Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Qocayeva Səbirə Səməndər ka***@mail.ru ID: 3001
Salam. Hazırlıq kurslarının fəaliyyətinə icazə verilibmi?
04/09/2020 Прочитано: 67 Средняя стоимость: 0

Bildiririk ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 31-dən etibarən xüsusi karantin rejimi qaydalarına riayət etməklə, 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ceyhun Kazımov Kazım yo***@mail.ru ID: 2833
Salam, MMC ədv ödəyicisindən sadələşdirilmiş vergi ödəyicisinə hansı qaydalarla keçməlidir?
04/09/2020 Прочитано: 176 Средняя стоимость: 4

Bildiririk ki, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Əsas: Vergi Məcəlləsinin 158-ci maddəsi.

4/5 (7 Средняя стоимость)
Оцените:
İbrahimov Rövşən İbrahim ro***@mail.ru ID: 3000
Səyyar vergi dövrü yoxlaması zamanı yoxlamaya təqdim edilən mal qalığı 50.000 manat göstərilmişdir. Lakin, yoxlayıcının qənaəti ilə yoxlama dövrünün sonuna olan mal qalığı 100.000 manat olmalı idi. Vergi Məcəlləsinin 67.15 maddəsinə əsasən yoxlayıcı aradakı fərqi təqdim edilmişdir hesab edib maliyyə sanksiyası tətbiq edə bilərmi? Nəzərə alın ki, ƏDV ödəyicisiyik və bilmək istəyirik ki, ƏDV ödəyicisi, mənfəət və ya gəlir vergisi ödəyicisində necə hesablanir ? Əgər ki, yuxarıda qeyd edilən maddəyə əsasən səyyar vergi yoxlaması maliyyə sanksiyası hüququ əldə etdikdə, onu yoxlamanın sonuncu dövrünə daxil etməlidirsə və yoxlamanın sonu 2020-ci ili əhatə edir. 2020-ci ildə ƏDV öhdəliyi malın təqdim edilməsi ilə deyil, pulun əldə edilməsi ilə yaranır. Bu halda alınmayan pul üçün ƏDV hesablana bilərmi? Nəzərə alsaq ki, səyyar yoxlama mal qalıqlarını özündən əvvəlki dövr üçün olan məlumatlar əsasında formalaşdırır. Faktiki həmin dövrə mal qalığının sayım edilməsi mümkün deyil. Fikrimizcə həmin uçotda malların əksik gəlməsi kimi qiymətləndirilib əlavə vergi hesablanmasi məqsədə uyğun deyil. Xahiş edirik ki, suallarımıza izahlı cavab verəsiniz.
04/09/2020 Прочитано: 111 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır.

Buna əsasən sualda göstərilən halda səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən vergi ödəyicisinin idxal əməliyyatları barədə rəsmi məlumatlarına əsasən idxal edilmiş mallar faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə təqdim edilmiş kimi qiymətləndirilərək yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə ƏDV və 2019-cu il üzrə mənfəət vergisi hesablanmalıdır.

Eyni zamanda, vergi ödəyicisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 38-ci, 58.1-ci və 67.15-ci maddələri, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”

0/5 (0 Средняя стоимость)
Оцените:
Aslanov Huseyn Selaheddin as***@gmail.ru ID: 2998
Şirkətdə vergi borcu yaranıbsa, təsisçi və direktor eyni şəxsdirsə direktoru dəyişmək olar?
03/09/2020 Прочитано: 47 Средняя стоимость: 0

Bildiririk ki, yaranmış vergi borcu təsisçi tərəfindən hüquqi şəxsin rəhbərinin əvəzlənməsinə məhdudiyyət yaratmır.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Zaur Əliyev İsa za***@mail.ru ID: 2997
Salam, sentyabr ayı üçün nəzərdə tutulmuş sahibkarlara yardım nə vaxt ödəniləcək?
03/09/2020 Прочитано: 36 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə yalnız 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Sentyabr ayı üçün təkrar maliyyə dəstəyi nəzərdə tutulmamışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vefa Esgerova Mohkem ve***@mail.ru ID: 2996
Salam. Mən adımda mövcud olan VÖEN-in tam birdəfəlik bağladığım halda, hələ də işlək vəziyyətdə aktiv göstərilir. Sistemə niyə axi daxil olunmayıb. Mən bu baxımdan nə süd pulu, nə də ki, sosial müavinət ala bilmədim.
03/09/2020 Прочитано: 45 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abbas Abbasov Elvan ab***@gmail.com ID: 2995
Salam. Menim VÖEN-imə 50 azn cərimə gəlib. Amma cərimənin səbəbi barədə məlumat yoxdur. Onu deyim ki, bəyannamələri vaxtı vaxtında yerinə yetirmişəm və fəaliyyətdə olan zaman vergi və DSMF ödənişlərini gecikdirmədən tam vermişəm. Cərimənin qeyri-etik olduğunu düşünürəm. Zəhmət olmasa məni məlumatlandırardınız.
03/09/2020 Прочитано: 47 Средняя стоимость: 0

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rahim Axundov ra***@yahoo.com ID: 2994
Salam. Mən Bakı şəhərində fiziki şəxs kimi spirtli içkilərin istehsalına başlamaq istərdim. Bunun üçün xüsusi lisensiya almalıyam yoxsa yox? Lisensiya lazım olduğu təqdirdə hansı orqana müraciət etməliyəm? Aksiz markası əldə etmək üçün hansı orqana müraciət etməliyəm? Spirtli içkilərin istehsalı üçün fiziki şəxs kimi, yoxsa hüquqi şəxs kimi fəaliyyətə başlamaq yaxşıdır?
03/09/2020 Прочитано: 137 Средняя стоимость: 0

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalıdır. 

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir.
Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Eyni zamanda bildiririk ki, aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslərin adələşdirilmiş vergi sistemini tətbiq etmək hüququ olmadığından, Siz gəlir vergisi ödəyicisi kimi gəlirlərinizdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergi ödəməlisiniz.

Mikro sahibkarlıq subyekti (işçi sayı 1-10 nəfər, illik gəliri 200.000 manatadək) olan şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75 faizi gəlir vergisindən azaddır.

Gəlir vergisi üzrə vergitutma obyekti vergi ili üçün vergi ödəyicisinin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Vergi Məcəlləsinin 183.1-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda bilavasitə özü və ya podratçı vasitəsilə aksizli mallar istehsal edən və istehsal etdiyi yerdə vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri aksizin ödəyiciləridirlər.

Qeyd olunan fəaliyyət növü üçün lisenziya tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 96-cı, 101-ci, 102.1.30-cu və 183-cü maddələri. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəhimov Nazim na***@mail.ru ID: 2993
Salam, VÖEN almaqdan ötrü aprel, may ayında müraciət olunub, lakin poçta məktub göndərilməsi barədə deyildiyinə baxmayaraq, bu günə kimi məktub gəlməyib. Bunu necə bərpa etmək olar? Sağ olun.
03/09/2020 Прочитано: 34 Средняя стоимость: 0

Müraciətinizlə bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
İsmət Məmmədli is***@mail.ru ID: 2992
Salam. Mən Paltar mağazası işlədirəm. Sadələşdirilmiş vergi ödəyicisiyəm. Hansı hesabatları verməliyəm?
03/09/2020 Прочитано: 50 Средняя стоимость: 0

Bildiririk ki, ki, sadələşdirilmiş vergi üçün hesabat dövri rübdür. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.

Həmçinin, “Sosial sığorta haqqında” Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə Dövlət Vergi Xidmətinə hesabat vermək sığortaedənlərin vəzifələrinə aid edilmişdir. Bu səbəbdən qeyd olunan şəxs hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nı vergi orqanına təqdim etməlidir.

Bəyannamələrin formnaları və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 221-ci maddəsi, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mezahir Babayev Hesen bm***@yahoo.com ID: 2991
Salam. 08.08.2020 tarixində internet üzərinden alışa görə 3.06 Amerika dollari məbləğində vəsait tutulmuşdu. Bank rekvizitində bu cür yazılır Retail: VISA Acq --> Our VISA Cards (VISA Acq) in 840 G_ECOMMERCE VAT_VERG_XI_MO Custom Fee (kod nomre 7372). Bilmək istəyirəm, bu hansı vergi növüdür və nə üçün bu vəsait depozitimdən çıxılıb?
03/09/2020 Прочитано: 63 Средняя стоимость: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda, elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir.

3/5 (2 Средняя стоимость)
Оцените:
Salmanova Nəzakət Ənvər et***@gmail.com ID: 2989
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarıxli 4 nömrəli qərarı ilə təsdiq edilmiş əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri huququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısına əsasən işçi tərəfindən işəgötürənə lazımi arayışlar təqdim olunur. Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin Vergi məcəlləsinin 102.8. maddəsinə uyğun olaraq vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yarandığını nəzərə alsaq hər təqvim ilinin yanvar ayında sənədlər yenilənməlidirmi? Sənədlər yanvar ayında deyil, işəgötürənə gec təqdim olunduğu halda vergi güzəşti hansı aydan tətbiq olunmalıdır. Öncədən minnətdarlığımı bildirirəm.
03/09/2020 Прочитано: 41 Средняя стоимость: 0

Bildiririk ki, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarıxli 4 nömrəli Qərarında qeyd olunan sənədlərdən birini təqdim edən şəxs azadolmadan istifadə edə bilər və güzəşt hüququnu təsdiq edən sənədin müəyyən olunması Qərarda qeyd olunan qurumların səlahiyyətlərinə aid edilir. Həmin sənədlərin hansı müddətə nəzərdə tutulması ilə bağlı Qərarda qeyd olunan qurumlara müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abdullayeva Arzu Ramiz qızı se***@mail.ru ID: 2987
Təhsil Nazirliyinin Dövlət büdcəsi ilə maliyyələşən bağçasında: 8 saylı bağçada 0.5 aklad musiqi müəllimi, 2 saylı bağçada 0.75 aklad tərbiyəçi müəllimə işləyirəm. İndiyə qədər gəlir vergisi hər iki iş yerindən maaş cədvəlinə əsasən ayrı-ayrı hesablanırdı. Avqust ayından isə iki bağçanın maaşı cəmlənib çıxılıb .İki iş yerinin maaş cədvəli üzrə maaşı cəmləşdirib gəlir vergisinin çıxılması düzgündürmü? Özüm ikinci qrup əliləm və atam isə 1941-1945 il Böyük Vətən Müharibəsi iştirakçısı olmuşdur. Vergi ödənilməsi sahəsində Dövlət tərəfindən hansı güzəştlərim var?
03/09/2020 Прочитано: 52 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əhmədov Şahlar İlqar sa***@gmail.com ID: 2986
Salam Gəncə şəhərində yerləşən Əminə Hiper market 50 azn civarında ərzaq və digər kimyəvi məhsulların alış veriş edərkən mənə verilən çekə ƏDV saytda fiskal yazarkən ƏDV ödənilmədiyi yazılır həmçinin bir bank tətbiqi ilə də eynən yazır bu birinci hal deyil. Ünvan Gəncə şəhəri Tağı-Arani imperial şadlıq sarayının yanı VÖEN 23001223092
03/09/2020 Прочитано: 42 Средняя стоимость: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Leyla Həsənli Şaban ma***@gmail.com ID: 2984
Salam. Mən 01.09.2020 tarixində Kontakt Home mağazasından (İnşaatçılar filialı) məhsul aldım. Lakin əlavə dəyər vergisini geri almaq istədikdə məndən öncə müraciət edilmiş olunduğunu öyrəndim. Öncədən müraciət edən şəxsin kim olduğunu öyrənmək istəyərdim.
03/09/2020 Прочитано: 31 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cəfərov Vasif Yusif va***@mail.ru ID: 2982
Salam! Sualım beledir - Yanacaq (benzin, dizel, maye qaz) satışı ilə məşğul olan fiziki şəxs (sahibkar) Socar Petroleum QSC-dən aldığı benzin yanacağını topdansatış olaraq 1 litri 0,85 və yaxud dizel yanacağını 0,56 qəpikdən hər hansı bir müəssisəyə sata bilərmi? Və Vergi Məcəlləsində bununla bağlı hər hansı bir maddə varmı? Öncədən öz təşəkkürümü bildirirəm!
02/09/2020 Прочитано: 66 Средняя стоимость: 0

Bildiririk ki, ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri vergi qanunvericiliyi ilə deyil, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə tənzimlənir. 

Həmin Qərarın 2.7-ci bəndinə əsasən mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla təsdiq edilmiş tariflərlə həyata keçirirlər.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Şirəli Jalə Cəlal qızı Pa***@gmail.com ID: 2981
Salam. Vergi orqanlarına xidmətə qəbul olunma üçün şəxsin əvvəllər məhkumluğu olub lakin hazırda götürülmüşsə müraciət edə bilərmi.
02/09/2020 Прочитано: 42 Средняя стоимость: 0

Bildiririk ki, üzərindən məhkumluğu götürülməyən və ya ödənilməyən namizədlər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Məhkumluğu götürülmüş şəxsin müsabiqədə iştirak etməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Azərbaycan Respublikasının Vergilər nazirinin 24 iyun 2014-cü il  tarixli, 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydaları

0/5 (0 Средняя стоимость)
Оцените:
Məlikov Dasqin Sakit ko***@mail.ru ID: 2979
Əgər VÖEN varsa, bank kartına pul gəlmirsə, rüblük Vergi hesabatı boş göndərilirsə mən vergi və mdss odəməliyəmmi?
02/09/2020 Прочитано: 45 Средняя стоимость: 0

Bildririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir. Bu halda vergi ödəyicisinin vergi və sosial sığorta haqqı üzrə öhdəliyi yaranmır.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci və 57.1-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
İsgəndərov Heydər Musa oğlu he***@mail.ru ID: 2977
" Zeytun pharmaseutical"-a məxsus Fətələ xan Xoyski prospekti, ev 106-da yerləşən Şəfa aptekindən 27.08.2020 tarixində 39.89 azn dəyərində dərman vasitələri almışam, lakin mənə verilən satış çekindəki fiscal id-ni "edvgerial" -da heç gürə yüklənmir. Yoxlamaq üçün 31.08.2020-tarixdə də 1.2 azn dəyərində dərman aldım və onun da fiscal id üzrə edvgerialda yüklənməsi alınmadı. Məlumat üçün bildirim ki, bu və digər müəssisələrin satış çekindəki qeydlər keyfiyyətsiz, sönük şriftlərlə yazılır, sanki ədvgerial bunları qıcıqlandırır. Satış çeki: ÇEK NÖMRƏSİ -N12137. Çek nömrəsi (daxili)N0226. Mağaza: Zeytun aptek-426. Kassa nömrəsi 1. tarix-27.08.2020. Saat-14:21:20. Xahiş edirəm araşdırın və məlumat verin.
02/09/2020 Прочитано: 40 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Davudova Pərişan Ramazan Qızı da***@gmail.com ID: 2975
Salam. Fərdi sahibkarlara maliyyə dəstəyi almaq hüququ olan lakin müraciət etməyən vergi ödəyicisi bank hesabi açdıqdan sonra hal-hazirda ərizə göndərmək mümkün olmur, səbəb nədir? Ərizə qəbulunun son tarixi qaydalarda qeyd olunmayıb.
02/09/2020 Прочитано: 28 Средняя стоимость: 0

Maliyyə dəstəyi üçün heç vaxt müraciət etməyən vergi ödəyiciləri üçün isə, 10 avqust 2020-ci il tarixinədək müraciət etmək imkanı yaradılmışdır və bununla bağlı elan yerləşdirilmişdir. Qeyd olunan tarixdən etibarən maliyyə dəstəyi üçün müraciətlərin qəbulu dayandırılmışdır.

0/5 (0 Средняя стоимость)
Оцените: