Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Əjdər Aslanov Nüsrətdin ci***@mail.ru ID: 1353
Vöen istifadə kodu və parolu silinib vərəqdə gorsənmir onu bərpa etmək istəyirəm. Xahiş edirəm bu haqda köməklik göstərəsiniz.
18/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Təhmasib Eyvazov kh***@rambler.ru ID: 589
Salam. Açıq səhmdar cəmiyyətinin qeyri-rezident səhmdarı (fiziki və hüquqi şəxs) öz səhmini digər qeyri-rezidentə (fiziki və hüquqi şəxs) satır. Əvvəlki qeyri-rezidentin adı və səhm payı Nizamnamədə əks olunub. Bu məsələlərlə bağlı aşağıdakı suallara aydınlıq gətirilməsi xahiş olunur. 1. Səhmdar qeyri-rezident öz səhmini digər qeyri-rezidentə satdıqda hansı vergilər yaranır və onların ödənişi necə həyata keçirilməlidir? 2. Yeni səhmdarla bağlı sənədlər həmin yeni səhmdarın iştirakı ilə Nizamnaməyə dəyişiklik edilməsi (yeni səhmdarın adı və səhm payına dair) barədə Səhmdarların Ümumi Yığıncağının qərarı ilə birlikdə eyni vaxtda vergi orqanına uçot məlumatlarında dəyişiklik üçün verilərsə, bu hal vergi orqanı tərəfindən qəbul ediləcəkmi, yoxsa səhmdar dəyişikliyindən sonra yeni səhmdarla bağlı sənədlər uçot məlumatlarında dəyişiklik üçün verilməli, vergi orqanı qeydiyyata aldıqdan sonra Nizamnaməyə dəyişiklik verilməlidir? Əvvəlcədən təşəkkür edirəm.
18/04/2020 Прочитано: 213 Средняя стоимость: 4

Cavab 1. Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxsin təsisçisi olan qeyri-rezident şəxs tərəfindən payının digər qeyri-rezident şəxsə təqdim edilməsi zamanı qeyri-rezident şəxsin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri üzrə vergi öhdəlikləri həmin qeyri-rezidentin özü tərəfindən vergi orqanında uçota alınaraq mənfəət və ya gəlir vergisinə cəlb edilməklə və ya onun təyin etdiyi vergi agenti tərəfindən yerinə yetirilir.

Belə ki, Vergi Məcəlləsinin 13.2.16.6-cı maddəsinin müddəalarına əsasən rezident hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir.

Bildiririk ki, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Vergi Məcəlləsinin 104.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur.

Vergi Məcəlləsinin 149.1.3-cü və 149.1.3-1-ci maddələrinin müddəalarına görə vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezident şəxs və ya onun təyin etdiyi vergi agenti tərəfindən Məcəllənin 149.2-ci maddəsində müəyyən edilmiş müddətdə müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim olunur.

Cavab 2. Bildiririk ki, qanunvericiliyə əsasən açıq səhmdar cəmiyyətinin səhmdarlarının dəyişməsi ilə əlaqədar nizamnaməsinə edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün “Qiymətli kağız mülkiyyətçilərinin reyestri”, səhmdarların ümumi yığıncağının qərarı, yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik layihəsi, yeni səhmdarların şəxsiyyətini təsdiq edən sənədin surəti müvafiq ərizə forması ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalıdır.

Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik həmin Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, qeydiyyat orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-2.2-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının reyestri mərkəzi depozitar tərəfindən aparılmalıdır.

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə müvafiq olaraq Mərkəzi depozitar depozitar sistemini idarə edən Milli Depozit Mərkəzidir.

Eyni zamanda bildiririk ki,  açıq səhmdar cəmiyyətinin səhmdarlarının dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yalnız hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət olunmalıdır.

4/5 (3 Средняя стоимость)
Оцените:
Əkbərova Nigar Elxan qızı nu***@gmail.com ID: 1027
Salam. 20 Mart 2020- ci il tarixində 125 manat məbləğində DSMF ödənişini yalnışlıqla Vergilər Nazirliyinin 11125400 (Mənfəət vergisi) koduna ödəniş etmişəm. Xahiş edirem ödenilen veasitin geri qaytarılmasına ve ya DSMF nin 121340 (Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar) ödeniş koduna yönləndirilməsinə köməklik göstərəsiniz.
18/04/2020 Прочитано: 133 Средняя стоимость: 5

Bildiririk ki, məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərinin hesabınızda aidiyyatı üzrə qeyd olunması üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

5/5 (2 Средняя стоимость)
Оцените:
Aşur Bədəlov Natiq as***@gmail.com ID: 1352
Hər vaxtınız xeyir olsun. Bilmək istəyirəm ki, atam mənə 10 illik etibarnamə verib. Bütün işlərini idarə etməm üçün. Atam fiziki şəxs kimi kiçik sahibkardır. Mən atamın adına olan bütün işləri, vergi və DSMF-yə olan borcla birlikdə öz adıma keçirdə bilərəmmi? Daha sonra onun fiziki şəxs kimi VÖEN-i fəaliyyətini dayandırsın və mən öz VÖEN-imlə işləyim, ola bilərmi? Zəhmət olmasa cavablandırın.
18/04/2020 Прочитано: 27 Средняя стоимость: 5

Bildiririk ki, qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergi bazasını, vergi dərəcəsini və vergi güzəştlərini əsas götürərək hesabat dövri üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır. Vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Əzizov Vüsal az***@gmail.com ID: 1351
Yazib sizə muraciət edirem ki Mən Azizov Vüsal Nizami Oğlu 2014-cü ildə taksi failiyyətim üçün vöen açdırmışam. Ancaq müraciətimin səhəri güçü qəza keçirdiyim üçün hətta vöenimi gedib götürmədim. İndi heç bir maşınım olmadığı üçün hətta taksi fəaliyyəti belə göstərmirəm. 190 azn üçün müraciət edərkən mən işi olan adam kimi görsəndim. Sadəcə bilmək istəyirəm ki, əgər mənim hal-hazırda vöenim aktiv sayılırmı? Çünki mən o vöeni açdırdıqdan sonra götürmək üçün getməmişəm və istifadə belə etməmişəm və necə vöenimi dayandira bilərəm?
18/04/2020 Прочитано: 27 Средняя стоимость: 0

Bildiriririk ki, fiziki şəxsin vergi uçotu onun müraciəti əsasında həyata keçirilir. Vergi uçotu haqqında şəhadətnaməni götürməyinizdən asılı olmayaraq, vergi uçotu haqqında müraciət etdiyiniz tarixdən uçota alınmış hesab olunursuz.

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əkbərov Rafael Mənsur oğlu ra***@yahoo.com ID: 894
Salam. ASC sədri rəhmətə gedib. Nizamnamədə bu hal üçün heç nə nəzərdə tutulmayıb. Yığıncaq çağırıb yeni sədri seçmək üçün reyestr alınmalıdır. Reyestri sədr olmadığından vermirlər. Köhnə reyestrlə yığıncaq keçirmək səhmdarların səlahiyyətinə xələl gətirə bilər. Bu halda nə olmalıdır? ASC yeni sədr seçilənədək bank əməliyyatlarını, vergi hesabatlarını necə həyata keçirməlidir, necə fəaliyyət göstərməlidir? Cavaba görə əvvəlcədən təşəkkür edirəm.
18/04/2020 Прочитано: 147 Средняя стоимость: 5

Bildiririk ki, qanunvericiliyə əsasən açıq səhmdar cəmiyyətinin sədr dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün səhmdarların ümumi yığıncağının qərarı, yeni sədrin şəxsiyyətini təsdiq edən sənədin surəti müvafiq ərizə forması ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalıdır.
Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.                                        
Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-2.2-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının reyestri mərkəzi depozitar tərəfindən aparılmalıdır. 
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə müvafiq olaraq Mərkəzi depozitar depozitar sistemini idarə edən Milli Depozit Mərkəzidir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, “Qiymətli kağız mülkiyyətçilərinin reyestri”nin əldə edilməsi üçün aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
 

5/5 (3 Средняя стоимость)
Оцените:
Faiq Süleymanov Sədrəddin fa***@mail.ru ID: 945
Salam. Bildiyiniz kimi yanacaq doldurma məntəqələri Neft Bazalardan yanacaq məhsullarını aldığı zamanı təqdim edilən e-qaimələrdə yol vergisi də qeyd olunur. Ancaq bu qaimələrdə malların cəmi qiyməti və ya məbləği sətirində sırf ƏDV-yə cəlb edilən məbləğ göstərilir. Misal üçün Neft Baza 11461.14 manatlıq qaimə təqdim edib. Bu məbləğin 9476.98 manatı malların cəmi qiyməti, 1705.86 manatı ƏDV, 278.30 manatı isə yol vergisidir. Sualım ondan ibarətdir ki, gəlir vergisi bəyannaməsi təqdim edən şəxs 1226.4-cü sətirdə (malın dəyəri) 9476.98 manatımı yoxsa 9755.28 manatımı (9476.98+278.30) qeyd etməlidir ? Ətraflı cavab verməyinizi xahiş edirəm.
18/04/2020 Прочитано: 194 Средняя стоимость: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci  il tarixli 2 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti topdansatış tariflərinə qanunvericiliyə uyğun olaraq yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər.

Neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən neft məhsullarının alınması zamanı ödənilmiş yol vergisi malın dəyərinə aid edildiyindən həmin məhsulların təqdim edildiyi hesabat dövrləri üzrə təqdim edilən malların həcminə uyğun olaraq malın dəyəri kimi gəlirdən çıxılır və gəlir vergisi bəyannaməsinin “Xərclər” bölməsinin 1126.4-cü sətrində (malın dəyəri) əks etdirilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 139-cu və 209-cu maddələri.

3/5 (2 Средняя стоимость)
Оцените:
Mustafayeva Vüsalə sg***@gmail.com ID: 1350
2018-ci ildən 2019 cü ilin son rübünə qədər vergi sosial ödəyicisi olmuşam . İşdən cıxdıgım üçün vöenimi müvəqqəti dayandırmışam. Pandemiyaya görə ayrılan vəsaitə görə müraciət edirəm
18/04/2020 Прочитано: 23 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sever Meherremova Hesen se***@gmail.com ID: 1347
Mənim vöenim var 2017-ci ildən. Amma onu sosial yardım almaq üçün açdım. O ildən bu yana işlətmirəm adımda açıq olduğuna görə yardım pulu ala bilmirəm. Nömrəmdə qeydiyyat olduğum üçün nömrə işlənilmir deyə onlayn adımdan çıxara bilmirəm. Kömək edin.
18/04/2020 Прочитано: 21 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Bağırov Elvin Gülməmməd el***@gmail.com ID: 1346
Salam, mən youtube üzərindən gəlir əldə edirəm və adsense vasitəsi ilə məbləği bankda açdığım sahibkar hesabına transfer edirəm. Gəlir vegisi ödəyicisi olduğumu bilirəm və ödənişlərimi edirəm. Mən heç bir müəssisə yaxud obyekt açmadığım halda, virtual məkandan əldə etdiyim gəlirlə bağlı dövlət sosial sığorta ödənişi etməliyəm? Etməliyəmsə hansı maddə rəhbər tutularaq tələb olunur bu məbləğ?
18/04/2020 Прочитано: 71 Средняя стоимость: 5

Müraciətinizdə qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Qeyd etdiyiniz fəaliyyət üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 25 faizi miqdarında ödənilməlidir. 

Əsas: "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanununun 14-cü maddəsi

5/5 (1 Средняя стоимость)
Оцените:
Abdullayev Fəxrəddin Xanış oğlu ce***@mail.ru ID: 1345
Mən Vöenimi 17.02.2020 ildə ləğv elətdirmişəm. Amma mən 190 azn almaq üçün müraciət etdim. mənə sms gəldiki vöen odəyicisi olduğunuz üçün işsiz kimi qeydiyyata alınmaqdan imtina edilmişdir. Xahiş edirem bunu ləğv edilməsini tezləşdirinki mən sosial yardım ala bilim.
17/04/2020 Прочитано: 23 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Şərifov Anar Mübaşir la***@mail.ru ID: 1344
Salam. Mən taksi fəaliyyəti ilə məşgul am. Bütün sənədlərim qaydasındadır. Bildiyimə görə, Covid-19 la əlaqədar zərər cəkmiş sahələrdən biridə, taksi fəaliyyətidir. Bununla əlaqədar, mənə yardım düşür?
17/04/2020 Прочитано: 38 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir: 
Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər. 
İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər.
 

0/5 (0 Средняя стоимость)
Оцените:
Babayev Bəxtiyar be***@bk.ru ID: 1343
Salam. Hər vaxtınız xeyir. Mən vaxtı ilə vergi ödəyicisi olmuşam. Amma hal-hazırda vergi ödəmirəm. VÖEN-im dayandırılıb. 3701205532. Mən məşğulluq idarəsindən qeydiyyatdan keçib, mənə 190 manat pul verilsin. Amma mənə sms geldi ki siz vergi ödəyicisisiniz, ona görə də sizə 190 manat düşmür. Bu barədə nə deyə bilərsiz?
17/04/2020 Прочитано: 23 Средняя стоимость: 0

 

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rahib Fetayev ia***@gmail.com ID: 1342
Salam, Mən video operator işləyirəm gündəlik 15 manat, Vöen açdırmışam, vöeni götürdüm iki gündən sonra, virusla əlaqədar iş yerləri baqlandı. Heç bir ödəniş etməmişəm, vergi ödəyicisi olduğum üçün mənə 190 manat birdəfəlik ödəmə düşmədi, indi mənə deyin görüm vergi ödəyicisi olaraq hara müraciət etməliyəm, is yox bu verilən pullardan mənə düşür yoxsa yox?
17/04/2020 Прочитано: 29 Средняя стоимость: 5

 

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Kazımova Könül Rəşid qızı ko***@mail.ru ID: 1341
Salam. Adına VOEN olan şəxsin 250 manat yardım alması üçün necə müraciət edə bilərəm?
17/04/2020 Прочитано: 28 Средняя стоимость: 5

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linkdən istifadə etməklə tanış ola bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rauf Ağamoğlanov Musa Tu***@mail.ru ID: 1340
Salam mənə yardım düşür?
17/04/2020 Прочитано: 24 Средняя стоимость: 5

 

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rauf Ağamoğlanov Musa Tu***@mail.ru ID: 1339
Salam mənə yardım düşür?
17/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linkdən istifadə etməklə tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Huseynov Rasim Resid oglu se***@gmail.com ID: 1338
2001658562 nömrəli VÖEN sahibinin açdığı bərbərxanada 05.11.2014 tarixinə qədər bərbər vəzifəsində aylıq əmək haqqım 150 azn olmaq şərti ile çalışmışam. Həmin tarixdə işəgötürən VÖEN-ini bağladı ve işinə xitam verdi. Mən bu gun sosial yardımlardan məhz bu müqaviləyə görə məhrum olmuşam. VÖEN bağlandıqdan sonra mənim müqaviləmin də h hüquqi bir əsasının olmadığını nəzərə alsaq, xahiş edirəm bu halda mənim nə edəcəyimlə bağlı mənə bir məsləhət verərdiz. Həmin tarixdən işsizəm, günəmuzd olaraq çalışmışam.
17/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları əmək qanunvericiliyi ilə tənzimlənir və sorğunuzda qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cəbiyev Elbrus Xanəhməd ce***@mail.ru ID: 1337
Salam. Bildirmək istəyirəm ki, faktiki heç bir yerdə işləmədiyim halda mən aktiv vöen istifadəçisi kimi vergilər idarəsində qeydiyyatdayam. Xahiş edirəm mənim vöenim ləğv edilsin və mənimlə əlaqə saxlanılsın.
17/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Anar Əhmədov Aydın oğlu an***@yahoo.com ID: 1334
Salam, mikrosahibkar kimi şifahi və yazılı tərcümə üzrə xidmətlər göstərirəm, vergiləri və sosial müdafiə haqlarımı vaxtında ödəyirəm. Şəxsi elektron kabinetimdə elanlarda qeyd edilən Pandemiya ilə bağlı maliyyə yardım bölməsi yoxdur, SMS bildirişi almamışam. Maliyyə yardımdan necə yararlana bilərəm? İkinci sualım da, ilin 1-ci rübü bitdikdən sonra gəlir vergisi üzrə arayış təqdim etdim, amma nədənsə işlənilməsi təmin edilmədi - məni hansısa səbəbdən yalnız keçən ildən fəaliyyətə başlamış sahibkar kimi təsnifləşdirdilər, baxmayaraq ki, keçən il həmin arayışları öz qaydasında verirdim, problem olmurdu (illərdir ki, dövlət qeydiyyatında olan sahibkar kimi işləyirəm). Eyni zamanda, sosial müdafiə fonduna ödənişlər barədə rüblük hesabat verməyə mümkün deyil - sistemdə yalnız 2019-cu il ən sonuncu il kimi göstərilir. Çağrı mərkəzinizlə obyektiv səbəblərdən əlaqə saxlamaq mümkün olmadığından bura yazmalı oldum. Təşəkkürlər. Hörmətlə, Anar
17/04/2020 Прочитано: 48 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan birinci sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz. İkinci sualınızla bağlı qeydiyyatda olduğununz vergi orqanına müraciət edərək araşdırılmasını təmin edə bilərsiniz.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 30 dekabr 2019-cu il tarixli, 1917040101742500 nömrəli əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydası yeni redaksiyada təsdiq edilmişdir. Qeyd olunan Bəyannamə (hesabat) forması (icbari tibbi sığorta haqlarının hesablanılması və hesabatların təqdim olunması istisna olmaqla) 01.04.2020-ci il tarixdən qüvvəyə minmişdir.
“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените: