Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Yasin Məmmədov Akif ya***@hotmail.com ID: 958
Salam. Mən müəllim işləyirəm. Bildiyimə görə müharibə veteranlarının övladları gəlir vergisindən azaddır. Mənim atam Hərbi Xidmət borcunu yerinə yetirərkən gözündən əlil olub. O BVM əlillərinə bərabər tutulan şəxsdir. Bu halda həmin qayda mənə də şamil olunur?
13/04/2020 Прочитано: 91 Средняя стоимость: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya DOST mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rafiq Sadıqov Cabbar ra***@mail.ru ID: 960
Salam. Mənim sualım Vergi Məcəlləsi və vergidən azadolmalar barədədir. Vergi Məcəlləsinin aşağıdakı maddəsində qeyd edilir: 102.4. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır: 102.4.4. daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum. Bilmək istəyirəm ki, bu 102.4.4 - cü bəndə əsasən, tutaq ki, əgər ər 1-ci qrup əlildirsə, onda ərin arvadından 100 manat vergi arvadın əməkhaqqından tutulmamalıdırmı, yoxsa bu ancaq xəstə uşaqlara aiddirmi?
13/04/2020 Прочитано: 66 Средняя стоимость: 0

Bildiririk ki, I qrup əlilə baxan və onunla birlikdə yaşayan himayəçi olduğunuz halda vergi tutulmalı olan aylıq gəliriniz 100 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan yaranır və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;

- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin, yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı.

Əsas: Vergi Məcəlləsinin 102.4.4-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Средняя стоимость)
Оцените:
Ramin Ra***@mail.ru ID: 954
Artıq ödəməni necə götürmək olar?
13/04/2020 Прочитано: 132 Средняя стоимость: 0

Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi, Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
mikayilov serdar nesreddin oqlu as***@mail.ru ID: 1190
Salam, bilmək istəyirəm mənim ağ şəhərdə müqaviləm var ya yox?
13/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Bildiririk ki, qüvvədə olan əmək müqaviləsi bildirişinizin olub-olmaması barədə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Zahid Mehdili Sahib oğlu me***@mail.ru ID: 950
İcarəyə götürülmuş əsas vəsatlərə görə amortizasiya ayırmalarının gəlirdən çıxmaq hüququ kimə məxsusdur.icarəyə verənə yoxsa icarədara?
13/04/2020 Прочитано: 118 Средняя стоимость: 5

Bildiririk ki, icarəyə verilən əmlak tərəflərin arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq istər icarəyə verənin, istərsə də icarəyə götürənin balansında uçota alına və müvafiq olaraq amortizasiya xərci hesablana bilər.

Əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

5/5 (1 Средняя стоимость)
Оцените:
Əsədov Nurəli Sahib nu***@gmail.com ID: 961
Şirkətə yeni təsisçi daxil olub və bunun üçün nəzərdə tutulan nizamnamə kapitalını ödəyib. Əvvəl 2 təsisçi idi, indi isə 3 təsisçi olacaq. Bunun üçün hara müraciət edək və ya belə mümkünsə, dəqiq hansı sənəd və ya ərizə formalarını necə bilə bilərəm? Çox sağ olun.
13/04/2020 Прочитано: 167 Средняя стоимость: 0

Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçiləri tərəfindən iştirak paylarının digər təsisçilərə təqdim edilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Rezident hüquqi şəxsin təsisçisi olan qeyri-rezident şəxs tərəfindən həmin rezident hüquqi şəxsdəki təsis paylarının (iştirak paylarının) rezident şəxslərə təqdim edilməsindən əldə olunan gəlir Azərbaycan mənbəyindən gəlirlərə aid edilməklə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilir. Qeyd edilən gəlirin ödəmə mənbəyində vergi tutulması mümkün olmayan hallarda isə qeyri-rezident şəxsin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri üzrə vergi öhdəlikləri həmin qeyri-rezidentin özü tərəfindən vergi orqanında uçota alınaraq gəlir (mənfəət) vergisinə cəlb edilməklə və ya onun təyin etdiyi vergi agenti tərəfindən yerinə yetirilir.

Bununla belə, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 104.6-cı, 125.1.5-ci, 142.1-ci, 143-cü, 149.1-ci, 164.1.17-ci maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mustafayeva İradə Məcid qızı ir***@outlook.com ID: 963
Salam. Mən digital marketing ilə məşğulam və internet üzərindən qeyri-rezident şəxslərə xidmət göstərirəm. Qısaca desək onlayn şəkildə veb resurslar üzərindən reklam və məsləhət xidmətləri göstərirəm. Əvvəllər 96090 fəaliyyət kodu ilə fəaliyyətimi davam etdidiridim. İndi isə faəliyyətimə uyğun kod tapa bilmirəm. Zəhmət olmasa mənə ən uyğun fəaliyyət kodunu bildirə bilərsiniz?
13/04/2020 Прочитано: 127 Средняя стоимость: 3

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsi nəzərə alınmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Sorğunuza əsasən, fərdi sahibkar olaraq internet üzərindən digər sahibkarlıq subyektlərinə xidmət etdiyiniz halda sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, mikrosahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Qeyd etdiyiniz ictimai əlaqələrin saxlanılması və məlumat mübadiləsi xidmətini  (70220 - KOMMERSİYA FƏALİYYƏTİ VƏ İDARƏETMƏ MƏSƏLƏLƏRİ ÜZRƏ SAİR MƏSLƏHƏTLƏR) fəaliyyət növünü seçərək  həyata keçirə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər  barədə daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola bilərsiniz.

3/5 (2 Средняя стоимость)
Оцените:
Emil Hüseynli em***@gmail.com ID: 1189
Salam. Xaricdə fəaliyyət göstərən səhm broker platformalarında və ya saytlarında öz hesabımıza vəsait keçirən zaman köçürdüyümüz məbləğdən hər hansı bir verginin tutulması qanunverciliklə nəzərdə tutulurmu?
13/04/2020 Прочитано: 73 Средняя стоимость: 0

Bildiririk ki,  qeyri-rezidentə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya “Azərpoçt” MMC tərəfindən ödənişin aparılmasına görə tətbiq olunan ödəmə mənbəyində verginin dərəcəsi 10 faiz təşkil edir.

Əsas: Vergi Məcəlləsinin 125.1-1-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Eliyev Etibar Oruc et***@gmail.com ID: 1187
Mən itmiş vöeni yenidən necə əldə edə bilərəm? Kəndli fermer kimi qeydiyatdan keçmək üçün hara və necə müraciət etməliyəm? Qeydiyatdan keçmək üçün hansı sənədlər lazimdır?
12/04/2020 Прочитано: 26 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisinin uçota alınmasını təsdiq edən şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən sonrakı 15 iş günü müddətində şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

5/5 (1 Средняя стоимость)
Оцените:
Həmayil Turgut Fərman qızı he***@gmail.com ID: 1185
Salam. Hərvaxtınız xeyir. Adıma VÖEN açılıb. Vergi borcumun olub-olmadığını necə öyrənə bilərəm. Xahiş edirəm məlumatlandırasınız. Adıma olan VÖEN 1803781472
12/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Həmayil Turgut Fərman qızı (VÖEN 1803781472) vergi borcu yoxdur. Vergi ödəyicisi ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet vergi idarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsinə daxil olur. Burada "Şəxsi Hesab Vərəqəsi" bölməsinə daxil olaraq "Məlumat axtar" alt-bölməsi vasitəsilə öz öhdəlikləri və borcları barədə məlumat ala bilər.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Razim Salman ra***@mail.ru ID: 1184
Salam ƏDV qaytarılması nə vaxtdan başlanacaq.
12/04/2020 Прочитано: 34 Средняя стоимость: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.

0/5 (0 Средняя стоимость)
Оцените:
Xelilzade Vuqar Ilqar oglu Xe***@gmail.com ID: 1183
Telefon təmiri ilə məşğulam. Vergi keçirirəm. Dövlətin ayırdığı məbləğdən mən də yararlana bilərəmmi? Və bunun üçün nə etməliyəm?
12/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əlixanova Könüll Seyidməhəmməd 19***@gmail.com ID: 1182
Salam. Öyrənmək istəyirəm ki, rəhbərliyin məlumatlarını necə dəyişdirə bilərik? Nəzərinizə çatdırmaq istəyirəm ki, rəhbərlik dəyişib, yeni rəhbərin məlumatlarını daxil etmək istəyirik.
12/04/2020 Прочитано: 37 Средняя стоимость: 0

Bildiririk ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.

Kommersiya hüquqi şəxsin rəhbərinin dəyişdiyi halda bu dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 iş günündən gec olmayaraq “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə”, yeni rəhbərin təyin olunması barədə təsisçinin qərarı və yeni rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti ilə hüquqi şəxsin qeydiyyat yeri Bakı şəhəri olduqda Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş idarəsinə müraciət edilməlidir. Sənədlər vergi orqanına təqdim edildikdən sonra 5 iş günü müddətində dəyişiklik həyata keçirilir.

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “Bir Pəncərə”bölməsinin “Lazımı sənədlər” alt bölməsindən,  kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımı sənədlərin siyahısı ilə “Xidmətlər” bölməsinin “Vahid standartlar” alt bölməsindən əldə edə bilərsiniz.

Əsas: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 9-cu maddəsi

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Babək ba***@gmail.com ID: 1181
Salam. Elektron kabinetdə şəxsi məlumatlarda (mobil nömrə) dəyişiklik etmək istəyirik alınmır. Necə köməklik edə bilərsiz?
12/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Bildiririk ki, uçota alınarkən vergi orqanına təqdim etdiyiniz ərizədəki telefon nömrənizin dəyişdirilməsi müraciətinizə əsasən həyata keçirildiyindən yeni telefon nömrənizi müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanına “Fiziki şəxsin uçotu haqqında Ərizə”ni təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsininin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi

0/5 (0 Средняя стоимость)
Оцените:
HÜMMƏTOV RAMİS MÜRSƏL OĞLU hu***@mail.ru ID: 1180
Yeni VÖEN açmaq üçün nə etmək lazimdir?
12/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vasif Musayev Oqtay va***@mail.ru ID: 1179
Mən aktiv olunmuş VEÖN-ə görə hesabatları versəm də, 2 aydan çox müddətə bağlanılması üçün müraciət etsəm də, siz ünvanlı sosial yardım almama bilərəkdən mane olursunuz və düzgün işləmədiyinizə görə mən zərər görürəm. Sizin nazirliklə əlaqə yarada bilmirəm və karantin vaxtına görə də vergiyə yaxınlaşa bilmirəm. Xahiş və tələb edirəm ki, mənə vurduğunuz ziyana görə kömək edib səhvinizi düzəldəsiniz. 0707773310, 0552225599 əlaqə vasitələrimdir. Bilirəm, qeyri ciddi yanaşacaqsınız. Yenə də müraciət edirəm.
12/04/2020 Прочитано: 37 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Zərbəliyev Elçin Aslan cs***@mail.ru ID: 1178
Salam. Mən VÖEN müvəqqəti bağlamaq istirəm.bunun üçün hara müraciət edim və internet üzərindən mümkündür bu?
12/04/2020 Прочитано: 27 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abbasov Zahir Abbas za***@mail.ru ID: 1177
Salam. Mən icarə stomatoloji kabinet işlədirəm. Bütün sənədlər qaydasındadır, illərdir vergi ve sosial ödəmələri vaxtında ödəyirəm. İki işçim var, vəziyyətlə əlaqədar olaraq işləmirik. Bilmək istəyirəm ki, işçilərə ve sosial ödəmələrə edilən yardım dəstəyini ala bilərəmmi? Əvvəlcədən müraciət etməyə ehtiyac varmı, yaxud sms gələndən sonra məlumatları göndərməliyəm? Təşəkkür edirəm.
12/04/2020 Прочитано: 37 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər. Tibb sahəsində fəaliyyət zərər çəkmiş sahələrə aid edilmir.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Kazımov Fuad Məhəbbət oğlu fk***@gmail.com ID: 1176
Salam . Apreldə hesabat göndərilirdi . Mövcud vəziyyətlə əlaqədar vergi ödənişlərinın və hesabatın vaxtı uzadılacaqmı? Mən sosiyal (DSMF) ödənişləri etmişəm ancaq vergi hələ qalıb. Məlmat hardan öyrənmək olar? Təşəkkür edirəm.
12/04/2020 Прочитано: 36 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub. Təkliflər paketində aşağıdakı vergi güzəştləri və tətillər nəzərdə tutulur. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi ilə bağlı ətraflı məlumatla buradan tanlış ola bilərsiniz.

 
0/5 (0 Средняя стоимость)
Оцените:
Ulke Ceferova Ramiz qizi Ul***@mail.ru ID: 1175
Salam, VÖEN-imin aktiv olub-olmamasını necə öyrənə bilərəm?
11/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna məhdudiyyətlər tətbiq edilib.
Müraciətiniz barədə qeydiyyatda olduğunuz vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla burada göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените: