Bildiririk ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyəti məhdudlaşmış sahibkarlıq subyektlərinə maliyyə dəstəyi verilməsi məqsədilə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər çərçivəsində həmin sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi, onların sosial sığorta haqqları üzrə yüklərinin azaldılması, sahibkarların muzdlu işçilərinə ödədikləri əmək haqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi, fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.
Bildiririk ki, istehsal fəaliyyəti üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na uyğun aparılmalıdır.
İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri istehsal ehtiyatlarını ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür.
Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
Bildiririk ki, elektron müraciətlər bütün yoxlama mərhələlərini keçdikdən sonra, hazırlanmış reyest məlumatları gün ərzində Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyində açılmış tranzit hesab vasitəsi ilə sahibkarın müraciətində göstərdiyi bank hesabına vəsaitlərin ödənilməsi təmin olunacaqdır.
Bildiririk ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, vergi uçotu Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə ləğv edilə bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür.
Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.
Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.
Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır.
Əsas: Mülki Məcəllənin 53.3-cü maddəsi, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanununun 6-cı və 9-cu maddələri.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.
Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.
Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.
Həmçinin məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları
Bildiririk ki, icarə münasibətləri Vergi Məcəlləsi ilə deyil, İcarə Haqqında Azərbaycan Respublikasinin Qanunu, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.
Əmlak icarəsindən əldə olunan gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda ödəmə mənbəyində 14 faiz məbləğində vergi tutmalı və bu haqda vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir.
İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı halda əmlakın sahibi vergi orqanında qeydiyyata durmalı, əldə etdiyi gəlirdən illik 14 faiz həcmində gəlir vergisi ödəməli və vergi orqanına “Gəlir vergisi bəyannaməsi” təqdim etməlidir. İcarə haqqından gəlir əldə edən fiziki şəxslərdən Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.
Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü maddələri.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər BirBank tətbiqi vasitəsilə də çekin üzərində olan QR kodu “skan” edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.
Vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.
Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.
Məlumat üçün bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə bu haqda əlavə məlumat veriləcək.
Bildiririk ki, rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
Bununla yanaşı, Vergi Məcəlləsinin 127-ci maddəsinin müddəalarına uyğun olaraq rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Bu zaman nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.
Sorğunuzda qeyd olunan dividendlər sözügedən dövlətdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq Sizə ödənilərkən ödəmə mənbəyində vergiyə cəlb oluna bilər. Bu halda xaricdə ödənilmiş verginin məbləği Azərbaycanda vergi ödənilərkən nəzərə alınır, bir şərtlə ki, dividendlər vergiyə 10 faizdən artıq dərəcə ilə cəlb olunmasın. Xarici dövlətdə tətbiq olunan verginin dərəcəsi daha yüksək olduqda, Azərbaycanda həmin dividenddən yalnız 10 faizlə hesablanaraq ödənilmiş vergi məbləği nəzərə alınacaqdır. Xarici ölkədə ödənilmiş verginin nəzərə alınması üçün Azərbaycan Respublikasının vergi orqanlarına həmin ölkənin vergi orqanından verginin ödənilməsini təsdiq edən sənədlər təqdim olunmalıdır.
Əsas: Vergi Məcəlləsinin 13..2.5-ci, 122-ci və 127-ci maddələri.
Bildiririk ki, elektron müraciətlər bütün yoxlama mərhələlərini keçdikdən sonra, hazırlanmış reyest məlumatları gün ərzində Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyində açılmış tranzit hesab vasitəsi ilə sahibkarın müraciətində göstərdiyi bank hesabına vəsaitlərin ödənilməsi təmin edir. Bu səbəbdəbn bəzi hallarda ödəmənin bank hesabına köçürülməsi prosesi təsdiq haqda SMS bildirişdən bir-iki gün müddətində həyata keçirilə bilər. Bununla bağlı müştərisi olduğunuz banka və ya qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.
Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.
Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.
Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu qeyd olunmuşdur. Digər malların alınması zamanı ödəmə mənbəyində verginin tutulması tələb olunmur.
Azərbaycn Respublikası Prezidentinin 19.04.2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilmiş, fərmanların icrası məqsədi ilə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli və 04.10.2017-ci il tarixli Q-12 nömrəli Qərarları ilə müvafiq sahələr üzrə ciddi hesabat blankları formaları təsdiq edilmişdir.
Həmçinin, ciddi hesabat formalarının tətbiqi ilə bağlı daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə mühasibat uçotunun təşkili və aparılması sahələrində tənzimlənməni həyata keçirən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 71-2-ci, 101.6-cı, 150.1.14-cü, 150.3-4-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsi.
Bildiririk ki, qeyri-rezidentə beynəlxalq daşıma xidməti ilə ödənilən vəsaitdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu barədə vergi orqanına bəyannamə təqdim edilməlidir.
Müraciətinizdə qeyd olunan halda tərəflər arasında bağlanmış müqavilədə, razılaşmada və ya sifariş və ödəniş sənədlərində beynəlxalq daşımanın dəyəri ayrıca qeyd olunduğu üçün həmin xərclər beynəlxalq daşımanın dəyərini təşkil edir.
Əsas: Vergi Məcəlləsinin 13.2.33-cü və 125.1.4-cü maddələri.
Müraciətinizdə qeyd olunan dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər Birbank tətbiqi vasitəsilə də çekin üzərində olan QR kodu “skan” edə və ƏDV-ni geri qaytara bilərlər. Həmçinin, edvgerial.az portalı və Birbank tətbiqində qeydiyyatdan keçirilən mobil telefon nömrələri eyni olmalıdır. Bununla belə, təkrar xəta baş verdikdə, “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.
1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.
Həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi malların təqdim edilməsi hesab olunduğu üçün müraciətinizdə qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ƏDV-yə cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 13.2.10-cu, 104.1-ci, 159.1-ci və 218.4.3-cü maddələri.
Pensiya təyinatı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz xahiş olunur.
Bildiririk ki, müraciətinizdə qeyd olunan malların həm idxalı, həm də satışı ƏDV-dən azad olduğu halda həmin malların satışı ƏDV-yə cəlb olunmur. Azadolma yalnız malların idxalına aid olduğu halda isə, həmin malların təqdim olunması ümumi qaydada ƏDV-yə cəlb olunur.
Həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq vergi ödəməkdən azad edilən əməliyyatlar aparıldıqda “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 5№-li Əlavəsi vergi ödəyicisi tərəfindən tərtib edilərək təqdim edilməlidir.
Mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə, vergilərin tutulması sahəsində Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş hüquqları və vəzifələri gömrük orqanları həyata keçirirlər. Bu baxımdan idxal zamanı gömrük rüsumunun və ƏDV-nin ödənilməsi, o cümlədən idxalda ƏDV-dən azadolma ilə bağlı ətraflı məlumatı almaq üçün bu sahədə səlahiyyətli qurum olan Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 20-ci, 25-ci və 164-cü maddələri, Azərbaycan Respublikası Vergilər nazirinin 10.01.2020-ci il tarixli 1917040101750800 №-li Əmri ilə təsdiq edilmiş “Əlavə dəyər vergisinin bəyannaməsi”nə 5 №-li Əlavənin tərtib edilməsi Qaydası.
Bildiririk ki, ödənilmiş vəsaitlər vəsaitlərin büdcəyə daxil olması barədə xəzinədarlıq orqanından alınmış ödəniş sənədlərinin surətləri əsasında vergi orqanları tərəfindən xəzinədarlıq orqanından ödəniş sənədlərinin surətləri alındıqdan sonra 2 iş günü ərzində vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə daxil edilir.
Əsas: Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli 1817040101501600 əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması" Qaydaları.