istehlakçının ƏDV-ni geri qaytarmaq imkanı olmur.

ƏDV-nin hesablanması zamanı vergi ödəyicisinin büdcə qarşısında olan vergi öhdəliyi ƏDV tutulan dövriyyədən hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdən ibarətdir. Vergi Məcəlləsinin 159-cu maddəsi də ƏDV-nin vergitutma obyektini, Vergi Məcəlləsinin 175-ci maddəsi isə ödənilmiş verginin əvəzləşdirilməsini tənzimləyən maddələrdir.

Müraciətinizdə qeyd olunan halda,  sadələşdirilmiş vergi ödəyicisindən malları alarkən ƏDV ödənilmədiyi üçün, əvəzləşdirəcək ƏDV məbləğiniz olmur və satdığınız məhsulların dəyərinə 18 faiz ƏDV tətbiq olunur. 

Əsas: Vergi Məcəlləsinin 153-cü, 159-cu və 175-ci maddələri.

4/5 (8 Средняя стоимость)
Оцените:
Samirə Şirinova Hacıbala qızı sa***@day.az ID: 2560
22.05.2020-ci il tarixdə Music Gallery dükanından Satış çeki №972 olan və dəyəri 6 596.00 manat məbləğində nəğd olaraq məhsul alınmışdır. Mağaza tərəfindən mənə təqdim olunan çek üzrə ƏDVgerial saytinda fiskal id nömrəsi: ********** ilə geydiyyatdan keçirilmişdir və əvəzində ƏDV geri qaytarılması həyata keçirilməyib cavabı daxil olmuşdur. Buna görə xahiş edirəm ki, imtina ilə bağlı açıqlama verəsiniz.
20/07/2020 Прочитано: 51 Средняя стоимость: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Zaur Sultanov Zahid za***@hotmail.com ID: 2287
Təsisçi öz sahibi olduğu torpaq sahəsini nizamnamə kapitalına daxil edib müəssisəsinin nizamnamə kapitalını artırır. Müəssisənin investisiya təşviqi sənədi var və torpaq vergisindən azaddır. Bu halda torpaq vergisindən azad olan bir müəssisənin nizamnamə kapitalını təşkil edən torpaq sahəsinə görə təsisçi fiziki şəxs olaraq bələdiyyəyə torpaq vergisi ödəməlidirmi?
20/07/2020 Прочитано: 219 Средняя стоимость: 4

Bildiririk ki, hüquqi şəxs təsisçi tərəfindən pay şəklində qoyulan, habelə başqa əsaslar üzrə əldə etdiyi əmlakın mülkiyyətçisi hesab olunur.

Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır.

Müvafiq olaraq hüquqi şəxs balansında olan və təsisçinin nizamnamə kapitalına qoyduğu əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) müraciət etməli, əmlaka olan mülkiyyət hüququnu təsdiq etdiməklə əmlak vergisi hesablanaraq dövlət büdcəsinə ödəməlidir.

Müvafiq olaraq hüquqi şəxs balansında olan və təsisçinin nizamnamə kapitalına qoyduğu əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) müraciət etməli, əmlaka olan mülkiyyət hüququ təsdiq etdilməklə müvafiq azadolmadan istifadə edə bilər. 

Sorğunuzda qeyd edilən halda isə DƏDRX-də torpağın mülkiyyətçisi fiziki şəxs olduğu halda, həmin şəxs tərəfindən bələdiyyə büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 205-ci, 206-cı maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsi.

4/5 (5 Средняя стоимость)
Оцените:
Arzu ar***@gmil.com ID: 2556
Mənim niyə fəaliyyətimə icaze verilmir ?
20/07/2020 Прочитано: 41 Средняя стоимость: 0

“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı və bu həmin qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrin siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür (qərarın əlavəsi): 
https://nk.gov.az/media/files/49339ee08e90baca9ebd88f55a5ba958.pdf

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Şahin Azizov sa***@gmail.com ID: 2555
Salam. 11.06.2020 tarixində edvgerial portalına əlavə olunan Fiskal ID: 8HGNvs2ksNip bu günə qədər gözlənilənlər siyahısındadır. Bilmək istəyərdim gecikməsinin səbəbini. Təşəkkür!
20/07/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüseynli Afaq Tofiq af***@gmail.com ID: 2554
Salam. Mən ƏDV-lərin geri alınması prosesində ödəniş zamanı problem yaşayıram. Ödənişi həyata keçirmək üçün mənə 3 dəqiqə ərzində təsdiq kodu gəlməlidir. Lakin bu kod 7-8 saat ərzində gəlir və bu hal dəfələrlə təkrar olunduğu üçün mən ödəniş həyata keçirə bilmirəm. Qeyd:Telefon nömrəmin məxsus olduğu mobil operatorla əlaqə saxlamışam, nömrəmdə, telefon xəttimdə hər hansı problem olmadığı deyilib. Hörmətlə,Afaq Hüseynli
20/07/2020 Прочитано: 30 Средняя стоимость: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Qafulova Aliyə Bəxtiyar qızı ai***@mail.ru ID: 2553
Mən Gerbalayev firması üçün VÖEN açdırmışdım. VÖEN-imi bağlamaq istəyirəm. Mənə köməklik göstərin. Əvvəlcədən çox təşəkkür edirəm.
20/07/2020 Прочитано: 31 Средняя стоимость: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Müvafiq normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Средняя стоимость)
Оцените:
İsayev Elşad Musa oğlu el***@gmail.com ID: 2552
Salam, 2-ci rüb üzrə cari hesablama haqqında arayışını verilmə müddəti 15.07.2020 tarixindən keçdiyi üçün 2-ci rüb arayışının verilməsinə yardımçı olasınız. Nə etməliyik?
20/07/2020 Прочитано: 61 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər, müvafiq arayışı təqdim etmədikləri halda, vergi orqanı cari vergi ödəmələrinin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlar əsasında hesablayır və vergi ödəyicisinə müvafiq bildiriş göndərir.

Əsas: Vergi Məcəlləsinin 67-ci və 151-ci maddələri.  

0/5 (0 Средняя стоимость)
Оцените:
Xalidl Mustafayev xa***@gmail.com ID: 2548
Salam. Mən 05.06.2020 tarixində anamın əməliyyatı üçün nağd yolla 5942 manat əməliyyat pulu ödəmişəm. Kassada işləyən şəxs mədaxil çap forması ilə yanaşı mənə ƏDV çeki də verdi. Mən də öz növbəmdə 90 dəqiqə sonra həmin çeki edvgerial saytına qeyd etdim. Təxmini bir ay sonra həmin çəki ləğv olundu. Yəni ƏDV-mi mənə qaytarmadılar. Xahiş edirəm, mənə köməklik edəsiniz.
20/07/2020 Прочитано: 59 Средняя стоимость: 5

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Səlimov Vüsal Vaqif oğlu vu***@yahoo.com ID: 2271
İcarəyə götürülmüş əmlakdan istifadə zamanı kommunal xərclərlə bağlı vergi qanunvericiliyinin tətbiqi baxımından yaranmış sualların cavablandırılmasını xahiş edirik. Belə ki, icarəyə verən icarəyə verilmiş obyekt üzrə qaz xərclərini “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilmiş elektron qaimə-faktura əsasında ödəyir. Lakin həmin qazdan icarəçi istifadə edir. İcarəçinin bir sıra texniki səbəblərdən rəsmi sayğacı olmasa da, daxili sayğacı var. Yəni ay ərzində istifadə edilmiş təbii qazın həcmini müəyyən etmək mümkün olur. Bu halda: 1) İcarə müqaviləsində müvafiq şərtlər nəzərə tutulmaqla, icarəyə verən icarəçi tərəfindən istifadə edilmiş təbii qaza görə icarəçiyə elektron qaimə-faktura verə bilərmi? Belədə icarəyə verən qeyd edilən əməliyyatın dəyərini gəlirinə və xərcinə hansı qaydada daxil etməlidir? 2) İcarə müqaviləsində müvafiq şərtlər nəzərdə tutulmaqla, “Azəriqaz” İB tərəfindən icarəyə verənə təqdim edilmiş elektron qaimə-faktura üzrə təbii qazın dəyərini icarəçi ödədikdə icarəyə verən və icarəçi tərəfindən həmin məbləğ gəlirə və (və ya) xərcə hansı qaydada daxil edilməlidir?
20/07/2020 Прочитано: 183 Средняя стоимость: 4

İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin icarəçi tərəfindən icarəyə verənə və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, həmin ödənişlər icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bununla yanaşı icarəyə verilmiş obyektin kommunal xərclərinə görə icarəyə verən şəxsə təqdim edilən elektron qaimə-fakturanın təkrar olaraq icarəçiyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

4/5 (4 Средняя стоимость)
Оцените:
Ələddin Haciyev Sələddin ld***@gmail.com ID: 2291
Mən bu 190 manat ala bilməmişəm aprel may aylarında.
20/07/2020 Прочитано: 113 Средняя стоимость: 5

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

5/5 (2 Средняя стоимость)
Оцените:
Mehdi Səfərov Cavanşir me***@inbox.ru ID: 2545
Salam. Biz bilmək istəyirik ki, Asan imza sertifikatını vergi organlarından, yoxsa Asan xidmətdən almalıyıq?
19/07/2020 Прочитано: 35 Средняя стоимость: 0

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
İsmayılov Yusif Natiq oğlu yu***@gmail.com ID: 2540
Salam. e-taxes.gov.az saytında asan imza ilə daxil olduqdan sonra qeydiyyat formu gəldi və doldurdum. Lakin hüquqi ünvanı yanlışlıqla Bakı yazdım. Şəxsiyyət vəsiqəsində isə Naxçıvandır. Şəxsi məlumatlarıma düzəliş edib VÖEN üçün müraciət edə bilmirəm. Zəhmət olmasa köməklik göstərərdiniz
18/07/2020 Прочитано: 33 Средняя стоимость: 0

Bildiririk ki, elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla  bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur. Eyni zamanda, hər hansı səbəbdən vergi uçotu üçün ərizəni elektron qaydada təqdim etmək mümkün olmadıqda "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Sarvan Hacizade Telman sa***@mail.ru ID: 2537
Mən rayon qeydiyyatıyam, rayona gedə bilmirəm. VÖEN var adımda, onu götürmək istəyirəm. Vergi idarəsindən 1 il bundan qabaq açdırmışam, ama götürməmişəm. Vergi idarəsindən onu necə götürə bilərəm?
18/07/2020 Прочитано: 25 Средняя стоимость: 0

Fiziki şəxsin uçotu haqqında şəhadətnaməni poçt ünvanınıza göndərilməsi üçün uçotda olduğunu vergi orqanına müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Allahverdiyev Bəhruz Zahir za***@box.az ID: 2536
Asan imza sertifikatı alınması üçün onlayn növbə götürmək.
18/07/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə qabaqcadan onlayn növbə tutmaqla müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Belə ki, 12 may 2020-ci il tarixindən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nicat Şahmurlu Vasif ni***@gmail.com ID: 2534
Mən sahibkar hesabı üçün VÖEN açdıranda orada dedilər ki, hesaba pul köçən ay 22 manat (pandemiyaya görə) ödəməlisən. Hesaba pul internetdən köçəcək. Mən o 22 manatı pul köçəndən qabaq ödəməliyəm yoxsa sonra? Və haradan və necə ödəyə bilərəm?
17/07/2020 Прочитано: 40 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. Bundan başqa bir sıra fəaliyyət növləri aylıq sabit məbləğdə vergi ödəməklə öhdəliklərini icra edirlər. 

Müraciətinizdə bir sıra məqamların aydın olmadığı üçün, müraciətinizi dəqiqləşdirərək yenidən Sual-Cavab bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените: