Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Şəhadət Sultanov ss***@yahoo.com ID: 1174
Salam. Mən sizdən məlumat almaq istərdim ki, atam bir sahibkar kimi necə gedib hal hazırki Covid 19 pandemiya ilə əlaqədar olaraq müraciət etməlidir və yaxud öz işçilərinin maaşlarını necə tələb etməlidir ve haradan? Mən Vergilər Nazirliyinin veb səhifəsində nə etməliyəm bununla bağlı və necə zəhmət olmasa mənə bununla bağlı məlumat verərdiniz. Çox sağ olun.
11/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rustam Akhundov Etibar ru***@gmail.com ID: 1173
Salam, mənim Çay evi obyektimin fəaliyətini e-taxes saytına daxil olub dayandırmışdım. 29.03.2020 tarixində fəaliyyətimin dayandırılma səbəbi isə koronavirus pandemiyasına gore cay evi obyektlerinde qelyan vermek qadaqan olunmushdur ve mende fealiyetimi dayandirmaqa mecbur oldum ve hal hazirda men zerercekmish mikro sahibkar kimi muraciet gondermek isteirem ve muraciet pencerisinde menim melumatlarim qeyd olunub ve bank hesablarimda qeyd olunub sadece men Vergi rejimi düyməsini basdıqda orada o pəncərə açılmır və mən vergi rejimini seçə bilmirəm. Xahiş edirəm mənə yardım göstərərdiniz nəyə görə mən vergi rejimi düyməsini basıb vergi rejimini seçə bilmirəm. Digər kompüter və planşetlərdən də yoxlamışam və nəticə görməmişəm. Xahiş edirəm mənimlə əlaqə saxlayıb və mənə yardım göstərərdiniz. Çünki mən də zərər çəkmiş bir sahəyəm və mənim dəstəyə ehtiyacım var.
11/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Bildiririk ki, müraciətinizdə qeyd olunan texniki xətanın olması ilə əlaqədar olduğu üçün, bununla bağlı rəsmi qaydada qeydiyyatda olduğunuz vergi orqanına müraciət  etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Səmədova Humay İsmayıl qızı ab***@gmail.com ID: 1172
Mən az təminatlı ailə kimi 2019-cu ildə məşğulluq mərkəzinnən qeydiyyatdan keçmişəm. 2019-un sentyabrənda iki baş inəklə və səkkiz meşok süd yemi ilə təmin olunmuşam.2020-in fevralın altısında mənə məktub gəldiki sizin biznes fermer kartınız kapital bankdadı ama mən dəfələrlə bankda oldum bank işçiıəri adma kartın gəlməməsini dedilər.sora yerli rayonməşğulluq mərkəzinin biz beş-altı nəfəri kartla təmin etmişik deyə məlumat yaydıqların eşitdim. Bəs mənim kartım niyə verilmir ?
11/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əzizov Sadiq Namiq oğlu fi***@mail.ru ID: 1171
Salam. Mən VÖEN mi bağlamaq istəyirəm online.
11/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Quluzadə Ramil Mübariz ra***@gmail.com ID: 1170
Salam cənab Prezidentin fərmanına gorə əlavə dəyər vergisinin karta geri qaytarılması üçün biz hardan qeydiyyatdan keçməliyik?
11/04/2020 Прочитано: 41 Средняя стоимость: 5

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.

5/5 (1 Средняя стоимость)
Оцените:
Araz Abdullayev aa***@gmail.com ID: 1169
VÖEN-i bağlatdırmaq- 1304846212
11/04/2020 Прочитано: 33 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Rəvan Əhəd oglu re***@gmail.com ID: 1168
Salam mən Ağdam rayonu Təzəkənd qəsəbəsi ev 85 də yaşayıram. Bərdə rayonu Bakı Küçəsinde avtomobil təmiri sexinde usta kimi işləyirem. Karantin rejimində mənə bildirdilər ki, işə getmək üçün adına vöen olmalıdır. Mən bu barədə məlumatsız olduğuma görə vöen açmamışam, xahiş edirəm mənə köməklik edəsiz.
11/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir. 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır. Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Haciyev Rüstəm ru***@gmail.com ID: 1167
Salam. Hal-hazırda karantin şəraitində arayış alıb işimi davam etdirə bilərəm? İş istehsalat- plastik pencərə sexi, təşəkkür.
11/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən, sahibkar tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. 

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Harun Ramazanov Hənəfi ha***@mail.ru ID: 1166
Mikro sahibkar işcini işə götürərkən işcidən nə tələb olunur? Sahibkar nə etməlidir işə götürmək üçün. Hər işçinin vergisi necə hesablanır, işcini vöeni yoxdursa hansı formada işə göturməliyik?
11/04/2020 Прочитано: 44 Средняя стоимость: 0

İşəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalıdır. Əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minmiş sayılır. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsinin bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin hüquqi qüvvəyə minməsi üçün “Əmək müqaviləsi Bildirişi” məlumatları “Elektron Hökumət” portalı (https://www.e-gov.az/) üzərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən istifadə edilməklə gücləndirilmiş elektron imza vasitəsilə qeydiyyata alınmalıdır. Ətarflı təlimat saytımızın “Faydalı” bölməsində yerləşdirilmişdir.

İşə qəbul olunan şəxsin VÖEN əldə etməsi tələb olunmur. Həmçinin həmin şəxsə ödənilən əməkhaqqından işəgötürən tərəfindən gəlir vergisi, sosial və işsizlikdən sığorta haqqı tutularaq təyinatı üzrə köçürülməli və vergi orqanına hesabat təqdim edilməlidir. 

Əmək qanunvericiliyinin tətbiqi barədə daha ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Etibar Şahverdiyev et***@mail.ru ID: 1165
Asan imza üçün sertifikat alınması.
11/04/2020 Прочитано: 27 Средняя стоимость: 5

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Əhmədov Kamal Camal oğlu ka***@mail.ru ID: 1164
Salam. Mən fərd i(mikro) sahibkaram, amma fəaliyyətimi 08.01.2020- ci il tarixdən müvəqqəti olaraq dayandırmışam. Dövlət tərəfindən verilən yardımı almaq üçün müraciət edərkən fəaliyyətimin dayandırıldığı qeyd olunur. Fəaliyyətimi yenidən bərpa etsəm, yardım üçün müraciət edə bilərəmmi? Əvvəlcədən təşəkkür edirəm.
11/04/2020 Прочитано: 33 Средняя стоимость: 0

Əgər fərdi (mikro) sahibkar olan şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Müraciətinizdə qeyd olunanlara əsasən maliyyə dəstəri Sizə şamil olunmur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Qafarov Ruslan Arif oğlu qa***@gmail.com ID: 1163
Salam. Mən kiçik sahibkarlıqla məşqulam. Ərzaq mağazası işlədirəm.İcazə arayışı necə əldə edə bilərəm?
11/04/2020 Прочитано: 33 Средняя стоимость: 0

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Cumayev Elnar Tofiq el***@gmail.com ID: 1162
Yanvar, fevral, mart və aprel ayları üçün sosial sığorta haqqı ödəməmişəm. Ancaq 1 illik vergini ödəmişəm. Mart ayının 8-dən məlum karantinlə əlagədar işləməyə də icazə vermədilər. Belə olan halda mən ödənişləri etməliyəmmi?
11/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Bildiririk ki, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən şəxslərə maliyyə dəstəyi mexanizmləri həyata keçirilməkdədir. Pandemiya şəraitində fəaliyyəti məhdudlaşdırılmış şəxslər fəaliyyət göstərmədikləri üçün, vergi və sosial sığorta haqqı üzrə vergi orqanına müvafiq arayışı təqdim edə bilərlər. Pandemiyadan əvvəlki dövrdə yaranmış öhdəliklər isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yerinə yetirilməlidir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Səfərov Eldar Yolcu oglu el***@mail.ru ID: 1161
Salam. Taxi xidməti üçün müraciət edirəm. Mən oz adıma vöen acdirmaq istəyirəm.
11/04/2020 Прочитано: 46 Средняя стоимость: 0

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Bildiririk ki, taksi minik avtomobili ilə sərnişindaşıma həyata həyata keçirən fiziki şəxs vergi orqanında vergi uçotuna dayandıqdan sonra  Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəkyinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdır.

«Fərqlənmə nişanı» almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən, avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi göstərilən bank ödəniş sənədi əlavə edilməlidir.

Əsas: Vergi Məcəlləsinin XVII fəsili

0/5 (0 Средняя стоимость)
Оцените:
Qasımov Emin Cavanşir oğlu as***@yahoo.com ID: 1160
Salam, mən Bolt taksi xidmətində çalışıram, karantin xidmətində işləmək üçün VÖEN açdırmalıyam. Necə edim bunu?
11/04/2020 Прочитано: 64 Средняя стоимость: 0

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. 
Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz:
https://www.taxes.gov.az/az/page/elaqe
“Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Bildiririk ki, taksi minik avtomobili ilə sərnişindaşıma həyata həyata keçirən fiziki şəxs vergi orqanında vergi uçotuna dayandıqdan sonra  Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəkyinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdır.

«Fərqlənmə nişanı» almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən, avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi göstərilən bank ödəniş sənədi əlavə edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri və XVII fəsili

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Füzuli Ağakişi al***@gmail.com ID: 1157
Pandemiya ilə əlaqədar dövlətin verdiyi yardımına faydalanmaq üçün.
10/04/2020 Прочитано: 27 Средняя стоимость: 0

Qeyd etdiyiniz sualın cavabı Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin "Müraciətlər" bölməsində "Sual-Cavab"  hissəsində yerləşdirilmişdir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Asif Fərzəliyev Zahir a.***@mail.ru ID: 1156
Mən bir mikro sahibkar olaraq, koronovirusla əlaqədar möhtərəm prezidentimizin sahibkarlara maliyyə dəstəyi olaraq ayırdığı yardımdan yararlana bilmirəm. Çünki sistem elektron ərizəmi qəbul etmir və məndən bank hesabı tələb edir. Mənim də hal hazırda aktiv bank hesabım var lakin sistemdə görünmür. Mən nə etməliyəm??
10/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Maliyyə dəstəyi çərçivəsində ayrılmış vəsaitlər yalnız vergi ödəyicisinin VÖEN-lə əlaqəli olan bank hesabına köçürülür.


 

0/5 (0 Средняя стоимость)
Оцените:
Məhərrəmov Ruslan Şakir oğlu ru***@gmail.com ID: 1155
Salam. Mənim adıma hal-hazırda qüvvədə olan əmək müqaviləsi var ama çalışdığım şirkət 2 aydır müəyyən səbəblərdən fəaliyyəti dayanaraq ofis bağlanıb və əmək haqqı da verilmir(əmək haqqı son 4 aydı verilmirdi). Şirkət yeni olduğu üçün maaş kartı yox idi və biz maaşı nəğd şəklində alırdıq. Belə olan halda Koronavirusla bağlı əmək müqaviləsi olan işçilərə ayırılan birdəfəlik müavimət mənə düşürmü? Hal-hazırda işsiz və pulsuz qaldığım üçün ailəmi dolandırmağa çətinlik çəkirəm. Əgər bu yardım mənə düşürsə xahiş edirəm rayonda olduğum üçün Bakıya gələ bilmədiyim üçün bu yardımı mənim bank kartıma köçürtməyinizi son dərədəcə xahiş edirəm sizdən!
10/04/2020 Прочитано: 46 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Səidov Azər Şahid oğlu aq***@gmail.com ID: 1154
Mənim Vöenim aktivləşibmi. Vöen № 5100083042
10/04/2020 Прочитано: 28 Средняя стоимость: 0

Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyici Səidov Azər Şahid oğlunun (VÖEN 5100083042)
fəaliyyəti dayandırılmışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hacıəli Məstanov Məstan de***@mail.ru ID: 1153
Salam. Mən aprel ayından evdəyəm. Dövlət mənədə köməklik edecek. Öncədən təşəkürlər.
10/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

0/5 (0 Средняя стоимость)
Оцените: