Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Tural Kazımov Seymur oğlu. vu***@bk.ru ID: 2741
Salam, çox xahiş edirəm mənə kömək edəsiniz. Mənim başıma bir oyun açıblar. Məni aldadıb qol çəkdiriblər, adıma VÖEN açıblar, sonra şirkətlər açıblar. Tək mən deyiləm dostlarım var, onların da adımıza 4-5 dənə şirkət var, vergi borcları yığılır, həmin adamları da tapa bilmirəm. Çox xahiş edirəm, mənə də dostlarıma da kömək edəsiniz. Dostuma 1 milyon borc gəlib vergidən, bizim heç nədən xəbərimiz yoxdur. Qorxuram bəlkə mənim də borcum var, ya da üstünə düşməsəm, bu işi bağlamasam, şikayət etməsəm mənə də borc gələr. Kimə şikayet edək, polis orqanlarına, yoxsa vergi xidmətinə gedək?
07/08/2020 Прочитано: 50 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-Cavab” rubrikasının məqsədi vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə onların elektron müraciətlərinin cavablandırılması prosesini əhatə edir.

Müraciətinizdə qeyd olunan halın araşdırılması üçün qeydiyyatda olduğunuz vergi orqanına və ya Dövlət Vergi Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Romik Tağıyev Adil ro***@mail.ru ID: 2739
Salam. Biz Şahdağ şirkəti olaraq fəaliyyətimizi 01.06.2020 tarixindən fəaliyyətimizi bərpa etmişik və artıq üç aydır işləyə bilmirik pandemiya səbəbindən. Bizə dövlət tərəfindən maliyyə dəstəyi düşəcəkmi? Müraciət edirik onlayn kargüzarlıqdan, cavab olaraq pəncərə açılır ki, fəaliyyətiniz 01.04.2020 tarixindən sonra başlayıb deyə müraciət edə bilmərsiniz. Necə müraciət edək?
07/08/2020 Прочитано: 38 Средняя стоимость: 0

Bildiririk ki, birinci mərhələdə həm fərdi (mikro) sahibkarlara, həm də pandemiyadan zərər çəkmiş sahədə fəaliyyət göstərən, muzdlu işçisi olan vergi ödəyicilərinə maliyyə dəstəyi göstərilmişdir. Bu zaman fərdi sahibkarlara maliyyə dəstəyi birdəfəlik ödəmə formasında, muzdlu işçilərin əməkhaqqının ödənilməsi isə iki bərabər hissədə iki ay ərzdinə ödənilmişdir. 

Əlavə olaraq, hazrda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilmişdir. 

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. 

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da avqust ayında təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstərilmişdir. 

Vergi ödəyiciləri xüsusi hallar üzrə elektron kabinetləri vasiətsi ilə qeydiyyatda olduqları vergi orqanına müraciət edə bilərlər.

0/5 (0 Средняя стоимость)
Оцените:
ismayilov Mehemmed Feruz Me***@mail.ru ID: 2724
Xahiş edirəm, ləğv edəsiniz. 5 illik bağlamışdım, yenə aktiv olunub. 2020 avqust ayında aktiv olub. 190 manata ehtiyacim var işləmirəm, işsikəm.
06/08/2020 Прочитано: 52 Средняя стоимость: 0

Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Средняя стоимость)
Оцените:
Ceferov Rasim ca***@mail.ru ID: 2716
Salam, birinci ailədən 1 qızım var. Boşanmışam, qanunla aliment ödəyirəm. İkinci ailə qurmuşam, 1 oğlum var. Hal -haıirda sosial evi ipoteka ilə 25 illik götürmüşəm. Mənə ASAN xidmətdən sənəd verilib, o sənəddə ailə tərkibində 4 nəfər yazılıb. Soruşanda 4 niyə? Dedilər o uşağı da yazdılar. Sualım: axı mən bu evi ikinci ailəmlə götürmüşük, aliment də ödəyirəm. Niyə o uşaq ailə tərkibimdə yazılıb? Axi anası harada, uşaq orada olmalıdır. Hal-hazırda 3 nəfərik. Zəhmət olmasa, cavab verərdiniiz.
06/08/2020 Прочитано: 101 Средняя стоимость: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (Çağrı mərkəzi 108) müraciət etməyiniz tövsiyə olunur.  

0/5 (0 Средняя стоимость)
Оцените:
İdrat Abdullayev Fikrət Id***@gmail.com ID: 2715
Salam. Hörmətli vergi nümayəndəsi. Mən fərdi sahibkar, VÖEN sahibiyəm. Özümə təndir sexi açmaq istərdim. Zəhmət olmazsa, bunun qanun səviyyəsində etmək üçün nə lazım olduğunu mənə bildirərdiniz. Öncədən təşəkkürlər.
06/08/2020 Прочитано: 53 Средняя стоимость: 0

Bildiririik ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır. Vegrgi uçotuna alındıqdan sonra, təsərrüfat subyekti (obyekti) vergi orqanında qeydiyyata alınmalı və nəzarət-kassa aparatı quraşdırılmalıdır. 

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 220.1-ci maddəsində göstərilən dərəcə ilə hesablanan sadələşdirilmiş verginin sadələşdirilmiş verginin məbləği 50 faiz azaldılır.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 33-cü, 34-cü, 218-ci, 220-ci, 222-ci, 224-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədov Zahid Cəmil oğlu za***@mail.ru ID: 2706
17.07.2020 il tarixli saat 16.15.20 Fiskal İD 0pb93rTN8tTt nömrəli çek EDvgerial saytında tapılmadı.
06/08/2020 Прочитано: 32 Средняя стоимость: 0

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur.

Qeyd: Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri bu məqam olar bilər.

0/5 (0 Средняя стоимость)
Оцените:
Valeh Alquluyev Alqulu va***@yahoo.co.uk ID: 2700
Salam. Mən fərdi sahibkaram VÖEN2004512042. Pandemiyadan zərərçəkmiş mikrosahibkarlara nəzərdə tutulan AZN 250-ni almaq üçün zəhmət olmazsa deyərdiniz hara və necə müraciət etməliyəm? Hörmətlə, Valeh
06/08/2020 Прочитано: 34 Средняя стоимость: 0

Bildiririk ki, birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstərilir. Maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Vahid Osmanov Valeh oğlu va***@socar.az ID: 2699
Salam mən onlayn növbə üçün qeydiyyatdan keçə bilmirəm xahiş edirəm kömək edin.
06/08/2020 Прочитано: 32 Средняя стоимость: 0

Bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Orxan Quliyev q.***@yahoo.com ID: 2511
Salam. Əmək qabiliyyətinin itirilməsinə görə hesablanmış müavinət (xəstəlik pulu) məbləğindən işsizlikdən sığorta haqqının tutulub-tutulmaması ilə bağlı hansı qanuni əsas vardır ?
05/08/2020 Прочитано: 225 Средняя стоимость: 4

Bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən, əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir. Əməkhaqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Qeyd edilənlərə əsasən, əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

4/5 (7 Средняя стоимость)
Оцените:
Orxan Quliyev q.***@yahoo.com ID: 2510
Hamiləliyə və doğuma görə Dövlət Sosial Sığorta Fondu tərəfindən ödənilən müavinətdən gəlir vergisi hansı əsasa görə tutulmur?
05/08/2020 Прочитано: 138 Средняя стоимость: 5

Bildiririk ki, hamiləliyə və doğuma görə müavinət “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət müavinətlərinə aid edilərək Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən gəlir vergisindən azad olunur.

Əsas: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanununun 6-cı maddəsi.

5/5 (1 Средняя стоимость)
Оцените:
Kamil ka***@gmail.com ID: 2509
Salam. A müəssisəsi gəlirlərin və xərclərin ucotu üçün seçdiyi metod hesablama metodudur. 2019-ci il dekabr ayında B müəssisəsi A müəssisəsinə müqavilə əsasında yük daşıma ilə bağlı ekspedisiya xidməti göstərib. B müəssisəsi və A müəssisəsi 2019-ci il dekabr ayında görülən xidmət haqqında aralarında akt baglamışdılar. B müəssisəsi 2019-ci il dekabr ayında görülən xidmət ücün A müəssisəsinə 2020-ci ilin fevral ayında EQHF təqdim edib (EQHF-da dövr qeyd edilib dekabr 2019-ci il). 2019-ci il dekabr ayında A müəssisəsi C müəssisəsinə müqavilə əsasında yük daşıma ilə bağlı ekspedisiya xidməti göstərib. A müəssisəsi və C müəssisəsi 2019-ci il dekabr ayında ayında görülən xidmət haqqında aralarında akt baglamışdılar. A müəssisəsi 2019-ci il dekabr ayında görülən xidmət ücün C müəssisəsinə 2020-ci ilin fevral ayında EQHF təqdim edib (EQHF-da dövr qeyd edilib dekabr 2019-ci il). Sualım A müəssisəsi bu məsələ ilə bağlı gəlirləri və xərcləri hansı ilə aid etməlidir 2019-cu ilə və ya 2020-ci ilə. Əvvəlcədən təşəkkür edirəm.
05/08/2020 Прочитано: 132 Средняя стоимость: 5

Bildiririk ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Eyni zamanda, vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.

Müraciətinizdə göstərilən xidmətlər dekabr ayında təqdim olunduğu üçün bu vaxt vergi ödəyicisi tərəfindən gəlir almaq hüququnun əldə edildiyi vaxt hesab olunur və bu, həmin ilin mənfəət vergisi bəyannaməsində əks olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 134-cü və 135-ci maddələri.

5/5 (4 Средняя стоимость)
Оцените:
Bədəlova Aynur Zahid qızı se***@gmail.com ID: 2695
Salam. Mənə 4 avqust vergiler195 dən mesaj gəlib. Mesajda qeyd olunmuşdur ki, vöeninizdə yeni mesaj var. Ancaq biz vöeni 2017ci ildən 13 iyundan bağlatdırmışıq 5 illik. Bu mesaj niyə gəlib bizə axı vöen bağlıdır. Və mesaj nə olar bilər.? Mən mesajı oxuya bilmirəm. Dünən,bugün qaynar xəttə zəng eləmişəm və mənə operator deyirki təmsilçimiz sizi yaddan çıxartmayıb. Ancaq heç bir cavab gəlmədi. Virusa görədə idarəyə yaxınlaşa bilmirəm. Xahiş edirəm sualımı cavablandırasınız,çünki çox narahatam.
05/08/2020 Прочитано: 39 Средняя стоимость: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əli Əlisahab Oğlu Haciyev va***@gmail.com ID: 2694
Salam mən bərbər işləyirəm, vergi ödəyicisiyəm. Məndə 250 manat yardım ala bilərəm və bunun uçun nə etməliyəm?
05/08/2020 Прочитано: 34 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə 250 manatdan 5 000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, hazırda birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi həyata keçirilir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Zülfüqarov Rəhman Lətif oğlu sa***@mail.ru ID: 2688
Yazıb sizdən xahiş edirəm, mən Goranboy rayonunda Yeni qəsəbədə qeydiyatda olsamda Bakı şəhərində yaşayıram. Mən 2016-ci ildə Kəlbəcər rayon vergi idarəsinə müraciət edərək VÖEN açdırdım ki, işsizliyimizi aradan qaldıraq. Lakin bizə verilən vədlərin heç biri baş tutmadı. Biz bu VÖEN vasitəsi ilə heç bir nəticə əldə edə bilmədik. Bu VÖEN-in açıq qalması məni bütün dövlət yardımından məhrum edib. Karantin qaydalarına görədə biz regionlara gələ bilmirik. VÖEN-imi və bütün şifrələri itirmişəm, onun üçündə elektron qaydada ləğv edə bilmirəm. İndi məndən qəti olaraq vöönün bağlanmasını tələb edirlər ki mən işsiz kimi hər hansı bir işlə məşğul ola bilim. Sizdən çox-çox xahiş edirəm hazır ki durumu nəzərə alıb mənim adıma olan VÖEN-in ləğv edilməsinə köməkdarlıq edəsiniz. Əvvəlcədən sizə minnətdarlığımı bildirirəm.
05/08/2020 Прочитано: 32 Средняя стоимость: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Sultanova Ramilə Mövlud ra***@live.ru ID: 2504
Salam! Mənə mesaj gəlib: Sizin (VOEN: 1306626412) Internet Vergi Idaresinde olan elektron qutunuzda 4 ədəd oxunulmamış sənədiniz vardır. Mən bu mesajlara hara girib baxa bilərəm?
05/08/2020 Прочитано: 68 Средняя стоимость: 5

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rəşad Əliyev Nizami ra***@mail.ru ID: 2497
Hüquqi şəxs mənfəət vergisin hesablayanda gəlirin əldə edilməsi ilə bağlı cəkilən xərclər üzrə hansı sənədlər nəzərə alınır? Əvəlcədən təşəkkür.
05/08/2020 Прочитано: 162 Средняя стоимость: 5

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.

Müvafiq olaraq, vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı müvafiq elektron qaimə-faktura verilir, malların sahibkarlıq subyektlərindən alışı qanunvericiliklə müəyyən edilmiş sənədlərlə (elektron qaimə-fakturalar, elektron vergi hesab-fakturalar, idxal gömrük bəyannamələri, müqavilələr və s.) təsdiqlənir, vergi uçotunda olmayan (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) ayrı-ayrı fiziki şəxslərdən alışı “Malların alış aktı” ilə sənədləşdirilir və  həmin aktda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatları (FİN, seriyası və nömrəsi) əks etdirilir.

Göründüyü kimi, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən çəkilmiş xərclər ilkin uçot sənədləri əldə edilməklə rəsmiləşdirilməlidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır.

Eyni zamanda bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 58.8.-ci, 71-1-ci, 108-ci, 109-cu və 130.1-ci maddələri.

5/5 (4 Средняя стоимость)
Оцените:
Əliyev Rəşad Bahəddin Ra***@gmail.com ID: 2377
Salam 05.07.2020 tarixli fiksal İD :GRUBMh7jtBFD-328 azn. Qubadan alış veriş etmişən lakin çek səhv göstərir. (Satıcı ƏDV ödəyicisi deyil) səhvin yazır. Zəhmət olmasa köməklik edin.
04/08/2020 Прочитано: 88 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Qeyd olunanlara əsasən ƏDV ödəyici olmayan satıcılar tərəfidən satılan mal və xidmətlərə ƏDV hesablanmadığından, ƏDV-nin qaytarılması mümkün deyil.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Средняя стоимость)
Оцените:
Memmedova Zeyneb Elman ze***@inbox.ru ID: 2375
Mən VÖEN-imi təcili bağlatdırmaq istəyirəm. Onlayn növbə götürə bilmirəm. Yazılır fin kod məlumatlara uyğun deyil. Ancaq əminliklə deyə bilərəm, dəqiq qeyd edirəm. Xahiş edirəm mənə kömək edin, təcili bağlansın VÖEN.
04/08/2020 Прочитано: 91 Средняя стоимость: 0

Bildiririk ki, elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində elektron xidmətin istifadəçisi şəxsiyyətini təsdiq edən sənədin növünü seçir. Elektron xidmətin istifadəçisi Azərbaycan Respublikasının vətəndaşı olduğu halda “ŞƏXSİYYƏT VƏSİQƏSİ” xanası xanası seçilir.Şəxsiyyətini təsdiq edən sənədin növü seçildikdən sonra “FİN” xanasına şəxsiyyəti təsdiq edən sənədin FİN kodu daxil olunur. 

Onlayn növbəyə yazılmaq üçün elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində “Adı” xanasına öz adını, “Soyadı” xanasına öz soyadını və “Atasının adı” xanasına öz atasının adı şəxsiyyəti təsdiq edən sənəddə olduğu kimi latın əlifbası ilə və baş hərflər ilə qeyd olunur. Qeyd olunan məlumatların daxil edilməsi zamanı rəqəm, nida işarələrindən istifadə olunmamalıdır, “ATASININ ADI” xanasında ata adından sonra “QIZI” və ya “OĞLU” qeyd olunmalıdır (proqram təminatında məhdudiyyətlər mövcuddur).  Daxil edilmiş FİN ad, soyad və ata adı məlumatlarına uyğun olmalıdır, əks halda onlayn növbəyə yazılmaq mümkün olmayacaq.

Həmçinin bildiririk ki, vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Turqut Azad tu***@gmail.com ID: 2356
Mən İnfometrıx MMC -ni 3 illik fəaliyyətini 31.05.2020-ci ilə qədər dayandırmışdım. 01.06.2020-ci il tarixdən yenidən fəaliyyəti dayandırdim. Sualim ondan ibarətdir ki, mən mənfəət haqqında bəyannamə verməliyəm?
04/08/2020 Прочитано: 70 Средняя стоимость: 0

Bildiririk ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələr vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Müraciətinizdə qeyd olunan halda, vergi ödəyicisinin fəaliyyəti aktivləşmədiyi üçün vergi orqanına bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 149-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Şəmsiyyə Məmmədova Vasif sh***@yahoo.com ID: 2680
Salam. Vergi xidmətinə işə qəbul üzrə imtahan vaxtını bildirmənizi xahiş edirəm.
04/08/2020 Прочитано: 32 Средняя стоимость: 0

Bildiririk ki, elan edildiyi kimi,  Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqənin keçirilməsi sentyabr ayınadək təxirə salınmışdır. Müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişiklik olarsa, bu barədə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində əlavə məlumat yerləşdiriləcək. Hazırda imtahanla bağlı yeni məlumat olmadığından,  hər hansı məlumatın verilməsi imkan xaricindədir.  

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə rəsmi qaydada müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените: