Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Bağırov Zahid Gülhəsən oğlu za***@gmail.com ID: 2547
Müəssisənin vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 ay ərzində 200000 manatdan artıq olduduğuna görə növbəti ayın yəni 01 iyul 2019 cu ildən ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata düşüb. 01.07.2019-ci il tarixdən 01.07.2020 ci il tarixədək heç bir fəaliyyət olmayıb. Bu dövrlər üçün Vergi orqanlarına ƏDV hesabatları fəaliyyətsiz kimi təqdim olunub. Bilmək istəyirəm ki, müəssisə 1 ildən sonra yəni 01.07.2020 ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan çıxa bilər ya yox?
14/08/2020 Прочитано: 153 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, Vergi Məcəlləsinin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Müraciətinizdə qeyd olunan müəssisə ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması ilə bağlı qeydiyyatda olduğu vergi orqanına müraciət edə bilər.

Əsas: Vergi Məcəlləsinin 158-ci maddəsi.

5/5 (3 Средняя стоимость)
Оцените:
Zaur Haji-zada Isa za***@bk.ru ID: 2533
Salam. Bir müddət öncə sweetchefskincare.com veb səhfədə onlayn alış-veriş etdim və məbləğə 18% ƏDV tətbiq olundu. Bank ilə əlaqə saxladıqda qeyd etdilər ki, bu veb səhifə kompüter üçün proqram təminatı həyata keçirdiyi üçün bu vergi tutuldu. Halbuki, bu səhifə üz qulluğu vasitələri satır. Beləliklə, səhv ucbatından əlavə ödəməli oldum. Xahiş edirəm, bu yalnışlığa açıqlama verin. Karantin dövründə insanlara onlayn alış-veriş etməsində bele problemlər yaradılır.
14/08/2020 Прочитано: 115 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda, elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

5/5 (2 Средняя стоимость)
Оцените:
Vəsilə Kərimova Əli qızı va***@eqm.az ID: 2620
1. Müəssisənin işçiləri çöl şəraitində işə cəlb olunur. Misal üçün Şəmkir rayonu ərazisində çöl şəraitində ayın 18 günü işləmişdir. Gündəlik xərci və mehmanxana xərcini təsdiq edən sənəd təqdim olunmadıqda ezamiyyə xərci necə hesablanmalıdır? 2. Əgər gündəlik normadan artıq xərc ödənilərsə həmin xərclər məcburi sosial sığortaya cəlb olunurmu? Əvvəlcədən minnətdaram
14/08/2020 Прочитано: 196 Средняя стоимость: 4

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri sosial sığorta haqqına cəlb olunmur.

Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin məcburi dövlət sosial və işsizlikdən sığorta haqları hesablanan gəliri hesab edilmir və məcburi dövlət sosial və işsizlikdən sığorta haqları hesablanmır. 

Əlavə olaraq bildiririk ki, ezamiyyənin rəsmiləşdirilməsinə dair izahatın verilməsi Dövlət Vergil Xidmətinin səlahiyyətlərinə aid olmadığından, ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

 

4/5 (3 Средняя стоимость)
Оцените:
Cabbarov Nazim Nizam nc***@gmail.com ID: 2844
Salam. Hər vaxtınız xeyir müraciətim, ondan ibarətdir ki, 21.07.2020 ci ilde 6 saylı Vergilər İdarəsində adıma VÖEN Açılıb, amma mən bu barədə həmin orqana nə yazılı, nə şifahi, nə də elektron qaydada müraciət etməmişəm. Qeydiyyatım Lənkəran rayonuna olsa da, hal-hazırda Sumqayıt şəhərində yaşayıram 8 aydan çoxdur ki, Lənkəran rayonuna bele getməmişəm. Bu məsələ ilə bağlı mənə yardımçı olmağınızı istərdim. Öncədən təşəkkür.
14/08/2020 Прочитано: 34 Средняя стоимость: 5

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Nicat Qabulov Haqverdi oğlu pa***@mail.ru ID: 2843
Salam! Fərdi sahibkarlara dövlət dəstəyindən yararlanmaq üçün təkrar müraciətə ehtiyac varmı? Təşəkkürlər!
14/08/2020 Прочитано: 36 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi həyata keçirilməkdədir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmur.

0/5 (0 Средняя стоимость)
Оцените:
İbrahimova Svetlana ma***@mail.ru ID: 2842
Salam. Bəzi satış yerlərində ƏDV-ni geri almaq üçün olan çeklərdə səhvlik var. Lökbatanda aptekdə nə qədər çək veriblər, amma onların ƏDV-si olsa da, fiskal İD tapmır, proqram skan edə bilmir. Lökbatandakı Vita aptek belə hallar olur. Bu barədə kimə müraciət olunmalıdır.
14/08/2020 Прочитано: 39 Средняя стоимость: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
İslam Şalbuzov Şakir is***@mail.ru ID: 2571
“A” şirkəti rezident olaraq xaricidən mal idxal edir və bu zaman malların daşınması qeyri-rezident tərəfindən həyata keçirilir. Həmçinin malların satışını Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazə olan, vergi ödəyicisi olmayan qeyri-rezidentə məxsus icarəyə götürülmüş obyekt vasitəsi ilə həyata keçirilir. Bu zaman nəqliyyat şirkəti olan qeyri-rezidentə və obyekti icarəyə verən qeyri-rezidentə qarşı Vergi Məcəlləsinin 169-cu maddəsi tətbiq olunmalıdırmı və bu qeyri-rezidentlərdən hansı vergilər tutulmalıdır?
14/08/2020 Прочитано: 157 Средняя стоимость: 5

Bildiririk ki, qeyri-rezidentə beynəlxalq daşıma xidməti ilə ödənilən vəsaitdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu barədə vergi orqanına bəyannamə təqdim edilməlidir. Qeyd olunan xidmətə görə ödənişlər ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.

Fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

Eyni zamanda, fiziki şəxsin icarə haqqından gəliri qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunmaqla ƏDV-nin vergitutma obyektini təşkil etmir. Fiziki şəxs dedikdə, Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslər nəzərdə tutu.

Əsas: Vergi Məcəlləsinin 13.2.3-cü, 13.2.16.17-ci, 99.3-cü, 13.2.33-cü, 125.1.4-cü, 159-cu və 165.1.4-cü maddələri.

5/5 (3 Средняя стоимость)
Оцените:
Yusifov Həmid ha***@gmail.com ID: 2840
Salam. 04.08.2020 ci il tarixdə "Zeytun Pagrmaceuticals" MMC (VÖEN 1701688171) şirkətindən bizə verilən 3 ədəd kassa çekini (13:24:22 13:24:42 13:25:11 saatlarda) ƏDV geri al saytında qeydiyyata salmaq istədikdə çek tapımadı mesajı alırıq. Bu problemin həllində bizə kömək etmənizi xahiş edirəm.
13/08/2020 Прочитано: 43 Средняя стоимость: 4

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

4/5 (2 Средняя стоимость)
Оцените:
Tapdıq, Həsənov, Seyran ta***@mail.ru ID: 2839
Hörmətli Vergi orqanının əməkdaşları salam, Sualımı ətraflı cavablandırılmasını Sizdən xahiş edirəm. Vergi ödəyicisi yeni bir internet mağazası açıb, malların pərakənda satışını yalnız internet üzərindən (onlayn) həyata keçirmək istəyir. Qeyd edilən mağaza malların alışını yalnız idxal vasitəsilə və satışını yalnız internet üzərindən həyata keçirəcək. Pərakənda satış zamanı pul vəsaitləri yalnız nağdsız qaydada mağazanın bank hesabına köçürüləcək. Bu mağazadan internet vasitəsilə sifariş verərərək mal almış və malın dəyərini elektron ödəniş sistemi vasitəsilə (Milliön,hesab.az və s.) ödəmiş şəxsə (yalnız Azərbaycan Respublikasının vətəndaşlarına) ödəniş barədə hansı sənəd təqdim edilməlidir?
13/08/2020 Прочитано: 94 Средняя стоимость: 3

Bildiririik ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır. Vergi uçotuna alındıqdan sonra, təsərrüfat subyekti (obyekti) vergi orqanında qeydiyyata alınmalı və nəzarət-kassa aparatı quraşdırılmalıdır. 

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Sorğunuzda qeyd olunan halda, alıcılar tərəfindən sifariş verilmiş mallar həmin şəxslərə təqdim edilərkən, NKA çeki də təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi, və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

3/5 (2 Средняя стоимость)
Оцените:
Yusifov Mahmud Fəxrəddin ma***@gmail.com ID: 2557
30.05.2020-ci il tarixində Baku Medical Plaza klinikasinda 2050 man ödəniş etdim və mənə fiskal İD kodlu çek təqdim olundu. Mən həmin çeki portalda daxil etdim və geri qaytarılmasını gözləyirdim. 1 ay kecdikdən sonra həmən çek ləğv olundu. Xahiş edirəm bu barədə araşdırma aparasınız.
13/08/2020 Прочитано: 104 Средняя стоимость: 5

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Zərinə Həsənova Tosif qızı nd***@gmail.com ID: 2647
Salam. Mənim xəbərim olmadan adıma VÖEN (3701226222) açılıb. Kim açıb, necə açıb, nə vaxt olub məlumatım yoxdur. Bu hal barədə məlumat verməyinizi xahiş edirəm. Bildirmək istəyirəm ki, hal hazırda işsizəm və 2 ay sosial yardım almışam. Hər halda yeni açılıb VÖEN, əks halda sosial yardımı da ala bilməzdim. Xahiş edirəm, bu barədə məlumat verəsiniz.
13/08/2020 Прочитано: 152 Средняя стоимость: 3

Bildiririk ki, Həsənova Zərinə Tosif qızı (VÖEN 3701226222) vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin 13 avqust 2020-ci ilt tarixinə olan məlumatlarına əsasən fəaliyyəti dayandrılmışdır.

Həmçinin. bildiririk ki, fiziki şəxsin vergi uçotu vergi ödəyicisi tərəfindən imzalanmış müvafiq ərizə və şəxsiyyəti təsdiq edən sənədin surəti əsasında həyata keçirilir. Vergi uçotunuz haqda əlavə məlumatları, qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 30-cu, 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

3/5 (2 Средняя стоимость)
Оцените:
Səkinə Nuriyeva Pirməmməd Ne***@list.ru ID: 2614
Salam. Mən pandemiya ilə əlaqədar güzəştli kreditlər üçün müraciət etmişdim. Qeyd etdiyim bank mənə yüksək faiz ilə kredit təklif etdi. Başqa banka necə müraciət edim? Müraciət etmək istəyəndə, sizin müraciətiniz mövcuddur yazılır.
13/08/2020 Прочитано: 92 Средняя стоимость: 5

Bildiririk ki, sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması məqsədilə dövlət zəmanətli kreditlərin əldə olunması üzrə müraciət proseduru Elektron Kredit Platforması (www.e-edf.gov.az) vasitəsilə həyata keçirilir. Sahibkarlıq subyektlərinə dövlət zəmanəti ilə biznes kreditlərinin alınması üçün eyni vaxtda 3 müvəkkil kredit təşkilatını seçmək hüququ verilir. Müraciətinizdə qeyd olunan, proqram təminatı ilə bağlı məhdudiyyət aradan qaldırılmışdır və sahibkarların eyni vaxtda digər kredit təşkilatlarına müraciət etmək imkanı təmin edilmişdir. 

Eyni zamanda bildiririk ki, fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyektinin müraciəti üzrə kreditin verilməsindən imtina edilərsə, sahibkarlıq subyekti qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra, həmin və ya digər müvəkkil kredit təşkilatları vasitəsi ilə yenidən müraciət edə bilər. 

Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dəstək tədbirləri barədə ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (www.edf.gov.az) və ya Sahibkarlara Xidmət Mərkəzinə zəng edərək (telefon: +994 12 310 23 00) əldə edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Mehdi Əsgərov Vüqar me***@mail.ru ID: 2639
Salam. Mən Məşğullugda bir neçə ay işləmişəm. Hər ay vaxtı vaxtında 270 manat aldığım maaşın 70-80 manatını vergilərə ödəmişəm. Halbuki, staj yazılmır. Bir neçə ay bundan qabaq işdən çıxmışam, aldığım maaş qane etmədiynə görə. Mən işləmirəm, mənə vergilərdən borc gəlib. Bir baxın da, görün bu adam işləyir, işləmir. Boş-boşuna hər ay borcu doldurursunuz ora. Kapitalda basabas olduğuna görə VÖEN-i də bağlatdıra bilmirəm. VÖEN-ə görə də 190 manat ala bilməmişəm. Durub hələ bir üstünə borc da gəlir. 190 manat, verilərdi, vergi borcumu ödəyərdim. İşsiz, gücsüz adamam. Yalandan borcu doldurmusunuz ora, imkan da yoxdur ödəməyə.
13/08/2020 Прочитано: 83 Средняя стоимость: 0

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. 

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abbas Kazımov ab***@gmail.com ID: 2836
Salam hər vaxtınız xeiyr olsun. Şikayətim Səbail rayonu Bayıl qəsəbəsində yerləşən apteklə bağlıdır. Əgər istənilməsə, çek vermir. Çek istəyəndə də, elə çek verir ki, heç nə aydın yazılmayıb. Çeki oxumaq olmur. Bakı şəh, Səbail ray, Əhəd Yaqubov ev 6. Zəhmət olmasa, bu məsələyə baxılsın. Çekdə fiskal ID oxunmur, QR kodu da oxumaq olmur. Təkcə bu aptek deyil. Bayıl qəsəbəsində bir çox apteklərdə çeklə bağlı problemlər var.
13/08/2020 Прочитано: 31 Средняя стоимость: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nurlan Veliyev ve***@gmail.com ID: 2832
Salam. Mən Azərbaycan Memarlıq və İnşaat universitetinin " Sənayenin təşkili və idarə edilməsi ixtisasının" Tikinti İqtisad fakültəsini bitirmişəm. Vergiyə imtahan vermək üçün ixtisasım uyğun gəlir?
13/08/2020 Прочитано: 33 Средняя стоимость: 5

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Vüsal Səlimov vu***@yahoo.com ID: 2634
Salam. Balığın pərakəndə satışı ilə məşğul olan hüquqi şəxs həmin məhsulları Azərbaycanın göl və çaylarında balıq tutan şəxslərdən alış aktı vasitəsilə ala bilərmi? Və bu halda balıq məhsulları hansı kateqoriya mal hesab edilir? - kənd təsərrüfatı məhsulu və s.? Əvvəlcədən təşəkkür.
13/08/2020 Прочитано: 252 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışının rəsmiləşdirilməsi zamanı mətbəədən sifariş olunmuş alış aktlarından istifadə olunmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu qeyd olunmuşdur.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2008-ci il 14 noyabr tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “İqtisadi fəaliyyət növləri təsnifatı”na əsasən balıqçılıq və balıqyetişdirmə kənd təsərrüfatı fəaliyyəti sahəsinə aid edilməyərək müstəqil iqtisadi fəaliyyət sahəsi kimi təsbit olunduğuna görə bu maddə balıqçılıq və balıqyetişdirmə sahəsinə şamil edilmir.

Qeyd olunanlara əsasən bildiririk ki, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci, 101.6-cı, 150.1.14-cü, 150.3-4-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsi, Dövlət Statistika Komitəsinin 2008-ci il 14 noyabr tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “İqtisadi fəaliyyət növləri təsnifatı.

0/5 (0 Средняя стоимость)
Оцените:
Salmanov Mehman Süleyman oğlu qa***@mail.ru ID: 2633
Mallar malgöndərənə qismən qaytarılarkən həmin ayda ƏDV bəyannaməsinin dəqiqləşdirmə bölməsində qaytarılam malın dəyərində dövrüyyə artırılır və əvəzləşmiş ƏDV büdcəyə qaytarılır. Qaytarılan malın dəyəri qədər malgöndərənə borc azaldığından, sonra alınan malın dəyəri qaytarılan mal qədər az ödənilir və alınmış qaimə tam məbləğdə əvəzləşdirilmir. Bəs yaranan bu fərq necə tənzimlənir?
13/08/2020 Прочитано: 210 Средняя стоимость: 0

Bildiririk ki, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, Vergi Məcəlləsinin 174.2-ci və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. 

Bu halda, malların geri qaytarılmasını həyata keçirən vergi ödəyicisi tıərəfindən "Əlavə dəyər vergisi bəyannaməsi"nin 324 kodlu “Əvəzləşdirilən əməliyyatların AZALDILMASINA görə ƏDV-nin bərpa edilən məbləği” sətrinin “Ödənilmiş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda əvəzləşdirilməsi azaldılan dövriyyə məbləği ƏDV-siz, “Əlavə dəyər vergisi məbləği” sütununda isə əvəzləşdirilməsi azaldılan dövriyyənin ƏDV məbləği yazılır.

Həmçinin, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi tərəfindən alınmış mallar geri qaytarıldığı halda, malları qaytaran alıcı tərəfindən malları təqdim edən qarşı tərəfə malların qaytarılması barədə elektron qaimə-faktura təqdim edilir. Malların qaytarılması zamanı tərtib edilən elektron qaimə-fakturada malların zay və ya xarab olması, son istehlak müddətinin bitməsi, yaxud satışa yararlı vəziyyətdə olması barədə qeyd aparılmalıdır.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 163-cü maddələri, Azərbaycan Respublikası Vergilər nazirinin 10.01.2020-ci il tarixli 1917040101750800 №-li Əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abdul Salmanov Fərman ab***@sigortala.az ID: 2664
Salam, təqaüdə çıxmış vətəndaş (66yaş) şirkətə rəhbər vəzifəyə götürüldükdə ona görə büdcəyə Dsmf ödənişi(MDSS, işsizlik) ödənilməlidirmi?
13/08/2020 Прочитано: 104 Средняя стоимость: 5

Bildiririk ki, əmək müqaviləsi (kontraktı) ilə işləyən pensiyaçılarla bağlı sosial və işsizlikdən sığorta haqqında qanunvericilikdə azadolma nəzərdə tutulmamışdır. Həmin şəxslərə ödənilən əməkhaqqından ümumi qaydada məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları hesablanaraq tutulmalı və vergi orqanına hesabat təqdim edilməlidir.

Əsas: "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının 30 iyun 2017-ci il tarixli 765-VQ nömrəli Qanunu.

5/5 (1 Средняя стоимость)
Оцените:
Ruslan Mammadov Ru***@icloud.com ID: 2830
Salam. Sualım evdgerial movzuya ayid olacaq. Marketlərdə və mağazalarda alış veriş edəndə fikir vermişəm ki, bir neçə məhsula vergi tutulmur. Mənə maraqlıdır, mağazalardakı mallardan hansılar ədvdən azad olunur?
13/08/2020 Прочитано: 43 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Eyni zamanda, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Alınan mallar və xidmətlər ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda ƏDV hesablanmadığı üçün, ƏDV-nin qaytarılması mümkün deyil. 

ƏDV-dən azad olan malların, iş və xidmətlərin siyahısı ilə Vergi Məcəlləsinin 164-cü maddəsində tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 164-cü, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyeva Nazilə Yəhya na***@gmail.com ID: 2559
Xahiş edirəm, deyəsiniz vergi üzrə bütün növ hesabatlara faiz hesablanır və tutulur? Deyəsən Covid-19 ilə bağlı verginin öz sərəncamı ilə faiz hesablanmamalı idi. Yoxsa bu düz informasiya deyil. Şəxsi vərəqələrdə bunu izləyə bilərsiniz. İstərdim biləm, düz və ya səhv məlumatdır.
13/08/2020 Прочитано: 83 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə vergilərin Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə bu Məcəllənin 59.1-ci maddəsi ilə müəyyən edilmiş faizlərin hesablanması 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək dayandırılır. Dayandırılmış müddət Məcəllənin 59.2-ci maddəsində faizlərin hesablanması üçün müəyyən edilmiş 1 illik müddətə daxil edilmir.

Fəaliyyət sahəninz Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyət sahələrinə aid olduğu və faizlərin hesablandığı halda, qeydiyyatda olduğunuz vergi orqanına bununla bağlı müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 222.5-ci və 224.7-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените: