Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Əli Quliyev Sətdar al***@yahoo.com ID: 1377
Salam. Marketlərdən aldığımız mallardan tutulan ƏDV -nin 10 və 15%-nin qaytarılması üçün harada qeydiyyatdan keçmək lazımdır?
18/04/2020 Прочитано: 37 Средняя стоимость: 4

İstehlakçı şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə edvgerial.az portalında qeydiyyatdan keçməlidir. Bu zaman portalda elektron kabinet yaradılır.

 

4/5 (2 Средняя стоимость)
Оцените:
Şahbazov İsmayıl Musa Oglu Is***@gmail.com ID: 1376
Salam. Mən 2013-cü ildə meyvə tərəvəz dükanı açdığım üçün vöen açdırmışdı və 3 ay sonra dükanı bağladığım üçün vöeni baglatdım. Məlum pandemiya səbəbinden 190 azn sosial yardim almaq üçün müraciət etdim və mesaj gəldiki mən vergi ödəyicisi olduğum üçün mən yardım ala bilmərəm. Gərək vöeni tam ləğv edim ki, sosial yardım ala bilim və bilmək istəyirəm ki, mən vöen-imi necə ləğv edə bilərəm?
18/04/2020 Прочитано: 32 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Adəm İsgəndərov Şamil ad***@gmail.com ID: 1373
Salam, mən aprel ayının 8 i asan imza sertifikatı üçün müraciət edib lazım olan sənədləri göndərmişəm. 10 gün keçib hələ bir cavab yoxdur. Mən sahibkaram və o sertifikatı da icazə üçün istəyirdim. Saytda qeyd olunan nömrələr də məlumat vermir.
18/04/2020 Прочитано: 32 Средняя стоимость: 5

Bildiririk ki, müraciətlər növbəlilik əsasında icra olunur və müraciətinizin nəticəsi barədə vergi orqanı tərəfindən sizə məlumat veriləcək. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Bəxtiyar Nəcəfov Seymur oğlu be***@gmail.com ID: 1372
Salam mən bərbərlik fəaliyətilə məşğul kiçik ,fiziki ,sahibkaram. Mənə koronavirus (COVİD -19)pandemiyasi ilə bağli maliyyə proqramı çərçevəsində ayrilan vəsait -339 Azn -dir.İllik vergi ödənişim 339 Azn təşkil edir.Mənə marağlıdır bu vəsait 1 dəfəlik ödənilib. Yoxsa 2 ayliq 339 Azn ödənilməlidir. Əyər 1 dəfəlik nəzərdə tutulubsa az deyilmi? Xahiş edirəm mənə ətrafli məlumat verəsiniz. VOEN-7000872172
18/04/2020 Прочитано: 37 Средняя стоимость: 5

Bildiririk ki, fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyi birdəfəlik ödəmə formasında nəzərdə tutulur və 2019-cu il ərzində ödədiyiniz vergilərə nisbətdə müəyyən edilir.

5/5 (1 Средняя стоимость)
Оцените:
Vüsal Abbasov Rəfail oğlu ab***@gmail.com ID: 1028
Salam. Bu gün Bakcell əhmədli müştəri xidmətinnən nömrə aldım. 15azn ödəməli oldum. Kartla ödəniş etmək istədim dedilər olmaz. Yalnız nağd pul ödəməklə ödəniş etməyə icazə verdilər. 15 manat ödədim sonra kassa çeki istədim mənə 5azn lik çek təqdim edildi. Mənə maraqlıdı bu nə məsələdir?
18/04/2020 Прочитано: 162 Средняя стоимость: 4

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

4/5 (4 Средняя стоимость)
Оцените:
Famil Xəlilov FI***@GMAIL.COM ID: 1371
Salam, mən bilmək istəyirəm ki, mənim VÖEN-imin fəaliyyəti dayandırılıb yoxsa açıqdır?
18/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Müraciətinizlə bağlı qeydiyyatda olduğunuz vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Babayev Qalib Hüseynqulu oğlu qa***@gmail.com ID: 1370
Mənim işsizliklə bağlı müracətimə cavab olaraq vergi ödəyicisi olduğum haqqında sms gəlib. Amma 2 il olar ki, dondurmuşam. Nə mən, nə yoldaşım, nə oğlum işləmirik. Qızım tələbədir. İndi kimə müraciət etməliyəm. Məşğulluq idarəsi yox dedi sizə necə müraciət edim. hazırda heç bir fəaliyyətim yoxdu və vergi ödəyicisi kimi vöen dondurulub. Xahiş edirəm məlumat və kömək edin.
18/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Vergi uçotunuzla bağlı qeydiyyatda olduğunuz vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəşad Babayev eldar b.***@gmail.com ID: 1369
Salam mən vöen ləgv etmek ücün hara müraciət edim
18/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Muradova Nişanə Cavad mu***@gmail.com ID: 1367
Salam mən vöenimi bağlamaq üçün sizə müracət etmişəm amma hələdə vöenimi baglmayiblar xahiş edirem vöenimi bağlayasiz mənə təcili lazimdir. Sistemden silin xahiş edirem
18/04/2020 Прочитано: 23 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ulviyye Esedova Eyyub qizi ul***@mail.ru ID: 1365
Salam. Mən vergi ödəyicisi olduğuma görə mənə 250 manat düşürmü və mən ərizəni neəe göndərim? Kod şifrə və parolu yazdığım kağızı itirmişəm. Çox xahiş edirəm mənə qeydiyyatdan keçmək üçün komek edəsiz.Allah c.c sizdən razı olsun.
18/04/2020 Прочитано: 27 Средняя стоимость: 0

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Novruzov Nizami Agamali se***@mail.ru ID: 1364
Salam, mən Fərdi sahibkarlara dəstək proqrami üzrə müraciət etmək istəyirəm, lakin istifadəci kodu və sifrə yadimda deyil,onlari necə bərpa edə bilərəm?
18/04/2020 Прочитано: 22 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aynur Məmmədova Fərrux ay***@rambler.ru ID: 1054
Salam hörmətli vergi əməkdaşları! ƏDV ödəyicisi olan hüquqi şəxs pərakəndə qaydada ticarət fəaliyyəti ilə (idxal edilmiş hazır məhsullar son istehlak məqsədi ilə fiziki şəxslərə təqdim edilir) məşğuldur. Mallar müştərilərə təqdim edilərkən satılan malların dəyəri nəğd və ya posterminal vasitəsilə ödənilərkən müştəriyə nəzarət kassa aparatı çeki təqdim edilir. Lakin COVİD19 pandemiyası ilə əlaqədar ölkədə karantin rejimi tətbiq edildiyi gündən malların obyektimizdə təqdim edilməsi dayandırılmış və onlayn satış fəaliyyətinə keçilmişdir. Əgər müştəri aldığı malın dəyərini banKomatlar vasitəsilə və ya ödəniş tapşırığı ilə birbaşa bizim bank hesabımıza ödəmişdirsə, bu halda mal çatdırılan zaman müştəriyə nəzarət kassa aparatı çeki də təqdim edilməlidirmi? Təşəkkürlər!
18/04/2020 Прочитано: 131 Средняя стоимость: 3

Bildiririk ki, Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi, və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

3/5 (3 Средняя стоимость)
Оцените:
Gəray Məmmədov Həmid ma***@gmail.com ID: 1363
Mən vergi ödəyicisi kimi fəaliyyətimi 2014-cü ildən dayandırmağıma baxmayaraq dünən yəni 17.04.2020-ci il tarixində e-sosial.az tərəfindən mesaj göndərilərək vergi ödəyicisi olduğum üçün işsiz kimi qeydiyyata alınmaqdan imtina edildiyi bildirilir. Bu problemə aydınlıq gətirməyinizi xahiş edirəm.
18/04/2020 Прочитано: 21 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aqşin Mirzəyev Bəylər oğlu aq***@gmail.com ID: 1362
Salam, 190 azn almaq üçün müraciət etdim,aktiv VÖEN varınızdı deyə mənə düşmədi,VÖEN-i kart hesabı açdırmaq üçün almışdım 07.11.2019 cu ildə (nəğdsiz ödənişlər üçün) İndi hal hazırda karantin dövründə nə işləyə bilirəm, nə gəlirim var nədəki 190 azn köməklik mənə düşmədi, mənə necə köməklik edə bilərsiniz, vəziyyət getdikcə pisləşir, xahiş edirəm mənə köməklik edəsiniz. Hörmətlə
18/04/2020 Прочитано: 28 Средняя стоимость: 0

Sosial müavinətlər, işsizlik və ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nəcəfli Balaş Yusuf oğlu ab***@yahoo.com ID: 1361
VÖEN-im fəaliyyəti tamamilə ləğv olunub yoxsa müvəqqəti dayandırılıb?
18/04/2020 Прочитано: 36 Средняя стоимость: 0

Bildiririk ki, Nəcəfli Balaş Yusuf oğlu (VÖEN 1800955972) vergi ödəyicisi kimi uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abbasov Ilkin hemid oqlu il***@mail.ru ID: 1359
Salam. Mən hal-hazırda işləmirəm. 4 il öncə VÖEN açılıb, amma 2 ay müddətindən sonra fəaliyyətimi dayandırmışdım. O gündən işləmirəm. Xahiş edirəm mənə həmin Vöen-i bağlamağa yardım edəsiniz. Şifrə kod bunlarda məndə yoxdur. Mümkünsə cavab yazın. Təşəkkürlər.
18/04/2020 Прочитано: 25 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Salahov Hüseyn Vaqif el***@gmail.com ID: 1358
Salam. Mən işsizəm hal hazırda. Sosial müavinət 190 AZN almaq üçün müraciət etmişəm. Mənə cavab gəlib ki, sizin adınıza vöin var. Ama mən adıma heç vaxt vöen açdırmamışam. Müraciət etmişəm alınmayıb deyə qalıb. Xahis edirəm mənə məlumat verəsiniz. Bu necə ola bilər? İşsizliyə görə mən müraciət ünvanlaya bilmirəm. Mənə köməklik edin. Təsəkkurlər
18/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Salahov Hüseyn Vaqif oğlu (VÖEN 1804354092) vergi ödəyicisi kimi Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəşad Bayramov Tacəddin oğlu ba***@bk.ru ID: 1356
Salam! Bu ilin fevral ayında vöenimin vergi uçotundan legv edilməsi üçün müraciət etmişəm. vöenə bağlı bank hesabımıda ləğv etmişəm. 190 manat işsizlik üçün muavineti almaq üçün müarciet etdim amma dünən mənə sms gəldiki siz sahibkarsız sizə 190 manat düşmür. Sizdən xaiş edirəm mənim vöenimi qısa zamanda vergi uçotundan çıxardardınız. Voen — 2904691392 Zəhmət olmasa cavabı mənə elektron poçtuma göndərərsiniz!
18/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Fərid Mustafayev fa***@gamil.com ID: 1355
Asan İmza sertifikatının aktivləşdirilməsi.
18/04/2020 Прочитано: 35 Средняя стоимость: 5

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan tanış ola bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Suleymanov Ilqar Vuqar Su***@gmail.com ID: 1354
Salam mən istəyirdim ki, dükan açam balaca özümə iş quram ona görə qabaqcadan vöen almaq qərarına gəldim. Təxmini 3 aya yaxındır ki, mın asan xidmətdən gələcək üçün vöen və asan imza aldım. Sonra mən imkan daxilində xəyalımı reallaşdıra bilmədim yəni, maddi vəziyyət imkan vermədi dükan açam. Ona görə indi mən vöenimi ləğv etmək isəyirəm. Onlayn mümkündürmü?
18/04/2020 Прочитано: 25 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените: