Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Nazirlər Kabineti tərəfindən müvafiq meyarlar təsdiq edildikdən sonra riskli vergi ödəyicisinin meyarları, habelə vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmə mexanizmləri barədə ətraflı məlumat veriləcəkdir.

Общая цена: 5/51
Оцените:

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.
 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, uçot məlumatlarında dəyişiklik edilməsi üçün dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına müraciət edilməlidir. Vergi ödəyicisi bu barədə kağız daşıyıcıda müraciəti müvafiq ərizəni (“Fiziki şəxsin vergi uçotu haqqında Ərizə”) bilavasitə uçotda olduğu vergi orqanına təqdim etməklə və ya poçt vasitəsi ilə göndərməklə həyata keçirir.

Vergi ödəyicisinin gücləndirilmiş elektron imzası (o cümlədən Asan imzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda qeyd edilən dəyişiklik üçün Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidmətindən istifadə etməklə də müraciət edə bilər.
Həmçinin bildiririk ki, məcburi dövlət sosial sığorta haqqı sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında bütün sahibkarlıq subyektləri tərəfindən ödənilməlidir.

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34.3-cü (uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları) maddəsi,"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

Общая цена: 3/52
Оцените:

Vergilər Nazirliyi rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Vergilər Nazirliyinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə, bu haqda əlavə məlumat veriləcək.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, müvafiq hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Müraciətinizdə qeyd olunan şəxsin (Zülfiyyə Nəsibova Nəbi qızı) adına VÖEN aşkar edilməmişdir. 

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna məhdudiyyətlər tətbiq edilib.
Müraciətlərin qəbulunun həyata keçirilməsi üçün xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

Общая цена: 0/50
Оцените:

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz maddədə sosial sığorta deyil, Vergi Məcəlləsinin 116.2-ci maddəsində nəzərdə tutulan sığorta (həyatın yığım sığortası və pensiya sığortası) nəzərdə tutulur.

Sığortalı dedikdə sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi, sığortaçı dedikdə sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs başa düşülür.

Əsas: Vergi Məcəlləsinin 116.2-ci, 150.1.8-ci maddələri, Mülki Məcəllənin 885-ci və 888-ci maddələri, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 25.12.2007-ci il tarixli 519-IIIQ nömrəli Qanunu.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vergi orqanı mənbəyi bəlli olan və təsdiqlənmiş məlumatlar əsasında vergidən yayınan şəxsə qarşı mövcud qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri görə bilər.

Bu baxımdan, qeyd olunan hallar vergi orqanı tərəfindən araşdırılır və şəxsin vergidən yayınmaya yol verdiyi hallar sübuta yetirildikdə vergi orqanı tərəfindən müvafiq tədbirlər görülür.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”.

Общая цена: 0/50
Оцените:

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz:
“Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz:

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir.

Sahibkarlıq fəaliyyətinizi muzdlu işçi cəlb etməklə həyata keçirdiyiniz halda isə onunla əmək müqaviləsi bağlamalı və bağlanmış əmək müqaviləsinin məlumatlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edərək onun hüquqi qüvvəyə minməsi üçün müvafiq bildiriş əldə etməlisiniz.

Bu zaman müqavilədə əks olunan əmək haqqından tərəfinizdən ödəmə mənbəyində gəlir vergisi , sosal və işsizlikdən sığorta haqları tutulmalı,  müvafiq bəyannamə ilə bəyan edilməli və ödənilməlidir.

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri,  VIII, XI və XVII fəsilləri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli  və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının 30 iyun 2017-ci il tarixli 765-VQ nömrəli Qanunları

Общая цена: 0/50
Оцените:

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, vergi ödəyicisi malları sahibkarlıq subyektlərindən aldıqda malların alışı qanunvericiliklə müəyyən edilmiş sənədlər (elektron qaimə-faktura) əsasında, vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda isə “Malların alış aktı” tərtib edilməklə, belə alınmış malların anbara təhvil verilməsi isə forması Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların təhvil-qəbul aktı” (MAA-1) ilə sənədləşdirilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Общая цена: 0/50
Оцените:

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Müvafiq olaraq pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə bank tərəfindən ödəmə mənbəyində tutulmuş və bəyan edilmiş sadələşdirilmiş vergi məbləği mənfəət və gəlir vergisinin ödəyiciləri tərəfindən gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 220.12-ci maddələri.

Общая цена: 4/59
Оцените:

Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisə tərəfindən həmin müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərə ödənilən dividendlər 2019-cu il yanvarın 1-dən etibarən müvafiq olaraq gəlir və mənfəət vergisindən azaddır.

Buna əsasən, 1 yanvar 2019-cu il tarixədək formalaşan bölüşdürürlməmiş mənfəət hesabına dividendin ödənilmə tarixindən asılı olmayaraq vergiyə cəlb edilir. 1 yanvar 2019-cu il tarixdən göstərilən fəaliyyət üzrə formalaşan mənfəətin bölüşdürülməsi isə bu maddənin tələblərinə uyğun olaraq vergidən azaddır.

Müraciətinizdə qeyd olunan halda 1 yanvar 2019-cu il tarixdən göstərilən fəaliyyət üzrə formalaşan mənfəətdən (100 manat) ödənilən dividend vergidən azad edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci və 122-ci  maddələri.

Общая цена: 5/59
Оцените:

Bildiririk ki, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. Lakin mülkiyyətinizdə olan və 3 ildən az yaşayış yeri üzrə qeydiyyatda olduğunuz yaşayış sahəsi təqdim edilən zaman müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş  əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün saytımızda Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğinin hesablanması kalkulyatoru yerləşdirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 220.8-ci maddələri.

Общая цена: 4/55
Оцените:

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada tərtib olunmalı, poçt vasitəsilə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına göndərilməlidir.

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Elektron sənəd mübadiləsi haqqında ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Общая цена: 0/50
Оцените:

Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının, vergi bəyannamələrinin (hesabatların) surətlərinin verilməsi üçün vergi ödəyicisi və ya səlahiyyətli nümayəndə tərəfindən sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər.

Əsas: Vergilər nazirinin 24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

Общая цена: 4/54
Оцените:

Bildiririk ki, sorğunuzda qeyd edilən halda vergi ödəyicisi məhsulları ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa, fövqəladə hallardan başqa belə malların xarab olması ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır və malların alışı zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır.

Yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 159.5-ci maddələri.

Общая цена: 4/58
Оцените: