Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Hikmət el***@mail.ru ID: 3068
Bildirirəm ki, hal hazırda fəaliyyət göstərmirəm. Pandemiyaya görə müəyyən vergilərə güzəşt və azad olmalar tətbiq olunur. fəaliyyətim iştimai iaşədir yəni Kamil restoranı. Fiziki şəxs kimi əmlak və torpaq vergiləri bələdiyyə büdcəsinə ödənilir. Məcəlləyə dəyişikliyə əsasən büdcəyə ödənilən əmlak və topraq vergiləri pandemiyaya görə tam azad olunmuşdur. Bu bələdiyyə üçün ödənilən əmlak və torpaq vergilərinə aiddirmi, aiddirsə bu barədə yazılı məlumat verilməsi xahiş olunur.
14/09/2020 Прочитано: 49 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 222.5.5-ci maddəsinə əsasən ictimai iaşə fəaliyyətini həyata keçirən şəxslərə Vergi Məcəlləsinin XVIII fəslinin müddəaları şamil edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir.

Qeyd olunanlara əsasən, ictimai iaşə fəaliyyəti məqsədləri üçün istifadə edilən əmlaklara münasibətdə Vergi Məcəlləsinin 224.1-ci maddəsinin müddəalarına uyğun olaraq əmlak və torpaq vergiləri üzrə məbləğdə azadolma tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 222-ci, 223-cü və 224-cü maddələri

5/5 (1 Средняя стоимость)
Оцените:
Zabil Rzayev Habil oğlu za***@mail.ru ID: 3066
Əhməd Rəcəblidə yerləşən smarton şirkətindən 17 avqust 2020 ci ildə, nağd olaraq soyuducu və telefon almışam. Bir necə gün sonra onların verdiyi cekə baxdıqda yeni nəsil kassa aparatının ceki olmadığını müşahidə etdim (fiskal id yox idi). Şirkətə ƏDV barədə müraciət etdikdə, onlar ceki cıxara bilmədiklərini bəyan etdilər. Xahiş edirəm ƏDV-ni geri almaq üçün köməklik göstərəsiniz
14/09/2020 Прочитано: 54 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müvafiq qaydada geri qaytarılması yalnız NKA çekinin üzrəindəki Fiskal İD və malın sürətli məlumat kodu (Quick Response Code) vasitəsilə mümkündür və bu səbəbdən istehlakçılar aldıqları mal və xidmətlərə görə kassa çekini əldə etmələridir.

Həmçinin, nağd pul hesablaşmaları aparılan zamanı alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir.  

 Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Memmedov Vusal Simurq oglu ge***@mail.ru ID: 3065
Salam. Mən 2013-cü ildə VÖEN almışam. VÖEN verilərkən içərisində kod və şifrə olan zərfi tapa bilmirəm. Həmin zərfin içərisində olan kodu necə öyrənə bilərəm? Asan imza ilə vergi hesabatı verilərkən həmin zərfin içərisində olan koda ehtiyac var? Təşəkkürlər.
14/09/2020 Прочитано: 36 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə qabaqcadan onlayn növbə tutmaqla istənilən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə də İnternet Vergi İdarəsində elektron kabinetinizə daxil olaraq hesabatları və digər sənədləri təqdim edə, vergi orqanına müraciət edə bilərsiniz.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Elman Mikayılov Telman el***@gmail.com ID: 3064
Salam. Məndə VÖEN var idi, yarım il bundan qabaq bağladım onu. İndi sms gəlib ki: İnternet Vergi Idarəsində olan elektron qutunuzda 2 ədəd oxunulmamış sənədiniz var. https://www.e-taxes.gov.az/ - buradan qutuya girdim, amma heç bir məktub yoxdur. Necər tapa bilərəm onu?
13/09/2020 Прочитано: 33 Средняя стоимость: 3

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

3/5 (2 Средняя стоимость)
Оцените:
Fəhmin İmanov Aqil fe***@gmail.com ID: 3062
Mühəndis fakültəsini bitirənlər işə qəbul üçün müraciət edə bilərlər?
13/09/2020 Прочитано: 31 Средняя стоимость: 0

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Həsənov Müslüm Arif oğlu Mu***@gmail.com ID: 3059
Hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərinin pozulması faktı ilə maska taxmamağa görə 400 AZN cərimə edildikdə ödəniş hansı rekvizitlərə ödənilməlidir?
13/09/2020 Прочитано: 67 Средняя стоимость: 5

Müraciətinizdə qeyd olunan maliyyə sanksiyası üzrə ödəmələr 143112 "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə" büdcə təsnifat kodu ilə ödənilməlidir.  

Dövlət xəzinədarlıq orqanlarında olan vergi və digər büdcə daxilolmalarının köçürülməli olduğu xəzinə hesablarının rekvizitləri haqqında məlumat səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi" 

5/5 (1 Средняя стоимость)
Оцените:
Aygün Quliyeva Rzabala pa***@mail.ru ID: 3058
Salam, mənim həyat yoldaşıma Almaniyanın vergi idarəsinə taqidim etməkçün bir sənəd lazımdır. Mən özüm Almaniyada yaşayıram, o sənəddə yazılan ümumi malumatlar belədir. 2019-cu ilin 9 ayı ərzində nə qədər qazanıb və nə qədər vergi ödəyib, belə bir sənədi vergi xidmətinin hansı idarəsindən almaq olar? Və onlayn almaq olarmı belə sənədi?
12/09/2020 Прочитано: 33 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan halda gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmzanız) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda ödədiyiniz vergilər barədə arayışın, habelə təqdim etdiyiniz vergi hesabatının və digər sənədlərin vergi orqanı tərəfindən təsdiq edilmiş surətinin alınması üçün sərbəst formada hazırlanmış ərizə ilə İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada vergi orqanına müraciət edə bilərsiniz.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əmirzadə Ceyhun Adil oğlu ce***@mail.ru ID: 3056
Salam BxnKHd67Ytt2 çek üzrə ƏDV-nin geri qaytarılması mümkün olmur. Mümkünsə bu barədə məlumat verərsiz.
12/09/2020 Прочитано: 40 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elşən İmişov Mehman im***@gmail.com ID: 3054
Salam. Mənim 28 yaşım var. Mən vergilərə hazırlaşmalıyam, münkünsə deyin qeydiyyat nə vaxt olacax? İmtahan olacaqmı? Məlumatları ətraflı deyərdiz.
12/09/2020 Прочитано: 38 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə, bu haqda əlavə məlumat veriləcək.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abdulkərimli Saleh Sahib Sa***@mail.ru ID: 3053
Salam, mən Dövlət Vergi Xidmətində işə qəbul ilə maraqlanıram. İmtahan verib Dövlət Vergi Xidmətinə işə qəbul olmaq istəyirəm, amma hara müraciət edəcəyimi bilmirəm.
11/09/2020 Прочитано: 32 Средняя стоимость: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.

Ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədov Zahid Cəmil oğlu za***@mail.ru ID: 3052
1. Fiskal İD 7vsBkhgaGbMk 2. Fiskal İD WWxRuuSiLzXk çekləri https://edvgerial.az saytında tapılmadı. Xahiş edirəm bununla bağlı məlumat vrəsiniz
11/09/2020 Прочитано: 37 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Esmira Əhmədova Əlibala Es***@list.ru ID: 3051
Sual göndəriləndən sonra "Sizin mesajınız göndərildi! Ən qısa zamanda sizə cavab veriləcəkdir!" yazısı çıxır. Bəzi hallarda 195 saylı nömrəyə də zən edəndə "qısa zamanda" ifadəsi işlədilir. Soruşmaq istəyirəm ki, qısa zaman deyildikdə saat, gün ay hesabı ilə hansı müddət nəzərdə tutulur.
11/09/2020 Прочитано: 34 Средняя стоимость: 0

"Sual-cavab" bölməsinə daxil olan müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə müvafiq olaraq ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciət isə ən geci 30 iş günü müddətində cavablandırılır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Esmira Əhmədova Əlibala Es***@list.ru ID: 3050
NKA tətbiq olunmayan hallardan biri: 16.1.8.3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti Əgər vergi ödəyicisi malları alıcıya özü çatdırırsa bu maddəni tətbiq etmək olarmı? Fərdi sahibkar elektron qaydada mal satışı üçün sifarişlər qəbul edir. sonra həmin sifarışlərə əsasən malları anbardan götürüb özü yaxın ərazilərə ayaqla, uzaq məsafələrə isə ictimai nəqliyyatdan və ya öz şəxsi nəqliyyatından istifadə etməklə alıcıya çatdırır. Yəni alıcıların onun obyektihə gəlib orada pul ödəməsi halları olmayacaq. Bu zaman mədaxil qəbzi ilə sənədləşmə qanun pozuntusu deyil ki? Mütləq kassa aparatı olmalıdır? Kassa aparatı olarsa necə olur bu əməliyyat? Kassaya çeki vurulmalı , və kassa çeki ilə birlikdə mal alıcıya təqdim edilməlidir. Onda belə çıxır ki, kassaya pul daxil olmamış onu rəsmiləşdirməliyik? Bundan əlavə, vergi ödəyicisi yeni fəaliyyətə başladığından malları tanıtmaq üçün müxtəlif ərazilərdə yeni malları insanlara göstərəcək və almaq istəyən olsa satışı edəcək. Belə satış səyyar satış kimi NKA çeki olmadan satılsa qanun pozuntusu deyil ki?
11/09/2020 Прочитано: 133 Средняя стоимость: 0

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Həmçinin, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxs fəaliyyətini NKA tətbiq etmədən həyata keçirə bilər və bu zaman nağd vəsaitin müqabilində həmin şəxslər pərakəndə qaydada mal alan şəxsə forması Maliyə Nazirliyi tərəfindən təsdiq olunan ciddi hesabat blankını (mədaxil qəbzini) təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8.3-cü və 16.1.9-cu maddələri, Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” 04 aprel 2016-cı il tarixli Q-09 №–li Qərarı.

0/5 (0 Средняя стоимость)
Оцените:
Camal Əliyev qa***@gmail.com ID: 2837
VM-nin 125-ci maddəsinə əsasən, qeyri-rezidentin gəlirindən tutulan ödəmə mənbəyindən vergi, gəlirdən çıxılan xərc sayıla bilərmi?
11/09/2020 Прочитано: 168 Средняя стоимость: 4

Bildiririk ki, rezident tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ona ödənişlər edilərəkən tərəflər arasındakı bağlanmış müqavilə dəyərindən xərclər çıxılmadan ödəmə mənbəyində müvafiq dərəcələrlə vergilər tutularaq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Müvafiq olaraq rezident tərəfindən bağlanmış müqavilə üzrə qeyri-rezidentin göstərdiyi xidmətlərin müqavilə dəyəri gəlirin əldə edilməsi ilə bağlı olduğu halda, gəlirdən çıxılan xərclərə aid edilir.  

Əsas: Vergi Məcəlləsinin 108-ci, 125-ci və 150-ci maddələri.

4/5 (4 Средняя стоимость)
Оцените:
İlkin dadaşov bəhman Da***@gmail.com ID: 3049
Salam zəğmət olmasa köməklik göstərərdiniz . Edvgerial portalında qeyd elədiyim fiskal id daxil etdikdə, fiskal id istifadə olunub cavabı qəlir. Obyektin adı. Bravo hiper tiflis pro. Ünvanı. Baki ş. Nəsimi r. Tiflis pr. Ev 3007 M. Vöen 1403051411. Obyekt kodu 14003 . Çek nömrəsi 2076. Mağaza 1003 Kassa nömrəsi 40. Kassir 102904 Tarix 30.07.2020 Vaxt 15:11:32 Qeyd etdiyim qəbzin Fiskal İD-si: 3aEgPN29pvCu Çek məndə olaraq bilmək istəyirdim kim tərəfindən yüklənilib.
10/09/2020 Прочитано: 47 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
İqbal İsmayılov Qərib qe***@gmail.com ID: 3048
Salam. Bir vergi sorunu ilə sizi narahat edirəm. Bu yaxınlarda mənim telefonuma mesaj gəlib ki, VÖEN istifadəçisiniz, oxunmamış mesajlarınız var. Mən də bu məsələ ilə bağlı zəng etdim vergilərə, dedilər yerli bölməyə, yəni Yevlaxda yaxınlaşın. Bu gün yaxınlaşdım, ancaq tam anlaya bilmədim ki, bu VÖEN niyə açılıb? Bir onu anladım ki, vergi əməkdaşı dedi ki, buna görə ayda 30 azn ödəməlisən. Xahiş edirəm, mümkünsə cavablandırın. Bilmək istəyirəm ki, mənim ərizəm və xəbərim, imzam olmadan VÖEN necə açılıb? Qeyd edim ki, sadə kəndliyəm və 50 sot torpağım var. Diqqətiniz üçün təşəkkürlər!
10/09/2020 Прочитано: 81 Средняя стоимость: 0

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir.

1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Sosial sığorta qanunvericiliyinə edilən dəyişikliklərə əsasən 02.06.2020-ci ildən 01.01.2026-cı ilədək mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sığorta haqqı ödəyənlər istisna olmaqla) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqına nisbətdə aşağıdakı miqdarda hesablanması nəzərdə tutulur:
- 5 hektaradək olduqda - 2 faiz miqdarında;
- 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında;
- 10 hektardan yuxarı - 10 faiz miqdarında.
Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin sosial sığorta yükünün azaldılması və sosial sığorta haqqının minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması, habelə bu sahədə inzibatçılığın və prosedurların sadələşdirilməsi məqsədi ilə dövlət sosial sığorta haqqı "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" alınarkən ödəniləcək və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsinə ehtiyac qalmayacaqdır.

Əsas: "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sahib Mustafayev Ziyafet sa***@hotmail.com ID: 3047
Mən əməliyyat elətdirmişəm atamın gözlərini. Bu vaxtı odediyim ödənişə görə qəbz alıb ƏDV-ni qeyd edib yazmışam. Gözləmişəm ki, sistemə yazılar ödəniş geri qaytarılar, ancaq bu ləğv olundu. Mən necə və hara müraciət edim?
10/09/2020 Прочитано: 36 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
İbrahim Mahmudov Vüqar ma***@gmail.com ID: 3043
Salam. Gözəllik salonu üçün vergi tarifi necə hesablanır? Bunun üçün necə qeydiyyatdan keçmək lazımdır?
09/09/2020 Прочитано: 109 Средняя стоимость: 0

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi Məcəlləsinə əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat sadələşdirilmiş vergi ödəyir. Həmin şəxslər nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi  orqanından könüllü olaraq növbəti ay, rüb, yarım il və ya il üçün «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» almalıdır. «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Onu da bildiririk ki, sadələşdirilmiş vergi ilə məcburi dövlət sosial sığorta haqqı eyni vaxtda ödənildikdən sonra "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz"i almaq mümkün olur və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsinə ehtiyac qalmır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 218.4.4-cü, 220.10-cu maddələri, “Sosial sığorta haqqında” Qanunun 10-cu, 14.5-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Yarməmmədov Aydın Xalid oğlu ay***@mail.ru ID: 3042
Xahiş edirəm suallarımı cavablandırasınız 1. Fiziki şəxs mülkiyətçisi olduğu daşınmaz əmlakı (binanı), təsis etdiyi müəssisənin, nizamnamə kapitalının artırılması məqsədi ilə, balansına keçirilməsi qərarına gəlmiş və bu səbəbdən Dövlət reyestrindən Çıxarışı öz adından müəssisənin adına rəsmiləşdirmək niyyətindədir. Bununla əlaqədar: qeyd olunan əməliyyat daşınmaz əmlakın təqdim edilməsi hesab edilirmi və Vergi Məcəlləsinin 218.4.3 və 220.8 maddələrinə uyğun olaraq vergiyə cəlb olunurmu? 2. Hər hansı bir şəxs üçün həyat yoldaşının valideyinləri Vergi Məcəlləsinin 13.2.7 maddəsinə əsasən ailə üzvü hesab olunurmu? Əvvəlcədən təşəkkürümü bildirirəm.
09/09/2020 Прочитано: 112 Средняя стоимость: 0

Cavab 1. Bildiririk ki, hüququ şəxsin 100 faiz iştirak payına sahib olan təsisçinin (və ya təsisçilərin) bu hüquqi şəxsdə iştirak payı əvəzinə əmlak qoyduqda həmin əmlaka mülkiyyət hüququ həmin hüquqi şəxsə keçir və bu halda təsisçi və hüquqi şəxs üçün hər hansı vergi öhdəliyi yaranmır. Əmlakın nizamnamə fonduna (kapitalına) pay şəklində qoyulması ƏDV məqsədləri üçün vergitutma obyektini təşkil etmir.

Cavab 2. Vergi Məcəlləsinin 13.2.7.6-cı maddəsinə əsasən  ər-arvadların bacıları, qardaşları və valideynləri vergi ödəyicisinin ailə üzvləri üzvləri hesab olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Musayev Adıgözəl Maqsud oğlu mu***@mail.ru ID: 3040
Müəssisə 1993-cü ildə təsis edilmişdir. 1998-ci ildə Müəssənin adına qeyri-yaşayış sahəsi alınmışdır. (Alqı-satqı müqaviləsi ilə sərbəst mənfəət hesabına deyil, müəssisədə olan 3 nəfər təsisçilərin şəxsi vəsaiti hesabına alınmışdır.) Müəssisə ləğv edilir, bütün kreditorlarla hesablaşılır. Müəssisənin yeganə aktivi (qeyri-yaşayış sahəsi) əmlakın bölünməsi ilə təsisçilərə verilir. Bu prosesdə təsisçi fiziki şəxslərdə qanunvericiliyə uyğun olaraq hansı vergi öhdəliyi yaranıb yaranmamağı barədə məlumat verilməsini xahiş olunur?
09/09/2020 Прочитано: 92 Средняя стоимость: 5

Hüquqi şəxsin ləğv edilməsi iştirakçıların həmin hüquqi şəxsdəki iştirak paylarının təqdim edilməsi sayılmır, bir şərtlə ki, ləğvetmənin əsas məqsədinin vergidən yayınma olmadığı vergi orqanı tərəfindən təsdiq edilmiş olsun.

Eyni zamanda bildiririk ki, xalis aktivlərin bazar dəyəri ilə payların nominal dəyəri arasındakı fərq təsisçilərin gəlirinə aid olduğundan alınmış əmlak hissəsinin bazar dəyəri ilə iştirak payının nominal dəyəri arasındakı müsbət fərq təsisçi hüquqi və fiziki şəxslər üçün mənfəət (gəlir) vergisinin vergitutma obyekti olmaqla müəyyən olunmuş dərəcələrlə vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.10-cu, 13.2.12-ci, 13.2.15-ci, 96.1-ci, 99.3.8-ci, 101.2-ci, 104.1-ci, 105.1-ci və 145-ci maddələri, 

5/5 (1 Средняя стоимость)
Оцените: