Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Abbasova Nailə Vaqif a.***@gmail.com ID: 2606
ƏDV qeri qaytarılması üzrə şikayyət. Salam. Mənim çek üzrə Fiskal kodunu kassir yükləyib. Çünki mən tək yaşayıram və maqazindəki çeki heç kimə göstərməmişəm. FİSKAL iD:7QLDFxfQg4eG. Kassirin adı: Esmira Cənnətova. Xahiş edirəm problemi həll edəsiniz.
25/07/2020 Прочитано: 38 Средняя стоимость: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aydın Əsədzadə Tehran ay***@hotmail.com ID: 2605
Salam. B1LuQ5oKrBFk ,FCZrAA8bgA9e fiskal ID-lər e-kassa.gov.az da yoxlayanda həqiqiliyi ortaya çıxır lakin həmin çeklər üzrə ədvgeri qaytarılması həyata keçirilmir .Həmin çeki verən nüəssisə və kapital bank onlarda problem olmadığın bildirib bura yönləndirib. Zəhmət olmasa, məlumat verin . https://monitoring.e-kassa.gov.az/#/index?doc=B1LuQ5oKrBFk https://monitoring.e-kassa.gov.az/#/index?doc=FCZrAA8bgA9e
25/07/2020 Прочитано: 40 Средняя стоимость: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Fariz Məmmədov Aftandil oglu fa***@gmail.com ID: 2599
Salam. Mən Qax rayon Almalı kəndində 6.10 Hektar Cixarişla olan pay torpax sahəmdə 2018-ci ildə yonca əkmişəm və 940 ədəd fındıq ağacları əkmişəm, yoncanı suvararaq 2019-cu ildə bəhrəsini görmüşəm. Fındıqları isə suvarmanın hesabına tutdurmuşam. 2020-ci ildə pandemiya ilə əlaqəli gediş-gəliş Qax rayonuna çətin olduğu üçün və ən əsası ölkədə suvarma yollarında suyun olmadığı üçün, demək olar yoncalarım və fındıq ağaclarım quraqlıq nəticəsində susuzluqdan məhv oldular. Mən də imkanm olmadığından İqtisadiyyat Nazirliyinin zərər çəkmiş sahibkarlara dəstək fonduna müraciət edərək kredit almag üçün onlayn müraciət etdim və mənə bugün cavab verildi ki, sizi Vergi xidməti qeydiyyata salmayıbdır. Xahiş edirəm, mənə köməklik edərdiniz. Qeydiyyata salınıb sahibkarlara dəstək fonduna qeydiyyata düşmək üçün. Fakt mən bu ziyan çəkmiş vətəndaşlardan biriyəm, aidiyyəti orqan torpaqlarıma baxış keçirib, rəy verə bilər ki, mən zərər çəkmişəm. Mənə köməklik olunmasını çox xahiş edirəm.
25/07/2020 Прочитано: 83 Средняя стоимость: 0

Bildiririk ki, dövlət zəmanəti pandemiyadan (COVİD 19) zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil edilir və sahibkarların zərər çəkmiş iqtisadi fəaliyyət sahələri üzrə manatla aldıqları kreditlərə verilir. Kənd təsərrüfatı məhsullarının istehsalı pandemiyadan zərər çəkmiş sahələrə aid edilmədiyi üçün, dövlət zəmanətli kreditlər həmin şəxslərə şamil olunmur.

Həmçinin bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir.

1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Kamran Qaçayev Səməndər oğlu ka***@gmail.com ID: 2597
Salam paltar aldığım dükandan çeki ƏDV portalında qeydiyyatdan keçirmişəm. Hal-hazırda 30 gün tamam olub, lakin elektron pul qabına daxil olmayıb vəsait, gözləmədədir. Kapital Bankla əlaqə saxladım. Dedilər ki, 2000 AZN-dən yuxarı olan çeklərin ƏDV-sini biz vermirik. Vergilərə müraciət etməyimi istədilər. 2079 azn alış-veriş olub, 31.71 ƏDV-dir.
24/07/2020 Прочитано: 37 Средняя стоимость: 1

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1/5 (1 Средняя стоимость)
Оцените:
Orxan Əlizadə Yaşar or***@yahoo.com ID: 2593
Salam. 11.06.2020 tarixində və 19.06.2020 tarixinde fiskal ID- li çekləri sistemə daxil etmişəm. Amma üzərindən 30 gündən artıq keçməyinə baxmayaraq, çeklər hələ də gözləmə statusunda qalır. 195-ə zeng etdiyimdə onlayn müraciət etməyim məsləhət görüldü. Zəhmət olmasa, mənə məlumat verəsiniz.
24/07/2020 Прочитано: 31 Средняя стоимость: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəhimov Mübariz Ənvər oğlu ra***@mail.ru ID: 2592
Salam. Zəhmət olamzsa ÖMV haqqında məlumat verərdiniz. ÖMV hesablanarkən qarşı tərəfə net ödənilən vəsaitin + faizi (6%;10%;14%;) nəzərə alınır, yoxsa cəmi ödəniləcək vəsaitin içindən (6%;10%;14%;) hesablanır. Mümükünsə izah edərdiniz.
24/07/2020 Прочитано: 59 Средняя стоимость: 4

Bildiririk ki, ödəmə mənbəyində verginin tutulması gəliri ödəyən hüquqi və ya fiziki şəxs tərəfindən vergi məbləğlərinin gəlir və ya mənfəət əldə edilməsinədək bilavasitə mənbədən tutulmasını ifadə edir. Belə ki, Vergi Məcəlləsində nəzərdə tutulan hallarda gəlirdən (mənfəətdən) həmin məbləği ödəyən hüquqi şəxslər və ya fiziki şəxslər tərəfindən ödəmə mənbəyində vergi tutulmaqla dövlət büdcəsinə köçürülməlidir və ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən şəxslər Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Müraciətinizdə qeyd olunan vergi dərəcələri, müqavilə, razılıq əsasında ödənilməli olan məbləğə tətbiq edilərək tutulur və qalan məbləğ gəliri əldə edən şəxsə ödənilir.

 Vergi Məcəlləsinin 5-ci , 58-ci, 101-ci, 122-126-cı, 150-ci maddələri.

4/5 (1 Средняя стоимость)
Оцените:
Xatirə Mirzəyeva Qulu be***@mail.ru ID: 2590
Mənim "edvgerial.az" da 23.06.2020 tarixli 2 çekim var, amma onlar hələ də balansa yüklənməyib.
24/07/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Jıtkova Tatyana İvanovna ta***@mail.ru ID: 2585
A MMC ilə B MMC arasında müqavilə bağlanmışdır malların reklam edilməsi ilə bağlı .B MMC -nin hesabına pul daxil olduqdan sonra B MMC bununla bağlı fiziki şəxslər tutur VÖEN olmayan .Onlarla adi xidmət müqaviləsi bağlanır.10-15 günlük məhsul reklam edildikdən sonra onlar xidməti müaviləyə xitam verilir .Onlara ödənilən pul vəsaiti hansı hesabatda əks etdirilməlidir. Həmçinin hansı məbləğdə DSMF ödəniş edilməlidir. Qeyd etmək istəyirəm e-gov.az la onlar la müaqvilə bağlanmayıb.
23/07/2020 Прочитано: 95 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə ödənilən məbləğlərdən Vergi Məcəlləsinin 101.1-ci maddəsinə hüquqi şəxslər və ya fərdi sahibkarlar tərəfindən ödəmə mənbəyində gəlir vergisi və sosial sığorta haqqını tutmalı və bu barədə vergi orqanına hesabat təqdim etməlidir. Mülki-hüquqi müqavilə ilə xidmət göstərən şəxsə gəliri ödəyən şəxs tərəfindən ödəmə mənbəyində 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz məbləğində sosial sığorta haqqı tutularaq büdcəyə ödənilməlidir.

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilərək saytımızda yerləşdirilmişdir.

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. "Vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydası" ilə bağlı videotəlimatla buradan tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin  101.1-ci, 150.1.7-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Kənan Yusifov Maqsud yu***@mail.ru ID: 2407
Salam. Sosial sığorta üçün ödəniş etdikdə, təsnifat kodlarının yenidən dəyişdirildiyini, düzgün təsnifat kodunu yazmagımı istəyir Bank. Sosial sığorta ödənişləri üçün təsnifat kodları dəyişdirilibsə, göndərməyinizi xahiş edirəm.
23/07/2020 Прочитано: 63 Средняя стоимость: 0

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar (o cümlədən Dövlət Xəzinədarlığı orqanlarında işsizlikdən sığorta ayırmaları köçürüləcək hesablar)  və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi" 

0/5 (0 Средняя стоимость)
Оцените:
Pərviz Hüseynov Nazim lg***@rambler.ru ID: 2580
edvgerial.az-da məbləğ 30 gündən çox gözləmə statusundadır.
23/07/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Tural Orucov Elmar O. or***@gmail.com ID: 2578
Salam. Hər vaxtınız xeyir olsun. Mənim VÖEN-im var və mən bunu bağlamag istəyirəm. Bunun üçün ora vergi orqanlarına yaxınlaşmalıyam yoxsa bunu onlayn etmək mümkündür? Əgər onlayn etmək mümkündürsə, gələcəkdə hər hansı bir problem yaranmayacaqdir ki? Əlavə olarag bunu soruşmaqda əsas məqsədim, yaxın tanışım VÖEN onlayn bağladığı zaman bütün bəyannamə və lazımi sənədləri göndərsə də, hələ də o e-tax.gov.az portalına daxil ola bilir. Əgər bağlıdırsa bu necə mümkündür? Öncədən Təşəkkürlər
22/07/2020 Прочитано: 39 Средняя стоимость: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz. 

Həmçinin məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Средняя стоимость)
Оцените:
Mikayilov Anar Fayiq mi***@gmail.com ID: 2577
Salam. Mən 2019-cu ildə Bakı şəhərində taksi fəaliyyəti üçün VÖEN açdırmışdım. Avtomobil qəzası ilə əlaqədar VÖEN bağlatdırmışam. İndi Quba rayonunda yasayıram. İstəyirəm ki, yenidən VÖEN açdırım. Necə edə bilərəm?
22/07/2020 Прочитано: 65 Средняя стоимость: 0

Bildiririk ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

  1.  

Vergi Məcəlləsinin 34.3-cü maddəsinin 1-ci abzasına əsasən vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. 

Fiziki şəxs uçotda olduğu vergi orqanına olduğu yerin və ya yaşadığı yerin dəyişməsi barədə ərizə ilə müraciət etdiyi gündən sonrakı 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda, fəaliyyətinizi aktivləşdirmək üçün ilkin olaraq müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatları elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün isə “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” ilə qeydiyyatda olduğunuz vergi orqanına və ya həmin vergi orqanının əhatə dairəsində olan vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edilməldiir.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Средняя стоимость)
Оцените:
Natiq Aliyev Sahgeldi na***@bazarstore.az ID: 2573
Salam. Müraciətim edvgerial ilə bağlıdır. Aşağıda qeyd olunan çek fiskalları oxunmur. ƏDV də ödənilibdir. Zəhmət olmasa, araşdırıb geri dönüş edərdiniz. *********
22/07/2020 Прочитано: 41 Средняя стоимость: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mübariz Atamov Surxay oq mu***@mail.ru ID: 2570
Yeni MMC təsis edərkən bir neçə fəaliyyət növlərinin kodlarını qeydiyyatdan keçirmək olarmı və çekdə ayrı-ayrı faliyyətlərə çalışarkan sadələşdirilmiş 2% vergi faizini ödəməklə işləmək olarmı?
22/07/2020 Прочитано: 43 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisi eyni zamanda bir neçə fəaliyyət növü ilə məşğul ola bilər və qeydiyyat məlumatlarında əsas və əlavə fəaliyyət növləri haqda məlumatı qeyd etməlidir. Vergi öhdəliyi isə, həyata keçirilən fəaliyyətin xarakterindən asılı olaraq, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.  Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, mənfəət vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir.

5/5 (1 Средняя стоимость)
Оцените:
Mübariz Atamov Surxay oğlu mu***@mail.ru ID: 2569
Onlayn növbəyə yazılarkən FİN qrafası nə deməkdir və nə yazaq?
22/07/2020 Прочитано: 39 Средняя стоимость: 5

FİN – şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsidir. FİN şəxsiyyət vəsiqənizin fotoşəkliniz olan üzündə, sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət koddur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rəhman Balakişiyev po***@mail.ru ID: 2568
Salam. Hörmətli müraciətə, suallara baxan, cavablandıran işçilər. Mənim narazılığım dünən marketdən ərzaqlar almışdım, ceki də verdilər və mən fiskal kodunu edvgeriala qeyd eləməyə çalışdım. Çekin kodu duzgun oxunmadı, tam dəqiqliklə nə qəqər yazdım, yenə tapılmadı. Belə nasazlıq nədən irəli gəlir, biz nəyi başa düşüb gözləyək ki, edvgerial xidməti sağlam işləyəcək? Qabaqcadan bilsək ki, hansısa olaylara görə bu proses baş verir, biz artıq işimizi biərəek heç narahat edib yazmazdıq. Amma xoş qarşılanmayan proses insanı narahatçılığa aparır.
22/07/2020 Прочитано: 36 Средняя стоимость: 0

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
İmranlı Sahil Sahib sa***@gmail.com ID: 2567
Salam. Sualım odur ki, marketdən aldığım məhsulun çekin ƏDV-sini yükləyən zaman yaranan problemlə bağlıdır. (ƏDV bu çekin ƏDV-i artiq movcuddur) bu şəkildəki yazı gəlir və yaranan problemi sizə müraciət edilməklə bağlı olduğunu deyilir.
22/07/2020 Прочитано: 27 Средняя стоимость: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Kəmalə Əliyeva Nizam qızı ke***@azersun.com ID: 2566
Salam, mən edvgerial.az saytından qeydiyyatdan keşmişəm, qaytarılan ƏDV-ləri balansıma yığmışdım, yığılan ƏDV-lərdən istifadə də etmişəm, son olaraq bu karta köçürmə xidməti də aktiv olduqda balansımda olan 109 manatdan 100 manatı kartıma köçürmək istədim, istənilən məlumatları qeyd etdim, edvgerial balansımdan 100 manat silindi, amma kartıma köçürülmədi. Xahiş edirəm bu barədə köməklik edərdiz, 100 man arada itdi. Balansdan silindi, amma karta köçmədi. Bu barədə kimə müraciət edib məsələni araşdıra bilərəm?
21/07/2020 Прочитано: 52 Средняя стоимость: 5

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Namiq Həsənli Adil oglu ad***@mail.ru ID: 2565
Salam. e-taxes.gov.az saytı vasitəsi ilə 3 gündür online hesabat vermək istəyirəm, lakin MDSS üzrə hesabata daxil olarkən tarix seçimində 2020ci il çıxmır. Nəticədə hesabat 2019cu ilin 1ci 2ci rübünə aid olur. Mühasibim olmadığı üçün hər il vergi ödəyicilərinə xidmət ofislərində bu əməliyyatları edirdik, indi isə məcburən özümüz etmək istəyirik. Xahiş edirəm ki, bu barədə bir köməklik edəsiniz, bir çox video təlimatlara baxsam da lazım olanı tapmadığım üçün, artıq hesabatlarda da gecikmələrim var. Zəhmət olmazsa, lazım olan təlimat formasını göndərəsiniz. Öncədən təşəkkürlər.
21/07/2020 Прочитано: 66 Средняя стоимость: 0

Bildiririk ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib. 

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. "Vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydası" ilə bağlı videotəlimatla buradan tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Eliyev Orxan Elfan Or***@gmail.com ID: 2563
Salam, zəhmət olmasa mənim müraciətimə baxardınız. 09.06.2020 tarixində etdiyim alış-verişin ƏDV-si qaytarılmayıb, çek üzrə məlumatlar: Magaza Kontakt home, alış-veriş məbləği 2549.99 azn. ƏDV 388.98 azn, voen 1401005061 obyektin kodu 1401005061-10004.
21/07/2020 Прочитано: 35 Средняя стоимость: 0