Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Vüsal Əmirxanov Rüstəm Vu***@gmail.com ID: 2345
Salam orta təhsili şəxslər vergi xidmətinə qəbul ola bilərlər?
04/08/2020 Прочитано: 81 Средняя стоимость: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar.

Əsas: Vergilər Nazirliyinin 24.06.2014-cü il tarixli müvafiq Əmri ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Arif Tağıyev Sultan oğlu a.***@mail.ru ID: 2679
Salam. Mən Biləcəri lokomotiv deposunda maşınist və şadlıq sarayında ofisiant vəzifələrində çalışıram. Şadlıq sarayında mən əmək müqaviləsi ilə çalışıram. Şadlıq sarayında mən vergi ödədiyim halda, Biləcəri lokomotiv deposunda məndən çox vergi tutulur. Buna səbəb mənim iki yerdə işləməyimdir. Bu nə dərəcədə doğrudur? Xahiş edirəm, mənimle əlaqə saxlayardınız.
04/08/2020 Прочитано: 70 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir. 

Bu səbəbdən şadlıq sarayında əldə etdiyiniz əməkhaqqında gəlir vergisi tutulmur. Həmin məbləğdən yalnız sosial və işsizlikdən sığorta haqları tutulmalıdır.

Sorğunuzda qeyd olunan şəxsin iş yeri (depo) dövlət sektoru olarsa, 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissədən 25 faiz dərəcə ilə vergi hesablanır.  İkinci iş yeri müvafiq meyarlara əsasən neft-qaz olmayan və qeyri-dövlət sektoru hesab olunduğu halda 101.1-1–ci maddəyə əsasən, 8000 manata qədər 0 faiz dərəcə ilə, 8000 manatdan artıq məbləğdən 14 faiz dərəcə ilə vergi hesablanır.

Vergi güzəştlərinin əsas iş yerində tətbiq olunduğunu nəzərə alaraq, ikinci iş yerində əldə olunan gəlirdən vergi hər hansı güzəşt tətbiq edilmədən hesablanır.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci, 101.1-2-ci maddələri, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsi,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
ELVIN BUNYAD el***@gmail.com ID: 2457
Daha əvvəl verdiyim sualda qanunun maddəsini doğru qeyd etməmişdim, düzəliş edərək yenidən göndərirəm. Vergi Məcəlləsinə 02.06.2020 tarixində edilmiş əlavə və dəyişkiliklərdə vergi ödəyicilərinin maliyyə vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı müddəalar yer almışdır. Dəqiqləşdirmək istəyirdim, VM-nin 222.5.9-cu maddəsində güzəşt almaq hüququ olan vergi ödəyicilərini konkret hansı qanun, sərəncam əsasında müəyyən edəcəksiz?
02/08/2020 Прочитано: 43 Средняя стоимость: 0

Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VIQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə 222-225-ci maddələrdən ibarət “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni XVIII fəsil əlavə edilmişdir.

Belə ki, Vergi Məcəlləsinin yeni XVIII fəslinin 222.5.9-cu maddəsinə əsasən bu fəslin müddəaları koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrini (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) də həyata keçirən şəxslərə şamil edilir.

Qeyd olunan maddədə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri dedikdə Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldıması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən fəaliyyəti tamamilə qadağan edilmiş və ya məhdudlaşdırılmış bir sıra iş və xidmət sahələri nəzərdə tutulmuşdur.         

Qanunda nəzərdə tutulan güzəşt və azadolmaların qanunda göstərilən siyahı üzrə pandemiyadan zərər çəkən ayrı-ayrı iqtisadi fəaliyyət sahələri ilə yanaşı, koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyəti tam və ya qismən məhdudlaşdırılan sahələrə də (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) tətbiq edilməsi nəzərdə tutulmuşdur.

Bunlarla yanaşı Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyəti tamamilə qadağan edilmiş və ya məhdudlaşdırılmış sahələr barədə məlumat almaq üçün aidiyyəti üzrə  Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahına müraciət oluna və ya həmin məlumatlar internet resurslarından istifadə edilməklə əldə oluna bilər.

Əsas: Vergi Məcəlləsinin XVIII fəsli.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Ceyhun Yaşar oğlu Al***@qmail.com ID: 2656
Sizin elektron internet poçtunuzda dörd oxunmamış mesaj var. Telefonuma gələn mesaja aydınlıq gətirməyinizi xahiş edirəm.
30/07/2020 Прочитано: 40 Средняя стоимость: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Seymur Yusifli Yaşar oğlu se***@hotmail.com ID: 2652
Hörmətli, vergi Əməkdaşları! Daha əvvəl də bir neçə dəfə məlumat verdiyim kimi, 16.07.2020 tarixində mən Seymur Yusifli İN Dövlət Vergi Xidmətinin Bakı şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsindən 373.45 manat borcum olduğu haqqında məktub almışam. Mən 2020-ci ilin birinci rübündə işləməmişəm və 2-ci rübdə yalnız İyun ayında 3380 manat maaş.xidmət haqqı almışam buna görə isə dövlət tərəfindən sahibkarlara verilən güzəştə əsasən gəlir vergisi kimi 5% vergi ödəməliyəm bu isə 3380 x 0.05 = 169 manat vergi xərci edir. Mən isə 200 manat vergi ödənişi etmişəm ki ödəməli olduğum məbləğdən 31 manat çoxdur. Xahiş edirəm izah edəsiniz mən artıq ödəmə etdiyim vaxtda mikro sahibkar kimi nə üçün 373.45 manat bocum yaranıb? Bundan əlavə mənə dəbbə pulu hesablanmağa başlanıb və koronavirus pandemiyası şəraitində bu dəbbə hesablanmamalıdır (Vergi işçilərinin məlumatına görə) Mən beş faiz vergi ödəməli halda nə üçün mənə 17% vergi hesablanmışdır ? Mən bununla bağlı vergi sahəsində işləyən insanlardan da məlumat almağa çalışmışam və mənə izah edilib ki yazılan borc keçən ilki vergi ödəməsi ilə bağlıdır. Keçən il ümumi ödədiyim məbləğ 4 rübə bölünüb və hər rübə 500 manatdan çox borc hesablanılıb. Hansı ki, mən bu ilin ilk beş ayında gəlirim olmayıb və gəlirim olmadığı halda nə üçün mənə borc hesablanıb, Mənə deyildi ki eyni 500 manatdan çox borc birinci rübdə də mənə yazılıb və sonradan avtomatik silinib. İndi isə məndən bu pulu 5 gün ərzində ödəmək tələb edilir. Bu barədə keçən həftə də sizə məlumat vermişəm və sizdən xahiş edirəm 373.45 manat borcumu və mənə hesablanmış dəbbə pulunu siləsiniz. Hörmətlə Seymur Yusifli
30/07/2020 Прочитано: 104 Средняя стоимость: 0

Bildiririk ki, gəlir vergisinin ödəyicisi rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidir. Cari ödəmə ya əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil etməlidir, yaxud da vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini cari rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.

Vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi ikinci metodu (müvafiq əmsalın tətbiqi metodunu) seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda vergi orqanı Vergi Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 151.1-ci - 151.3-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Salmanova Nəzakət Ənvər et***@gmail.com ID: 2650
AR Vergilər Nazirliyi tərəfindən 2019-cu ildə təşkilatlara ünvanlanmlş “İSTİFADƏ OLUNMAMIŞ ƏMƏK MƏZUNİYYƏTİNƏ GÖRƏ HESABLANMALI OLAN KOMPENSASİYANIN VERGİYƏ CƏLB OLUNMASI BARƏDƏ” məkubda qeyd olunan “ - əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir” abzasına aydınlıq gətirmənizi xahiş edirəm. “O cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı” dedikdə nə başa düşülür? Cari iş ili üçün hesablanmış növdəti əmək məzuniyyəti də aiddirmi, yoxsa son haqq-hesab başa düşülür? Öncədən minnətdarlığımı bildirirəm.
30/07/2020 Прочитано: 193 Средняя стоимость: 3

Məlumat üçün bildiririk ki, Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 

Müraciətinizdə qeyd olunduğu kimi, Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicilərinə "Əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə ödənilən kompensasiyanın gəlir vergisinə və sosial sığorta haqlarına cəlb olunması barədə" məlumat xarakterli bildirişlər göndərilmişdir. Məlumatda qeyd olunmuşdur ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir. 

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı bildiririk ki, məlumatda qeyd olunan "cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı” dedikdə iş ili üçün məzuniyyət haqqı nəzərdə tutulmur. Belə ki, işçiyə verilən məzuniyyət haqqının hər aya düşən hissəsi həmin ayların əmək haqqı ilə cəmlənərək gəlir vergisinə, sosial və işsizlikdən sığorta haqına cəlb edilir. İstifadə olunmamış əmək məzuniyyətinə görə ödənilən kompensasiya isə əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir. 

3/5 (2 Средняя стоимость)
Оцените:
Ceyhun Aliyev, Yaşar oglı ce***@qmail.com ID: 2649
Telefona belə bir mesaj gəlib:-Sizin Voen:2601853782 . İnternet poçtunuzda dörd oxunmamış mesaj var. Zəhmət olmasa, aydınlıq gətirərdiniz.
29/07/2020 Прочитано: 37 Средняя стоимость: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ceyhun Zeynallı Sərkər Ce***@gmail.com ID: 2646
VÖEN-in gizli kodu.
29/07/2020 Прочитано: 33 Средняя стоимость: 0

Dövlət Vergi Xidməti ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi üçün istənilən vergi ödəyicilərinə xidmət mərkəzlərinə "Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə müraciət etməlisiniz. Yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur.

İstifadəçi kodu, parol və şifrənin yenidən verilməsi üçün onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Средняя стоимость)
Оцените:
Asif Hacımuradov Azər ha***@gmail.com ID: 2645
Mən bu ilin mart ayında Vergilər Nazirlyinə imtahanla işə qəbul üçün qeydiyyatdan keçmişəm və 82 AZN rüsum ödəmişəm. Hal-hazırda covid-19 səbəbi ilə 4 aydır imtahan təxirə salınıb. Buna görə mən qeydiyyatmın ləğv olunmasını və ödənişimin geri qaytarmağını istəyirəm. Bu mümkündürmü? Mümkündürsə necə edə bilərəm?
29/07/2020 Прочитано: 43 Средняя стоимость: 0

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul imtahanı üzrə test imtahanları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Dövlət İmtahanMərkəzi publik hüquqi şəxs tərəfindən təşkil olunduğu üçün, müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abbaslı Elman Məhərrəm ab***@gmail.com ID: 2644
Salam. Mən ƏDV-i geri qaytarmaq üçün əldə etdiyim çekin üzərində FISCAL ID və barkod oxunmur. Bu səbəbdən ƏDV-i geri qaytara bilmirəm. Xahiş edirəm köməklik edəsiniz. Tarix: 17 iyun 2020 Saat: 10:26 VOEN: 1602504081 Obyektin kodu: 1602504081-18019 Çek nömrəsi: 9919 Nəğdsiz ödəniş: 47,56 AZN Tarix: 27 iyun 2020 Saat: 20:24 VOEN: 1602504081 Obyektin kodu: 1602504081-18019 Çek nömrəsi: 2219 Nəğdsiz ödəniş: 47,56 AZN
29/07/2020 Прочитано: 51 Средняя стоимость: 1

Bildiririk ki, çekin Fiskal ID-si tam olaraq çap olunmadıqda və ya QR kodu oxunmadıqda kekin dublikatını əldə etmək üçün çeki əldə etdiyiniz satış nöqtəsinə yaxınlaşmağınız xahiş olunur.

1/5 (1 Средняя стоимость)
Оцените:
Mişiyev Rövşən Adil be***@gmail.com ID: 2640
Əmək münasibətləri
29/07/2020 Прочитано: 38 Средняя стоимость: 0

Müraciətinizin əmək qanunvericiliyinin tətbiqi haqda olduğu təqdirdə bildiririk ki, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Orxan Dursunov or***@gmail.com ID: 2549
Salam. TEMKA Engineering Services MMC-də Keyfiyyətə nəzarəz və SƏTƏM üzrə mühəndis olaraq işləyirəm. İyul ayının 5-ə qədər işə getmək üçün icaze.gov.az saytından icazəm mövcud idi. Karantin rejiminin uzadılması ilə bəraber icazəm ləğv olundu. İqdisadiyyat nazirliyi yanında Vergi xidməti idarəsinə e-taxes.gov.az saytın üzərindən rəsmi müraciyət olundu və cəvab məktubu alındı. Cavab məktubunda Bildiririk ki, müraciətiniz Dövlət Vergi Xidməti tərəfindən araşdırılmış və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməyinizin mümkünlüyü barədə məlumat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndərilmişdir yazır. Lakin Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciyət etdiyimiz zaman onlar Vergi xidmətindən heç bir məlumatın daxil olmadığını bildirirlər. Dəfələrlə 195 çağrı mərkəzinə zəng etsək bilə mənə heç bir köməklik göstərmirlər. Sadəcə 15 iş günü gözləyin sizə cavab veriləcək deyilir. Bir başa kimə müraciyət edək hara gedək heç kim heçnə demir. Qalmışıq ortada. Hal-hazırda evde şəkər və ürək damar problemləri olan ata və anam, 4 aylıq uşağım, həyat yoldaşım və özüm yaşayıram. Son bir ayda işlədiyim gün sayı cəmi 3 gündür. Mən evimə necə çörək aparım. Nə edim? Nə şikayətlərə baxılır, nə operatorlar köməklik göstərir. Zəhmət olmazsa, bu mövzunu araşdırın. Hüquqlarımın pozulmasına biganə yanaşmayın.
29/07/2020 Прочитано: 58 Средняя стоимость: 0

Bildiririk ki, xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektlərindən daxil olan müraciətlər Dövlət Vergi Xidmətinin vahid məlumat bazasına yönəldilir və yerli vergi orqanları tərəfindən təxirə salınmadan araşdırılır. Müraciətin araşdırılması zamanı vergi ödəyicisinin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə siyahısı təsdiq edilmiş fəaliyyətinə icazə verilən sahələrə aid olub-olmadığı yoxlanılır. Müraciət əsaslı olarsa, həmin vergi ödəyicisinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməsinin mümkünlüyü barədə məlumat real vaxt rejimində dərhal “ASAN xidmət”ə göndərilir. 

0/5 (0 Средняя стоимость)
Оцените:
İsmayıl Bayramov İbad ma***@gmail.com ID: 2638
Yazıb sizdən xahiş edirəm ki, mənim adıma vaxtı ilə, bir müddət bunnan əvvəl VÖEN açılıb və həmin VÖEN-in kodunu itirmişəm. VÖEN-i bağlamaq üçün bizə köməklik göstərəsiniz.
29/07/2020 Прочитано: 46 Средняя стоимость: 0

Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Həsənova Vəfa Səlim Ha***@gmail.com ID: 2635
Hüquqi şəxsin qeydiyyatı zamanı "W" hərfindən istifadə edilməsinə yol verilirmi? Əgər istifadəsinə icazə verilmirsə bu hal hansı qanunvericilikdə öz əksini tapır?
29/07/2020 Прочитано: 52 Средняя стоимость: 0

Bildiririk ki, «Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə» formasının və onun əlavələrinin doldurulması Qaydasına əsasən kommersi xarici adlar Azərbaycan dilinin tələffüz qaydalarına uyğun şəkildə Azərbaycan  əlifbası ilə yazılmalıdır. 
Eyni zamanda, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanuna əsasən, Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Vahid Abbaszadə İlyas ab***@gmail.com ID: 2627
Mənim keçən ayın 22 tarixində ƏDV çekim qeydə alınmış, gözləmədə olduğu halda ləğv edilmişdir (A3EmxBJDfoSP -CcxvreSha449-DXSStUVGdvd). Səbəbini bilmək istərdim.
28/07/2020 Прочитано: 52 Средняя стоимость: 3

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

3/5 (1 Средняя стоимость)
Оцените:
Gülnar Quliyeva Ənvər ma***@mail.ru ID: 2624
Mən ədvgeri-al saytında müvafiq qaydada çeki qeydiyyatdan keçirmiştim. Lakin əsassız olaraq mənim çekim ləğv edildi yazılıb. Bunun səbəbi nədir? Qaynar xətt mənə bu barədə heç bir məlumat verə bilmədi? Kapital banka müraciət etdiyimdə mənə dövlət vergi xidmətinə müraciət etməyimi dedilər. DVX isə mənim sualımı cavablandıra bilmir!
28/07/2020 Прочитано: 46 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Natəvan Ağabəyli Telman ag***@yahoo.com ID: 2541
Salam. Dünən getmişəm banka verdi ödəməyə, bank bağlı idi, gəlib evdə baxıram mənə 155 manat borc yazılıb. Mənim hesabladığım vergi 95 manat təşkil edirdi, DSMF rüsumunu isə apreldə ödəmişəm. Özüm də 12 mart tarixindən pandemiyaya görə fəaliyyət göstərmirəm. Bu borc hardan yarandı ? Və niyə ? İndiki vəziyyətdə mən onu ödəyə bilmirəm. Xahiş edirəm bu məsələni araşdırıb mənə köməklik edəsiniz.
27/07/2020 Прочитано: 32 Средняя стоимость: 0

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rzazadə Tural Nazim Ma***@mail.ru ID: 2616
Hər vaxtınız xeyir. Mən Sapphire Bayıl otelində işləyirəm. Mart ayında bütün işçilər məzuniyyət götürdük, pandemiya ilə əlaqədar olaraq. Daha sonra isə dövlət tərəfindən verilən yardım barədə məlumat aldım. Ofisə dəfələrlə müraciət etməyimə baxmayaraq ofis maliyyə yardımı almadığını. Aldığı maliyyə dəstəyi mart ayı üçün olduğunu qeyd edir. Yazıb sizdən xahiş edirəm ki, mənə dövlət tərəfindən nə qədər yardım ayrıldığı barədə məlumat verəsiniz. Sapphire Bayıl otelinin voen 1702292961. Qeyd etmək istəyirəm ki, yardım almış sahibkarların siyahısında göstərilən VÖEN yardım almış kimi qeyd olunub.
27/07/2020 Прочитано: 56 Средняя стоимость: 0

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara ödənilən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır.

Müraciətinizin araşdırılması üçün internet səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüseynova Ruqiyə Sərvər qızı tu***@bk.ru ID: 2612
Salam. Mən Şəhid övladıyam.Atam Abdulkərimov Sərvər Qarabağ döyüşlərində şəhid olub. Şəhid övladlarının vergidən azad edilməsinə aid qərar qəbul edilib. Bu qərarın mənə aidiyyatı varsa bilmək istəyirəm.
27/07/2020 Прочитано: 70 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Buna əsasən, sorğuda qeyd olunan halda güzəşt hüququnu müəyyən edən sənəd tərəfinizdən iş yerinə təqdim edildiyi andan sizə hesablanan əmək haqqına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 108-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Средняя стоимость)
Оцените:
Ziyadxan Dövlətov Ərəbxan oğlu zi***@mail.ru ID: 2610
Pin kodu və şifrəni itirmişəm, mənə kömək edin. VÖEN 1101282452
26/07/2020 Прочитано: 41 Средняя стоимость: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените: