Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Ağa Muradov sa***@gmail.com ID: 2630
Taksi fəaliyyəti ilə məşğul olmaq istəyirəm. VÖEN açmalı, asan imza almalıyam? Təşəkkürlər
13/08/2020 Прочитано: 140 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Eyni zamanda bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda bir sıra kateqoriya fiziki şəxslərin sosial sığorta yükünün azaldılması  məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna əlavə və dəyişikliklər edilmişdir. 

Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sadələşdirilmiş verginin məbləği 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətində taksi ilə sərnişin daşınması üzrə 1 ədəd nəqliyyat vasitəsi üçün 9 manatdan 4,5 manata azaldılmışdır. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs 4.5 manata 2.0 əmsal tətbiq etməklə, 9 manat aylıq vergi məbləğini ödəməlidir. 

“Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği 02.06.2020-ci ildən 01.01.2026-cı ilədək minimum aylıq əməkhaqqının 25 faizindən 6 faizinə endirilmişdir. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 2 əmsal tətbiq etməklə hər ay üçün 30 manat sosial sığorta haqqı ödəməlidir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 222-ci, 223-cü, 224-cü maddələri,"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VIQD nömrəli  Qanunu, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının  8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Qanunu.

5/5 (3 Средняя стоимость)
Оцените:
Əmir Əsədov Vaqif em***@gmail.com ID: 2637
Salam, Yaşadığım ünvanda mühafizə xidmətinin qurulması üçün "Alyans-A-Ltd" MMC vöen nömrəsi 1400830681 şirkətinin adından bina sakini olan Mirzəzadə Akif Əli oğlu sakinlərin avtomobillərin mühafizəsi üçün xidmət müqaviləsin bağlanılmalı olduğu təqdirdə müqavilə bağlamaqdan boyun qaçırır. Vergi xidmətinin elektron xidmətindən istifadə edərək sözügedən vöen kodunu yoxladım və 2100.35 azn borcu olduğunu eləcədə mühafizə xidməti ilə bağlı AR DİN-dən xüsusi icazə almalı olduğunu öyrəndim. Sizdən xahişim , "Alyans-A-Ltd" MMC vöen nömrəsi 1400830681 şirkəti fəaliyyətinin dayandırıb dayandırmaması barədə məlumat əldə edilməsinə köməklik etməyinizdir. Hörmətlə Əmir Əsədov
13/08/2020 Прочитано: 72 Средняя стоимость: 5

Bildiririk ki, "ALYANS-A-LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN 1400830681) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən müəssisə tərəfindən fəaliyyətinin dayandırılması ilə əlaqədar müraciət daxil olmamış və hazırda fəaliyyəti aktiv hesab olunur.

Eyni zamanda bildiririk ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Vəfa Quliyeva Nahad qızı vk***@yahoo.com ID: 2661
Sizə pandemiya ilə bağlı məsələ ilə müraciət etmişdim. Məsələ həll olundu. Narahatçılığa görə üzr istəyirəm. Ancaq öyrənmək istərdim ki, ikinci ödəniş olacaq yoxsa yox. Çünki məktubda yazilmışdı ki, ikinci dəfə müraciət etməyə ehtiyac yoxdur. Ayrılmış vəsaitin ikinci hissəsinin bir ay sonra hesabıma köçürüləcəyi qeyd edilmişdi.
13/08/2020 Прочитано: 73 Средняя стоимость: 4

Bildiririk ki, birinci mərhələdə həm fərdi (mikro) sahibkarlara, həm də pandemiyadan zərər çəkmiş sahədə fəaliyyət göstərən, muzdlu işçisi olan vergi ödəyicilərinə maliyyə dəstəyi göstərilmişdir. Bu zaman fərdi sahibkarlara maliyyə dəstəyi birdəfəlik ödəmə formasında, muzdlu işçilərin əməkhaqqının ödənilməsi isə iki bərabər hissədə iki ay ərzdinə ödənilmişdir. 

Əlavə olaraq, hazrda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilmişdir. 

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. 

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir. 

4/5 (3 Средняя стоимость)
Оцените:
Tale Bəhmən oqlu Je***@mail.ru ID: 2618
Sosial yardım Lənkəran rayon Səpnəkəran kəndində ancaq milyonerlər alır. İki kamazı olan da alır, Rusiyada dəb kimi pul alan alır, işləyənlər alırlar. Kasıblara da baxın da bir dəfə yoxlayın da. İndi də hökumət pay verir, gəlib baxın kimlərə verilir. Öz aralarında yeyirlər, sosial yardim hər adama düzəldirlər, maşın olanlar, maşınların başqasının adına verirlər.
12/08/2020 Прочитано: 74 Средняя стоимость: 0

Qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək, ünvanlı dövlət sosial yardımı üzrə monitorinq və qiymətləndirmənin aparılmasını təmin etmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid edildiyi üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”.

0/5 (0 Средняя стоимость)
Оцените:
Azər Əliyev Elvin ak***@mail.ru ID: 2608
Salam. Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətdə işçi mart ayının 29-u məzuniyyətə çıxır. 1500 manat əməkhaqqə və 1500 manat məzuniyyət pulu alır. 1. Məzuniyyətin aprel ayına aid olan hissəsisə görə aldığı pul gəlir vergisi məqsədləri üçün hansı dövrə aid edilir? Mart ayı, yoxsa aprel ayı? 2. Məzuniyyətin aprel ayına aid olan hissəsisə görə alınan pula görə DSMF ödənişləri nə vaxt ödənilməlidir? Mart ayının əməkhaqqına görə DSMF ödənişləri ödənən zaman, yoxsa aprel ayının əməkhaqqına görə DSMF ödənişləri ödənən zaman?
12/08/2020 Прочитано: 111 Средняя стоимость: 0

Bildiririk ki, məzuniyyət haqqının hər bir aya düşən hissəsi həmin ayın əməkhaqqısi ilə cəmlənərək gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur.

Vergi Məcəlləsinin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan digər vergi ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməyə  borcludurlar

Həmçinin bildiririk ki, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, hər ay üçün sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim olunur .

Əsas:  Vergi Məcəlləsinin 98-ci və 150-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Günay Bəkirova İbrahim gu***@gmail.com ID: 2826
Yoldaşım Bəkirov Asim Rasim oğlu Sədərək Ticarət Mərkəzində mağaza işlədir, vergi ödəyicisidir. Kiçik sahibkarlara yardım ediləndə aprel ayında 1000 manat alıb. Hal-hazırda yenə sahibkarlara yardım edilir. Bizə niyə verilmir, onu bilmək istəyirəm. Ehtiyacımız hamıdan çoxdur, kirayə qalırıq, 2 övladımız var. Bir tək evdə yoldaşım işləyirdi, o da aylardır işləmir.
12/08/2020 Прочитано: 32 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi həyata keçirilməkdədir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əmirov Rauf Nicat ra***@mail.ru ID: 2825
Fərdi sahibkar olaraq, icbari sosial sığorta borcum haqqında məlumatı hardan ala bilərəm.
12/08/2020 Прочитано: 33 Средняя стоимость: 5

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Valeh Alquluyev Alqulu oğlu va***@yahoo.co.uk ID: 2824
Salam. Mən fərdi sahibkar Valeh Alquluyev Alqulu oğlu. VÖEN 2004512042. Mətbuatdan aldığım məlumata əsasən Azərbaycan Respublikası Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fərdi (mikro) sahibkarlara vəsaitlərin köçürülməsi ilə bağlı prosesə start verilib. Bununla əlaqədar zəhmət olmazsa deyərdiniz: bu maliyyə dəstəyi olan 250 manat həcmində birdəfəlik ödəniş mənim üçün də nəzərdə tutulubmu? Əgər tutulubsa bunu almaq üçün mən nə etməliyəm?
12/08/2020 Прочитано: 33 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi həyata keçirilməkdədir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məlikov Rəzzaq Vaqif oğlu ma***@mail.ru ID: 2611
Salam! Vergi ödəyicisi olan fiziki şəxs hər hansı bir fiziki şəxslə (VÖEN-i yoxdur, yəni vətəndaş) Icarə müqaviləsi bağlamışdır və icarə müqaviləsində icarə məbləği 1000 (bir min) manat göstərlimişdir. VM 124.1 əsasən icarəyə götürən aylıq 14% ÖMV -ni çıxıb icarəyə verənə ödəməlidir. Burada 2 hal meydana çıxır: 1. (1000/1.14)x 0.14 = 877.19 x 0.14 = 122.81 (Ödənməli ÖMV) . 2. 1000 x 0.14 = 140 (Ödənməli ÖMV) . Hansı düzgündür? Xahiş edirəm konkret cavab verəsiniz. Çünki bu biraz mübahisəli məsələdir.
12/08/2020 Прочитано: 177 Средняя стоимость: 5

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Sorğunuzda qeyd olunan halda, icarə müqaviləsində qeyd olunan məbləğdən (sorğunuzda 1000 manat) 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait (860 manat) icarəyə verən şəxsə ödənilməlidir.

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci, 18.2.5-ci, 99.3.3-cü, 124-cü, 222-ci, 224-cü maddələri.

5/5 (5 Средняя стоимость)
Оцените:
Raqif Tağıyev Vaqif ra***@mail.ru ID: 2625
Salam! 28.07.2020-ci il tarixdə Tovuz rayonunda fəaliyyət göstərn TOVUZ TİBB MƏRKƏZİ MMC də (VÖEN 7302372801) müayinə üçün müraciət etmişəm. Müayinə üçün xidmət haqqı olaraq 40.00 manat pul ödədim və kassa çeki tələb etdim (kartla ödəmə ümumiyətlə yox idi). Mənə verilən kassa çekinin fiscal İD ni https://edvgerial.az/ saytına daxil edəndə belə bir məlumat gəlir. Bu çek üzrə alınan mallara ƏDV ödənilməyib. Bilmək istərdim ki, tibb mərkəzləri ƏDV azad olunubmu və ya onlarda vurulan kassa çeklərindən ƏDV qaytarılmırmı?
12/08/2020 Прочитано: 100 Средняя стоимость: 0

Bildiririk ki, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 

ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi – 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilmişdir. Digər müəssisələr tərəfindən tibb xidmətlərinin göstərilməsi ƏDV-dən azad edilməsə belə, həmin xidmətlərə görə ödənilən ƏDV-nin qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 164-cü və 165.5-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
kərimov elməddin el***@gmail.com ID: 2823
Salam mənim 12.01.2020 il tarixindən 20.05.2020 il tarixinədək işlədiyim Kafkaz l Mmc tutulan DMF ayrılan vəsait şəxsi elektron sehifəmdə görsənmir. MMC-yə müraciət etmişəm, deyir, biz hesabatı vermişik. Bəs nədən görsənmir? Pensiyamın yenidən hesablanması üçün lazımdır.
12/08/2020 Прочитано: 31 Средняя стоимость: 0

Pensiya təminatı ilə bağlı ətraflı məlumat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəhimov Mübariz Ənvər oğlu ra***@mail.ru ID: 2821
Salam. Zəhmət olmazsa cavablandırardınız. ƏDV hesabatında vergi qarşısındakı öhdəlik mal satıldığı ay üçün hesablama verilir, yoxsa satılmış mal məbləği hesaba daxil olan ayda?
12/08/2020 Прочитано: 49 Средняя стоимость: 4

Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır. 

4/5 (1 Средняя стоимость)
Оцените:
Tofiq İsmayılov Vaqif to***@mail.ru ID: 2648
Salam. Kassa aparatsız, qeyri-qanuni fəaliyyət göstərən məhəllə daxili marketlər qanunla ilk dəfə nə qədər məbləğdə cərimə olunurlar? Və elə bir hal ilə qarşılaşanda kimə müraciət etmək olar anonimlik saxlamaq şərtilə?
12/08/2020 Прочитано: 98 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 58.7-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mikayıl mi***@gmail.com ID: 2662
Salam. 2009-cu ildə fiziki şəxs kimi VÖEN almışam. VÖEN üz qabığında olan şəkil ilk Ş/V olan şəkildir. Yaşla bağlı şəxsiyyət vəsiqəmi dəyişdim. İndi bilmək istərdim, VÖEN yenidən dəyişdirilməlidirmi?
12/08/2020 Прочитано: 61 Средняя стоимость: 5

Bildiririk ki, fiziki şəxsin soyadı, adı, atasının adı dəyişdikdə, ona müraciəti əsasında yeni fiziki şəxsin uçotu haqqında şəhadətnamə verilir. Bu zaman fiziki şəxsin əvvəlki uçot haqqında şəhadətnaməsi geri alınır (vergi orqanından təhvil götürüldüyü halda). 

Vergi Məcəlləsinin 34.3-cü maddəsinə əsasən vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.

Vergi ödəyicisinin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi səbəbindən yeniləndiyi halda, fiziki şəxsin uçotu haqqında şəhadətnamənin dəyişdirilməsi qanunvericilikdə tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

5/5 (1 Средняя стоимость)
Оцените:
Qurbanov Fərid Eldar oğlu pi***@mail.ru ID: 2619
Salam, mən qanuni taksi xidməti kimi fəaliyyət göstərmək istəyirəm. Onun üçün mənə hansı sənədlər lazımdır və əgər çətin deyilsə, dövlət rüsumlarını da qeyd edərdiniz. Çox sağolun.
12/08/2020 Прочитано: 108 Средняя стоимость: 5

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Eyni zamanda bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda bir sıra kateqoriya fiziki şəxslərin sosial sığorta yükünün azaldılması  məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna əlavə və dəyişikliklər edilmişdir. 

Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sadələşdirilmiş verginin məbləği 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətində taksi ilə sərnişin daşınması üzrə 1 ədəd nəqliyyat vasitəsi üçün 9 manatdan 4,5 manata azaldılmışdır.  Sumqayıt şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs 4.5 manata 1.5 əmsal tətbiq etməklə, 6.75 manat aylıq vergi məbləğini ödəməlidir. 

“Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği 02.06.2020-ci ildən 01.01.2026-cı ilədək minimum aylıq əməkhaqqının 25 faizindən 6 faizinə endirilmişdir.  Sumqayıt şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 1.5 əmsal tətbiq edərək 22.5 manat sosial sığorta haqqı ödəməlidir. 

Qeyd olunanlara əsasən, Sumqayıt şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxsin ödəməli olduğu sadələşdirilmiş vergi üzrə aylıq məbləğ 6,75 manat (4,5 manat * 1,5 əmsal), sosial sığorta haqqı 22,5 manat (250 manat * 6% * 1,5 əmsal) təşkil edir. Beləliklə, Sumqayıt şəhərində fəaliyyət göstərən taksi sürücüsünün (vergi ödəyicisinin) ödəməli olduğu yekun məbləğ 29,25 manat təşkil edəcəkdir. 

Lakin, dəyişikliyə qədər bu məbləğ 76 manat ((9 manat * 1,5 əmsal) vergi məbləği + (250 manat * 25%) sosial sığorta haqqı) təşkil edirdi. 

Əsas: Vergi Məcəlləsinin  222-ci, 223-cü, 224-cü maddələri,"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu. 

 

5/5 (1 Средняя стоимость)
Оцените:
Nurlan Ceferov Letif nu***@mail.ru ID: 2626
Salam, sualım edvgerial.az layihəsi ilə bağlıdır. Portalda oxudum ki, nağd alış-verişdə 10 faiz, nağdsızda isə 15 faiz geri qaytarılır. Amma mən nağd alış-veriş etdim 3.43 azn. Portalda həmin çeki Fiskal ID-ni yazdım 3.43 azn-ə qarşə 0.05 azn hesablandı. Amma 10 faizi 0.34 azn edir, bunun necə hesablandığını bilmək istərdim, zəhmət olmasa. Öncədən təşəkkür edirəm.
12/08/2020 Прочитано: 60 Средняя стоимость: 5

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Əsas: Vergi Məcəlləsinin 165.5-ci və 173-cü maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Yana Bədəlova ya***@gmail.com ID: 2658
Salam. 2019-cu il sonuna olan MMC-nin (Sadələşdirilmiş vergi ödəyicisi) 102 000 AZN xalis mənfəəti dividend şəklində təsisçiyə ödəmək istiyirik. Bu halda hansı vergilər büdcəyə ödənilməlidi?
12/08/2020 Прочитано: 202 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab edilir.

Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.

Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisə tərəfindən həmin müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərə ödənilən dividendlər 2019-cu il yanvarın 1-dən etibarən müvafiq olaraq gəlir və mənfəət vergisindən azaddır. Buna əsasən, 1 yanvar 2019-cu il tarixədək formalaşan bölüşdürürlməmiş mənfəət hesabına dividendin ödənilmə tarixindən asılı olmayaraq vergiyə cəlb edilir. 1 yanvar 2019-cu il tarixdən göstərilən fəaliyyət üzrə formalaşan mənfəətin bölüşdürülməsi isə bu maddənin tələblərinə uyğun olaraq vergidən azaddır.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 122-ci və 218-1.1.4-cü maddələri.

4/5 (2 Средняя стоимость)
Оцените:
Asim Nəsirov Əliyusif as***@mail.com ID: 2609
Salam. Onlayn kargüzarlıq da fərdi sahibkarlara mikro dəstək proqramına müraciet edərkən, orada vergi rejimi pəncərəsində heç bir seçim edə bilmirəm. Sizdən xahiş edirəm bu texniki problemi aradan qaldırasınız.
12/08/2020 Прочитано: 42 Средняя стоимость: 2

Bildiririk ki, maliyyyə dəstəyinin birinci mərhələsi çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək.

Eyni zamanda, indiyə qədər maliyyə dəstəyi üçün müraciət etməmiş şəxslərin müraciətləri 10 avqust 2020-ci il tarixinədək qəbul edilmişdir. Texniki problemlə üzləşmiş vergi ödəyiciləri  müraciətlərinin araşdırılması üçün internet səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər. .

2/5 (1 Средняя стоимость)
Оцените:
Quliyev Elçin ba***@mail.ru ID: 2607
Salam 4 ədəd çek ƏDV geri qaytarılması ücün keçmir. Sizə də yazdım, cavab yoxdur. Nə edək?
12/08/2020 Прочитано: 60 Средняя стоимость: 5

Belə hal baş verə bilər, səbəbləri isə müxtəlif ola bilər. Məsələn, nəzarət qurğusunun müvəqqəti olaraq internetə çıxışı olmadığından məlumat sistemə ötürülməmiş ola bilər, çekin məlumatları daxil olunarkən alıcı tərəfindən səhvə yol verilə bilər, çekin məlumatları alıcının özü və ya digər şəxs tərəfindən sistemə artıq daxil edilmiş ola bilər, sistemdə texniki nasazlıqlar mövcud ola bilər və s.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Abdullayev Ramin Yaver oğlu ar***@mail.ru ID: 2586
Salam! Vətəndaşın 6 sot sənətsiz torpaq sahəsi (sənətsiz)var. Həmin torpaq sahəsində vətandaşın 300 m2 həyət evi (sənətsiz) var. Bələdiyyə vətəndaşdan əmlak vergisi verməyi tələb edir. Bələdiyyənin vətəndaşa göndərdiyi bildirişdə qeyd edilir ki, Vergi Məcələsinin 8.1.1; 8.1.2; 196; 198.1; 200.6; “Bələdiyyələrin maliyəsinin əsasları haqqında “ Qanunun 7.1.1; 7.1.2; və “Yerli (bələdiyyə) vergilər və ödənişləri olan fiziki şəxslərin uçota alınması” Qaydasına uyğun olaraq əmlakınızı 5 iş günü müddətində vergi ödəyicisi kimi qeydiyyata düşməyi tələb edir. Zəhmət olmasa yuxarıdakıları nəzərə alaraq aşağdakı suallara cavab verin . Suallar: 1. Bələdiyyə sənədsiz həyət evindən torpaq və əmlak vergisi tələb edə bilərmi? (Bəzi saytlar qeyd edir ki, torpaq vergisi verilməlidir hətta sənətsiz olsa belə) 2. 6 sot sənətsiz torpaq sahəsindən və həmin torpaq sahəsində 300 m2 həyət evi (sənədsiz) olan əmlakdan vətəndaş nə qədər əmlak vergisi verməlidir? Necə hesablanır? 3. Əmək pensiyaçılarına torpaq və əmlak vergisinə güzəşt varmı?
11/08/2020 Прочитано: 181 Средняя стоимость: 0

Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bu maddədə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının və qeydiyyat orqanının səlahiyyətlərini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir.

Bununla yanaşı vergi qanunvericiliyinə əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin, mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri isə torpaq vergisinin vergitutma obyektini təşkil edir.

Eyni zamanda fiziki şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə əmlak vergisinin, o cümlədən mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinə münasibətdə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında torpaq vergisinin hesablanması Vergi Məcəlləsi ilə tənzimlənir.

Əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr və bina Bakı şəhərində yerləşdikdə isə habelə Nazirlər Kabinetinin müəyyən etdiyi  əmsallar tətbiq olunmaqla hesablanır.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.

Bakı şəhərində yerləşən həyətyanı torpaq sahəsinin hər 100 kvadratmetrinə görə Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən 10 000 m²-dək olduqda 0,6 manat, 10 000 m²-dən yuxarı olan hissə üçün 1,2 manat  torpaq vergisi hesablanır.

Pensiyaçılara mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə vergi güzəştinin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır

Əsas: Vergi Məcəlləsinin 102.2-ci, 197-ci, 198-ci, 199-cu, 203-cü, 205-ci, 208-ci  maddələri və Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 29 iyun 2004-cü il tarixli 713-IIQ nömrəli Qanunu.


 

0/5 (0 Средняя стоимость)
Оцените: