Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
İdayetova xeyale Yu***@gmail.com ID: 1391
Mən adımdakı VÖEN-i ləğv elətdirmək istəyirəm, ailəliyəm iki usağım var. Yoldaşım işləmir, özüm də işləmirəm. Adımda vöen olduğuna görə bizə sosial müavinət düşmədi.
19/04/2020 Прочитано: 22 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elgün Soltanov Ağalar so***@inbox.ru ID: 1390
Salam mənim adıma Vöen olub 25.09.2019 cu ildə bağlatmışam amma sizdə sistemdə hələdə aktiv olduğuna görə mən sosialdan müavinət (190m) ala bilmirəm zəhmət olmasa bu məsələni araşdırın.
19/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ramazanov Qalib Ramiz oglu ra***@gmail.com ID: 1389
Salamlayıram sizi. Mən bir ay bundan gabag VÖEN açdırmışdım, heç mənə lazım deyildi bu. Lizinqlə maşın götürdüyümə görə tələb elədilər. İndi mən bu VÖEN-ə görə sosial yardım ala bilmirəm, mən nə edim axı? Kirayə galıram, pisdir vəziyyət, ödəniş edə bilmirəm, ele bil ki mən biznesmenəm. Heç bir yerdən gəlirim yox, köməyim yox, qalmışam belə.
19/04/2020 Прочитано: 111 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əzizova Cəmilə Dursun qızı ce***@gmail.com ID: 1388
Salam. Mən 10 gündür birdəfəlik ödəniş üçün qeydiyatdan keçmişəm, niyə mənə cavab gəlmir?
19/04/2020 Прочитано: 28 Средняя стоимость: 5

Maliyyə dəstəyi almış sahibkararın siyahısı saytımızda yerləşdirilmişdir. Siyahıda ad və ya VÖEN-ə görə yoxlayın. Olmadığı halda qeydiyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Sadıxova Nərminə İlham qızı ra***@gmail.com ID: 1386
Salam.Men kecen il hesabimi baglatmisam amma mene sosial.az saytindan mesaj gelibki vergi odeyicisisiniz.xais edirik arasdirin
19/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Sadıxova Nərminə İlham qızı (VÖEN 2302771442) vergi ödəyicisi kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsində uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Binnətov Rüfet Mübariz oğlu bi***@mail.ru ID: 1384
Mən bilmək istəyirəm ki 5 il öncə açdırdığım vöen-ə görə mənim həmin vöen-i bağlatdərmadığım üçün hər hansı borcum yaxud ödəyəcəyim faiz varmı?
19/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Binnətov Rüfət Mübariz oğlu (VÖEN 2201073442) vergi ödəyicisi kimi 5 saylı Ərazi Vergilər İdarəsində uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Quluzadə Vüqar İbrahim oğlu gu***@gmail.com ID: 1383
Salam Vergilər Nazirliyinin əməkdaşları, Mən çox qısa zamanda ASAN İmza aktiv etmək istəyirəm. Hal-hazırda Covid-19 virusu ilə əlaqədar olar ASAN İmza nömrəmi səyyər Nar mobile-dən əldə etmişəm. Sadəcə Vergilər Nazirliyi tərəfindən verilən sertifikat mütləq ASAN xidmət mərkəzlərinə yaxınlaşmağım və ya Vergilər Nazirliyinə yaxınlaşmağım bildirildi. Sadəcə ASAN Xidmət mərkəzləri sənəd qəbulu hələki etmir yəni virusla əlaqədar olar. Biz bu sertifikatı necə online əldə edə bilərik? (Qısaca virusla bağlı evdən çölə çıxmaq istəmirəm) Və ya hər hansısa bir həll yolu varmı qısa zamanda bu məsələni həll edə bilim. Öncədən təşəkkürlər! Hörmətlə, Vüqar Quluzadə
19/04/2020 Прочитано: 36 Средняя стоимость: 5

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Abdullayev Seyfulla Rizvan ab***@gmail.com ID: 1382
Salam. e-sosial-dan bir dəfəlik yardımdan yararlanmaq üçün qeydiyyatdan keçdim. Mənə belə bir cavab gəldi siz vergi ödayicisisiz. Amma mənim məlumatım yoxdur. Zəhmət olmasa, bu məsələyə aydınlıq gətirəsiniz.
19/04/2020 Прочитано: 27 Средняя стоимость: 5

Abdullayev Seyfulla Rizvan oğlu (VÖEN 7000672672) vergi ödəyicisi kimi 5 saylı Ərazi Vergilər İdarəsində uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün uçotda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
ziyafət hüseynova hu***@gmail.com ID: 1381
Salam mən Hüseynova Ziyafət Mehdi qızı sizləri Şəmkir rayon Tatarlı kəndindən nərahat edirəm. Karantin rejimi ilə əlaqədar cənab prezident İlham Əliyev az təminatlı alələrə dəstək məqsədiylə 190 manat birdəfəlik yardım etməyi əmək və əhalinin sosial müdafiəsi nazirliynə göstəriş verdi. Biz az təminatlı alələr çox sevindik, biz də yararlanmaq istədik və bizdə onlayn qaydada qeydiyyatdan keçdik 190 manat almaq üçün və bir neçə gündən sonra mənə gələn mesaj məni şoka saldı beləki mənə gələn mesajda yazılıb ki sizin aktiv əmək müqaviləniz olduğu üçün sizə birdəfəlik yardım düşmür mənə də maraqlıdır ki, heç bir yerdə işləmədiyim halda necə ola bilərki mənim əmək müqaviləm olar. Çox xahiş edirəm, bunu araşdırasız, mənim adıma bu əmək müqaviləsi haardan ola bilər?
19/04/2020 Прочитано: 30 Средняя стоимость: 5

Bildiririk ki, qüvvədə olan əmək müqaviləsi bildirişinizin olub-olmaması barədə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rəsulov Ceyhun Eldar ce***@gmail.com ID: 1380
Salam mən fərdi sahibkaram, bilmək istərdim mənə kampensasiya düşür? Bir də sizin saytdan qeydiyyatdan keçə bilmirəm.
19/04/2020 Прочитано: 25 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Muxtarov Taleh Zohrab ta***@list.ru ID: 1379
Salam. Mən vergi ödəyicisi olmadığım halda, mənə vergi ödəyicisi olduğuma görə müavinət verilmədiyi barədə sms gəlib. Sizdən öyrənmək istədiyim odur ki, mən nə zamandan vergi qeydiyyatındayam?
19/04/2020 Прочитано: 28 Средняя стоимость: 5

Muxtarov Taleh Zöhrab oğlu (VÖEN 5400850092) vergi ödəyicisi kimi 10 saylı Ərazi Vergilər İdarəsində uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir.  Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Mehman Nəsirov Şəmil mn***@bk.ru ID: 1378
Salam. Oğlumun adına olan VÖEN necə ləgv etmək olar? 2014 cü ildə götürülən PİN kod itirilib. Həmin VÖEN lə hec bir əməliyyat olunmayıb. Köməklik göstərməyinizi xahiş edirik. 6 ildir işsiz olan, bir uşaq atasına, gənc ailəyə 190 aznin verilməsində köməklik etməyiniz ALLAHA xoş gedər. VÖEN № 5500743332 Nəsirov Samir Mehman oglu. Sağ olun.
19/04/2020 Прочитано: 29 Средняя стоимость: 5

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Əli Quliyev Sətdar al***@yahoo.com ID: 1377
Salam. Marketlərdən aldığımız mallardan tutulan ƏDV -nin 10 və 15%-nin qaytarılması üçün harada qeydiyyatdan keçmək lazımdır?
18/04/2020 Прочитано: 37 Средняя стоимость: 4

İstehlakçı şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə edvgerial.az portalında qeydiyyatdan keçməlidir. Bu zaman portalda elektron kabinet yaradılır.

 

4/5 (2 Средняя стоимость)
Оцените:
Şahbazov İsmayıl Musa Oglu Is***@gmail.com ID: 1376
Salam. Mən 2013-cü ildə meyvə tərəvəz dükanı açdığım üçün vöen açdırmışdı və 3 ay sonra dükanı bağladığım üçün vöeni baglatdım. Məlum pandemiya səbəbinden 190 azn sosial yardim almaq üçün müraciət etdim və mesaj gəldiki mən vergi ödəyicisi olduğum üçün mən yardım ala bilmərəm. Gərək vöeni tam ləğv edim ki, sosial yardım ala bilim və bilmək istəyirəm ki, mən vöen-imi necə ləğv edə bilərəm?
18/04/2020 Прочитано: 32 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Adəm İsgəndərov Şamil ad***@gmail.com ID: 1373
Salam, mən aprel ayının 8 i asan imza sertifikatı üçün müraciət edib lazım olan sənədləri göndərmişəm. 10 gün keçib hələ bir cavab yoxdur. Mən sahibkaram və o sertifikatı da icazə üçün istəyirdim. Saytda qeyd olunan nömrələr də məlumat vermir.
18/04/2020 Прочитано: 32 Средняя стоимость: 5

Bildiririk ki, müraciətlər növbəlilik əsasında icra olunur və müraciətinizin nəticəsi barədə vergi orqanı tərəfindən sizə məlumat veriləcək. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Bəxtiyar Nəcəfov Seymur oğlu be***@gmail.com ID: 1372
Salam mən bərbərlik fəaliyətilə məşğul kiçik ,fiziki ,sahibkaram. Mənə koronavirus (COVİD -19)pandemiyasi ilə bağli maliyyə proqramı çərçevəsində ayrilan vəsait -339 Azn -dir.İllik vergi ödənişim 339 Azn təşkil edir.Mənə marağlıdır bu vəsait 1 dəfəlik ödənilib. Yoxsa 2 ayliq 339 Azn ödənilməlidir. Əyər 1 dəfəlik nəzərdə tutulubsa az deyilmi? Xahiş edirəm mənə ətrafli məlumat verəsiniz. VOEN-7000872172
18/04/2020 Прочитано: 37 Средняя стоимость: 5

Bildiririk ki, fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyi birdəfəlik ödəmə formasında nəzərdə tutulur və 2019-cu il ərzində ödədiyiniz vergilərə nisbətdə müəyyən edilir.

5/5 (1 Средняя стоимость)
Оцените:
Vüsal Abbasov Rəfail oğlu ab***@gmail.com ID: 1028
Salam. Bu gün Bakcell əhmədli müştəri xidmətinnən nömrə aldım. 15azn ödəməli oldum. Kartla ödəniş etmək istədim dedilər olmaz. Yalnız nağd pul ödəməklə ödəniş etməyə icazə verdilər. 15 manat ödədim sonra kassa çeki istədim mənə 5azn lik çek təqdim edildi. Mənə maraqlıdı bu nə məsələdir?
18/04/2020 Прочитано: 163 Средняя стоимость: 4

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

4/5 (4 Средняя стоимость)
Оцените:
Famil Xəlilov FI***@GMAIL.COM ID: 1371
Salam, mən bilmək istəyirəm ki, mənim VÖEN-imin fəaliyyəti dayandırılıb yoxsa açıqdır?
18/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Müraciətinizlə bağlı qeydiyyatda olduğunuz vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Babayev Qalib Hüseynqulu oğlu qa***@gmail.com ID: 1370
Mənim işsizliklə bağlı müracətimə cavab olaraq vergi ödəyicisi olduğum haqqında sms gəlib. Amma 2 il olar ki, dondurmuşam. Nə mən, nə yoldaşım, nə oğlum işləmirik. Qızım tələbədir. İndi kimə müraciət etməliyəm. Məşğulluq idarəsi yox dedi sizə necə müraciət edim. hazırda heç bir fəaliyyətim yoxdu və vergi ödəyicisi kimi vöen dondurulub. Xahiş edirəm məlumat və kömək edin.
18/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Vergi uçotunuzla bağlı qeydiyyatda olduğunuz vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəşad Babayev eldar b.***@gmail.com ID: 1369
Salam mən vöen ləgv etmek ücün hara müraciət edim
18/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените: